Bakıdan Paşinyana çağırış .....                     "Hücum diplomatiyası": ilkin nəticələr və sonrakı hədəflər .....                     Şirkətlərin "Premium Bank"a inamı azalır .....                     Mirsaleh Seyidov üçün SANILI GÜNLƏR QALIB... .....                     Zəngəzur dəhlizi Suriyanı İsraillə birləşdirə bilər .....                     Bu quşçuluq şirkətinin direktoru dəyişir .....                     Ukrayna bundan sonra Rusiyanın istənilən yerini vura biləcək... .....                     Rusiyada azərbaycanlı biznesmenlər HƏBS OLUNDU .....                     QHT sədri dənizdə şok keçirdi .....                     “Fransa Azərbaycan siyasətini korrektə etməlidir...” .....                     HAÇA-PAÇA qalan səhiyyəmizdə ƏXLAQ TƏNƏZZÜLÜ... .....                     Məhkəmə “Azpetrol”un eks-əməkdaşı ilə bağlı qərarı açıqladı .....                     Milli Dram Teatrının direktoruna ağır itki üz verdi .....                     Yeni geopolitik konfiqurasiya və Azərbaycan .....                     Rusiya uğrunda ölən azərbaycanlılar: dəyərmi? .....                     Paşinyan Trampın Ruben Vardanyanla bağlı təklifini rədd etdi... .....                     “Bolluq LTD” şirkətinin pulunu mənimsəyən ekspeditora cəza verildi .....                     Azərbaycanla sərhəddə gizli toplantı .....                     Paşinyan Zəngəzur dəhlizi qarşılığında bunu istəyir .....                     Qida Sənayesi Kolleci adlı BAZAR... .....                     Bakıdan Kiyevə uzadılan kömək əli .....                     5 ölkə üçün yeni təhlükə: Siyahıda Azərbaycan da var .....                     Adil Vəliyev şəhid ailəsinə qarşı... .....                     “FSB”nin Bakıda kəsilən “qolu” .....                     `Bolluq`dan körpə balalarımıza BOLHABOL TƏHLÜKƏ... .....                     Nizami rayonunda MÖCÜZƏ: Bizim başçı əsl sehrbazdır... .....                     "Sertifikasiyadan kəsilən müəllimlərin statusu ilə bağlı qərar verilməlidir" .....                     "Arif Səlimovdan başqa heç bir müğənni onun məzarını tanımır" .....                     AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir .....                     Həmkarlar İttifaqında nə baş verir? .....                     10 manatlıq şirkətin 4.7 mily manatdan çox vergi borcu üzə çıxıb .....                     Bakı platforması: “Əgər danışıqlar uğurlu alınsa...” .....                     Partiya sədri Rusiyada yaşayan azərbaycanlıları ETİRAZA səslədi .....                     ƏT BAZARINDA MÖHTƏKİRLİK... .....                     “Əzbərlə, keç”: Dəyişiklik xatirinə dəyişdirilən dərsliklər .....                     Regionla bağlı qorxunc ssenari .....                     "Heç bir ölkə bu missiyanı öz üzərinə götürə biləcək imkanlara sahib deyil" .....                     Həm baha, həm keyfiyyətsiz: Dərman bazarında nə baş verir? .....                     “Little Stars” uşaq bağçası, YOXSA... .....                     “Kale Seramik” mağazasının qarşısında ÖZBAŞINALIQ .....                 

Kazinoların bərpası gündəmdə: xeyri nə, təhlükəsi nə? - AKTUAL
Tarix: 26-04-2025, 09:14 | Çap et
Kazinoların bərpası gündəmdə: xeyri nə, təhlükəsi nə?
Azərbaycanda turist axınını daha da artırmaq üçün kazinoların yenidən bərpa olunması təklif olunur. Maraqlıdır, bəs təklif bu gün üçün nə vəd edir?

Ölkədə son illərdə qeyri-neft sektoruna “stavka” turizm sahəsini ölkə iqtisadiyyatının aparıcı sektorlarından birinə çevrilmə potensialı daşıyır. Bu kontekstdə kazino biznesinin ölkədə leqallaşdırılması və ya məhdud formalarda icazə verilməsi mümkün iqtisadi perspektiv kimi qiymətləndirilir.

Azərbaycanda kazino fəaliyyəti 1998-ci ildə qadağan edilib. Burada əsas məsələ qanunvericilik sisteminin formalaşdırılmasıdır. Çünki Azərbaycan kimi ölkələrdə kazino incə və spesifik mövzu hesab olunur. İlk növbədə kazinoların dövlət üçün hansı faydalar gətirəcəyini düşünmək lazımdır.

Üstəlik, kazino açmaq üçün ilk olaraq onun açılacağı yeri müəyyənləşdirmək lazımdır. Dünya təcrübəsinə görə, belə məkanlar məktəblərdən, təhsil və mədəniyyət ocaqlarından uzaq olmalıdır. Kazino yalnız xaricilər üçün fəaliyyət göstərə bilər.

İlk növbədə ciddi hüquqi çərçivə və dövlət tənzimlənməsi olmalıdır. Lisenziya məhdud qaydada təqdim olunmalı və daha kompakt ərazilərdə fəaliyyət göstərən turizm obyektlərinə verilməlidir. Bu, həmçinin yeni iş yerləri deməkdir. Kazino turizmi minlərlə iş yerinin yaradılmasına imkan verə bilər.

Azərbaycandan hər il yüzlərlə insan kazinolarda əylənmək məqsədilə Gürcüstana, Rusiyaya və daha uzaq ölkələrə üz tutur. Bu isə sadəcə maraq deyil, külli miqdarda maliyyə vəsaitinin xarici bazarlara yönəlməsi deməkdir. Bununla yanaşı, region ölkələrinin əyləncə və kazino turizmi sahəsində əldə etdiyi gəlirlər artdığı bir zamanda, Azərbaycan bu sahədə potensialından tam istifadə edə bilmir.

Bununla yanaşı bu ideya riskləri də daşıyır. Kazino biznesinin leqallaşdırılması bəzi sosial və etik problemlər yarada bilər. Cəmiyyətdə sosial sabitliyə müəyyən neqativ təsir göstərə, cinayətkarlıq riski, bu sektorda qeyri-rəsmi fəaliyyətlərə şərait yarada bilər. Burada Azərbaycan cəmiyyəti ənənəvi mənəvi dəyərlərini də nəzərə almaq lazım gələcək.

Gürcüstan bu sahədə ən açıq və liberal yanaşmanı nümayiş etdirən ölkədir. Ölkədə həm yerli əhali, həm də turistlər üçün açıq olan onlarla kazino fəaliyyət göstərir. Xüsusilə Batumi, Tbilisi və Kutaisi kimi şəhərlər kazino turizminin əsas mərkəzləri hesab olunur. Qumar oyunları turistləri cəlb edir və bu, hotelçilik, nəqliyyat, restoran və əyləncə sektorlarının inkişafına təkan verir. Batumi şəhəri, xüsusilə yay aylarında Türkiyədən və Yaxın Şərqdən gələn turistlərlə dolur.

Gürcüstan hökuməti qumar oyunlarından əldə edilən gəlirlərdən ciddi miqdarda vergi toplayır. 2023-cü ildə bu sahədən dövlət büdcəsinə daxil olan vergi 300 milyon larini (təxminən 110 milyon dollar) keçmişdi.

Azərbaycan isə bu sahəni qadağan etməklə sosial sabitliyi qorumağa çalışır, lakin potensial iqtisadi gəlirlərdən və turizm imkanlarından imtina etmiş olur.

Qumar oyunlarının iqtisadi faydası danılmazdır, lakin sosial və etik aspektlərdə yaratdığı risklər də gözdən qaçırılmamalıdır. Regionda bu sahədə yeni qərarların verilməsi üçün balanslaşdırılmış, məsuliyyətli tənzimləmə modellərinə ehtiyac ola bilər.

İqtisadçı Natiq Cəfərli deyir ki, Gürcüstan örnəyinə nəzər salsaq, görərik ki, kazinoların açılması turizmin inkişafına kömək edir: "Azərbaycan ərazisində kazinolar əgər açılarsa, aydınlaşdırmaq lazımdır ki, onlar turizm bölgəsində, yoxsa ölkənin hər yerində fəaliyyət göstərəcək. Məsələn, ABŞ-də heç də ölkənin hər yerində kazino açmağa icazə yoxdur, cəmi 3 ştatda kazino var. Rusiyada isə yalnız 4 bölgədə kazino açmağa icazə var. Bunun müxtəlif hüquqi prosedur qaydaları haqqında düşünmək olar.

Təbii ki, kazinolar turist sayının artımına kömək edir. Lakin bunun hansı konteksdə və hansı bölgədə ediləcəyi ilə bağlı düşünmək lazımdır. Azərbaycanda kazinoların açılmasının mənfi və təhlükəli tərəfləri isə odur ki, insanlarda aludəçilik yarana bilər. Lakin elə aludəçi insanlar varsa, onlar Gürcüstana da gedib qumar oynayacaqlar. Aludəçiliyə görə bu məsələnin birmənalı qəbul edilməməsi anlaşılandır. Amma müəyyən qadağaların olacağını da nəzərə almaq lazımdır. Las Vegasda yaşı 21-dən az olanlar kazinoya buraxılmırlar. Çox sərt qadağalar var. Azərbaycanda da kazinoların açılması məsələsini belə sərt qadağalarla tənzimləmək olar".

İqtisadçı qeyri-leqal fəaliyyət göstərən kazinolardan da söz açıb: “Qeyri-leqal fəaliyyət göstərən kazinolarla bağlı dəqiq məlumatım yoxdur. Onların həcmi, dövriyyəsi haqqında informasiya olsaydı, ölkə iqtisadiyyatına vurduğu ziyanı, vergidən yayınma hallarını demək mümkün olardı. Lakin istənilən halda belə bir ehtimal mümkündür. Çünki qadağalar həmişə qeyri-leqal sahədə fəaliyyətin güclənməsi ilə nəticələnir”.

“Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri, “Azərbaycan Ekoturizm Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru Samir Dübəndi bildirib ki, ABŞ, İngiltərə, İspaniya, İtaliya kimi ölkələr bu sahədə qabaqcıllar sırasındadır: “Düşünürəm ki, bu ölkələrin təcrübəsi yenidən araşdırılmalıdır. Bu ölkələrin təcrübəsi, illər ərzində qarşılaşdıqları problemlər öyrənilməlidir. Həmçinin bu sahənin tənzimləmə mexanizmləri, hüquqi bazası yaradılmalıdır. Kazino biznesinin ətrafında böyük otel biznesi də inkişaf edir. ”Kazino hotellər" məşhurdur və bu hotellərdə kazinodan başqa yerləşmə, qidalanma və xidmətlərdən böyük qazanclar əldə edilir. Bu fəaliyyət sahəsinin insanlara sosial-iqtisadi təsirləri qiymətləndirilməli, dərin təhlillər aparılmalıdır. Kazino sahəsinin yerləşmə məkanları da ciddi əhəmiyyət daşıyır. Kazinolar, əsasən, təhsil müəssisələrindən, şəhər mərkəzlərindən kənarda yerləşməlidir".

İqtisadçı ekspert Xalid Kərimli isə bildirib ki, kazinoların açılmasının Azərbaycana iqtisadi və turizm cəhətdən ancaq faydası var: “Burada söhbət əyləncə növü üzrə azadlığın bərpasından gedir. Azərbaycan turist ölkəsi olmaq istəyirsə, qonşu Gürcüstanın təcrübəsindən istifadə etmək lazımdır. Gürcüstan bu sahədə azadlıqlar verib, ölkəyə girişi rahat edib. Nəticədə Gürcüstana gələn turistlərin sayı Azərbaycana gələnlərdən 3 dəfə çoxdur.

Ölkəmizdə kazinoların bərpa edilməsi güclü turist axınına səbəb olacaq. Çünki kazinolar turistlər üçün əyləncə mühiti yaradacaq. Həmçinin hotellər, restoranlar üçün də müştəri olacaq. Eyni zamanda, Gürcüstana, Rusiyaya, Kiprə gedən yerli kazino oyunları həvəskarları da xarici ölkəyə getməyə ehtiyac duymayacaq. Nəticədə pul ölkədən çıxmayacaq, gəlir Azərbaycanda qalacaq. Kazinoların açılması yeni iş yerlərinin yaranması deməkdir. Həmçinin vergi ödənişlərinə də təsir edəcək. Bir sözlə, iqtisadi cəhətdən kazinoların Azərbaycanda açılmasının heç bir mənfi tərəfi yoxdur.

Ziyan olaraq pis vərdişləri düşünmək olar. İndi bunun qarşısını almaq mümkün deyil. Əgər bir insanın belə vərdişi varsa, o bunu onlayn və ya qeyri-leqal yollarla həyata keçirir. Sadəcə olaraq məhdudlaşdırıcı standartları müəyyən etmək olar. Məsələn, kazinolar paytaxtdan 23 kilometr uzaqda yaradılsın və s.

Hansısa bir idarə olunan formada tənzimləmək olar. Kazino açmağın standartları formalaşmalıdır, çünki onların bərpasının ölkəyə xeyri olacaq".

“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıdan Paşinyana çağırış - “Tör-töküntülərin ipini yığ!”
Bu gün, 10:52
"Hücum diplomatiyası": ilkin nəticələr və sonrakı hədəflər - İNCƏLƏMƏ
Bu gün, 10:48
Şirkətlərin "Premium Bank"a inamı azalır - 29 milyon manat depoziti geri çəkdilər
Bu gün, 10:46
Mirsaleh Seyidov üçün SANILI GÜNLƏR QALIB... - İLGİNC İDDİA
Bu gün, 10:38
Zəngəzur dəhlizi Suriyanı İsraillə birləşdirə bilər - ŞƏRH
Bu gün, 10:28
Bu quşçuluq şirkətinin direktoru dəyişir
Bu gün, 10:08
Ukrayna bundan sonra Rusiyanın istənilən yerini vura biləcək... - “The Washington Post”
Bu gün, 10:00
Rusiyada azərbaycanlı biznesmenlər HƏBS OLUNDU - SƏBƏB
Bu gün, 09:53
QHT sədri dənizdə şok keçirdi - TƏFƏRRÜAT
Bu gün, 09:52
“Fransa Azərbaycan siyasətini korrektə etməlidir...” - ƏKS HALDA...
Bu gün, 09:47
HAÇA-PAÇA qalan səhiyyəmizdə ƏXLAQ TƏNƏZZÜLÜ... - MALƏSƏF...
Bu gün, 09:40
Məhkəmə “Azpetrol”un eks-əməkdaşı ilə bağlı qərarı açıqladı - TƏFƏRRÜAT
Bu gün, 09:36
Milli Dram Teatrının direktoruna ağır itki üz verdi
Bu gün, 09:31
Yeni geopolitik konfiqurasiya və Azərbaycan - AKTUAL
Bu gün, 09:05
Rusiya uğrunda ölən azərbaycanlılar: dəyərmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:59
Paşinyan Trampın Ruben Vardanyanla bağlı təklifini rədd etdi... - “Hraparak”
Bu gün, 08:56
“Bolluq LTD” şirkətinin pulunu mənimsəyən ekspeditora cəza verildi - TƏFƏRRÜAT
Bu gün, 08:54
Azərbaycanla sərhəddə gizli toplantı - Kremlin çevriliş ssenarisi
Bu gün, 08:50
Paşinyan Zəngəzur dəhlizi qarşılığında bunu istəyir – Rusiyaya qarşı yüz illik plan
Bu gün, 08:48
Qida Sənayesi Kolleci adlı BAZAR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 08:46
Bakıdan Kiyevə uzadılan kömək əli - yeni tərəfdaşlıq nə vəd edir?
Bu gün, 08:35
5 ölkə üçün yeni təhlükə: Siyahıda Azərbaycan da var – DETALLAR
Bu gün, 08:34
Adil Vəliyev şəhid ailəsinə qarşı... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 08:29
“FSB”nin Bakıda kəsilən “qolu” - hibrid savaşçılarının baş hədəfi
Bu gün, 08:25
`Bolluq`dan körpə balalarımıza BOLHABOL TƏHLÜKƏ... - BU NƏDİ BELƏ?
Bu gün, 08:19
Nizami rayonunda MÖCÜZƏ: Bizim başçı əsl sehrbazdır... - FOTOFAKT
Bu gün, 06:52
"Sertifikasiyadan kəsilən müəllimlərin statusu ilə bağlı qərar verilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 06:47
"Arif Səlimovdan başqa heç bir müğənni onun məzarını tanımır"
Bu gün, 06:45
AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir
Bu gün, 06:38
Həmkarlar İttifaqında nə baş verir? – Yaxın qohumu Sahib Məmmədovu tərk etdi
Bu gün, 06:34
10 manatlıq şirkətin 4.7 mily manatdan çox vergi borcu üzə çıxıb - DETALLAR
Bu gün, 06:28
Bakı platforması: “Əgər danışıqlar uğurlu alınsa...” - AKTUAL
Bu gün, 06:26
Partiya sədri Rusiyada yaşayan azərbaycanlıları ETİRAZA səslədi - "Birləşin, təşkilatlanın, etiraz edin..."
Bu gün, 06:23
ƏT BAZARINDA MÖHTƏKİRLİK... - kimlərsə məqsədli şəkildə...
Bu gün, 06:20
“Əzbərlə, keç”: Dəyişiklik xatirinə dəyişdirilən dərsliklər - AXI NİYƏ?..
Bu gün, 06:17
Regionla bağlı qorxunc ssenari – Gizli bomba 49 ildən sonra “partlaya bilər”
Bu gün, 06:15
"Heç bir ölkə bu missiyanı öz üzərinə götürə biləcək imkanlara sahib deyil" - deputat
Bu gün, 06:13
Həm baha, həm keyfiyyətsiz: Dərman bazarında nə baş verir? - ARAŞDIRMA
Bu gün, 06:06
“Little Stars” uşaq bağçası, YOXSA... TƏHLÜKƏ MƏNBƏYİ?
Bu gün, 06:05
“Kale Seramik” mağazasının qarşısında ÖZBAŞINALIQ - piyada yolu zəbt edildi
Bu gün, 06:00
Mingəçevirdə iş çevirən MÜƏMMALI ŞİRKƏT - Küçə ticarəti, NARAZI SAKİNLƏR.....
Bu gün, 05:57
Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib
Bu gün, 02:57
Bu məşhur istirahət məkanı zibillik içərisindədir - - FOTO
Bu gün, 02:55
Dünyanın yükünü daşıyan ADY-ni bataqlığa kim sürükləyir?! - GÖRÜNƏNİ ODUR Kİ...
Dünən, 18:07
Gömrük sistemində rütbə ədalətsizliyi - NARAZILIQ VAR...
Dünən, 18:06
Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfəri TƏKLİF OLUNDU
Dünən, 17:58
ABŞ 100 il müddətinə Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib - Səfir
Dünən, 17:44
Çimərliyə maşınla girənlərə sərt sözlər: - “Əllərinə bir az pul keçib, görməmişlər…”
Dünən, 17:42
Paşinyan belçikalı həmkarı ilə sülh prosesini müzakirə etdi
Dünən, 17:35
Nazirlik texnikasını yeniləyir: 3 milyonluq satınalma yekunlaşdı - QALİBLƏR
Dünən, 17:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru