Borcu olan şirkət DSMF-nin 2 mərtəbəli binasını 394 min manata təmir edəcək .....                     "İcra başçısı kəndə gəlmişdi, qırağa çəkib dedim ki..." .....                     “Mənə 6000 maaş veriləcəyini dedi” .....                     Azərbaycan və Macarıstan arasında geniş dostluq və tərəfdaşlıq münasibətləri .....                     Tahir Qədəşovun vəziyyəti qəlizləşdi .....                     TƏBİB-lə narazı stomatoloqlar arasında razılıq əldə olundu .....                     Köçəryanla bağlı ŞOK İDDİA .....                     Qadın müəllim başçı müavini oldu .....                     Müdafiə Sənayesi Nazirliyində daha bir kadr dəyişikliyi olub .....                     “Özümü məhkəmənin qabağında yandırmalı olsam belə...” .....                     Azərbaycanda regional maliyyə idarələri yaradılıb .....                     Naxçıvan Konstitusiyası dəyişdirilir: Yeni layihə Milli Məclisə təqdim olunacaq .....                     Müdafiə Sənayesi Nazirliyində yeni təyinat .....                     ADY-də yeni sədr müavini təyin edilib .....                     ABŞ-dən Ziya Məmmədovla bağlı vacib QƏRAR .....                     Hüseyn Həsənov axtarışa verilməzdən əvvəl evini 100 milyona satıb .....                     Misirdən Azərbaycana gətirilən 60 kamaz kartof gömrükdə xarab oldu .....                     "2 gündür hava limanına getməyinə baxmayaraq, hələ də çamadanı vermirlər" .....                     "Ömur vəfa etsə, gedib bir-bir bu yerləri ziyarət edəcəyəm" .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Bəstəkarlar süni intellektə QARŞI .....                     Gəncənin bu məktəbində Əlifba bayramı üçün pul yığılır .....                     Təhsil Nazirliyindən Goranboy-Naftalanla bağlı təyinat .....                     Okeanın o tayında NƏYƏ EYHAM EDİRLƏR? .....                     “Azparking”in yeni PUL TƏLƏSİ: .....                     Öldürülüb Kürə atılan 16 yaşlı gəlinin anası yoxa çıxdı .....                     İşçinin işəgötürənə hər bir müraciəti şikayət hesab olunurmu? .....                     Goranboyda İŞÇİ HAQQINI YEYƏN KİMDİR? .....                     Nazir müavini üçün .....                     Hansı partiya birincidir? .....                     Ermənistan ordusunda məcburi xidmət yaşı artırıldı .....                     Fuad Nağıyev Aparat rəhbəri vəzifəsini ona tapşırdı .....                     Qafqaz Müsəlmanları İdarəsinə yeni sədr müavini təyin edilib .....                     "Qız boşanmaq istəyirsə, oğlan tərəfi yerdən-göyə qədər haqlıdır" .....                     Natiq Pənahlıya yüksək vəzifə verildi .....                     AĞACYEYƏN BAŞÇI: Bu dəfə kəsilən ağacları... .....                     GENERAL MEHDİYEV: GÖMRÜKDƏN BİZNESƏ... .....                     Sosial Xidmətlər Agentliyi vətəndaşın BAŞINA OYUN AÇIR .....                     “Kişi qadına pul da xərcləyər, amma onu…” .....                     Rusiya-Ukrayna danışıqlarının yeni mərhələsi Vatikanda keçiriləcək .....                 

Moskvadan İrəvana xəbərdarlıq və təhdid: - Ermənistan seçim qarşısında
Tarix: Bu gün, 10:37 | Çap et

“Ermənistan Rusiya ilə bütün sahələrdə uzunmüddətli və qarşılıqlı faydalı tərəfdaşlıqda maraqlıdır”. Bu sözləri dünən İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla geniş tərkibdə görüşündə deyib. Nazir bildirilib ki, bu il martın 20-də iki ölkənin XİN-i arasında əməkdaşlıqla bağlı məsləhətləşmələr keçirilib: “Nazirliklər arasında növbəti məsləhətləşmələr baş tutub və konstruktiv şəkildə keçirilib. XİN-lər arasında yeni iki illik məsləhətləşmələr planı razılaşdırılıb və bu gün imzalanacaq. Humanitar əməkdaşlığın inkişafında müsbət dinamika var”.

Mirzoyan ümid etdiyini deyib ki, bu ilin sonuna planlaşdırılan Rusiyada Ermənistan Mədəniyyəti Günləri ikitərəfli əlaqələrin daha da intensivləşməsinə töhfə verəcək.

Rusiyanın baş diplomatının İrəvanda bəyanatları da diqqət çəkir. Lavrov sözlərində Ermənistana sanki xəbərdarlıq edib, İrəvanı Avropaya inteqrasiya siyasətindən əl çəkməyə çağırıb.

“Moskva Qərb rəsmilərinin hədələrinə baxmayaraq, Ermənistanın Baş naziri Nikol Paşinyanın Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi ilə bağlı tədbirlərdə şəxsi iştirakını yüksək qiymətləndirir” deyən Lavrov deyib ki, "bBiz təhlükəsizlik sahəsini birliyimizin ən mühüm ölçülərindən biri hesab etməyə davam edirik”.

“Ermənistanın müdafiəsi, suverenliyi və ərazi bütövlüyünü təmin etmək üçün əlimizdən gələni etməyə hazırıq", - Rusiya XİN rəhbəri bildirib.

Lavrov qeyd edib ki, bu il Rusiya bazasının yerləşdirilməsinə dair sazişin imzalanmasının 30 illiyi, eləcə də Rusiya-Ermənistan Humanitar Mərkəzinin açılmasının 10 ili tamam olur. Nazir həmçinin əlavə edib ki, Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərində erməni həmkarları ilə birgə xidmətini davam etdirirlər.

Rusiyalı nazir eyni zamanda, əlavə edib ki, Avrasiya İqtisadi İttifaqı qlobal bazarda baş verən təlatümlü hadisələr fonunda sabitlik və səmərəlilik nümayiş etdirərək getdikcə daha effektiv və özünü təmin edən olur. Onun sözlərinə görə, MDB platformasında əməkdaşlığın artırılması da aktual görünür.

“Müxtəlif inteqrasiya strukturlarından danışarkən, biz Ermənistanın həm ŞƏT çərçivəsində, həm də BRİKS-in himayəsi altında perspektivli proseslərə fəal qoşulmasında maraqlıyıq”, - deyə Lavrov fikrini yekunlaşdırıb.

Lavrovun İrəvanda verdiyi bəyanatlarla bağlı AYNA.AZ-ın suallarını cavablandıran politoloq Fikrət Sadıqov deyib ki, əvvəlcə Rusiya XİN başçısının Ermənistana səfərinin əsas səbəbinə baxmaq lazımdır:

- Əsas səbəb isə odur ki, Ermənistan Rusiyanın nəzarətindən çıxmaq, Rusiyadan uzaqlaşmaq yolunu tutur. Moskva isə bunun qarşısını almaq üçün hər cür addımlar atmaqdadır. Nəzərə almaq lazımdır ki, Ermənistan Parlamentində Avropa İttifaqına inteqrasiya və üzvlüklə bağlı sənəd qəbul olunub. Bu deməkdir ki, İrəvan Moskvadan uzaqlaşır, əlaqələri azaldır. Məlumdur ki, Ermənistanla Rusiya ilə hərbi-texniki əməkdaşlıq mövcuddur. Eyni zamanda, Ermənistan iqtisadiyyatının inkişafı Rusiya ilə bağlıdır. Unutmaq olmaz ki, Ermənistan Rusiyanın patronajlığındakı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT), Avrasiya İqtisadi İttifaqının (Aİİ) və Gömrük İttifaqının üzvüdür. Rusiya çətiri altındakı təşkilatlarda olan Ermənistanın ondan uzaqlaşmasının qarşısını hər vəchlə almaq niyyətindədir. Lavrov İrəvana gəlməklə Ermənistan siyasi rəhbərliyinin diqqətinə bunları çatdırdı, bir növ xatırlatma etdi.

- Lavrov “Rusiya Ermənistanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması üçün əlimizdən gələni etməyə hazırıq” deməklə nəyə işarə vurdu?

- Bu, əslində Moskvanın İrəvana xəbərdarlığı idi. Lavrov demək istədi ki, Ermənistan Avropaya inteqrasiya yolunu tutacaqsa, Rusiya nə kömək edəcək, nə arxasında dayanacaq, nə də təhlükəsizliyinə təminat verəcək. Rusiya mesaj verir ki, Ermənistanla müttəfiqliyə son vermək ehtimalı çoxdur. Ermənistanın Baş naziri dəfələrlə bildirib ki, Ermənistan Avropa İttifaqına üzv olmaq, Avropaya inteqrasiya etmək istəyir, amma Rusiya ilə də münasibətləri normal saxlamaq niyyətindədir. Rusiya tərəfindən də Ermənistana dəfələrlə xəbərdarlıq edilib ki, rəsmi İrəvanın iki stulda oturmaq istəyinin reallaşması mümkün deyil. Görürlər ki, Ermənistan bu xəbərdarlıqları anlamır. Sonda Lavrov şəxsən İrəvana gələrək xəbərdarlığını etmiş oldu. Rusiyanın Ermənistan qarşısında tələbi konkretdir: ya Avropaya üz tut, ya da olduğun yerdə, Moskvanın çətiri altında qal. Rusiya Ermənistanı başa salır ki, Avropaya inteqrasiya etdiyi təqdirdə İrəvan Moskva ilə münasibətlərini əvvəlki səviyyədə saxlaya bilməz, bu, mümkün deyil. Yəni demək istəyirəm ki, Ermənistanın suverenliyi və ərazi bütövlüyü məsələsi ilə bağlı Lavrovun dedikləri İrəvana xəbərdarlıqdır. Yəni Avropaya inteqrasiya Ermənistanın suverenliyini itirməsi ilə nəticələnə bilər. Yoxsa indiki halda Ermənistanın ərazi bütövlüyünə və suverenliyinə hansı təhdid var ki?!

- Amma Lavrov onu da dedi ki, Ermənistan hər zaman Rusiyanın dəstəyinə arxalana bilər. Bunu necə başa düşmək olar?

- Bəli, Lavrov bunu deyir, amma dediyim kimi, şərti var. Şərt də odur ki, Ermənistan Avropa İttifaqına inteqrasiyadan əl çəkməlidir.Rusiya Ermənistanın bu mesajlardan nəticə çıxarmasını və qərar qəbul etməsini istəyir. Məncə Lavrov bəyanatlarında kifayət qədər açıq ddanışdı. Xəbərdarlıq etdi ki, Moskva İrəvana dəstək verirsə, İrəvanın Brüsselə üz tutması, Avropaya yaxınlaşma siyasəti mənfi nəticələr doğura bilər. Dolayısı ilə Moskva İrəvanı təhdid etdi. İndi Ermənistan bundan hansı nəticəni çxıaracaq, İrəvanın gələcək addımlarına baxmaq lazımdır. Ermənistanın əslində seçim etməsi çətindir. Bir növ, İrəvan “aşağıda saqqal, yuxarıda bığ” məsəli qarşısındadır. Məlumdur ki, indiki Ermənistan hakimiyyəti Qərbə bağlı hakimiyyətdir və Avropaya inteqrasiya xəttini rəhbər tutur. Amma eyni zamanda, Ermənistana təzyiq etmək üçün, varlığını təhdid etmək üçün Rusiyanın kifayət qədər rıçaqları var.

Hesab edirəm ki, Ermənistanın əsas çıxış yolu Azərbaycanın sülhlə bağlı şərtlərini qəbul etmək, sülh sazişi imzalayaraq münasibətləri düzəltmək, paralel olaraq da Türkiyə ilə münasibətlərini normallaşdırmaqdan keçir. Ermənistan üçün təhlükəsizlik zəmanəti nə Avropadır, nə də Rusiya – Azərbaycan və Türkiyədir.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Borcu olan şirkət DSMF-nin 2 mərtəbəli binasını 394 min manata təmir edəcək - TƏFƏRRÜAT
Bu gün, 15:58
"İcra başçısı kəndə gəlmişdi, qırağa çəkib dedim ki..." - GİLEY
Bu gün, 15:54
“Mənə 6000 maaş veriləcəyini dedi” - STP əməkdaşı iş yoldaşını aldadıb
Bu gün, 15:50
Azərbaycan və Macarıstan arasında geniş dostluq və tərəfdaşlıq münasibətləri - MƏQALƏ
Bu gün, 15:46
Tahir Qədəşovun vəziyyəti qəlizləşdi – iş adamları “Atlant”a mal-material verdiklərini dedilər
Bu gün, 15:40
TƏBİB-lə narazı stomatoloqlar arasında razılıq əldə olundu - TƏFƏRRÜAT
Bu gün, 15:37
Köçəryanla bağlı ŞOK İDDİA – “Hraparak”
Bu gün, 15:12
Qadın müəllim başçı müavini oldu - ƏMR
Bu gün, 14:20
Müdafiə Sənayesi Nazirliyində daha bir kadr dəyişikliyi olub - BUNDAN SONRA...
Bu gün, 14:16
“Özümü məhkəmənin qabağında yandırmalı olsam belə...” - məşhur milyonçunun gəlini süründürməçiliyə üsyan etdi
Bu gün, 13:45
Azərbaycanda regional maliyyə idarələri yaradılıb - Maliyyə Nazirliyi AÇIQLADI
Bu gün, 13:36
Naxçıvan Konstitusiyası dəyişdirilir: Yeni layihə Milli Məclisə təqdim olunacaq - Deputatlar danışdı
Bu gün, 13:07
Müdafiə Sənayesi Nazirliyində yeni təyinat
Bu gün, 13:02
ADY-də yeni sədr müavini təyin edilib - BUNDAN SONRA...
Bu gün, 13:00
ABŞ-dən Ziya Məmmədovla bağlı vacib QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 12:49
Hüseyn Həsənov axtarışa verilməzdən əvvəl evini 100 milyona satıb - DETALLAR
Bu gün, 12:47
Misirdən Azərbaycana gətirilən 60 kamaz kartof gömrükdə xarab oldu - AXI NİYƏ?..
Bu gün, 12:44
"2 gündür hava limanına getməyinə baxmayaraq, hələ də çamadanı vermirlər" - GİLEY
Bu gün, 12:41
"Ömur vəfa etsə, gedib bir-bir bu yerləri ziyarət edəcəyəm" - Xalq artisti
Bu gün, 12:39
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:34
Bəstəkarlar süni intellektə QARŞI - “İnsanlığın sonudur!”
Bu gün, 12:32
Gəncənin bu məktəbində Əlifba bayramı üçün pul yığılır - DİREKTORDAN REAKSİYA
Bu gün, 12:19
Təhsil Nazirliyindən Goranboy-Naftalanla bağlı təyinat - ƏMR
Bu gün, 12:17
Okeanın o tayında NƏYƏ EYHAM EDİRLƏR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:11
“Azparking”in yeni PUL TƏLƏSİ: - “Narazılıq yarada bilər”
Bu gün, 12:07
Öldürülüb Kürə atılan 16 yaşlı gəlinin anası yoxa çıxdı - TƏFƏRRÜAT
Bu gün, 12:04
İşçinin işəgötürənə hər bir müraciəti şikayət hesab olunurmu? - AKTUAL
Bu gün, 11:59
Goranboyda İŞÇİ HAQQINI YEYƏN KİMDİR? - GİLEY
Bu gün, 11:57
Nazir müavini üçün ÖZƏL GÜN
Bu gün, 11:49
Hansı partiya birincidir? - SORĞU
Bu gün, 11:47
Ermənistan ordusunda məcburi xidmət yaşı artırıldı
Bu gün, 11:45
Fuad Nağıyev Aparat rəhbəri vəzifəsini ona tapşırdı - FOTO
Bu gün, 11:37
Qafqaz Müsəlmanları İdarəsinə yeni sədr müavini təyin edilib - AÇIQLAMA
Bu gün, 11:33
"Qız boşanmaq istəyirsə, oğlan tərəfi yerdən-göyə qədər haqlıdır"
Bu gün, 11:31
Natiq Pənahlıya yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 11:28
AĞACYEYƏN BAŞÇI: Bu dəfə kəsilən ağacları... - VİDEOFAKT
Bu gün, 11:24
GENERAL MEHDİYEV: GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu?
Bu gün, 11:17
Sosial Xidmətlər Agentliyi vətəndaşın BAŞINA OYUN AÇIR - DƏRƏBƏYLİKDİR?
Bu gün, 11:09
“Kişi qadına pul da xərcləyər, amma onu…” - Fatimə KİMƏ ƏSƏBİLƏŞDİ?
Bu gün, 11:02
Rusiya-Ukrayna danışıqlarının yeni mərhələsi Vatikanda keçiriləcək - “Wall Street Journal”
Bu gün, 10:59
"Bu, çox utancverici bir gediş oldu" - Etibar Məmmədov
Bu gün, 10:49
Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi 12.6 milyonluq Uşaq Reabilitasiya Mərkəzinin tikintisindən imtina etdi
Bu gün, 10:47
Moskvadan İrəvana xəbərdarlıq və təhdid: - Ermənistan seçim qarşısında
Bu gün, 10:37
Oturduqları yerdə milyarder olan uşaqlar: Birinci yerdə yenə azərbaycanlıdır - SİYAHI
Bu gün, 10:28
Lavrov qayıtdı, Moskva indi də İrəvana onu göndərir - Böyük hazırlıq başladı
Bu gün, 10:21
Azərbaycan konsulunun yanında söyüş söydü – HƏBS OLUNDU
Bu gün, 10:18
“Şəmkir Un-Yem” MMC-nin direktoru həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 10:16
Sahil Babayev islahatlara BAŞLADI - Kamran Əmirov yüksək vəzifəyə TƏYİN EDİLDİ
Bu gün, 10:14
"Gedib Azərbaycanda millət vəkili olacağam"
Bu gün, 10:12
Lavrov niyə “erməni soyqırımı” abidəsini ziyarət etmədi? - İrəvanda müzakirə
Bu gün, 09:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru