Almaniya sakinlərinin 75%-dən çoxu Xristian Demokrat İttifaqı və Xristian Sosial Birlik (CDU/CSU) və Almaniya Sosial Demokrat Partiyasının (SPD) mühafizəkar blokundan ibarət hazırkı hökumətin işindən narazıdır.
"Report" xəbər verir ki, bu barədə "İnfratest dimap" tədqiqat institutunun "ARD" telekanalı üçün keçirdiyi sorğuda göstərilib.
Qeyd olunub ki, respondentlərin 76%-i 6 ay əvvəl hakimiyyətə gələn koalisiya hökumətinin fəaliyyətindən narazıdır. Yalnız 22% kabinetin işini bəyənir. Müqayisə üçün qeyd edək ki, iyun ayında respondentlərin təxminən 50%-i koalisiyanın fəaliyyətindən razı qalıb.
Bu fonda sosioloqlar Almaniya hökumətindəki iki əsas fiqurdan məmnunluğun da azaldığını müəyyən ediblər. Hazırda yalnız yerli sakinlərin 26 faizi Almaniya kansleri Fridrix Mertsin işindən razıdır ki, bu da ötən ayla müqayisədə bir faiz bəndi azdır.
Maliyyə naziri Lars Klinqbeyl də cəmi 26% (5 faiz bəndi aşağı) toplayıb. Daxili işlər naziri Aleksander Dobrindtin reytinqi dəyişməz olaraq 26% səviyyəsində qalıb. Üstəlik, respondentlərin əksəriyyəti (58%) Almaniyanın xarici siyasət vəziyyətini qeyri-müəyyən kimi qiymətləndirib.
Sorğuda iştirak edənlər Almaniyanın dünyadakı iqtisadi mövqeyinə daha da mənfi yanaşıblar. Hazırda almanların yalnız 29%-i ölkənin iqtisadi vəziyyətinin "təhlükəsiz" olduğuna inanır. Noyabrın 3-dən 5-dək aparılan sorğuda 1300 nəfər iştirak edib.



















