Töhfə Bayramovadan SƏHİYYƏMİZƏ TÖHFƏ .....                     Ankaranın dediyini Bakı etdi .....                     UNEC 650 min manatlıq mühafizə xidməti alacaq .....                     Müasir dövrdə sovet QAYDALARI .....                     Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR .....                     Ali təhsil sisteminin BSU BATAQLIĞI .....                     FHN-nin tabeliyindəki qurum ləğv olunan tenderi yenidən reallaşdırmaq istəyir .....                     “SpaceX” Trampın bəyanatları səbəbindən “Dragon” gəmilərini istismardan çıxaracaq .....                     Pezeşkianın Bakı səfəri: Hər şey bitdimi? .....                     Məleykə Abbaszadədən 106 min manatlıq təmizlik əməliyyatı .....                     Qiymətlər daşıb... AZERCELL OLDU! .....                     Çinin iqtisadi hegemonluğu: .....                     Rusiya-İran əlaqələri Əsəd rejiminin devrilməsiylə süquta uğradı .....                     "Musiqiçinin musiqiçidən başqa heç kimi yoxdur" .....                     Sədərək Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin olunub .....                     Azərbaycanda Qurban bayramı qeyd edilir .....                     “Trendyol” və “PAŞA Holding” ideya marafonu təşkil etdi .....                     Aygün Kazımova Kəmaləyə efir qadağası qoyub? .....                     Özbəkistan Ermənistanda səfirlik açmaq istəyir .....                     Adil Əliyevə qarşı cinayət işi açılıbmı? .....                     Ağdamda müəllim bıçaqlandı .....                     “Yandex” Rusiyanın hərbi obyektlərini ifşa etdi .....                     "Son 200 ildə Rusiya Ermənistandan istifadə etmişdi .....                     Saleh Məmmədov bu qurumun rəisini dəyişdi .....                     Yasamal İcra Hakimiyyətinin şöbə müdirinin DƏLƏDUZLUĞU .....                     "Erməni hiyləsi: dini təhqiri siyasi şouya çevirmək cəhdi" .....                     Erməni kilsəsi Kremlin “5-ci kolon” şəbəkəsidir? .....                     Alatavadakı mülkün sahibi və “Melissa Group” razılığa gəldi, ev söküləcək .....                     Komitənin tikintisinə 6 gündür icazə verdiyi Şuşadakı bank binası hazırdır .....                     “Starlink” Azərbaycanda rəsmi qeydiyyata alınıb .....                     Oleq Bakinskiyə cəza istənilib .....                     AXCP üzvlərinə hökm oxundu .....                     "Limak Kargo" bağlamamı itirib, pulumu qaytarmır, "səsini kəs" deyirlər .....                     Rusiya Federasiya Şurasının sədri İrəvanda səfərdədir .....                     Tahir Qədəşovun 800 ağacı kəsməsini prokurorluq araşdıracaq .....                     Bank of Baku-nun İdarə Heyətinə .....                     Nifrət mərkəzi .....                     Adil Əliyev HƏBS OLUNA BİLƏR .....                     260 manat aliment ödəməyənə cəza, .....                     Türkiyə Prezidenti Nikol Paşinyanla telefon danışığı aparıb .....                 

Dronlar raketlərə qarşı: üfüqdə sülh görünmür - GƏLİŞMƏ...
Tarix: 4-06-2025, 12:11 | Çap et

Rusiyanın Ukraynadakı işğalçı müharibəsi ilə bağlı tərəflərin İstanbuldakı iki görüşü yeni mərhələnin başlanğıcı sayılır. Bununla yanaşı, həm Rusiya, həm də Ukrayna tərəfi hücumlarından, əməliyyatlarından geri qalmır. Xüsusilə də, Ukrayna tərəfinin İstanbul danışıqlarının ikinci raundu ərəfəsində keçirdiyi əməliyyat hələ də müzakirə mövzusudur. Belə ki, iyunun 1-də Ukrayna Rusiyanın Murmansk, İrkuts, Ryazan və İvanovo vilayətlərindəki hərbi strateji aviasiya aerodromlarına PUA zərbələri endirib.

PUA zərbələri Ukrayna ərazisindən deyil, hərbi obyektlərə yaxın məsafədə park edilən yük avtomobillərində sputnik vasitəsi idarə olunaraq həyata keçirilib. Ukrayna tərəfi kütləvi PUA zərbələri nəticəsində həmin aerodromlardakı 40 ədəd “Tu-95MC” strateji bombardmançı Rusiya hərbi təyyarəsinin məhv olunduğunu açıqlayıb.

"Pautina" (Hörümçək toru) adlı əməliyyatın il yarıma hazırlandığı bildirilib. PUA-lar gizlicə Rusiyaya gətirilib, konteynerlərə yerləşdirilib və lazımi anda konteynerlərin qapaqları məsafədən idarə olunmaqla açılıb, PUA-lar havaya buraxılıb. Bu əməliyyatla Rusiyanın aviasiya sisteminə çox böyük zərbə dəymiş olub. Ekspertlər bu əməliyyatın iyunun 2-də İstanbulda keçirilən atəşkəs və sülh danışıqlarında Rusiyanın mövqeyinə təsir edəcəyini qeyd etsələr də, Moskva maksimalist tələblərində qalıb. Rusiya danışıqlarla bağlı memorandum ortaya qoyub ki, həmin sənəddə Ukraynanın heç vaxt qəbul edə bilməyəcəyi müddəalar yer alıb.

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri Fərhad Məmmədov mövzu ilə bağlı AYNA.AZ-ın suallarını cavablandırarkən deyib ki, Ukrayna Rusiyaya qarşı Rusiyanın ona qarşı etdiklərini edə bilməz:

- Əlbəttə, Ukraynanın keçirdiyi əməliyyatlar önəmlidir. Bundan əvvəl də Ukrayna çalışdı ki, Rusiya ərazilərindən bəzilərini nəzarətə götürsün ki, danışıqlarda əli güclənsin. Kursk vilayətinə hücum etməklə Ukrayna bunu bacarmışdı da. Bir neçə ay Kursk vilayətinin bir hissəsini nəzarətində saxladı. Əslində, Ukraynanın niyyəti işğal deyil, belə addımlar atmaqla Rusiya daxilində təşviş yaratmaqdır. Eyni zamanda, Rusiyanın beynəlxalq nüfuzuna bununla zərbə endirir.

Amma düşünürəm ki, Kiyevin bu addımlarının, əməliyyatlarının müharibə gedən ərazilərə hansısa təsiri olmayacaq. Bəli, Rusiya Ukrayna PUA-larının vurduğu strateji aerodromunlardan istifadə edirdi, oradakı döyüş təyyarələrindən müxtəlif formada istifadə olunurdu. Amma Rusiya dayanmır. Bu günlərdə məlumat var ki, Rusiya yeni ərazilər işğal edib. Yəni Kiyevin bu həmlələri müharibənin gedişinə təsir göstərmir. Savaş öz axarı ilə davam edir.

- Bəs, Kiyevin bu əməliyyatları danışıqlara hansı təsiri göstərir?

- Məncə, bu, danışıqlara da təsir etməməlidir. Çünki Kiyevin əməliyyatları danışıqlarda Rusiyanın mövqeyinə təsir göstərmədi. Əgər Rusiya tərəfi bunu fürsət görüb danışıqlardan imtina etmədisə, demək ki, iş gedir. ABŞ və birbaşa Prezident Donald Trampı onsuz da Rusiya tərəfi hirsləndirib, bundan artığını etmək istəmirlər. Mənə maraqlı gələn Türkiyənin xarici işlər naziri Hakan Fidanın bəyanatıdır. Fidan son həftə ərzində həm Rusiya Prezidenti Vladimir Putinlə, həm Ukrayna Prezidenti Volodimir Zelenski ilə təmaslarda olub, danışıqlar aparıb. Və nazir bildirdi ki, ilin sonunadək ya atəşkəsə nail olunacaq, ya da uzun müddət savaş davam edəcək. Bu, o deməkdir ki, yay kampaniyaları davam edəcək. Biz görmüşük ki, üç il ərzində cəbhədə nə dəyişibsə, yay aylarında dəyişib. Yəni tərəflər qarşılıqlı hücumlar edəcəklər. Xüsusilə də, Rusiya tərəfi yay kampaniyasına hazırlaşdığını əvvəldən elan edib.

- Yəni danışıqların nəticəsi olmayacaq...

- Bilirsiniz, Rusiyanın memorandumu ilə ortaya qoyduğu istəkləri o qədər maksimalistdir ki, danışıqlarda hansısa nəticə əldə etmək mümkün görünmür. Məncə, İstanbul prosesi yay ərzində davam edəcək, hansısa humanitar məsələlərdə razılıqlar əldə olunacaq. Məsələn, əsirlərin mübadiləsi həyata keçirilə bilər. İndi Ukrayna danışıqlara təkcə hərbçilərin deyil, oğurlanan, əsir alınan uşaqların siyahısını da gətirir. Bu, təbliğat üçün yaxşıdır. Amma danışıqlarda Rusiyaya təsir etmək üçün bunlar kifayət deyil. Nəzərə almaq lazımdır ki, Rusiya nümayəndə heyətinin rəhbəri Medinski qərar qəbul edən şəxs deyil. O Moskvadan göndərilən maksimalist tələblər irəli sürməklə prosesi ləngitməyə çalışır. İndi tərəflərin istəkləri bəllidir, şərtlər ortadadır. İndi danışıqlar yolu ilə bu tələblərdən geri çəkilmələr nələr olacaq, yayın sonunda bilinəcək.

- Maraqlıdır ki, hər iki tərəf özünü qalib sayır və tələblərində, şərtlərində maksimalist mövqe nümayiş etdirirlər. Bu mövqelər deməyə əsas verirmi ki, müharibənin sülhlə həlli hələ mümkün deyil?

- Hansısa tərəfin üstünlüyü o qədər böyük deyil ki, digər tərəf güclü tərəflə razılaşsın. İstər Rusiyanı, istərsə də Ukraynanı güclü edən, yaxud hansısa ciddi sənədə imza atmağa vadar edən amil yoxdur. Məsələn, İkinci Qarabağ müharibəsində Ermənistanın 20-25 minlik əsgəri mühasirədə qalmışdı. Ermənistan 44 gün döyüşdü, amma görəndə ki, ordusu mühasirədədir, İrəvan Üçtərəfli Birgə Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Ukrayna və Rusiya üçün belə bir təhdid yoxdur ki, bir tərəf qarşı tərəfin tələbini yerinə yetirsin.

Məsələ burasındadır ki, bu gün Zelenski ilə atəşkəsə nail olmaq mümkündür. Ən azı, vəziyyət indiki kimi qalır və hansısa bir formada monitorinq qrupu cəbhə xəttinə yerləşdirilir, Rusiya da istəyini almış kimi görünür, əslində isə beynəlxalq hüquqda ərazilər Ukraynanın işğal olunmuş əraziləri kimi qəbul edilir. Amma bununla Rusiya razıdırmı? Əlbəttə, yox! Moskva maksimalist mövqe ortaya qoyur və Ukraynanın qəbul etməyəcəyi şərtlər irəli sürür. Belə olan halda, hesab edirəm ki, sülhün əldə olunacağını iddia etmək mümkün deyil. Dediyim kimi, yayın sonunadək qarşılıqlı həmlələr də davam edəcək, sürünən atəşkəs danışıqları da. Ondan sonrakı proseslər yay kampaniyasının nəticəsindən asılı olacaq.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Töhfə Bayramovadan SƏHİYYƏMİZƏ TÖHFƏ - BU NƏDİ BELƏ?
Bu gün, 06:37
Ankaranın dediyini Bakı etdi - Ərdoğandan İsraillə bağlı təəccübləndirən qərar
Bu gün, 06:23
UNEC 650 min manatlıq mühafizə xidməti alacaq - DETALLAR
Bu gün, 02:27
Müasir dövrdə sovet QAYDALARI – JEK-lərin aqibəti NECƏ OLACAQ?
Bu gün, 02:25
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 02:20
Ali təhsil sisteminin BSU BATAQLIĞI - İTTİHAM VAR...
Bu gün, 02:12
FHN-nin tabeliyindəki qurum ləğv olunan tenderi yenidən reallaşdırmaq istəyir - 136 min manatlıq avtomobil üçün
Bu gün, 01:57
“SpaceX” Trampın bəyanatları səbəbindən “Dragon” gəmilərini istismardan çıxaracaq
Bu gün, 01:54
Pezeşkianın Bakı səfəri: Hər şey bitdimi? - GƏLİŞMƏ
Bu gün, 01:51
Məleykə Abbaszadədən 106 min manatlıq təmizlik əməliyyatı - TƏFƏRRÜAT
Bu gün, 01:47
Qiymətlər daşıb... AZERCELL OLDU! - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 01:43
Çinin iqtisadi hegemonluğu: - kapital Qərb dünyasından Asiyaya “axır”
Bu gün, 01:36
Rusiya-İran əlaqələri Əsəd rejiminin devrilməsiylə süquta uğradı - Sabiq səfir
Bu gün, 01:31
"Musiqiçinin musiqiçidən başqa heç kimi yoxdur"
Bu gün, 01:28
Sədərək Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin olunub - ƏMR
Bu gün, 01:19
Azərbaycanda Qurban bayramı qeyd edilir - BAYRAMIMIZ MÜBARƏK!
Bu gün, 00:18
“Trendyol” və “PAŞA Holding” ideya marafonu təşkil etdi - FOTO
Dünən, 20:15
Aygün Kazımova Kəmaləyə efir qadağası qoyub? – Özü danışdı
Dünən, 19:35
Özbəkistan Ermənistanda səfirlik açmaq istəyir - Səfəryan
Dünən, 19:27
Adil Əliyevə qarşı cinayət işi açılıbmı? - “6 il həbslə cəzalandırıla bilər”
Dünən, 19:16
Ağdamda müəllim bıçaqlandı - Şübhəli hərbçidir
Dünən, 19:03
“Yandex” Rusiyanın hərbi obyektlərini ifşa etdi – xəritədən müəmmalı silinmələr
Dünən, 18:58
"Son 200 ildə Rusiya Ermənistandan istifadə etmişdi və indi Fransa Ermənistana "siyasi" qucaq açır"
Dünən, 18:56
Saleh Məmmədov bu qurumun rəisini dəyişdi - ƏMR
Dünən, 18:10
Yasamal İcra Hakimiyyətinin şöbə müdirinin DƏLƏDUZLUĞU – Bəs adı niyə GİZLƏDİLİR?
Dünən, 18:07
"Erməni hiyləsi: dini təhqiri siyasi şouya çevirmək cəhdi" - İsrail mətbuatı
Dünən, 18:05
Erməni kilsəsi Kremlin “5-ci kolon” şəbəkəsidir? - AKTUAL
Dünən, 17:59
Alatavadakı mülkün sahibi və “Melissa Group” razılığa gəldi, ev söküləcək - TƏFƏRRÜAT
Dünən, 17:53
Komitənin tikintisinə 6 gündür icazə verdiyi Şuşadakı bank binası hazırdır - DƏLİXANADIR, VALLAH...
Dünən, 17:45
“Starlink” Azərbaycanda rəsmi qeydiyyata alınıb
Dünən, 17:42
Oleq Bakinskiyə cəza istənilib - TƏFƏRRÜAT
Dünən, 17:41
AXCP üzvlərinə hökm oxundu
Dünən, 17:26
"Limak Kargo" bağlamamı itirib, pulumu qaytarmır, "səsini kəs" deyirlər - ŞİKAYƏT
Dünən, 17:22
Rusiya Federasiya Şurasının sədri İrəvanda səfərdədir - GƏLİŞMƏ
Dünən, 17:18
Tahir Qədəşovun 800 ağacı kəsməsini prokurorluq araşdıracaq - Hakim açıqladı
Dünən, 17:15
Bank of Baku-nun İdarə Heyətinə - YENİ TƏYİNAT OLUB
Dünən, 15:59
Nifrət mərkəzi – Revanşizm generatoru
Dünən, 15:54
Adil Əliyev HƏBS OLUNA BİLƏR - GƏLİŞMƏ
Dünən, 15:42
260 manat aliment ödəməyənə cəza, 350 min manatı verməyən sabiq səfirin dostuna “molodes”?
Dünən, 15:25
Türkiyə Prezidenti Nikol Paşinyanla telefon danışığı aparıb
Dünən, 15:18
Elmar Kərimov məhkəmədə ittihamları rədd etdi – Zərərçəkmiş: “Məndən 6 min manat istəyib”
Dünən, 15:07
Ermənistan XİN rəhbəri KTMT-yə üzvlük haqqının ödənilmədiyini bildirib
Dünən, 15:03
Pasiyentinin çılpaq videosunu paylaşan həkim barədə araşdırma başlayıb - DİQQƏT!
Dünən, 15:00
Paşinyan-keşiş davası oyunun bir həlqəsidir: - Əsl məqsəd budur
Dünən, 13:05
Dövlət Xidməti avtomobillər aldı - 14 MAŞIN, 792 MİNLİK SİFARİŞ!
Dünən, 13:01
Saatlını abadlaşdırmaq istəyən 3 şirkət tapılmadı - TENDER LƏĞV OLUNDU
Dünən, 12:59
Azərbaycanda psixoloji problemi olanların sayı sürətlə artır – Son 6 ilin göstəriciləri
Dünən, 12:55
Atanın qətlini gizlətmək üçün bu planı qurublar - Ana və digər oğlu da həbs edildi
Dünən, 12:52
"Deyirdim, 100 il keçsə də Sevda ilə barışmaram" - VİDEO
Dünən, 12:50
Paşinyan erməni cəmiyyətinə deyir ki... - GƏLİŞMƏ
Dünən, 12:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru