Ermənistan ordusunda məcburi xidmət yaşı artırıldı .....                     Fuad Nağıyev Aparat rəhbəri vəzifəsini ona tapşırdı .....                     Qafqaz Müsəlmanları İdarəsinə yeni sədr müavini təyin edilib .....                     "Qız boşanmaq istəyirsə, oğlan tərəfi yerdən-göyə qədər haqlıdır" .....                     Natiq Pənahlıya yüksək vəzifə verildi .....                     AĞACYEYƏN BAŞÇI: Bu dəfə kəsilən ağacları... .....                     GENERAL MEHDİYEV: GÖMRÜKDƏN BİZNESƏ... .....                     Sosial Xidmətlər Agentliyi vətəndaşın BAŞINA OYUN AÇIR .....                     “Kişi qadına pul da xərcləyər, amma onu…” .....                     Rusiya-Ukrayna danışıqlarının yeni mərhələsi Vatikanda keçiriləcək .....                     "Bu, çox utancverici bir gediş oldu" .....                     Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi 12.6 milyonluq Uşaq Reabilitasiya Mərkəzinin .....                     Moskvadan İrəvana xəbərdarlıq və təhdid: .....                     Oturduqları yerdə milyarder olan uşaqlar: Birinci yerdə yenə azərbaycanlıdır .....                     Lavrov qayıtdı, Moskva indi də İrəvana onu göndərir .....                     Azərbaycan konsulunun yanında söyüş söydü .....                     “Şəmkir Un-Yem” MMC-nin direktoru həbs edilib .....                     Sahil Babayev islahatlara BAŞLADI .....                     "Gedib Azərbaycanda millət vəkili olacağam" .....                     Lavrov niyə “erməni soyqırımı” abidəsini ziyarət etmədi? .....                     Ağdaş təhsil Sektoruna yeni rəhbər təyin olundu .....                     Bakıda 1.3 mln. manat kapitallı plaza idarəedicisi olan şirkət yaradıldı .....                     “Naftalan –Avtonəqliyyat” rəhbərliyi seçiləcək .....                     Molla rejimi ilə BUNDAN SONRA NƏ EDƏK? .....                     Zəngəzur dəhlizi üçün son tarix: İrəvanın qərar anı .....                     Daha 10 şirkət bazarı tərk etdi: MMC-lər niyə batır? .....                     Sayt rəhbəri ilə birgə həbs edilən mühafizəçi azadlığa buraxıldı .....                     İqtisadi və enerji əməkdaşlığının gücləndirilməsi .....                     Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir .....                     Arvadını döyən və onun ailə üzvlərinin evlərinə qanunsuz daxil olan şəxslə bağlı .....                     Zərdab rayonunda meşə zolağını MƏHV ETDİLƏR VƏ... .....                     "Paşinyan hakimiyyəti nə rusiyapərəst, nə də avropapərəstdir, əksinə, ermənipərəstdir..." .....                     Lavrov erməni qadınları ilə zarafat etdi: .....                     Azərbaycanda 7 milyon manata süni intellekt laboratoriyası quracaq .....                     "İran uzun müddətdir ki, Azərbaycanla hədə dilində danışır" .....                     "Bəlkə mən heç bu şərtlərə razı olmayacam..." .....                     Jurnalistdən AYNA-ya ÇAĞIRIŞ .....                     Yeni qanunvericilik Fuad Nəcəfliyə işləyəcək? .....                     Lavrovun səfəri: Kreml Paşinyandan bunu tələb edir .....                     TƏBİB stomatoloqların “dişini çəkir” .....                 

Bu da memarların tender oyunları - İcazə verin şübhələnək...
Tarix: Bu gün, 06:05 | Çap et

Azərbaycan Memarlıq və İnşaat Universiteti dövlət satınalmalarının vahid internet portalında 30.04.2025-ci il tarixində 13 tender və kotirovka sorğusunun, 01.05.2025-ci ildə 13 tender və kotirovka sorğusunun nəticələrini dərc edib. Amma iki gün ərzində dərc olunmuş bu 26 satınalma müsabiqələrin başlanma və bitmə tarixləri 2023-2024-cü illər göstərilir. Elə portal üzərindən apardığımız araşdırmada məlum oldu ki, bunlar 2023 və 2024-cü illərdə keçirilmiş satınalmaların yekun nəticələridir. Bəs bu tenderlər üzrə bağlanan müqavilələrə dair məlumatlar satınalmaların portalında nə üçün qanunla müəyyən edilmiş vaxtda deyil, 2025-ci ilin aprel-may aylarında dərc olunur?

Daha ətraflı araşdırdıqda bəlli oldu ki, bu tender və kotirovkaların bəzilərinin yekunlaşması barədə 2023-cü ildə satınalmaların portalında məlumat dərc edilib. Amma müqavilələrin bağlanılması haqqında məlumatlar isə nədənsə 2025-ci ildə dərc edilir. Bütün bunlar isə Memarlıq və İnşaat Universitetinin Satınalma Komissiyası tərəfindən keçirilmiş açıq tender və kotirovka sorğusu prosedurlarında ciddi qanun pozuntularına yol verildiyinə, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməməsinə, satınalmaların təşkili zamanı saxtakarlıq hallarına yol verilməsinə əsaslı şübhələr yaradır.

Məsələn, 01.05.2025-ci ildə Memarlıq və İnşaat Universiteti tərəfindən 2 saylı tədris binasının cari təmiri üzrə keçirilmiş kotirovka sorğusunda “RM ENGINEERING AND CONSULTING” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 74.738,07 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı dərc edilib. Müsabiqənin başlanma tarixi 05.12.2023-cü il, bitmə tarixi 30.12.2023-cü il göstərilir. Ətraflı araşdırdıqda məlum olur ki, Universitetinin 2 saylı tədris binasının cari təmiri üzrə keçirilmiş kotirovka sorğusu 06.03.2024-cü ildə yekunlaşıb. 72859 nömrəli bu müsabiqənin zərflərinin açılışı isə 24.11.2023-cü il göstərilir.

Buradan sual yaranır. Zərflər paketi 24.11.2023-cü ildə açılmış kotirovka müsabiqəsinin başlanma tarixi 05.12.2023-cü il tarixdə necə ola bilər? Yaxud da 2023-cü ildə yekunlaşmış müsabiqənin nəticəsi niyə 01.05.2025-ci ildə dərc edilir?

Qeyd edək ki, bunlar Memarlıq və İnşaat Universiteti ilə “RM ENGINEERING AND CONSULTING” MMC arasında bağlanan ilk satınalma müqaviləsi deyil. Tərəflər arasında 2022-ci ilin sentyabr-dekabra aylarında abadlaşdırma və cari təmir işləri üzrə ümumi dəyəri 117 min manat olan 3 satınalma müqaviləsi bağlanılıb.

Bundan əlavə, Memarlıq və İnşaat Universiteti 01.05.2025-ci ildə həyətyani sahəsinin abadlaşdırılması üzrə “BƏRPA-AS” MMC ilə 57.995,11 manat məbləğində müqavilə bağladığını dərc edib. Bu müsabiqənin də başlanma tarixi 04.08.2023-cü il, bitmə tarixi 31.12.2023-cü il göstərilir. Ətraflı araşdırdıqda məlum olur ki, bu müsabiqə də 29.09.2023-cü ildə yekunlaşıb.

Bu da Memarlıq və İnşaat Universiteti ilə “BƏRPA-AS” MMC arasında bağlanan ilk müqavilə deyil. Tərəflər arasında 2020-2023-cü illərdə tədris binalarının, idman və yeməkxana korpusunun cari təmiri, tələbə yataqxanasının təmiri üzrə ümumi dəyəri 3 058 577 manat dəyərində 8 satınalma müqaviləsi bağlanılıb. Burada maraqlı bir məqam da var. Belə ki, Universitetin 4 saylı tələbə yataqxanasının təmiri üzrə 26.04.2021-ci ildə 577.060,71 manat dəyərində 18.04.2022-ci ildə isə 969.511,72 manat dəyərində açıq tenderlərin yekunlaşdırılması və “BƏRPA-AS” MMC ilə satınalma müqavilələrin bağlanılacağı açıqlanıb. Universitet tərəfindən birinci müqavilənin bağlanılması barədə portala məlumat yerləşdirilsə də iki müqavilənin bağlanılıb bağlanılmamsı barədə məlumat yoxdu.

Maraqlıdır ki, 2021-ci ildə altı yüz min manat civarında vəsait ayrılmış 4 saylı tələbə yataqxanasının təmirinə bir il sonra bir milyon manata yaxın yenidən vəsait ayrılıb. Maraqlıdır ki, Memarlıq və İnşaat Universiteti bir milyonluq tenderi 12.04.2022-ci ildə başlayıb, 14.04.2022-ci ildə zərflər paketini açıb 18.04.2022-ci ildə isə yekunlaşdırıldığını dərc edib. Cəmi altı günə bir milyon manata yaxın dəyəri olan tender yekunlaşıb. Amma müqavilənin bağlanılması barədə məlumat satınalmaların portalında dərc edilməyib.

Bundan əlavə Memarlıq və İnşaat Universiteti tərəfindən Universitet daxilində liftlərə, şlaqbaun, turniketlərə texniki xidmət və təhlükəsiz istismarın təşkili üzrə keçirilmiş kotirovka sorğusuna dair “ASLİFT” MMC ilə 63.932,4 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı açıqlanıb. Məlumat satınalmalarının vahid internet portalında 30.04.2025-ci il tarixdə dərc edilib. Satınalmaların portalına yerləşdirilimiş məlumatda kotirovka sorğusu müsabiqəsinin başlanma tarixi 13.01.2023-cü il, bitmə tarixi isə 31.12.2023-cü il göstərilir. Sual yaranır. Başlanma tarixi 2023-cü ildə olan kotirovka sorğusu 2025-ci ildə necə keçirilə bilər?

Apardığımız daha ətraflı araşdırma zamanı məlum oldu ki, Memarlıq və İnşaat Universiteti tərəfindən tərəfindən 54742 nömrəli müsabiqə 26.12.2022-ci ildə başlanılmış, zərflərin açılış tarixi 09.01.2023-cü il müəyyən edilmiş, müsabiqənin yekunlaşdırılması və “ASLİFT” MMC ilə 63.932,4 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat 11.01.2023-cü ildə satınalmaların portalında dərc edilmişdir.

Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız daha ətraflı araşdırmada məlum oldu ki, Memarlıq və İnşaat Universiteti tərəfindən tərəfindən 54742 nömrəli müsabiqə üzrə iddiaçılara heç bir dəvət elanı verilməmişdir. Portalda 54742 nömrəli müsabiqənin ləğv olnması barədə də heç bir məlumat yoxdur. Bu isə onu göstərir ki, Memarlıq və İnşaat Universitetinin Satınalma Komissiyası portalda iddiaçılara heç bir elan vermədən “ASLİFT” MMC ilə əvvəlcədən işbirliyi qurmuşlar.

Qeyd edək ki, bu da tərəflər arasında bağlanan ilk satınalma müqaviləsi deyil. Belə ki, Memarlıq və İnşaat Universiteti 11.01.2023-cü ildə 12 ay müddətinə liftlərə, şlaqbaun, turniketlərə texniki xidmət və təhlükəsiz istismarın təşkili üzrə “ASLİFT MMC ilə 63.932,4 manat dəyərində, 28.12.2023-cü ildə isə 64.428 manat dəyərində müqavilələr bağlayıb. Bu xidmətin göstərilməsi üçün 2022-ci ildə isə tərəflər arasında 48.073,2 manat müqavilə bağlanılıb. Bir il ərzində müqavilənin qiymətinin 15 min manatdan çox qaldırılması da suallar doğurur.

Göründüyü kimi Memarlıq və İnşaat Universiteti tərəfindən satınalamaların portalında dərc edilmiş məlumatların hər biri özlüyündə bir çox suallar doğurur. Buradan məlum olan odur ki, Universitetdə satınalmalar Qanunun tələblərinə əməl edilmədən, formal olaraq keçirilir. Bu formal keçirilmiş satınalma prosedurlarında saxtakarlıq hallarına yol yerildiyi isə açıq aşkar görsənir. Və bütün bunlar Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi kimi ciddi bir dövlət qurumunun rəsmi portalınd dərc edilir. Azərbaycan Memarlıq və İnşaat Universitetində isə bütün bu göstərilənlərin satınalamaların portalında olan yenilənmə ilə əlaqələndirirdilər. Maraqlıdır, ciddi bir dövlət qurumunun rəsmi portalında olan yeniləmə niyə ancaq Memarlıq və İnşaat Universitetinin dərc etdiyi məlumatlarda olur?

Təbii ki, bunlar gözdən pərdə asmaq ücün deyilən sözlərdir. Fakt odur ki, Memarlıq və İnşaat Universitetində satınalmalar formal keçirilir və bunu dolayısı yollarla Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi də təsdiq edir. Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova isə bunları istəsə də, istəməsə də inkar edə bilməz.

aktualinfo.org











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan ordusunda məcburi xidmət yaşı artırıldı
Bu gün, 11:45
Fuad Nağıyev Aparat rəhbəri vəzifəsini ona tapşırdı - FOTO
Bu gün, 11:37
Qafqaz Müsəlmanları İdarəsinə yeni sədr müavini təyin edilib - AÇIQLAMA
Bu gün, 11:33
"Qız boşanmaq istəyirsə, oğlan tərəfi yerdən-göyə qədər haqlıdır"
Bu gün, 11:31
Natiq Pənahlıya yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 11:28
AĞACYEYƏN BAŞÇI: Bu dəfə kəsilən ağacları... - VİDEOFAKT
Bu gün, 11:24
GENERAL MEHDİYEV: GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu?
Bu gün, 11:17
Sosial Xidmətlər Agentliyi vətəndaşın BAŞINA OYUN AÇIR - DƏRƏBƏYLİKDİR?
Bu gün, 11:09
“Kişi qadına pul da xərcləyər, amma onu…” - Fatimə KİMƏ ƏSƏBİLƏŞDİ?
Bu gün, 11:02
Rusiya-Ukrayna danışıqlarının yeni mərhələsi Vatikanda keçiriləcək - “Wall Street Journal”
Bu gün, 10:59
"Bu, çox utancverici bir gediş oldu" - Etibar Məmmədov
Bu gün, 10:49
Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi 12.6 milyonluq Uşaq Reabilitasiya Mərkəzinin tikintisindən imtina etdi
Bu gün, 10:47
Moskvadan İrəvana xəbərdarlıq və təhdid: - Ermənistan seçim qarşısında
Bu gün, 10:37
Oturduqları yerdə milyarder olan uşaqlar: Birinci yerdə yenə azərbaycanlıdır - SİYAHI
Bu gün, 10:28
Lavrov qayıtdı, Moskva indi də İrəvana onu göndərir - Böyük hazırlıq başladı
Bu gün, 10:21
Azərbaycan konsulunun yanında söyüş söydü – HƏBS OLUNDU
Bu gün, 10:18
“Şəmkir Un-Yem” MMC-nin direktoru həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 10:16
Sahil Babayev islahatlara BAŞLADI - Kamran Əmirov yüksək vəzifəyə TƏYİN EDİLDİ
Bu gün, 10:14
"Gedib Azərbaycanda millət vəkili olacağam"
Bu gün, 10:12
Lavrov niyə “erməni soyqırımı” abidəsini ziyarət etmədi? - İrəvanda müzakirə
Bu gün, 09:37
Ağdaş təhsil Sektoruna yeni rəhbər təyin olundu - ƏMR
Bu gün, 09:35
Bakıda 1.3 mln. manat kapitallı plaza idarəedicisi olan şirkət yaradıldı
Bu gün, 09:30
“Naftalan –Avtonəqliyyat” rəhbərliyi seçiləcək - TOPLANTI
Bu gün, 09:26
Molla rejimi ilə BUNDAN SONRA NƏ EDƏK? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:19
Zəngəzur dəhlizi üçün son tarix: İrəvanın qərar anı - AKTUAL
Bu gün, 09:15
Daha 10 şirkət bazarı tərk etdi: MMC-lər niyə batır? - ARAŞDIRMA
Bu gün, 09:12
Sayt rəhbəri ilə birgə həbs edilən mühafizəçi azadlığa buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 09:05
İqtisadi və enerji əməkdaşlığının gücləndirilməsi - MƏQALƏ
Bu gün, 09:02
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:00
Arvadını döyən və onun ailə üzvlərinin evlərinə qanunsuz daxil olan şəxslə bağlı QƏRAR
Bu gün, 08:58
Zərdab rayonunda meşə zolağını MƏHV ETDİLƏR VƏ... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 08:52
"Paşinyan hakimiyyəti nə rusiyapərəst, nə də avropapərəstdir, əksinə, ermənipərəstdir..." - "Armtimes"
Bu gün, 08:47
Lavrov erməni qadınları ilə zarafat etdi: - Ünvanı desinlər, kifayətdir
Bu gün, 08:41
Azərbaycanda 7 milyon manata süni intellekt laboratoriyası quracaq
Bu gün, 08:38
"İran uzun müddətdir ki, Azərbaycanla hədə dilində danışır" - Çingiz Qənizadə
Bu gün, 08:30
"Bəlkə mən heç bu şərtlərə razı olmayacam..." - ETİRAZ
Bu gün, 08:27
Jurnalistdən AYNA-ya ÇAĞIRIŞ - "Bakı Bombeyə, Karaçiyə çevrilir…"
Bu gün, 08:19
Yeni qanunvericilik Fuad Nəcəfliyə işləyəcək? - GÖRÜNƏNİ BUDUR
Bu gün, 08:15
Lavrovun səfəri: Kreml Paşinyandan bunu tələb edir - NƏ BAŞ VERİR?
Bu gün, 08:09
TƏBİB stomatoloqların “dişini çəkir” - 1800 manat qovğası
Bu gün, 08:06
Tramp müttəfiqlərə gizli görüşlərdə deyib ki... - “Bloomberg”
Bu gün, 07:03
Daha bir məktəb direktoru: İLLİK 300 MİN QAZANC .. - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 06:57
““Son zəng” məktəb rəhbərlərinin mənfəətinə çevrilib” - FAKT BUDUR!
Bu gün, 06:46
İctimai nəqliyyatda XAOS - “Dərhal psixiatrın nəzarətinə götürülməlidir, yoxsa…”
Bu gün, 06:41
Naxçıvanın səfərbərlik xidmətində hansı İŞLƏR ÇEVRİLİR - İTTİHAM VAR...
Bu gün, 06:28
BDU rektoru kafe biznesinə girişir - Allah BAZAR VERSİN...
Bu gün, 06:21
KRATON klinikasının dövlətə yenidə vergi borcu üzə çıxdı - Sahibi olan bu xanım isə...
Bu gün, 06:09
Bu da memarların tender oyunları - İcazə verin şübhələnək...
Bu gün, 06:05
Məktəb direktorundan növbəti 'ŞEDEVR' - BU NƏDİ BELƏ?
Bu gün, 06:01
Bıçaqla insanları hədələyir, qızını döyür, şüşəni sındırır... - Son günlər NƏLƏR BAŞ VERİR?
Bu gün, 05:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru