"Mən Allahverdiyev Şəfi İbrahim oğlu Goranboy rayonu Veyisli qəsəbəsində mənzil kommunal istismar idarəsində fəhlə işləyirəm. Hal-hazırda 9 aydı xəstəliyimlə əlaqədar məzuniyyətə çıxmışam". Bu barədə "DİA-AZ"a daxil olan müraciətdə deyilir.
Müraciətdə daha sonra bildirilir: "Bu 9 ayın 6 ayının maaşını kartıma vursalar da, 3 aydır maaşımı ala bilmirəm.
Aidiyyatı qurumlardan xahiş edirəm, mənə haqqımın bərpasında köməklik edəsiniz".
Daha sonra Goranboy sakini digər problemi ilə bağlı da kömək istəyir. O yazır: "Qeyd edim ki, xəstəliyimlə əlaqədar əlilliyimin təsdiqlənməsi üçün müraciət etsəm də, məni ötür-ötür oyununa salıblar. Qalmışam 4 rayonun arasında. Xahiş edirəm mənə köməklik edəsiniz..."