Ukraynaya hücumlarda İran və Şimali Koreya silahları istifadə olunur .....                     Azərbaycan-Ermənistan danışıqları başlayıb? .....                     ƏÜO-da "Komando başlanğıc kursu"nun növbəti buraxılış mərasimi keçirilib .....                     Bakıda üç narkotik istifadəçisinin şok əməlləri: “Sovetski”dən adam oğurladılar, dənizdə... .....                     SOCAR-a yaxın daha bir şirkət təsis edilib .....                     Azadə Hüseynovaya vəzifə verildi .....                     Ərdoğanla Pezeşkian regional və qlobal məsələləri müzakirə edib .....                     “Qumar kralı”nın həbsi uzandı .....                     Ermənistan polisinin 10 əməkdaşı narkotik istifadəsinə görə işdən qovulub .....                     “Elə janrlar var ki, qulaq asmıram amma pisləmirəm də” .....                     “Milyonlarla istifadəçisi var, amma böyük məbləğlərlə qazanmaq üçün hər şeyi hesablayıb” .....                     Ermənistan hakimiyyətində demokratik böhran dərinləşir .....                     “AXC xalqla yox, mafiya ilə işləyirdi” .....                     Ermənistan Baş nazirindən etiraf: .....                     Bakıda tikiləcək yeni parkın layihə sənədlərinə 2,4 milyon xərclənəcək .....                     “Kredit Servis BOKT”nin mənfəəti azalıb .....                     “AFB Bank”da SİNFİ BƏRABƏRSİZLİK!!! .....                     Dövlət qurumu illik audit üçün “RSM Azerbaijan” şirkətini seçdi .....                     2400 manat gəlirlə kim reklama müftə çəkilməz ki?! .....                     Nail Mehbalıyev mərkəzə direktor təyin edildi .....                     Tanınmış hotelin pulunu mənimsəməkdə təqsirləndirilən şəxsə hökm oxunub .....                     Daha bir tiktoker azadlığa buraxıldı .....                     İctimaiyyətdən “Azercell”-ə etirazlar davam edir .....                     Nazir müavininin anası 103 yaşında vəfat edib .....                     Moskvada çeçenlərin oğurladığı şəxsin həyatında Azərbaycanın rolu... .....                     Müğənninin ƏN BÖYÜK ARZUSU: .....                     Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir .....                     Daha bir tikinti şirkəti hakim qarşısında… .....                     Ermənistanda indikindən daha legitim hökumət olmayıb .....                     Bu kreditlər silinir? .....                     "Finoko" BOKT-un zərəri 2 dəfəyə yaxın artıb, .....                     “Roşka” ləqəbli tiktokerin həbs müddəti uzadılıb .....                     Bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var .....                     BDU-nun nümayəndə heyəti “QS EduData Summit-2025” tədbirində iştirak edir .....                     "Dövlət başçımızın uzaqgörən siyasətinin davamıdır" .....                     Dronlar raketlərə qarşı: üfüqdə sülh görünmür .....                     Mədəniyyət Nazirliyinin 182 minlik tenderi ləğv edildi .....                     "Yeməkləri itə tökəsən yeməz..." .....                     BSU rektoru öz yalanını özü ifşa etdi .....                     Keçən il BOKT “İDK” 652 min manat zərər edib .....                 

Sülh üçün Konstitusiya dəyişməlidir, amma... - AKTUAL
Tarix: 22-02-2025, 07:25 | Çap et
Sülh üçün Konstitusiya dəyişməlidir, amma...
Ermənistanın baş naziri Nikol Paşinyan ölkə Konstitusiyasının dəyişdirilməsinin zəruriliyini bəyan edib.

“Real Ermənistan ideologiyası üçün referendum yolu ilə yeni Konstitusiyanın qəbul edilməsi vacibdir”. Ermənistan KİV-lərinin məlumatına görə, o, bunu çərşənbə günü canlı televiziya efirində bildirib.

“Real Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən tanınan, 29,743 kvadrat kilometr əraziyə malik Ermənistandır. Bu sistem üçün ümumxalq referendumu ilə yeni Konstitusiyanın qəbul edilməsi vacibdir. Çünki buna qədərki bütün konstitusiya referendumlarının ciddi legitimlik çatışmazlığı olub. Yeni Konstitusiyanın strateji məqsədi dövlətsiz bir xalqın köhnəlmiş düşüncə tərzindən dövlət quran xalq düşüncəsinə keçid etməkdir”, - deyə o vurğulayıb.

“2020-ci ilin fevralından bəri Ermənistanın yeni Konstitusiyaya ehtiyacı olduğunu deyirəm. Ermənistan vətəndaşları özlərini Respublikanın qurucuları kimi görməlidirlər. Lakin onlar həm də hüquq və vəzifələr sisteminin qurucuları kimi düşünməlidirlər.

Biz əsrlər boyu başqaları tərəfindən yaradılmış sistemlərdə yaşamışıq. Əsrlər boyu davam edən düşüncə tərzi, eləcə də siyasi səbəblər indiki reallığa təsir edir. Biz bu sistemin bizə zorla qəbul etdirildiyini düşünürük”, - deyə baş nazir xalqa televiziya müraciətində bildirib.

Xatırladaq ki, Paşinyan əvvəl də dəfələrlə bəyan edib ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamaq naminə Konstitusiyanı dəyişməyə hazırdır. Bakı Ermənistan Konstitusiyasında müstəqillik bəyannaməsinə istinad olduğuna etiraz edir. Çünki həmin bəyannamədə Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar ver.

Mövcud bəyanatdan sonra prosesin öl nöqtədən tərpənəcəyi ehtimalı varmı? Çünki vaxtaşırı Konstitusiyanın dəyişdirilməsinin vacibliyi barədə arzuları dilə gətirmək bir şeydir, bununla bağlı ümumxalq referendumunun hazırlanması prosesinə başlamaq isə tamamilə fərqli bir məsələdir. Əgər bu, doğrudan da yaxın gələcəkdə baş versə, Ermənistanda seçki hüququ olan vətəndaşların yarıdan çoxunun əsas qanunun dəyişdirilməsinə və oradan Azərbaycanın Qarabağ bölgəsinin xatırlanmasının çıxarılmasına səs verəcəyinə ümid etmək olarmı?

Müstəqil siyasi ekspert Nəsimi Məmmədli Pressklub.az-a açıqlamasında bununla bağlı fikirlərini bölüşüb.

O, xatırladıb ki, Ermənistanın baş naziri həqiqətən də uzun müddətdir Konstitusiyanı dəyişdirmək planları üzərində çalışır.

“Amma o, bunun üçün ölkəsində əlverişli siyasi şərait yaratmalıdır. Bu, təkcə onun komandasından asılı deyil. Konstitusiyanın dəyişdirilməsi və ya yenisinin qəbulu Ermənistanda siyasi gərginliyi yenidən artıracaq. Proseslər münaqişəyə çevrilə bilər.

Hazırda Paşinyan çətin seçim qarşısındadır. Azərbaycanla sülh sazişini imzalamaq üçün Konstitusiyanın bəzi maddələrini dəyişmək lazımdır. Əgər vəziyyət dəyişməsə, sülh sazişi imzalanmayacaq. Sülh olmayacağı təqdirdə isə Türkiyə və Azərbaycanla münasibətlərin qurulması da mümkün olmayacaq. Ermənistan təcriddən çıxa bilməyəcək. Rusiyadan və İrandan asılılıq davam edəcək, Qərblə münasibətlərin dərinləşməsi isə daha da çətinləşəcək”, - deyə ekspert bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında hazırkı qeyri-müəyyən vəziyyətin uzun müddət davam etməsi Paşinyan üçün də problemlər yarada bilər.

“Qeyri-müəyyənlik Azərbaycan üçün də sərfəli deyil. Əgər Rusiya Ukraynada atəşkəsə nail olarsa, diqqətini Cənubi Qafqaza yönəldəcək. Xüsusilə Ermənistanda Moskva ona sadiq siyasi qüvvələri hakimiyyətə gətirmək üçün yeni cəhdlər edəcək və bununla da Paşinyanın hakimiyyətinə son qoyacaq.

Ermənistan əhalisinin əksəriyyəti Azərbaycanla sülh sazişinin imzalanmasını istəyir. Çünki yeni müharibə erməni xalqı üçün daha ağır zərbə olacaq. Əvvəlki müharibə Azərbaycanın ərazilərində gedirdi və Ermənistanın ərazilərinə toxunmamışdı. Lakin indi müharibə başlasa, Ermənistan ərazisinə ciddi ziyan görəcək. Bu səbəbdən Ermənistan əhalisi sülhün vacibliyini anlamağa başlayıb. Rusiyaya meylli müxalifət qüvvələrinin revanşist bəyanatları Ermənistanda ciddi dəstək tapmır.

Lakin erməni diasporu, dini icmalar, radikal-millətçi siyasi hərəkatlar və Ermənistana hərbi dəstək verən dövlətlər sülhün əldə olunmasına qarşıdır. Əgər Paşinyan hökuməti xarici təsiri neytrallaşdıra bilsə, referendumda istədiyi nəticəni əldə edə bilər”, - deyə Məmmədli hesab edir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ukraynaya hücumlarda İran və Şimali Koreya silahları istifadə olunur - Zelenski
Bu gün, 17:33
Azərbaycan-Ermənistan danışıqları başlayıb? – “Real nəticələr ola bilər”
Bu gün, 17:31
ƏÜO-da "Komando başlanğıc kursu"nun növbəti buraxılış mərasimi keçirilib
Bu gün, 17:27
Bakıda üç narkotik istifadəçisinin şok əməlləri: “Sovetski”dən adam oğurladılar, dənizdə... - TƏFƏRRÜAT
Bu gün, 17:25
SOCAR-a yaxın daha bir şirkət təsis edilib - DETALLAR
Bu gün, 17:21
Azadə Hüseynovaya vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 17:17
Ərdoğanla Pezeşkian regional və qlobal məsələləri müzakirə edib
Bu gün, 17:06
“Qumar kralı”nın həbsi uzandı - Şikayəti rədd edildi
Bu gün, 16:29
Ermənistan polisinin 10 əməkdaşı narkotik istifadəsinə görə işdən qovulub
Bu gün, 16:22
“Elə janrlar var ki, qulaq asmıram amma pisləmirəm də” - Ağamirzədən Hacı Aqil Məlikova ETİRAZ
Bu gün, 16:17
“Milyonlarla istifadəçisi var, amma böyük məbləğlərlə qazanmaq üçün hər şeyi hesablayıb” - Deputat “Azercell”i tənqid etdi
Bu gün, 16:11
Ermənistan hakimiyyətində demokratik böhran dərinləşir - GƏLİŞMƏ
Bu gün, 16:05
“AXC xalqla yox, mafiya ilə işləyirdi” - Zərdüşt Əlizadə
Bu gün, 16:01
Ermənistan Baş nazirindən etiraf: - Bunu ölüm təhlükəsi altında etdim
Bu gün, 15:57
Bakıda tikiləcək yeni parkın layihə sənədlərinə 2,4 milyon xərclənəcək
Bu gün, 15:53
“Kredit Servis BOKT”nin mənfəəti azalıb
Bu gün, 15:49
“AFB Bank”da SİNFİ BƏRABƏRSİZLİK!!! - İşçi maaşı azalıb, rəhbərlik isə...
Bu gün, 15:34
Dövlət qurumu illik audit üçün “RSM Azerbaijan” şirkətini seçdi
Bu gün, 15:21
2400 manat gəlirlə kim reklama müftə çəkilməz ki?! - “Çünki o Rasim Balayevdir”
Bu gün, 15:18
Nail Mehbalıyev mərkəzə direktor təyin edildi - BUNDAN SONRA...
Bu gün, 15:16
Tanınmış hotelin pulunu mənimsəməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Bu gün, 15:11
Daha bir tiktoker azadlığa buraxıldı
Bu gün, 15:10
İctimaiyyətdən “Azercell”-ə etirazlar davam edir - DETALLAR
Bu gün, 13:11
Nazir müavininin anası 103 yaşında vəfat edib
Bu gün, 13:09
Moskvada çeçenlərin oğurladığı şəxsin həyatında Azərbaycanın rolu... - TƏFƏRRÜAT
Bu gün, 13:06
Müğənninin ƏN BÖYÜK ARZUSU: - “İstəyirəm, pullarımı ora xərcləyim”
Bu gün, 12:59
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir - “Eurasia.net”
Bu gün, 12:56
Daha bir tikinti şirkəti hakim qarşısında… - Nə qərar veriləcək?
Bu gün, 12:52
Ermənistanda indikindən daha legitim hökumət olmayıb - Paşinyan
Bu gün, 12:48
Bu kreditlər silinir? - AÇIQLAMA
Bu gün, 12:45
"Finoko" BOKT-un zərəri 2 dəfəyə yaxın artıb, kapitalı müflislik həddinə düşüb
Bu gün, 12:41
“Roşka” ləqəbli tiktokerin həbs müddəti uzadılıb
Bu gün, 12:38
Bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:34
BDU-nun nümayəndə heyəti “QS EduData Summit-2025” tədbirində iştirak edir
Bu gün, 12:30
"Dövlət başçımızın uzaqgörən siyasətinin davamıdır" - deputat
Bu gün, 12:23
Dronlar raketlərə qarşı: üfüqdə sülh görünmür - GƏLİŞMƏ...
Bu gün, 12:11
Mədəniyyət Nazirliyinin 182 minlik tenderi ləğv edildi
Bu gün, 11:56
"Yeməkləri itə tökəsən yeməz..." - Naxçıvanda SƏHİYYƏ BATIR...
Bu gün, 11:48
BSU rektoru öz yalanını özü ifşa etdi - FOTO
Bu gün, 11:45
Keçən il BOKT “İDK” 652 min manat zərər edib
Bu gün, 11:37
Bakı Yaşıllaşdırma Təsərrüfatı Birliyi: BİR KÜLƏKLİK CAN... - MALƏSƏF...
Bu gün, 11:22
Paşinyanın "xaçlı sınağı": İrəvanda kilsə "siyasi ölülər"lə birləşdi - NƏ BAŞ VERİR?
Bu gün, 11:05
Paşinyan bu dəfə “qorxu” duası etdi... -"On minlər 4 yanımı bürüsə də, qorxmaram..."
Bu gün, 11:03
Firdovsi Məmmədov icraçı direktor təyin olundu - ƏMR
Bu gün, 10:52
Lənkəranda kanalizasiya sistemi quracaq şirkət - 50 MİLYON QAZANACAQ
Bu gün, 10:47
Kilsə siyasətin içində, Paşinyan isə qarşısında: - Ermənistanın daxilində görünməyən müharibə gedir
Bu gün, 10:44
Paşinyan İrəvandakı mənzilini bu qiymətə satdı: - Görün kim alıb
Bu gün, 10:38
Banka verilən arayışı dəyişdi - Gizir komandirin otağına girərək...
Bu gün, 10:33
İcra başçısına yeni müavin təyin olundu - ƏMR
Bu gün, 10:28
Xalq “Azercell”i BOYKOTA çağırdı, tanınmışlar da qoşuldu – Şirkət geri çəkilir?
Bu gün, 10:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru