Xalq artisti Yasin Qarayev doğum günündə ən böyük arzusunu dilə gətirib.
79 yaşlı aktyor Qaynarinfo-ya açıqlamasında bildirib ki, ən böyük arzusu işğaldan azad olunan rayonları görməkdir:
"Zaman etibarilə bir qərinədən çox idi ki, vaxtilə getdiyim, hər birini qarış-qarış gəzdiyim bölgələrin xiffətini çəkirdim. Ağdam, Xankəndi, Şusa, Fizuli, Cəbrayıl, Qubadlı və sonuncu dəfə olduğum Zəngilanın... Artıq onlar yenidən bizimdir. Ömur vəfa etsə, gedib bir-bir bu yerləri ziyarət edəcəyəm".
Yasin Qarayev bu günə qədər həmin ərazilərə səfər etməməsinin səbəblərini də açıqlayıb:
"Zəfərdən sonra səhhətimdə problem yarandı. Ard-arda iki cərrahiyyə əməliyyatı olundum. İndi yavaş-yavaş düzəlirəm".