Müəllimlər susdurulub, maaşlar yoxa çıxır... .....                     Keçmiş icra başçısı Rauf Həbibovun yeni qalmaqalı .....                     Nigarı komaya salan “MedAura”nın həkimləri İŞ BAŞINDA .....                     Babayevin yerinə ƏN ŞANSLI NAMİZƏD... .....                     "900 məktəbdə bu fənn üzrə kadr yoxdur" .....                     Taksi sürücüsü AYNA-dan ŞİKAYƏTÇİDİR .....                     "Bu da imtina verməyin bir yoludur" .....                     "Artıq Türkiyə səfirliyi də işə qarışıb..." .....                     Ağ Evdə üçtərəfli danışıqlar: Qazaxıstan "İbrahim sazişi"nə qoşuldu .....                     Türk xalqları cəmiyyətlərini öz dillərində maarifləndirməlidir .....                     Almanların 75%-dən çoxu hökumətin fəaliyyətindən narazıdır .....                     "Bu söhbətdən sonra anan sənin evinə necə gəlsin?" .....                     Ramiz Mehdiyev ətrafında gərginlik artır: siyahı yayıldı .....                     Paşinyan erməni cəmiyyətinə Azərbaycanla əməkdaşlığı uğur kimi göstərir .....                     Azərbaycan pərakəndə satış sektorunda ilk .....                     Azərbaycanda tibbi səhvlərə yol verən həkimlər niyə toxunulmazdır? .....                     COP30-la əlaqədar ezamiyyə normaları dəyişib .....                     Azərbaycanda repetitorluq ləğv edilir? .....                     Regional Təhsil İdarəsinin müdir müavini öz ərizəsi ilə işdən çıxdı .....                     Əfvlə bağlı mühüm addım: tezliklə… .....                     Yeqoyandan müxalifətə təpki .....                     "Böyük sənəti var, amma özünü idarə edə bilmir" .....                     "Qəzet düşüncə gündəminin ədəbiyyatıdır" .....                     NATO-nun problemi ondadır ki, bizi dinləmir .....                     Mərkəzi Bankın yeni inzibati binasında girişə nəzarət sistemi 2 mln. manata başa gələcək .....                     İcra hakimiyyətinin yarısı türmədədir... BƏS LÖKBATANI KİM SATIR? .....                     Moskvada qətl törədən Şahin Abbasova HÖKM OXUNDU .....                     Aİ Azərbaycan və Ermənistanla əməkdaşlığa sadiqdir .....                     “Tarqovı”da 19 yaşlı oğlan öldürüldü: Əmisi saxlanıldı .....                     “İnnovasiya və Təchizat Mərkəzi”ndən 4,9 milyon manata dərman sifarişi .....                     Faiq Ələkbərli Şimali Kipr Türk Respublikasında 5. Manas Forumunda iştirak edib .....                     Nazirimizin atası vəfat edib .....                     AzTV-dəki 26 milyon məsələsi böyüyür .....                     “Invest in Azerbaijan” informasiya sistemi yaradılıb .....                     “Partiyaları ləğv etmək, maliyyə cəhətdən çökdürmək, onların üzvlərini təqib etmək Ramiz Mehdiyevin yolu olub...” .....                     “Dünənki oyun sübut etdi ki, ölkədə futbol və "Qarabağ" kimi komanda var” .....                     "Gəncə şəhərində dayanacaq tapmaq mümkün deyil" .....                     Azərbaycanda bu dövlət qurumu LƏĞV EDİLDİ .....                     "Orada Mətanət varsa, quyruq bulamaq olmaz..." .....                     Serj Sərkisyan Korrupsiyaya qarşı Mübarizə Komitəsinə çağırılıb .....                 

Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Tarix: 19-01-2025, 13:02 | Çap et
Artıq zamanıdır: Müəyyən qaydalarla  quru yol açılmalıdır
Gürcüstanla sərhəddə yerləşən "Qırmızı körpü" gömrük postunun açılması ilə bağlı xəbərlər yayılıb. Bu barədə sosial şəbəkələrdə videolar paylaşılıb. Milli.Az xəbər verir ki, videoda danışan vətəndaşlardan biri 2025-ci ildən etibarən "Qırmızı körpü" gömrük postunun açıldığını iddia edib.
Lakin bu da məlumdur ki, Azərbaycanın quru sərhədləri COVİD-19 pandemiyası elan edilən vaxtdan (2020-ci il) tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar hələ də bağlıdır. Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2025-ci ilin aprelin ayının 1-i saat 06:00-dək uzadılıb. Belə şəraitdə quru sərhəddi açıq ola bilərmi? Mənbə bildirir ki, gömrük postunun vətəndaşların keçidi üçün açılması Nazirlər Kabinetinin müvafiq qərarı ilə mümkündür, lakin belə bir qərar hələ ki yoxdur. Amma ölkə ərazisindən çıxan əcnəbi şəxslərin öz ölkələrinə getməsinə heç bir qadağa yoxdur. Məsələn, Gürcüstan vətəndaşı Gürcüstana, Rusiya vətəndaşı da Rusiyaya gedə bilər. Yəni onlar üçün ölkədən çıxışa məhdudiyyət yoxdur. Məsələ ilə əlaqədar Dövlət Sərhəd Xidmətindən Modern.az-a bildirilib ki, dövlət sərhədindən buraxılış məntəqələri Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq fəaliyyət göstərir. Əcnəbilər ölkə ərazisinə gələn zaman hava yolundan istifadə etməlidirlər, ölkə ərazisini tərk etdikləri zaman isə heç bir məhdudiyyət qoyulmur.
Bu arada Gürcüstan Türk Dövlətləri Təşkilatına üzv ölkələrə ortaq layihələrin həyata keçirilməsini təklif edib. Bu təkliflə Gürcüstan Gəlirlər Xidmətinin Gömrük Departamentinin rəhbəri Zurab Siçinava Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Gömrük Administrasiyaları Rəhbərlərinin X İclasında çıxış edib. O qeyd edib ki, təklif olunan layihələrə ortaq sərhəd-keçid məntəqələrinin yaradılması və fəaliyyətinin təmin edilməsi, eləcə də tranzitin asanlaşdırılması daxildir. Departament rəhbəri bildirib ki, xüsusilə Gürcüstan yeni kompüterləşdirilmiş tranzit sisteminə qoşulduqdan sonra bu təşəbbüslərin əhəmiyyəti daha da artacaq. Z.Siçinava əlavə edib ki, bu il TDT-yə üzv ölkələr üçün əsas prioritet gömrük vasitəsilə effektivlik, rifah və təhlükəsizliyin təmin edilməsidir. Bu üç əsas istiqamət üzrə işlər davam etdirilməlidir.
Gürcüstanın belə bir təklif irəli sürməsi quru sərhədlərin yaxın zamanda açılacağına dair ümidləri artırır. Xüsusən də nəzərə alsaq ki, quru sərhədlərin bağlı qalmasından məhz Gürcüstanla tarixi-etnik əlaqələri olan azərbaycanlılar daha çox əziyyət çəkir, Gürcüstan Gəlirlər Xidmətinin Gömrük Departamenti rəhbərinin təklifi Azərbaycan üçün daha faydalıdır. Onu da nəzərə alaq ki, Rusiyada əməkçi miqrant olaraq çalışmış soydaşlarımızın hazırda Vətənə geri qayıtmasına məhz quru sərhədlərin qapalı olması böyük əngəl yaratmaqdadır. Rusiya hökuməti tərəfindən miqrasiya qaydalarının sərtləşməsindən sonra Azərbaycana qayıtmaq məcburiyyətində olan soydaşlarımızın hazırda Mahaçqalada polis məntəqəsində saxlandığı barədə məlumatlar da var. Rusiya ərazisini tərk etmələri tələb olunan, lakin Azərbaycan ərazisinə də keçə bilməyən soydaşlarımız çıxılmaz vəziyyətlə üzləşib. Problemin həlli üçün təkliflər səslənsə də, hələ ki nəticə görünmür.

İqtisadçı Fuad İbrahimov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, quru sərhədlərin artıq beşinci ildir bağlı qalması həm ölkə iqtisadiyyatına ziyan vurur, həm də vətəndaşların gündəlik həyatına:

- Məlumdur ki, Gürcüstanın Bolnisi, Qardabani, Marneuli bölgələrində minlərlə soydaşımız doğma dədə-baba yurdunda yaşamaqdadır. Elə ailələr var ki, Azərbaycanla, Bakı ilə sıx əlaqələri var. Ailə üzvləri burada yaşayır, sıx gediş-gəlişləri olub pandemiyadan öncə, ticarət əlaqələri olub. Gürcüstandan “Qırmızı körpü” postuna, oradan da Qazax, Ağstafa, Tovuz, Şəmkir... və sair bölgələrimizə ticarət malları gətirilirdi, insanlar qazanc əldə edirdilər. Bundan əlavə dövlət özü də iqtisadi ticari əlaqələrdən gəlir əldə edirdi, turizmin inkişafına münbit şərait yaranırdı. Əlbəttə, karantin rejiminin qaydalarına əməl edilməlidir, dövlət təhlükəsizliyi də sözsüz ki, önəmlidir. Regionda baş verən hadisələr bunu zərurətə çevirir. Lakin hansısa formada insanlar üçün gediş-gəliş imkanı yaratmaq da olar. Nəhayət ki, belə bir imkan yaradılmalıdır. Elə vətəndaşlarımız var, ailə üzvünün, yaxın qohumunun nə yasında iştirak edə bilir, nə toy məclisində. Anasını, atasını da görə bilmir, görüşə bilmir. Hesab edirəm ki, qohumluq əlaqələri olanlar üçün müəyyən güzəştlər tətbiq edilə bilər. Qısa da olsa müddət qoyulmaqla, yəni Gürcüstan ərazisində qalmaq müddəti, Gürcüstan sərhədini quru yolla keçmələrinə icazə verilə bilər.

F.İbrahimov hazırda Rusiya-Azərbaycan sərhədində qalan soydaşlarımızın da Vətənə dönmələri üçün addımlar atılmalı olduğunu dedi:

- Burada çətin bir iş yoxdur, məncə. Xüsusi reyslər təşkil edilə bilər, ya təyyarə, ya da quru yolla avtobuslarla. Necə ki, Türkiyədən Naxçıvana quru yolları açıqdır, bunu Rusiya-Azərbaycan sərhədində də müvəqqəti də olsa, etmək mümkündür. Biz soydaşlarımızı bu çıxılmaz vəziyyətdən qurtarmalıyıq.
F.İbrahimov onu da qeyd etdi ki, Zəngəzur dəhlizinin açılması quru sərhədlər problemini həll edə bilər:
- İnanıram ki, Zəngəzur dəhlizinin açılması ilə quru sərhədlər problemi də həllini tapacaq. Arzu edək ki, bu məsələ tezliklə həllini tapsın və yaxşı bir presedent olaraq problemin həllinə kömək etsin.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Müəllimlər susdurulub, maaşlar yoxa çıxır... - İTTİHAM VAR...
Bu gün, 07:18
Keçmiş icra başçısı Rauf Həbibovun yeni qalmaqalı - “53 min manatımı vermir, üstəlik məni məhkəməyə verməklə hədələyirlər”
Bu gün, 07:14
Nigarı komaya salan “MedAura”nın həkimləri İŞ BAŞINDA - “Təqsirləri sübut edilib, amma həbs olunmurlar”
Bu gün, 07:07
Babayevin yerinə ƏN ŞANSLI NAMİZƏD... - belə deyirlər...
Bu gün, 06:59
"900 məktəbdə bu fənn üzrə kadr yoxdur" - BU NƏDİ BELƏ?
Bu gün, 06:54
Taksi sürücüsü AYNA-dan ŞİKAYƏTÇİDİR - “Mənim xəbərim olmadan adıma buraxılış kartı və vəsiqə verilib”
Bu gün, 06:48
"Bu da imtina verməyin bir yoludur" - GİLEY
Bu gün, 06:46
"Artıq Türkiyə səfirliyi də işə qarışıb..." - NARAZILIQ VAR...
Bu gün, 06:42
Ağ Evdə üçtərəfli danışıqlar: Qazaxıstan "İbrahim sazişi"nə qoşuldu - "Kazinform"
Bu gün, 06:34
Türk xalqları cəmiyyətlərini öz dillərində maarifləndirməlidir - ÇAĞIRIŞ
Bu gün, 06:30
Almanların 75%-dən çoxu hökumətin fəaliyyətindən narazıdır - SORĞU
Bu gün, 06:28
"Bu söhbətdən sonra anan sənin evinə necə gəlsin?"
Bu gün, 06:27
Ramiz Mehdiyev ətrafında gərginlik artır: siyahı yayıldı – Dövlətin böyük planı
Bu gün, 06:25
Paşinyan erməni cəmiyyətinə Azərbaycanla əməkdaşlığı uğur kimi göstərir - ONA GÖRƏ DƏ...
Bu gün, 06:22
Azərbaycan pərakəndə satış sektorunda ilk - OBA marketlər şəbəkəsi startap ekosisteminə dəstək proqramına start verib
Dünən, 19:58
Azərbaycanda tibbi səhvlərə yol verən həkimlər niyə toxunulmazdır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
COP30-la əlaqədar ezamiyyə normaları dəyişib - QƏRAR
Dünən, 17:57
Azərbaycanda repetitorluq ləğv edilir? - AKTUAL
Dünən, 17:37
Regional Təhsil İdarəsinin müdir müavini öz ərizəsi ilə işdən çıxdı - FOTO
Dünən, 17:35
Əfvlə bağlı mühüm addım: tezliklə… – Açıqlama
Dünən, 17:28
Yeqoyandan müxalifətə təpki - Ermənistan-Azərbaycan dəmir yolunu mən yeməmişəm
Dünən, 17:26
"Böyük sənəti var, amma özünü idarə edə bilmir"
Dünən, 17:21
"Qəzet düşüncə gündəminin ədəbiyyatıdır" - Bahəddin Həzi
Dünən, 17:08
NATO-nun problemi ondadır ki, bizi dinləmir - Peskov
Dünən, 17:05
Mərkəzi Bankın yeni inzibati binasında girişə nəzarət sistemi 2 mln. manata başa gələcək
Dünən, 16:57
İcra hakimiyyətinin yarısı türmədədir... BƏS LÖKBATANI KİM SATIR? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:54
Moskvada qətl törədən Şahin Abbasova HÖKM OXUNDU - HADİSƏ ANI
Dünən, 16:48
Aİ Azərbaycan və Ermənistanla əməkdaşlığa sadiqdir - Maqdalena Qrono
Dünən, 16:46
“Tarqovı”da 19 yaşlı oğlan öldürüldü: Əmisi saxlanıldı -Yenilənib
Dünən, 16:44
“İnnovasiya və Təchizat Mərkəzi”ndən 4,9 milyon manata dərman sifarişi - GÖRÜN, KİMƏ...
Dünən, 16:41
Faiq Ələkbərli Şimali Kipr Türk Respublikasında 5. Manas Forumunda iştirak edib - FOTO
Dünən, 16:23
Nazirimizin atası vəfat edib
Dünən, 16:18
AzTV-dəki 26 milyon məsələsi böyüyür - Baş prokurorluq araşdırmaya başlayacaq?
Dünən, 16:16
“Invest in Azerbaijan” informasiya sistemi yaradılıb - FƏRMAN
Dünən, 16:13
“Partiyaları ləğv etmək, maliyyə cəhətdən çökdürmək, onların üzvlərini təqib etmək Ramiz Mehdiyevin yolu olub...” - Etibar Məmmədovdan İLGİNC AÇIQLAMALAR
Dünən, 16:05
“Dünənki oyun sübut etdi ki, ölkədə futbol və "Qarabağ" kimi komanda var” - deputat
Dünən, 16:04
"Gəncə şəhərində dayanacaq tapmaq mümkün deyil" - GİLEY
Dünən, 15:58
Azərbaycanda bu dövlət qurumu LƏĞV EDİLDİ - Vasif Talıbov tərəfindən yaradılmışdı
Dünən, 15:51
"Orada Mətanət varsa, quyruq bulamaq olmaz..."
Dünən, 15:49
Serj Sərkisyan Korrupsiyaya qarşı Mübarizə Komitəsinə çağırılıb
Dünən, 15:47
"Qarabağ"-"Çelsi" oyunu azarkeşləri gərginlik içində saxlayan futbol ziyafəti idi - "Daily Mail"
Dünən, 15:45
Əliyev ermənilərin gözlədiyi xəbəri verdi - Növbəti Rusiya olacaq
Dünən, 15:40
“Qarabağ” mərhələ adlasa, bu komandalarla qarşılaşa bilər - ”Barselona”, ”Qalatasaray”...
Dünən, 15:25
DOST Agentliyinin sədrinə müşavir təyin edilib - DOSYE
Dünən, 15:23
“New York Times” Türkiyədən yazdı - “Vazkeçilməz Ərdoğan”
Dünən, 15:19
Qorxağın nüvə oyunu: o heç vaxt "qırmızı düyməyə" basmayacaq - AKTUAL
Dünən, 15:18
Turizm Agentliyi “Euronews”a 2 aylıq reklam üçün 425 min manat ödəyəcək
Dünən, 15:16
Din xadiminin həyatına sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Dünən, 15:09
Nazir onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Dünən, 15:08
Canlı yayında rüsvayçılıq – Təhqir "Kainat gözəli" müsabiqəsini pozub
Dünən, 15:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru