"Şikayətim "Kapital bank"dandır. Deməli, əvvəl "star kart"dan pul çəkib ayın axırına kimi qaytarıb ödəniş edəndə heç bir komissiya-falan tutmurdular, amma indi..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra bildirir: "Bu gün 500 manat pul çəkmişəm və məndən əlavə 5 manat komissiya tutulub. 196-ya zəng vururam, deyirlər, may ayının 2-sindən bu qərar verilib. Deyirəm, bununla bağlı kart istifadəçisinə hər hansı bildiriş göndərilib? Mənə dedilər ki, "bir bank" tətbiqində bununla bağlı bildiriş verilib. Girib baxıram: heç bir bildiriş-falan yoxdur. Bunu əvvəlcədən istifadəçiyə demək lazımdır. Bəlkə heç mən şərtlərlə razı olmayacam..."
Qeyd edək ki, sözügedən faktla bağlı "Kapital Bank" qarşı tərəf olaraq mövqe açıqlayıb. Bankın açıqlamasında deyilir:
"Bildiririk ki, 02.05.2025-ci il tarixindən etibarən Birbank Star kartlarında kredit xətti vasitəsilə həyata keçirilən nağdlaşdırma, köçürmə və maliyyə əməliyyatları üzrə 1% komissiya tətbiq edilir. Bu komissiya məbləği əsas borc məbləğinin üzərinə əlavə olunur.