"İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." .....                     "Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" .....                     Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək .....                     Böyük sülhə daha neçə zirvə qaldı? .....                     İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı .....                     Çinin okeandakı fəaliyyəti: .....                     Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var .....                     "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" .....                     Dollarla bağlı təhlükə: vəziyyət dəyişir .....                     Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür .....                     Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... .....                     Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR .....                     Dövlət qurumu 8 milyona nələr alacaq? .....                     Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI .....                     Bakıdan Moskvanı qorxuya salan həmləalındı .....                     Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb .....                     Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb .....                     “Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur .....                     Bəlkə biz də rus malını BOYKOT EDƏK? .....                     Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... .....                     Rus dilində tədris buna görə ləğv olunacaq .....                     Düyməyə basıldı: Revanşistlər təxribata başladı .....                     Xaraba günə qalan Ağstafa... .....                     "İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" .....                     Sumqayıtda kürəkən öz qayınatasını öldürüb .....                     "Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." .....                     "Kimdir bu şirkətin rəhbəri?" .....                     Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... .....                     Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... .....                     "Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." .....                     "Baxırsan, amma son dəfə..." .....                     Tovuz döyüşlərindən 5 il ötür .....                     PKK silahını ona görə yandırır ki... .....                     Qabil Məmmədovun məhkəməsi BAŞLADI .....                     Məhərrəmliklə bağlı vəziyyət dəyişdi .....                     Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi .....                     Dövlətin dərman pulları kimlərə gedir? .....                     Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı .....                     Xalq artisti TƏƏSSÜFLƏNDİ .....                 

“O HİSSƏLƏRİ BAŞDAN-AYAĞA UYDURMUŞAM”
Tarix: 30-10-2011, 14:31 | Çap et
“O HİSSƏLƏRİ BAŞDAN-AYAĞA UYDURMUŞAM”

“ELƏ YAZIÇILAR VAR Kİ, BÜTÜN FAKTURASI HƏYATDAN GÖTÜRÜLÜB”

Bu günlərdə Kulis.az saytının baş redaktoru Qan Turalı “Mustafa” romanı çapdan cıxıb. Onununla söhbətimizdə həm “Mustafa”dan, həm də ədəbi gündəmin mövzularından danışdıq.

- Musatafa adı Azərbaycanda o qədər də məşhur deyil. Biz Musatafa adında türk ədəbi nümunələrində, filmlərində daha cox rast gəlirik. Bu baxımdan bizim üçün maraqlıdır, niyə məhz “Mustafa”?

- Musatafa ərəbcə bir addır, bizim dilimizə seçilmiş kimi tərcümə olunur. Məhəmədün Mustafa seçilmiş Məhəmməd deməkdir. Doğrudan da bizdə Musatafa adına cox az rast gəlinir. Yeri gəlmişkən, Murad Köhnəqalanın oğlununun adı da Musatafadır. Kiçik İsgəndərin “Musatafa” şeiri vardı, o şeiri çox sevirəm, bir gəncin faciəsini əks etdirir. Ümumiyyətlə Türkiydə Mustafa adının bir şolçu kimliyi var. Bilirsiniz ki, solçuluğun böyük lideri Musatafa Sübhi 1920-ci ildə Azərbaycanda Türkiyə Kommunist Partiyası yaratmışdı. Həm solçu kimliyinə, həm də islamla, Məhəmməd peyğəmbərlə bağlı bir ad olduğuna görə Musatafa üzərində dayandım. Romanda da Musatafa ilk vaxtlar dindar olur, sonra solçu. Bir sözlə Mustafa bu ik adı birləşdirən addır.

- Mən romanın uğurlu alındığını düşünürəm. Amma mənə elə gəlir ki, bir balaca tənbəllik etmisiniz. Ola bilməz ki, bir yerdə mübarizə aparan solçular getdikləri yol, mübarizənin fəlsəfəsi, nəticənin necə olacağı barədə uzun-uzadı müzakirələr aparmasınlar.

- Əlbəttə solçuların saatlarla sürən uzun polemikaları olub. Mübarizə necə olmalıdır, mübarizənin avanqardı nədir, mübarizə kimə qarşıdır, bizim liderimiz kimidir: Mao, yoxsa Lenin. Solçuluğun nəzəri olaraq xeyli problemləri var. Bu cür polemikalara adətən sol romanlarda yer verilir. Məsələn, Steynbekin “Qəzəb salxımları” adlı bir romanı var, o romanda solçuluğun strategiyası ilə bağlı faktura və bədii material var. Maksim Qorkinin əsərlərində də faktura var. Mirzə İbrahimovun əsərlərində kəndlilərin inqilabda rolunun necə olması ilə bağlı uzun polemikalara rast gəlirik. Bu tipli polemikaları romana salmaqla bəlkə də “Musatafa”nı daha maraqlı etmək olardı. Amma mənim məqsədim solçuluğun romanını yazmaq deyildi. Əsas məqsədim bir insanın faciəsini yazmaq idi. Düşünürəm ki, faciəni lazım olan dozada verə bilmişəm. Yəqin bilirsiniz ki, Azərbaycanda solçuluğun cox ciddi metodoloji, strateji problemləri var. Bundan da yazmaq olardı. Əgər “Musatafa” xüsusi bir sol romanı olsaydı, siz deyən şeylər geniş, əhatəli, indikindən bir neçə dəfə artıq şəkildə burada öz əksini tapardı.

- Biz romanda son fəsilə qədər Qan Turalı və dostlarını görürük, ama son fəsili elə bil sən yox, bir başqası yazıb. Maraqlıdır ki, bu məqam əsərin özündə də vurğulanır. Qeyd edilir ki, son fəsili Musatafa yox, Dəniz yazıb.

- Əgər romanı üslub ustaları oxusalar, onlar romanın əvvəlki fəsilləri ilə son fəslinin üslubu arasındakı fərqi görəcəklər. Fərq əslində açıq şəkildə hiss olunur, amma bu mənim peşəkarlığıma bağlı bir şey deyil. Sadəcə romanın ən son yazılan fəsli əvvəlki fəsillərdən zaman etibarı ilə xeyli sonra yazıldığına görə üslub əvvəlkindən fərqlidir. Məsələn, mən “Şairin ölümü və əksinqilabi iş” fəsilini 2010-cu ilin aprel ayında bitirmişdim. Amma sonuncu fəsili necə yazacağımı bilmirdim. Deyirdim ki, romanı bitirmişəm, bir fəsil qalıb, amma romanın axırının necə qurtardığını bilmirdim. Uzun müddət fasilə verdim, son fəsil məhz bu cür alındı. Əvvəlcədən planlaşdırılan bir şey olmayıb. Konkert situasiyada bu fəsili yazmışam və yaza-yaza ağlamışam. Sonra oxumuşam və görmüşəm ki, başqa bir şey alınıb. Əvvəlkindən cox fərqli mətn, məzmun üzə cıxıb.
O ki qaldı reallığa, düz deyirsiz, mənim dinçi bir keçmişim var. İndi ateist deyiləm, amma olanları əvvəlki kimi islami meyarlarla da qiymətləndirmirəm. Daha doğrusu islamın özündən başqa heç nəyi islamı meyarlarla qiymətləndirmirəm. Sosialist olduğumu isə məni tanıyan hər kəs bilir. Amma romanını son fəsilinə qədər yazdıqlarımın da bir hissəsi reallığa uyğun deyil. Nə elə bir təşkilat olub, nə belə bir hərəkat olub. Heç bu istiqamətdə polemikalar da olmayıb. Ümumiyyətlə, mənə elə gəlir ki, yazıçı həm də uydurmağı bir az yaxşı bacaran adamdır. O hissələri də mən başdan-ayağa uydurmuşam. Elə yazıçılar var ki, bütün fakturası həyatdan götürülüb. Mən bunu o qədər də qəbul eləmirəm. Faktura əlbəttə ki həyatdan götürülməlidir, həyat ən böyük müəllimdir. Ədəbiyyat da bu məqama həsas yanaşır. Amma bu o demək deyil, təxəyyülündən nəyisə yaratmaq olmaz. Yazıçı heç də hər şeyi yazan deyil, həm də bir az quraşdırandır. Qurama deyil, amma quraşdırandır.

- Romanının sonu sanki Pərvizin “Yad dildə”si ilə oxşardır və maraqlıdır ki, hər iki romanda bu günə ümid yoxdur, gözlər gələcəyə dikilib.

- Mən bilmirəm, ədəbi tənqidçilər bu əsəri necə dəyəndirəcəklər-əslində onların necə dəyərləndirmələri mənim üçün önəmli deyil- amma məncə “Mustafa”ya siyasi roman demək olar. Ümumiyyətlə ədəbi nümunələr həyatın güzgüsüdür. Mən də siyasi mühitdə olan depressiyanı, fərdi həyatda olan ümidsizliyi romanda təsvir etməyə çalışmışam. Ümidin harada olacağını isə bilmirəm. Hətta romanı yazanda da hər şeyin öldüyünü hiss edirdim. Ümid gələcəyə bağlansaydıı, əsərin sonunda hər hansı işıq, gələcəyə bir göndərmə olardı, məsələn, Musatafa deyərdi ki, çox gözəl günlər görəcəksiniz, filan.

- Qan Turalının solçu yazar kimi Azərbaycan ədəbiyyatında qalmaq iddiası varmı?

- 19-cu əsrin sonlarına nəzər salsaq görərik ki, Azərbaycanda solçu olmayan yazıçı yoxdur. Mirzə Cəlil sol düşüncəyə yaxınıydı, Ömər Faiq ümumiyyətlə sosialist idi. Sabir dindar olsa da əsərlərində solçuluğun ideyalarını ifadə edib, maarifciliyi təbliğ edib, dinin insanları əzməsindən danışıb. Nərimanov isə Kommunist Partiyasının rəhbərlərindən biri olub. Bu baxımdan Azərbaycan ədəbiyyatında solçu yazar kimi qalmaq müşkül məsələdir. Yeri gəlmişkən, bir maraqlı məqamı qeyd edim, çox maraqlıdır ki, bizim dinçi, yaxud həyatı boyu islama səmimi qəlbdən inanmış yazarımız yoxdur. Məncə bu ciddi bir problemdir və belə bir yazar olmalıdır. Mən isə yaddaşlarda yazıçı kimi qalmaq istəyirəm. Yaddaşlarda solçu kimi yox, yazıçı kimi qalmaq daha yaxşıdır.

- Belə fikirlər var ki, siyasi romanlar uzunömürlü olmur. Siz necə düşünürsünüz?

- 19-cu əsri roman əsri adlandırırlar. Ən möhtəşəm romanlar 19-cu əsrdə yazılıb və roman özünü ədəbiyyatın əsas janrı kimi o vaxt təsdiqləyib. O dövrdə də çoxlu siyasi romanlar yazılmışdı. Viktor Hüqonun “Səfillər” romanında görün nə qədər siyasi məqamlar var. Bir az bəri gələndə görürük ki Maksim Qorkinin “Ana” romanı tam siyasi bir romandır. Steynbekin siyasi romanları var. Əsilndə siyasi romanların sayı az deyil. Siyasi romanlar o vaxt ədəbiyyat tarixində qalır ki, həqiqətən də roman olsun. Birtərəfli, tam ideloji roman olmasın. Azərbaycan ədəbiiyatında isə həddindən artıq çox ideoloji roman var. Ümumiyyətlə, birmənalı şəkildə bir ideyanı dəstəkləyən, başqa bir ideyaya qarşı kin, nifrət aşılayan, əks düşüncədə onları aşağılayan çoxlu romanlar görmüşük. Hətta məşhur yazıçı Orxan Pamuk “Qar” romanında siyasi obyektivliyi tamamilə itirərək liberal düşüncə ilə Atatürkü, kamalizmi, ordunu tənqid edib və düşünməyib ki, iki tərəf var və ikisi də haqlı ola bilər. Orxan Pamuk başqa romanlardakı peşakarlığı burada göstərə bilməyib. İndi bizdə həm hökuməti tərifləyən, həm müxalifətin tərəfində olan siyasi romanlar var. Bunların heç biri roman deyil. Siyasi hesab edilə biləcək romanlardan yalnız müsbət mənada yalnız bir-ikisinin adını çəkmək olar, məsələn Pərvizin “Yad dildə” əsəri. Ümumiyyətlə, yazıçı hadisələrin fövqündə olmalıdır. Dostoyevski ədəbiyyata yeni bir roman nəzəriyyəsi gətirdi, polifonik roman nəzəriyyəsi. Polifonik romanda çox xətlilik olmalıdır, hər kəs öz mövqeyini bildirməlidir.
Dostoyevskinin əsərlərinə fikir verin. Tutaq ki, ateist də danışır, dindar da, hər ik tərəf arqumentlərini deyir. Dindar ateistə güzəştə getmir və yaxud əksinə. Bu cür həqiqəti yazan romanlar olsa, onlar tarixdə qalacaq. Konkret bir tərəfin siyasi mövqeyini ifadə edən, qarşısındakını anlamaq istəməyən, özünü qarşıdakının yerinə qoymayan, onu düşünməyən adam romançı ola bilməz. Müstəqillik, tərəfsizlik, obyektiv prinsiplərinə söykənərək yazılan siyasi romanlar ədəbiyyat tarixində qalacaq.

- Sosial şəbəkələr vasitəsilə elan etmişdiniz ki, “Bizə yalan söylədilər” adlı kitab yazırsınız. Bu kitabla bağlı işlər nə yerdədir?

- Oxuduqca Azərbaycanda ədəbiyyat dərsliklərinin nə qədər yalan olduğunu görmüşəm. Keçən əsrin klassiklərini düzgün qavraya, anlaya bilməmişik. Çünki təqdimat yanlış olub. Sovet hökuməti dünyanın ən ideoloji dövləti olub. Qiymətləndirmələr də ideoloji prizmadan olub. Sovet hökuməti Cəlil Məmmədquluzadənin başına çox oyun açdı. 1937-ci ildə isə Hənəfi Zeynallıya ittiham verildi ki, niyə Cəlil Məmədquluzadəni, Sabiri və Axundovu düzgün təbliğ etməmisiz. Bu cür ittihamlarla kimlərisə güllələyirdilər. Amma çox maraqlıdır ki, Cəlil Məmmədquluzadənin ən yaxın silahdaşı Ömər Faiq Nemanzadə də güllələnmişdi. Sovet hökuməti Sabir yaradıcılığını bütövlükdə dinə qarşı kimi təbliğ edib. Halbuki tam elə də deyildi. Cəlil Məmmədquluzadə çar hökumətinin qatı düşməni kimi təqdim olunub, amma onun özü açıq-aşkar yazırdı ki, biz siyasətin “s” hərfini yazmağa qorxurduq. Mən hesab edirəm ki, həqiqətin olduğu kimi üzə çıxarılmasına ehyiyac var. Onu da deyim ki, 100 il əvvəlin ictimai düşüncə mexanizmi ilə indiki düşüncə mexanizmləri eynidir. Ona görə də ötən əsrin klassiklərini tanıtdırmaq məsələsi aktualdır ki, indi necə olmalıdır. Mən bu məqamı nəzərə alaraq müəyyən araşdırmalar aparmışam, 7-8 müəllif haqqında böyük esselər yazmışam. “Bizə yalan söylədilər” Cəlil Məmmədquluzadə, Nərimanov, Sabir, Ömər Faiq Nemanzadə, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlunun həqiqətdə kim olduqlarını insanlara göstərən bir əsər olacaq. Kitabın üç fəsilini yazmışam, qalan fəsilləri yazmaq üçün isə kitablar oxuyur, təhlil edirəm.

- Anarla barışmaq ideyası necə yarandı?

- Bunu əslində mətbuat barışmaq kimi təqdim edir. Mən sadəcə öz fikirlərimi səsləndirmişəm ki, dava elədik, eyni tezislərlə yazılar yazdıq, amma bu nə vaxta qədər davam edəcək, bir dəfə də çay süfrəsi arxasında oturub ədbiyyatla bağlı geniş müzakirələr aparaq. Mətbuat isə bunu bur az fərqli formada təqdim edir, bəzən yanlış qənaətlər ortaya qoyulur. Mən bu davanın bitməsi tərəfdarıyam. Açığını deyək ki, bu dava zatən bitib. Axırıncı dəfə Anarın əleyhinə yazdığım yazını nə vaxt oxumusuz? Və yaxud Seymur, Elnur, Aqşin Anardan axırıncı dəfə nə vaxt yazıblar? Dava qurtarıb, mən də deyirəm, oturaq bir dəfə ədəbiyyat haqqında söhbət edək. Keçən dəfə Vaqif Səmədoğludan müsahibə aldıq, xeyil söhbət elədik və bu, mənim üçün həddindən artıq xoş oldu. Vaqif Səmədoğlu Nazim Hikmətlə bağlı xatirələrini danışdı, mənin üçün çox maraqlı idi bu söhbətlər. Axı nəyə görə bir yerdə oturub söhbət etməyək, nə vaxta qədər təftişçilik mövqeyində duracağıq. Türkiyə hökuməti PKK terrror təşkilatı ilə görüşür. Biz Anarla bir masa arxasında oturub söhbət edə bilməyəcəyik? Mən demirəm ki, biz səhv etmişik, Anar da, Rəsul Rza da dahidir. Sadəcə deyirəm ki, dava bitib və oturaq ədəbiyyat haqqında danışaq.

- Belə fikirlər var ki, siz daha çox sosial problemlərinizi həll etmək, özünüzə ev-eşik düzəltmək məqsədilə bu kampaniyaya başlamısız.

- Yazıçılar Birliyinin öz üzvləri 30-40 ildir ki, ev ala bilmirlər, sosail problemlərin məngənəsində sıxılırlar. Yazıçılar Birliyinin hansı sosial təminatı var ki, insanlar problemlərini həll etmək məqsədilə ora üzv olsunlar. Şəxsən mən işlədiyim yerdən çox razıyam və “Ulduz” jurnalının baş redaktorundan daha çox maaş alıram. Dostum, “Mustafa” romanının redaktoru Şərif Ağayar Yazıcılar Birlyinin üzvüdür, ona hansı şəraiti yaratdılar ki, bizə də yaratsınlar. Və yaxud başqa dostlarımızı götürək, İlqar Fəhminin, Etimad Başkeçidin hansı şəraiti var ki, biz də şirniklənək.

- Ümumiyyətlə Qan Turalının Yazıçılar Birliyinə üzv olmaq prespektivi varmı?

- Yaxşı sualdır. Mən də bu suala yaxşı bir cavab verim: belə bir prespektiv heç bir halda yoxdur. Yazıçının, şairin bir çatı altında birləşməsinə yaxşı baxmıram. Deyə bilərsiz ki, axı siz AYO-nun üzvüsüz. Amma AYO əslində bir təşkilat deyil, daha çox yaxın dostların bir araya gəldiyi bir yerdir. Seçkilər də ildə bir dəfə kecirilir. Yəni heç bir halda Yazıçılar Birliyi ilə eyniləşdirilə bilməz.

- Belə iddialar da var ki, Qan Turalı ümumilikdə ziyalı mövqeyindən geri çəkilib. Bu ittihamla bağlı nə deyə bilərsiniz?

- Hesab edirəm ki, yazıçı heç bir halda siyasətə qoşulmamalıdır. Ziyalının özü əslində siyasətdir, partiyadır, onun özü ayrıca bir fikirdir, düşüncədir. Ziyalının konsepsiyası maarifçilikdir. Ziaylı daha çox insanın savadlanması, daha çox insanın kitab oxuması, siyasi mədəniyyətin inkişafı üçün səy göstərməlidir. Yazıçı maarifçiliyi, azadlığı tərənnüm etməlidir, nəinki hansısa siyasi qüvvəni.

- Axı siz özünüz vaxtilə ziyalıları mövqesizlikdə ittiham edirdiniz.

- Mövqesizlik odur ki, ziyalı daha çox özü üçün vacib bildiyi məsələdən danışsın. Mən Nizami Cəfərovu Yeni Azərbaycan Partiyasının üzvü olduğuna görə ittiham etmirəm. Bu, Konstitusiyanın ona verdiyi müstəsna hüqudur. Mən Nizami Cəfərovu ona görə ittiham edirəm ki, niyə ədəbiyyat dərsliklərini bu cür zəif yazırsan? Niyə Azərbaycan dərsliklərində Dostoyevski, Tolstoy, Çexov, Balzak, Stendal, Drayzer, Cek London yoxdur? Hüseynbala Mirələmovu dərsliyə salmağın mahiyyəti nədir, Nizami Cəfərov buny mənə başa salsın. Mehdi Hüseyn niyə dərsliyə salınıb, qazaxlı olduğuma görəmi? Yazıçını bu məsələlər maraqlandırmalıdır, nəinki seçki komissiyalarının paritet əsaslarla formalaşması. Halbuki, nə Anar, nə də o biriləri heç vaxt bu məsələlərlə məşğul olmayıblar. Amma başqa bir nümunə də var. Kamal Abdulla yaradıcılıq fakültəsi açıb, nə qədər kitablar çap etdirib. Bir sözlə, bizim ittihamlarımız sırf ədəbiyyatla bağlıdır. Bizim yazıçılar bir tərəfdə hər şey haqqında danışırlar, o biri tərəfə keçəndə heç nə haqqında danışmırlar.

Ağa Cəfərli










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." -TEHRAN MERİ
Bu gün, 09:22
"Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" - Sabir Rüstəmxanlı
Bu gün, 09:19
Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
Bu gün, 08:37
Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
Bu gün, 08:34
İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
Bu gün, 08:32
Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
Bu gün, 08:30
Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
Bu gün, 08:28
"Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
Bu gün, 07:32
Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
Bu gün, 07:29
Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
Bu gün, 07:26
Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:48
Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
Bu gün, 06:45
Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
Bu gün, 06:41
Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
Bu gün, 06:22
Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
Bu gün, 06:15
Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
Bu gün, 06:12
Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
Bu gün, 05:31
“Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
Bu gün, 05:29
Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
Bu gün, 05:25
Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
Bu gün, 05:22
Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
Bu gün, 05:16
Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
Bu gün, 05:14
Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
Bu gün, 05:11
"İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" - Şahlar Əsgərovdan ETİRAZ
Bu gün, 05:05
Sumqayıtda kürəkən öz qayınatasını öldürüb - TƏFƏRRÜAT
Bu gün, 05:02
"Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." - AXI NİYƏ?..
Bu gün, 04:58
"Kimdir bu şirkətin rəhbəri?" - NARAZILIQ VAR...
Bu gün, 04:55
Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... - ŞƏRH
Bu gün, 04:38
Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... - GƏLİŞMƏ
Bu gün, 04:35
"Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." - Etibar Məmmədov
Bu gün, 04:30
"Baxırsan, amma son dəfə..."
Bu gün, 04:25
Tovuz döyüşlərindən 5 il ötür - UNUTMARIQ!
Bu gün, 01:56
PKK silahını ona görə yandırır ki... - AKTUAL
Dünən, 18:01
Qabil Məmmədovun məhkəməsi BAŞLADI - TƏFƏRRÜAT
Dünən, 17:58
Məhərrəmliklə bağlı vəziyyət dəyişdi – Nə baş verir?
Dünən, 17:55
Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi - TENDER NƏTİCƏSİ
Dünən, 17:47
Dövlətin dərman pulları kimlərə gedir? - ARAŞDIRMA
Dünən, 17:46
Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:42
10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
Dünən, 17:40
Xalq artisti TƏƏSSÜFLƏNDİ - “Sənət yox, pul arxasınca gedirlər”
Dünən, 17:37
Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:32
“Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir? - 12 BƏND
Dünən, 17:27
Həyasızlığın pik həddi və ya Moskalkovanın absurd ittihamları
Dünən, 17:25
Məhkəmə dövlətə 3 milyondan çox borcu olan iki şirkət rəhbərinə niyə şərti cəza verdi? - TƏFƏRRÜAT
Dünən, 17:19
Bu universitetin prorektoru vəzifəsindən azad olundu - FOTO
Dünən, 17:15
"Balaəli özünə pullu sponsor axtarır" - Yaşar Qafanlı
Dünən, 17:12
Ruslar etiraf etdilər: - Dərman almağa pul tapa bilmirik
Dünən, 17:08
"Mənim pulum 1 il orada qaldı, axırda 4 manat 20 qəpik pul verdilər..." - ÖZBAŞINALIQ...
Dünən, 17:00
“Sinəsini açana Xalq artisti adı verirlər” – Tanınmış sənətkardan qalmaqallı açıqlama
Dünən, 16:50
SİYASƏT VƏ BİZNES ARASINDA "KÖLGƏ" FİQUR... - Və ya güclü, amma "səssiz" OLİQARX
Dünən, 16:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru