“İnsan nə qədər əclaf olmalıdır ki…” .....                     Azərbaycan Respublikasının müdafiə naziri Türkiyə tərəfinə .....                     Sarkisyanın bəyanatları siyasi manevr və seçki populizmidir .....                     Azərbaycanda yeni BAHALAŞMA ANONSU... .....                     İlham Əliyev təyyarə qəzası ilə əlaqədar Türkiyə Prezidentinə başsağlığı verib .....                     Rusiya Bəşər Əsədi təhvil verəcək? .....                     Ermənilər Qazaxstan ununu bəyənmir? .....                     Gürcüstan-Azərbaycan sərhədində Türkiyənin hərbi yük təyyarəsi qəzaya uğradı .....                     Ermənistanda sabiq müdafiə naziri AXTARIŞA VERİLDİ .....                     Sumqayıtda sahibkarla qadın qonşusu arasında "qapı davası" .....                     "...nə qədər desən də xeyri yoxdur" .....                     "Bu yaxınlarda isə məlum olub ki, həmin mənzil başqa bir şəxsə satılıb" .....                     “Mehri-Naxçıvan dəmir yolunun tikintisi Paşinyanın qardaşına veriləcək” .....                     Balasanyan və Ohanyan niyə indi üzə çıxdı? .....                     Paşinyan Aİ ölkələrinin səfirləri ilə TRIPP layihəsini müzakirə edib .....                     Azərbaycanla ərazi mübadiləsi... .....                     Ukrayna ordusu Rusiyanın neft müəssisələrinə zərbələr endirib .....                     Azərbaycan vasitəsilə gətirilmiş buğdadan hazırlanan çörəyi ilk dadmağa hazıram .....                     Azərbaycanda yayılan xəstəlik nədir? .....                     Fərhad Əhmədovun şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu .....                     Bakıda tatto ustası 15 yaşlı qızı qaçırtdı: "Anası ilə bir çarpayıda yatırdıq" .....                     Abbas Lisani saxlanıldı .....                     Qadın yolda yatdı, “ayıq sürücü” pulunu oğurladı .....                     Putin və Tramp arasında telefon danışığı tez bir zamanda ola bilər .....                     Dövlət Baxçalı KİMƏ İŞARƏ ETDİ? .....                     Paşinyan seçkiyə “müharibəmi, sülhmü?” şüarı ilə qatılacaq .....                     Ramiz Mehdiyev komandası iki əsas üzvünün Rusiya biznesi .....                     Simonyan Aİ səfirləri ilə Bakı və İrəvan arasında sülh prosesini müzakirə edib .....                     Faiq Ələkbərli “Yusif Balasaqunlunun sosial-fəlsəfi görüşləri və Türk fəlsəfəsi” mövzusunda məruzə edib .....                     TRAMPIN AMERİKASI... .....                     "İsrail və İran arasında yeni müharibə yalnız zaman məsələsidir" .....                     Qusar bazarında yumurta QITLIĞI .....                     Əcnəbilər Şuşada nə qədər pul xərcləyiblər? .....                     “Bu baş verərsə, İrəvanla Zəngəzur arasında əlaqə kəsiləcək” .....                     Sərkisyan Rusiyanı “satdı”: Ermənilər heyrət içində .....                     Elçin Ağamalı: Fəzail müəllimə bu mesajları çatdırmışam .....                     Rusiya Ukraynada F-16 qırıcılarının yerləşdiyi aerodroma zərbə endirib .....                     Həbsdə olan general Rövşən Əkbərovdan “Milli Qəhrəman” adı niyə alınmadı? .....                     Ordubadda müəllimlərin MAAŞLARI BELƏ MƏNİMSƏNİLİR... .....                     “Atamın yubileyinə getmədim, Rasim Balayev haqqımda deyib ki, “o kimdir mənə nəsə desin?” .....                 

“MƏHƏRRƏM ƏLIYEV HƏR ZAMAN PREZIDENTINƏ SADIQ OLUB”
Tarix: 16-09-2011, 14:17 | Çap et
“MƏHƏRRƏM ƏLIYEV HƏR ZAMAN PREZIDENTINƏ SADIQ OLUB”

DEPUTAT KEÇMİŞ RƏİS OLAN QARDAŞINDAN DANIŞDI

“Qafqazinfo” Milli Məclisin üzvü Adil Əliyevin unikal.org saytına müsahibəsini təqdim edir:

- Milli Məclisdə "Eks- prezidentlər haqqında" qanun layihəsinin müzakirəyə çıxarılması ilə bağlı nə deyə bilərsiniz?
- Bu məsələ ilə başqa komitə məşğul olduğundan dəqiq hansısa rəy söyləyə bilmərəm. Ümumən mənim fikrimə gəldikdə, belə bir qanunun qəbuluna həqiqətən ehtiyac var. Amma məsələ çox ciddi şəkildə təhlil ediləndən sonra. Yəni, bu gün ən mübahisəli məsələ budur ki, kimlər eks-prezident adlandırıla bilər? Vəzifəsini sona qədər icra edən prezidentlərlə yanaşı, prezidenti əvəz edənlər, fəaliyyətini sona çatdıra bilməyənlər də olub. Yəni məsələyə kompleks yanaşma olmalıdır və qanunun qəbulu bundan sonra mümkün ola bilər. Hesab edirəm ki, bunun üçün də vaxt lazımdır.

- Adil bəy, son günlər "Vikiliks" saytında Azərbaycanla bağlı sərt yazılar və fikirlər səsləndirilir. Sizcə, bu doğrudanmı sistemli və ardıcıl şəkildə həyata keçirilən kampaniyadır?
- Bu saytda Azərbaycanla bağlı dərc olunan materiallarla geniş şəkildə tanış olmuşam və təəssüf edirəm ki, bu gün Azərbaycana qarşı belə bir kampaniya başlayıb. Bu materialları təhlil etsəniz görərsiniz ki, ortada iki ciddi məsələ var. Bunlar nədir? İlk növbədə Azərbaycanın xarici siyasətini zədələməyə bir cəhd var. Görürsünüz ki, dərc olunan materiallarda əsasən Türkiyə-Azərbaycan, İran-Azərbaycan, Rusiya -Azərbaycan münasibətlərinə bir kölgə salmaq cəhdi var. Bu isə onunla bağlıdır ki, son illər Azərbaycan ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu balanslı xarici siyasəti davam etdirir və regionda ciddi gücə çevrilib. Azərbaycanın gücə çevrilməsini isə istəməyənlər bu cür addımlarla xarici siyasətimizi zədələməyə çalışırlar. Digər tərəfdən maraqlıdır, əgər bu sayt həqiqətən də həqiqətləri dərc edirsə, onda niyə bir neçə insandan başqa Azərbaycanda heç kəslə bağlı nə isə dərc etmir? Bu da sübut edir ki, baş verən bu olayların arxasında ciddi qüvvələr var və belə materiallar bundan sonra da dərc olunacaq. Bunu da qeyd edim ki, əvvəllər bu saytın yazdıqları dünyada ciddi qəbul olunurdusa, indi ciddiliyini itirib. Bunu da xüsusi olaraq qeyd etmək istəyirəm ki, sayt ilk dövrlərdə Türkiyə ilə Azərbaycan arasında gərginlik yaratmaq istəyəndə hər iki ölkənin başçıları müdrik addım atdılar və siyasətlərini bu cür mənasız xəbərlərə əsasən qurmadıqlarını bəyan etdilər. Mənə elə gəlir ki, hər birimiz bu mövqedən çıxış etməliyik.
Görünür, Ermənistan Rusiyanın, Gürcüstan isə Amerikanın təsirinə düşdüyü kimi, Azərbaycanı da təsir altına salmaq istəyənlər var və bu addımlar da o niyyətlə atılır.

- İctimai Palatanın hökumətə təqdim etdiyi "Yol xəritəsi" ilə bağlı layihənin müzakirə olunmasına Amerika kimi dövlət vasitəçilik etmək istəyir. Sizcə, hökumət bu problemləri müxalifətlə öz arasında - beynəlxalq təzyiqlər olmadan həll edə bilməzmi?
- Bilirsiz, bütün dövlətlərə kənardan təsirlər olur. Amma bu o demək deyil ki, bu təzyiqlərə görə dövləti maraqlar bir kənara atılmalıdır. Mən açıq deyirəm: bu gün Azərbaycanı idarə edən bir hakimiyyət var və dövlətin gərəkli institutları tam gücü ilə fəaliyyətdədir. Buna görə kimlərinsə hazırladığı hansısa sənədi uzun-uzadı müzakirə etməyə ehtiyac yoxdur. Müxalifət isə belə təklifləri hazırlayırsa, lap yaxşı, bunu təqdim etsinlər gərəkli institutlarımıza və orda maraqlı məqamlar olarsa, gələcəkdə nəzərə alınar. Amma bu gün müxalifət bir güc deyil, alternativ qüvvə kimi qəbul olunmaq səviyyəsində deyil və buna baxmayaraq elə təkliflərlə çıxış edir ki, bu siyasi etiket qaydalarına belə sığmır. Çox təəssüf ki, bəzi kənar qüvvələr də bu cür təşkilatlardan istifadə etməyə çalışırlar. O ki qaldı dialoq məsələsinə, Azərbaycan hakimiyyəti dəfələrlə bəyan edib ki, ümummilli məsələlərin müzakirə olunmasına hər zaman hazırdır və konstruktiv müxalifətlə dialoqa gedə bilər. Hətta bu günün özündə parlamentdə təmsil olunan müxalifətçi partiya sədrləri ilə hakimiyyət rəsmilərinin rəsmi tədbirlərdə görüşləri də olur, müzakirələri də. Buna görə hesab edirəm ki, radiikal müxalifət də dövləti maraqlarımızı nəzərə alaraq addım atmalıdır. Onda xalqın dəstəyini də alar və normal müxalifətçiliyini də edə bilər.

- Bildirilir ki, Azərbaycanda payız aylarında siyasi gərginlik artacaq. Siz bu barədə nə deyərdiniz?
- Bu çox az adamın illüziyası və istəyidir. Mən elə hesab edirəm ki, bu arzularla yaşamaq və nəyinsə olacağını gözləmək ağılsızlıqdır. Bilirsiniz, Yaxın Şərqdə baş verən proseslərdən sonra müxalifət cəmiyyəti çaşdıracaq müəyyən addımlar atdı ki, guya bu dalğa Azərbaycana da gələcək. Amma özləri özlərindən soruşmadılar ki, belə bir inqilab Azərbaycanda hansı səbəbə görə olmalıdır? Bilirsiniz, bu yenə də müxalifətin milli və dövləti maraqları nəzərə almamasından irəli gəlir. Müxalifət nəyəsə nail olmaq, real fəaliyyət göstərmək istəyirsə, xarici qüvvələrin yox, dövlətin yanında durmalıdır. Düzdür, bu gün elə məmurlar var ki, onların fəaliyyəti cəmiyyətdə ciddi narazılıqlar yaradır. Amma Prezident İlham Əliyevin korrupsiya əleyhinə apardığı işlər, dövlət qulluqçularının gəncləşdirilməsi istiqamətindəki qərarları bu cür məmurların yox olması ilə nəticələnəcək. Mən inanıram ki, Prezidentin gördüyü işlər Azərbaycan dövlətçiliyinin daha da möhkəmlənməsinə imkan verəcək. Buna görə boş yerdən ajiotaj yaratmağa ehtiyac yoxdur.

- Son zamanlar Azərbaycanda baş verən cinayətlər, xüsusən də odlu silahlardan istifadə hallalrı çoxalıb. Keçmiş polis zabiti kimi bunu necə dəyərləndirirsiniz, bu o deməkdirmi ki, Azərbaycanda yenə kruminal qruplaşmalar formalaşır?
- Bilirsiniz, vaxtilə Azərbaycanda çox ciddi kriminal qruplaşmalar olub. Amma Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə gördüyü ilk işlərdən biri də bu oldu ki, dövləti gözə görünmədən içindən dağıdan bu cür qruplaşmaları tamamilə sıradan çıxardı. Bəziləri isə ölkədən qaçıb getdi. Və bu gün baş verənlərin keçmişlə heç bir bağlılığı yoxdur. Buna görə də cinayətkarlıq o zamankı həddə deyil. Çünki baş verən cinayətlərin sayı kifayət qədər azalıb. Amma bunu tam açıq şəkildə demək lazımdır ki, baş verən cinayətlərdə müəyyən məmurların övladları və ya yaxınlarının da iştirakı ortaya çıxır. Düzdür, bu gün onlara qarşı da mübarizə aparılır. Amma onlar hansısa imkanlarından istifadə edə bilirlər. Hətta imkanlarından istifadə edərək bu cinayətlərin cəmiyyətdə bilinməsinin qarşısını da ala bilirlər. Mən inanıram ki, bu cür məmurlara və məmur balalarına qarşı ciddi ölçülər götürüləcək və xoşagəlməz olayların şahidi olmayacağıq. Fürsətdən istifadə edib elə burdan bəzi məmurlara və məmur övladlarına demək istəyirəm ki, əslində onlar mövqelərinə görə cəmiyyətə nümunə olmalıdırlar. Amma bu gün etdikləri pis nümunədir və bunun zərbəsi sonda hakimiyyətə və dövlətimizə dəyir. Buna görə də adi insanlardan fərqlənmək, adi vətəndaşların haqlarını tapdalamaqdan imtina etməlidirlər.

- Parlamentə amnistiya ilə bağlı layihə təqdim olunub. Bəzi deputatların amnistiyaya etiraz etdiyi söylənilir və bu belə əsaslandırılır ki, amnistiyaya arxayın olan bəzi cinayətkarlar daha da azğınlaşırlar. Siz necə düşünürsünüz?
- Əgər cinayətkarlıq çoxalırsa, qanunlar sərtləşməlidir. Amma bu o demək deyil ki, amnistiya olmamalıdır. Amnistiya olmalıdır. Bəyəm təkrar cinayət törədəcək bir nəfərə görə yerdə qalan bütün digər məhbuslar cavabdehlik daşıyırlar? Azad olunan dustaqlar dərk edirlər ki, həbsxanaya təkrar getmək ağılsızlıqdır. Mən bildiyim qədər, amnistiyaya düşən çox az adam olub ki, təzədən həbsxanaya qayıdıb. Bilirsiniz, məsələni qarışdırmaq olmaz. Bir var cinayətkarlığı özünə peşə seçənlər, azadlıqda yaşaya bilmədikləri üçün təkrar həbsxanaya düşənlər, bir də var təsadüf nəticəsində cinayət edərək həbsə düşənlər. Mən polisdə çalışanda elə adamlar var idi ki, həbsxanasız qala bilmədiklərindən cinayət törədib türməyə gedirdilər.

- Məhərrəm müəllimin, qardaşınız Məhərrəm Əliyevin ovqatı hazırda necədir?
- Məhərrəm Əliyevin ovqatı çox yaxşıdır. Səhhəti də əladır. Öz ailəsi ilə Vətənində olmağından çox razıdır. Dövri mətbuatda səslənənlər isə boş cəfəngiyyatdır. Məhərrəm Əliyev hər zaman dövlətinə, Vətəninə, millətinə və Prezidentinə sadiq olub və üzərinə düşən bütün vəzifələri şərəflə yerinə yetirib. O bu gün də Cənab Prezidentin siyasi kursunu tam dəstəkləyir və XİN-in sərəncamındadır. Ona hansı iş tapşırılacaqsa, dövlətinə və Prezidentinə bundan sonra da sədaqətlə xidmət edəcək.

- Sonda bir sual da verim. Seçkilərdən öncə Parlament Jurnalistləri Birliyi Sizin millət vəkili kimi passiv olmağınız, çox danışmadığınızla bağlı sorğu keçirmişdi və bəzi jurnalistlər o qədər də yaxşı fikir səsləndirməmişdi. Buna münasibətiniz necədir?
- Sizə bir şey deyim. Heç vaxt öz-özünə yaxşı cavab olmur. Yaxşı cavab üçün gərək yaxşı sual olsun. Təəssüf edirəm ki, bu gün mediamızda elə jurnalistlər çalışır ki, elementar sual verməyi belə bilmirlər. Mən özünə və qələminə hörmətlə yanaşan jurnalistlərin suallarını hər zaman cavablandırmışam. Bu, məsələnin bir tərəfi. O biri tərəfinə gəldikdə isə qeyd edim ki, parlamentdə millət vəkilinin rolunun nədən ibarət olduğunu çox təəssüf ki, bəzən seçici də, jurnalist də düzgün dərk edə bilmir. Deputatın vəzifəsi qanun layihələri üzərində işləmək, qanunverici bazanın formalaşmasına dəstək verməkdir. Mən parlamentdə komitə üzvüyəm və komitənin iclaslarında demək olar ki, əksər layihələrin işlənməsində aktiv iştirak edirəm. Amma bəziləri hesab edir ki, deputatın işi elə parlament iclaslarında populist bəyanatlar verməkdir. Mənim mövqeyimi, dövlətçiliyə yanaşmamı hamı bilir və mən qanunvericilik bazamızın formalaşmasında bu formada iştirak edirəm. Mən konkret addım atmağı sevən adamam, boş-boş bəyanatlar verməklə gündəmdə qalmaq mənim xarakterimə uyğun deyil. Buna görə də mən belə sorğulara xüsusi önəm vermirəm. Bununla yanaşı təkrar edirəm, özünə və qələminə hörmət edən jurnalistləri dəstəkləyir və onlara ciddi yanaşıram. İnanıram ki, Azərbaycanda söz azadlığı bundan sonra da inkişaf edəcək .










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“İnsan nə qədər əclaf olmalıdır ki…” - Çaxoyan
Bu gün, 17:19
Azərbaycan Respublikasının müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
Bu gün, 17:13
Sarkisyanın bəyanatları siyasi manevr və seçki populizmidir - RƏY
Bu gün, 17:10
Azərbaycanda yeni BAHALAŞMA ANONSU... - XƏBƏRDARLIQ
Bu gün, 16:56
İlham Əliyev təyyarə qəzası ilə əlaqədar Türkiyə Prezidentinə başsağlığı verib - "Bu ağır anlarda..."
Bu gün, 16:50
Rusiya Bəşər Əsədi təhvil verəcək? - Əhməd əş-Şəraa fikrində qətidir
Bu gün, 16:45
Ermənilər Qazaxstan ununu bəyənmir? - GƏLİŞMƏ
Bu gün, 16:40
Gürcüstan-Azərbaycan sərhədində Türkiyənin hərbi yük təyyarəsi qəzaya uğradı - Azərbaycandan gedirdi...
Bu gün, 16:35
Ermənistanda sabiq müdafiə naziri AXTARIŞA VERİLDİ - ŞOK SƏBƏB
Bu gün, 15:48
Sumqayıtda sahibkarla qadın qonşusu arasında "qapı davası" - Məhkəmə qərarı
Bu gün, 15:45
"...nə qədər desən də xeyri yoxdur"
Bu gün, 15:26
"Bu yaxınlarda isə məlum olub ki, həmin mənzil başqa bir şəxsə satılıb" - Qarabağ Qazisi NARAZILIQ EDİR...
Bu gün, 15:14
“Mehri-Naxçıvan dəmir yolunun tikintisi Paşinyanın qardaşına veriləcək”
Bu gün, 15:10
Balasanyan və Ohanyan niyə indi üzə çıxdı? – Kremldən inanılmaz tapşırıq
Bu gün, 15:07
Paşinyan Aİ ölkələrinin səfirləri ilə TRIPP layihəsini müzakirə edib - KİV
Bu gün, 15:05
Azərbaycanla ərazi mübadiləsi... - Xandanyan
Bu gün, 15:03
Ukrayna ordusu Rusiyanın neft müəssisələrinə zərbələr endirib - “UNIAN“
Bu gün, 14:59
Azərbaycan vasitəsilə gətirilmiş buğdadan hazırlanan çörəyi ilk dadmağa hazıram - Ermənistanlı nazir
Bu gün, 14:58
Azərbaycanda yayılan xəstəlik nədir? - COVID, yoxsa?
Bu gün, 14:26
Fərhad Əhmədovun şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu - FOTO
Bu gün, 14:20
Bakıda tatto ustası 15 yaşlı qızı qaçırtdı: "Anası ilə bir çarpayıda yatırdıq" - TƏFƏRRÜAT
Bu gün, 14:14
Abbas Lisani saxlanıldı – 4 milli fəal Evin həbsxanası qarşısında həbs olundu
Bu gün, 14:07
Qadın yolda yatdı, “ayıq sürücü” pulunu oğurladı - TƏFƏRRÜAT
Bu gün, 14:00
Putin və Tramp arasında telefon danışığı tez bir zamanda ola bilər - Kreml
Bu gün, 13:57
Dövlət Baxçalı KİMƏ İŞARƏ ETDİ? - AKTUAL
Bu gün, 13:04
Paşinyan seçkiyə “müharibəmi, sülhmü?” şüarı ilə qatılacaq - ONA GÖRƏ DƏ...
Bu gün, 13:00
Ramiz Mehdiyev komandası iki əsas üzvünün Rusiya biznesi – Büdcədən oğurlanan 100 milyonlar hakimiyyətə qayıdışın təminatı imiş
Bu gün, 12:56
Simonyan Aİ səfirləri ilə Bakı və İrəvan arasında sülh prosesini müzakirə edib
Bu gün, 12:54
Faiq Ələkbərli “Yusif Balasaqunlunun sosial-fəlsəfi görüşləri və Türk fəlsəfəsi” mövzusunda məruzə edib
Bu gün, 12:18
TRAMPIN AMERİKASI... - bizə sərf edir...
Bu gün, 12:14
"İsrail və İran arasında yeni müharibə yalnız zaman məsələsidir" - "The New York Times"
Bu gün, 12:07
Qusar bazarında yumurta QITLIĞI – “Kənd yumurtası” adı ilə alıclar necə aldadılır?
Bu gün, 12:01
Əcnəbilər Şuşada nə qədər pul xərcləyiblər? – Ölkələr üzrə tam siyahı
Bu gün, 11:54
“Bu baş verərsə, İrəvanla Zəngəzur arasında əlaqə kəsiləcək” – DETALLAR
Bu gün, 11:53
Sərkisyan Rusiyanı “satdı”: Ermənilər heyrət içində – 7 il əvvəl…
Bu gün, 11:47
Elçin Ağamalı: Fəzail müəllimə bu mesajları çatdırmışam - Məhkəməyə verəcəyik
Bu gün, 11:44
Rusiya Ukraynada F-16 qırıcılarının yerləşdiyi aerodroma zərbə endirib
Bu gün, 11:39
Həbsdə olan general Rövşən Əkbərovdan “Milli Qəhrəman” adı niyə alınmadı? - DETALLAR
Bu gün, 11:31
Ordubadda müəllimlərin MAAŞLARI BELƏ MƏNİMSƏNİLİR... - NARAZILIQ VAR...
Bu gün, 11:26
“Atamın yubileyinə getmədim, Rasim Balayev haqqımda deyib ki, “o kimdir mənə nəsə desin?” - AZDRAMAYA və sənətkara ETİRAZ
Bu gün, 11:17
Ağzın sarısı, ağlın yarısı: deputat Fazil Mustafadan professor Tahirzadəyə sərt cavab - QALMAQAL
Bu gün, 11:15
Azərbaycanda məşhur muzey LƏĞV EDİLDİ
Bu gün, 11:12
Dövlət orqanlarında köməkçi TƏYİNATLARI - “Tanışlıq yox, bilik əsas meyar olmalıdır”
Bu gün, 11:10
“1 manatı 100 dollar etdim, tamaşaçı qaytarmaq istəmədi, dedi ki...” - Fokuslarını xaricə satan “Tofiq əmi”
Bu gün, 11:06
Rusiyanın bu raketlərinə ehtiyacımız yoxdur - Lukaşenko
Bu gün, 10:38
Bakıdan səsləndirilən bu cümlə İrəvanı qarışdırdı - Sərkisyan və Köçəryan təşvişdə
Bu gün, 10:36
Azərbaycanın hərbi paradı Cənubi Qafqaz tarixində yeni bir səhifəni ifadə edir - "Euronews"
Bu gün, 10:34
“Tamaşaçıların tanımadığı Rəmişi göstərmək istəmişəm, ssenarim 3 ildir ortalıqdadır” - deputat
Bu gün, 10:12
Sarkisyan Paşinyanın baş nazir olacağını hesaba almayıb
Bu gün, 10:07
Ermənistanda MTX Sərhəd Qoşunlarına yeni komandan təyin edilib - KİV
Bu gün, 10:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru