Lavrov qayıtdı, Moskva indi də İrəvana onu göndərir .....                     Azərbaycan konsulunun yanında söyüş söydü .....                     “Şəmkir Un-Yem” MMC-nin direktoru həbs edilib .....                     Sahil Babayev islahatlara BAŞLADI .....                     "Gedib Azərbaycanda millət vəkili olacağam" .....                     Lavrov niyə “erməni soyqırımı” abidəsini ziyarət etmədi? .....                     Ağdaş təhsil Sektoruna yeni rəhbər təyin olundu .....                     Bakıda 1.3 mln. manat kapitallı plaza idarəedicisi olan şirkət yaradıldı .....                     “Naftalan –Avtonəqliyyat” rəhbərliyi seçiləcək .....                     Molla rejimi ilə BUNDAN SONRA NƏ EDƏK? .....                     Zəngəzur dəhlizi üçün son tarix: İrəvanın qərar anı .....                     Daha 10 şirkət bazarı tərk etdi: MMC-lər niyə batır? .....                     Sayt rəhbəri ilə birgə həbs edilən mühafizəçi azadlığa buraxıldı .....                     İqtisadi və enerji əməkdaşlığının gücləndirilməsi .....                     Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir .....                     Arvadını döyən və onun ailə üzvlərinin evlərinə qanunsuz daxil olan şəxslə bağlı .....                     Zərdab rayonunda meşə zolağını MƏHV ETDİLƏR VƏ... .....                     "Paşinyan hakimiyyəti nə rusiyapərəst, nə də avropapərəstdir, əksinə, ermənipərəstdir..." .....                     Lavrov erməni qadınları ilə zarafat etdi: .....                     Azərbaycanda 7 milyon manata süni intellekt laboratoriyası quracaq .....                     "İran uzun müddətdir ki, Azərbaycanla hədə dilində danışır" .....                     "Bəlkə mən heç bu şərtlərə razı olmayacam..." .....                     Jurnalistdən AYNA-ya ÇAĞIRIŞ .....                     Yeni qanunvericilik Fuad Nəcəfliyə işləyəcək? .....                     Lavrovun səfəri: Kreml Paşinyandan bunu tələb edir .....                     TƏBİB stomatoloqların “dişini çəkir” .....                     Tramp müttəfiqlərə gizli görüşlərdə deyib ki... .....                     Daha bir məktəb direktoru: İLLİK 300 MİN QAZANC .. .....                     ““Son zəng” məktəb rəhbərlərinin mənfəətinə çevrilib” .....                     İctimai nəqliyyatda XAOS .....                     Naxçıvanın səfərbərlik xidmətində hansı İŞLƏR ÇEVRİLİR .....                     BDU rektoru kafe biznesinə girişir .....                     KRATON klinikasının dövlətə yenidə vergi borcu üzə çıxdı .....                     Bu da memarların tender oyunları .....                     Məktəb direktorundan növbəti 'ŞEDEVR' .....                     Bıçaqla insanları hədələyir, qızını döyür, şüşəni sındırır... .....                     Bir əldə iki qarpız: İrəvanla strateji ittifaq, Bakı ilə birgə təlim .....                     Putin qazandığı vaxt və müharibənin davam etməsi üçün üç səbəb .....                     Sabiq hakim Xaxaleva Azərbaycanı mart ayında tərk edib .....                     "Mən hər gün atasızlığı hiss edirəm..." .....                 

Bir əldə iki qarpız: İrəvanla strateji ittifaq, Bakı ilə birgə təlim - Tehran bölgədə HOQQA VERİR...
Tarix: Bu gün, 05:49 | Çap et

“İran imkan verməyəcək ki, düşmənlər onun Ermənistanla strateji münasibətlərinə zərər vursun”. Bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian bildirib. “Tasnim” agentliyi xəbər verir ki, Əhmədian bazar günü Tehranda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşündə İran və Ermənistan arasında bütün sahələrdə strateji münasibətlər və sıx əməkdaşlığın regionda sülhə və sabitliyə töhfə verəcəyini bəyan edib. 

Onun sözlərinə görə, İran düşmənlərin iki qonşu arasında yaxşı münasibətlərə hər hansı zərər yetirməsinə imkan verməyəcək.

İranın bütün qonşuları ilə sıx əlaqələr saxlamaq siyasətinə diqqət çəkən Əhmədian bildirib ki, bölgədəki xarici qüvvələr ümumi sabitlikdə maraqlı deyillər. İran rəsmisi, Tehran və İrəvan arasında birgə layihələrin tam həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Öz növbəsində, Armen Qriqoryan ölkəsinə dəstəyə görə İrana yüksək qiymət verdiyini bildirib. O qeyd edib ki, Ermənistan və İran arasında münasibətlərin genişlənməsi üçüncü tərəflərin iradəsindən asılı deyil. Ermənistan rəsmisi həmçinin İranın özəl sektorunun Ermənistanın iqtisadiyyat və enerji layihələrində iştirakını yüksək dəyərləndirib.

Maraqlıdır ki, “Tasnim” elə həmin gün İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və Azərbaycan Ordusunun Qarabağda birgə hərbi təlimlər keçirdiyi barədə xəbər verib.

Agentliyin yazdığına görə, “Araz-2025” kod adlı birgə təlimlər bazar günü Azərbaycan Respublikasının azad edilmiş Qarabağ bölgəsində başlayıb. SEPAH-ın və Azərbaycan Ordusunun quru qoşunlarının xüsusi təyinatlı bölmələrinin iştirak etdiyi bu təlimlər 21 may tarixinədək davam edəcək.

SEPAH-ın quru qoşunları komandanının müavini və birgə təlimlərin rəhbəri general Vəli Madani bildirib ki, SEPAH-ın xüsusi təyinatlı qüvvələri İranın Ərdəbil vilayətində yerləşən Biləsuvar quru sərhəd keçid məntəqəsindən keçərək, təlimlərdə iştirak üçün Azərbaycana daxil olub. 

Onun sözlərinə görə, bu hərbi təlimlər ortaq sərhədlərin təhlükəsizliyinin möhkəmləndirilməsi və mümkün təhdidlərin qarşısının alınması baxımından əhəmiyyətli addımdır.

Bəs bu vəziyyəti necə izah etmək olar? Bir tərəfdən İran və Ermənistan rəsmiləri – Əhmədian və Qriqoryan açıq-aydın Bakıya işarə və eyham vuraraq narazılıqlarını dilə gətirir, Bakının Tehran-İrəvan münasibətlərinə mane ola bilməyəcəyini deyirlər. Digər tərəfdən isə İran Azərbaycanla birgə hərbi təlimlər keçirir. Bunu necə uzlaşdırmaq olar? Burada açıq ziddiyyət yoxdurmu?

Müstəqil analitik Rəşad Rzaquliyev mövzu ilə bağlı fikirlərini Pressklub.az-la bölüşüb.

Onun sözlərinə görə, müasir beynəlxalq siyasətdə tərəflərin söz və hərəkətlərində ziddiyyət və açıq uyğunsuzluqlar artıq anormallıq yox, daha çox sabit faktor kimi qəbul olunur.

“Beynəlxalq siyasətin aktorları eyni anda bir neçə gələcək ssenarini sınaqdan keçirir və yoxlayırlar. İran məsələsinə gəldikdə, onun diplomatiyası geosiyasi şahmat taxtasında eyni anda bir neçə lövhədə oyun aparır və burada Ermənistanın və onun maraqlarının yeri o qədər də prioritet hesab olunmur. Bu aspektdə İran İslam Respublikası bu gün Türkiyənin türk dövlətləri birliyinə birbaşa logistik çıxışının qarşısını almaq istəyən əsas oyunçu rolunu ifa etməyə çalışır. Və bunu, ilk növbədə, türkdilli dünyanın artan təsirindən narahat olan Rusiya və Fransa yaxşı anlayır”, – deyə ekspert bildirib.

Onun sözlərinə görə, digər tərəfdən, İran Azərbaycan ordusunun imkanları və döyüş ruhu ilə də maraqlanır.

“SEPAH hərbi rəhbərliyinin Azərbaycanla təlim-taktiki əməkdaşlıq təşəbbüslərini bəlkə də məhz bununla izah etmək olar. Mən hərbi ekspert olmadığım üçün bunu tam qiymətləndirməkdə çətinlik çəkirəm.

Bu klerikal dövlətin diplomatiyası və xüsusi xidmət orqanları Orta Şərqdə gözlənilən qarşıdurmalar və burada ilk hədəfin İran olacağı ehtimalı fonunda, öz milli təhlükəsizlik maraqlarını qorumaq üçün mövcud riskləri neytrallaşdırmaq və təhlükələri azaltmaq məqsədilə misilsiz səy göstərirlər. Bunun üçün mümkün olan bütün resurslar və təcrübə səfərbər olunur.

Mənim şəxsi müşahidə və təhlillərimə əsasən, İran İslam Respublikasına uzun illər ərzində gizli və nəzərəçarpacaq dəstək göstərən qüvvələr arasında Vatikan və Fransa xüsusi yer tutur. Paradoksal görünsə də, konfessional ziddiyyətlərə baxmayaraq, bu gün də həmin dövlətlərin və onların dini ordenlərinin regiondakı maraqları eynidir. Bu kontekstdə, Fransanın Ermənistanı silahlandırması və İran diplomatiyasının guya Ermənistan Respublikasının sərhədlərinin müdafiəsi ilə bağlı bəyanatları sadəcə eyni qəlibdən çıxmış ritorika deyil, bir-biri ilə bağlı strateji əməkdaşlığa bənzəyir”, – deyə Rəşad Rzaquliyev bildirib.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Lavrov qayıtdı, Moskva indi də İrəvana onu göndərir - Böyük hazırlıq başladı
Bu gün, 10:21
Azərbaycan konsulunun yanında söyüş söydü – HƏBS OLUNDU
Bu gün, 10:18
“Şəmkir Un-Yem” MMC-nin direktoru həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 10:16
Sahil Babayev islahatlara BAŞLADI - Kamran Əmirov yüksək vəzifəyə TƏYİN EDİLDİ
Bu gün, 10:14
"Gedib Azərbaycanda millət vəkili olacağam"
Bu gün, 10:12
Lavrov niyə “erməni soyqırımı” abidəsini ziyarət etmədi? - İrəvanda müzakirə
Bu gün, 09:37
Ağdaş təhsil Sektoruna yeni rəhbər təyin olundu - ƏMR
Bu gün, 09:35
Bakıda 1.3 mln. manat kapitallı plaza idarəedicisi olan şirkət yaradıldı
Bu gün, 09:30
“Naftalan –Avtonəqliyyat” rəhbərliyi seçiləcək - TOPLANTI
Bu gün, 09:26
Molla rejimi ilə BUNDAN SONRA NƏ EDƏK? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:19
Zəngəzur dəhlizi üçün son tarix: İrəvanın qərar anı - AKTUAL
Bu gün, 09:15
Daha 10 şirkət bazarı tərk etdi: MMC-lər niyə batır? - ARAŞDIRMA
Bu gün, 09:12
Sayt rəhbəri ilə birgə həbs edilən mühafizəçi azadlığa buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 09:05
İqtisadi və enerji əməkdaşlığının gücləndirilməsi - MƏQALƏ
Bu gün, 09:02
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:00
Arvadını döyən və onun ailə üzvlərinin evlərinə qanunsuz daxil olan şəxslə bağlı QƏRAR
Bu gün, 08:58
Zərdab rayonunda meşə zolağını MƏHV ETDİLƏR VƏ... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 08:52
"Paşinyan hakimiyyəti nə rusiyapərəst, nə də avropapərəstdir, əksinə, ermənipərəstdir..." - "Armtimes"
Bu gün, 08:47
Lavrov erməni qadınları ilə zarafat etdi: - Ünvanı desinlər, kifayətdir
Bu gün, 08:41
Azərbaycanda 7 milyon manata süni intellekt laboratoriyası quracaq
Bu gün, 08:38
"İran uzun müddətdir ki, Azərbaycanla hədə dilində danışır" - Çingiz Qənizadə
Bu gün, 08:30
"Bəlkə mən heç bu şərtlərə razı olmayacam..." - ETİRAZ
Bu gün, 08:27
Jurnalistdən AYNA-ya ÇAĞIRIŞ - "Bakı Bombeyə, Karaçiyə çevrilir…"
Bu gün, 08:19
Yeni qanunvericilik Fuad Nəcəfliyə işləyəcək? - GÖRÜNƏNİ BUDUR
Bu gün, 08:15
Lavrovun səfəri: Kreml Paşinyandan bunu tələb edir - NƏ BAŞ VERİR?
Bu gün, 08:09
TƏBİB stomatoloqların “dişini çəkir” - 1800 manat qovğası
Bu gün, 08:06
Tramp müttəfiqlərə gizli görüşlərdə deyib ki... - “Bloomberg”
Bu gün, 07:03
Daha bir məktəb direktoru: İLLİK 300 MİN QAZANC .. - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 06:57
““Son zəng” məktəb rəhbərlərinin mənfəətinə çevrilib” - FAKT BUDUR!
Bu gün, 06:46
İctimai nəqliyyatda XAOS - “Dərhal psixiatrın nəzarətinə götürülməlidir, yoxsa…”
Bu gün, 06:41
Naxçıvanın səfərbərlik xidmətində hansı İŞLƏR ÇEVRİLİR - İTTİHAM VAR...
Bu gün, 06:28
BDU rektoru kafe biznesinə girişir - Allah BAZAR VERSİN...
Bu gün, 06:21
KRATON klinikasının dövlətə yenidə vergi borcu üzə çıxdı - Sahibi olan bu xanım isə...
Bu gün, 06:09
Bu da memarların tender oyunları - İcazə verin şübhələnək...
Bu gün, 06:05
Məktəb direktorundan növbəti 'ŞEDEVR' - BU NƏDİ BELƏ?
Bu gün, 06:01
Bıçaqla insanları hədələyir, qızını döyür, şüşəni sındırır... - Son günlər NƏLƏR BAŞ VERİR?
Bu gün, 05:52
Bir əldə iki qarpız: İrəvanla strateji ittifaq, Bakı ilə birgə təlim - Tehran bölgədə HOQQA VERİR...
Bu gün, 05:49
Putin qazandığı vaxt və müharibənin davam etməsi üçün üç səbəb - GƏLİŞMƏ
Bu gün, 05:46
Sabiq hakim Xaxaleva Azərbaycanı mart ayında tərk edib - VƏKİLDƏN AÇIQLAMA
Bu gün, 05:40
"Mən hər gün atasızlığı hiss edirəm..."
Bu gün, 00:17
"Qayınanadan ayrı yaşamaq gözəldir"
Bu gün, 00:13
Gizlənən məktəb direktoru görün, NƏ DEDİ... - AÇIQLAMA
Bu gün, 00:06
Lavrov İrəvanda Paşinyana ultimatum verib: - Rusiya Ermənistanın “kupça”sını istəyir
Dünən, 19:08
Sarkisyanı məhkəmədə sıxırlar
Dünən, 18:24
Paşinyan Lavrovla görüşüb
Dünən, 18:13
Lavrovdan İrəvanda avantürist açıqlama: Nazir nəyə işarə edir? - GƏLİŞMƏ
Dünən, 18:11
“Arkoz Qazax Sement Zavodu”nun dövlətə 5 milyon manata yaxın vergi borcu var
Dünən, 18:08
Səfirliyimizə hücum edən terrorçunun edamını kimlər izləyib? - AKTUAL
Dünən, 18:02
"JEK" 31 ədəd qaloş alır
Dünən, 17:54
"Evimin təmirinə 100 min pul qoymuşam"
Dünən, 17:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru