Nikol Paşinyanın İrəvandakı üçotaqlı mənzili 110 min dollara satılıb.
Publika.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Bildirilir ki, mənzili Ermənistan vətəndaşı olmayan Marina Albertovna Ruds alıb.
Üç otaqlı mənzil 45 milyon 500 min dram-a satılıb. Nəşr yazır ki, bu, baş nazirin oğlu Aşot Paşinyanın 2024-cü il martın 8-də rəsmlərinin sərgisini təşkil etdiyi mənzildir.