Bakıda qrup halında adam öldürənlər .....                     “Məni hədələyərək işdən çıxardılar” .....                     "İlhamə Quliyeva ilə duetdən sonra mənə nələr dedilər" .....                     "Təəssüf ki, onun itkin düşməsi ilə bağlı məlumatlar düzdür" .....                     Akademiklərin qazancını təftiş edən Etibar Əliyevin növbəti HƏDƏFİ kim OLACAQ? .....                     Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi olub .....                     Gömrük Komitəsinin şöbə rəisi 8 il 6 ay müddətə azadlıqdan məhrum edildi .....                     “Psixoloq falçı kimi bir şeydir” deyən ekspertə SƏRT CAVAB .....                     Səfərbərlik Xidməti bu işlərə 600 min sərf edəcək .....                     “İrşad” gömrük qaydalarını pozur .....                     Ukraynada Trampa və ABŞ-yə etimad azalır .....                     Teatrın rəhbərliyi baş mühasibə tapşırıldı .....                     İran müharibə planı hazırlayıb: .....                     "Bakı Metropoliteni" texniki yenilənməyə 1,1 milyon manat ayıracaq .....                     Toyda mahnı üstündə dava: Müğənni və qardaşı saxlanıldı .....                     Xalqlarımızın təhlükəsiz və məsud yaşam təminatı: Şuşa Bəyannaməsi .....                     Qardaşlığın rəmzi olan Şuşa Bəyannaməsi .....                     Röya Baləlinin mahnısını oxudu .....                     Qazinin pulunu kim kəsib? .....                     Bu ərazilər Azərbaycana qaytarılır: .....                     Metroda azyaşlıya qarşı qeyri-etik hərəkət .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Bakıda rejissor 60 yaşlı sürücünün burnunu sındırdı, həbs edildi .....                     SDU-da şübhəli satınalma: Bir aylıq MMC ilə müqavilə bağlayır .....                     “Anamın və nənəmin ruhlarını sevindirdim, aktrisa olmağımı istəməsələr də...” .....                     “Bakılı Qız” dondurmasında TƏHÜLKƏ VAR... .....                     Nazim Bəydəmirlini həbs etdirən şəxs öz qardaşına da “atıb” .....                     Ermənistanı salamat saxlamaq üçün indiki kimi şansımız olmayıb .....                     Azərbaycanda sabiq məmur daha bir şirkət təsis etdi .....                     Vüqar Qurbanov ad günü şənliyi keçirən şöbə müdirini .....                     FHN-ə maşın satmaq istəyən 3 şirkət tapılmadı .....                     Elçin Quliyevin oğlu polkovnik-leytenant oldu .....                     Azərbaycanda lisenziyasız ödəniş xidmətləri göstərilməsi faktı aşkar olunub .....                     Direktor məktəbi RƏSMƏN QARƏT EDİBMİŞ... .....                     İranın bitməyən Zəngəzur xofu .....                     Amerikada siyasi böhranın başlanğıcı: .....                     Azərbaycan Prezidenti Vladimir Putini təbrik edib .....                     Naxçıvan Həmkarlar İttifaqları Şurası milyonlarla vəsaiti mənimsəyir .....                     Paşinyan II Qaregindən iqamətgahını dərhal tərk etməyi tələb edib .....                     İrəvanda "dövlət naziri" peyda oldu: .....                 

Əbülfəs Qarayevin Göygöldəki kadrına qarşı sərt ittihamlar - Korrupsiyaya etiraz etdiyinə görə işsiz qalıb...
Tarix: 7-10-2014, 11:21 | Çap et
Əbülfəs Qarayevin Göygöldəki kadrına qarşı sərt ittihamlar
DİA.AZ: - Mədəniyyət və Turizm Nazirliyinin Göygöldəki idarəsinin rəhbərliyinə qarşı davamlı olaraq ittihamlar səsləndirilsə də, bu günə kimi nə nazirlikdən və nə də elə ittihamların birbaşa hədəfi olan Göygöl rayon Mədəniyyət və Turizm şöbəsindən hansısa formada izahat verilməyib. Bu isə qarşı tərəfin yeni ittihamlarını səsləndirməsinə zəmin yaratmaqdadır. Elə DİA.AZ-a ünvanlanan müraciətdə də yeni ittihamlar səsləndirilir:

"Mən Məmmədov Şahin Şakir oğlu 04.11.1984-cü ildə Göygöl rayon Üçtəpə kəndində anadan olmuşam. 2006-cı ildə GDU-nu fərqlənmə diplomu ilə bitirmişəm. 2008-ci ildə SDU-nun magistaturasını bitirmişəm. 2008-2010-cu illərdə hərbi xidmətdə ön cəbhədə zabit kimi qulluq etmişəm. 2011-ci ildə DQMK-nın təşkil etdiyi imtahanın müsabiqə və müsahibə mərhələlərini keçərək Göygöl rayon Mədəniyyət və Turizm şöbəsində məsləhətçi vəzifəsində işləməyə başlamışam. 2003-cü ildən YAP-ın üzvüyəm. Sınaq və staj müddətlərimi uğurla başa vuraraq “kiçik dövlət qulluqçusu” ixtisas dərəcəsi almışam. İşlədiyim müddət ərzində barəmdə heç bir inzibati tənbeh tədbiri tətbiq edilməyib. Göygöl rayon Gənclər və İdman idarəsi tərəfindən rayonda gənclər siyasətinin həyata keçirilməsində fəal iştirak etdiyimə görə Fəxri Fərmana layiq görülmüşəm. İşlədiyim müddətdə hər rüb mükafata layiq görülmüşəm.

Göygöl rayon Mədəniyyət və Turizm şöbəsində şahidi olduğum korrupsiya halları barədə ilk öncə 05 avqust 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinə müraciət etdim. Lakin müraciətimə əhəmiyyət verilmədi. 14 iyun 2014-cü il, 13 avqust 2014-cü il, 03 sentyabr 2014-cü il, 09 sentyabr 2014-cü il tarixlərində Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanladığım müraciətlərlə bağlı mənə cavab gəlib ki, baxılması üçün Mədəniyyət və Turizm Nazirliyinin Aparatına göndərilir baxılıb cavab veriləcək. Lakin çox təəssüflər olsun ki, 3 aydan artıq vaxt keçməsinə baxmayaraq hələdə Mədəniyyət və Turizm Nazirliyindən cavab gəlməyib. Əvəzində Göygöl rayon Mədəniyyət və Turizm şöbəsində olan korrupsiya faktları barədə müraciətlər etdiyimə görə, dövlət büdcəsindən ayrılan vəsaitlərin bədxərcliklə xərcləyəndiyini bildirdiyimə görə xanım Ş.Q.Hümbətovanın heç bir qanuna əsaslanmayan, şər-böhtanla dolu təqdimatı əsasında 17 iyul 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin Əmri ilə dövlət qulluğuma xitam verildi. Bir dəfə də olsun xəbərdarlıq belə almayan dövlət qulluqçusu birbaşa dövlət qulluğundan azad edildi. Mən haqsız olaraq işdən çıxarıldığımı bildirmək üçün müraciətlərimi davam etdirdim. Xanım Ş.Q.Hümbətova mənim müraciətlərimi davam etdirdiyimi görüb, məni birdəfəlik susdurmaq üçün barəmdə Azəbaycan Respublikasının CM-nin 147 və 148-ci maddələri ilə cinayət işinin açılması üçün məhkəmədə iddia qaldırıb.
Hətta birinci qrup əlil olan atamı da eyni maddələrlə ittiham edir. Atamın ölkə Prezidentinə etdiyi müraciət necə olubsa xanım Ş.Q.Hümbətovaya çatıb. Halbuki, vətəndaşların müraciətlərinə baxılması haqqında qanunun 7-ci maddəsində göstərilir ki, vətəndaşların şikayətlərini baxılmaq üçün qanuna zidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilən orqana və ya vəzifəli şəxslərə göndərmək qadağandır. Necə olur ki, Prezident Adminstrasiyasına göndərilən məktub xanım Ş.Q.Hümbətovanın əlinə keçir və o, həmin məktub əsasında məhkəmədə iddia qaldırır? Bunun bir cavabı var. Həmin məktub Adminstrasiyadan baxılması üçün Mədəniyyət və Turizm Nazirliyinə göndərilir, nazirlik isə baxıb, ərizəçiyə cavab vermək əvəzinə, həmin məktubun surətini xanım Ş.Q.Hümbətovaya göndərir.
Hal-hazırda xanım Ş.Q.Hümbətova mənə bildirir ki, iddiasını bir şərtlə geri götürə bilər. Gərək mən onun barəsində etdiyim çıxışlarla bağlı təkzib verəm və işə bərpa olunmağımla bağlı verdiyim məhkəmə iddiasını geri götürüm. Qaraya ağ deyim. İşə bərpa olunmağım üçün kifayət qədər əsaslarımın olduğunu bilir. Bilir ki, işdən azad edilməmişdən iki ay öncə öz Əmri ilə mənə mükafat yazıb. Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnaməyə görə Dövlət qulluqçularının fərdi şəkildə mükafatlandırılması vəzifə təlimatında nəzərdə tutulan vəzifələrin vaxtında və peşəkarlıqla yerinə yetirilməsi, səmərələşdirici təkliflər verilməsi, təşəbbüskarlıq göstərilməsi, işdə yeni forma və metodların tətbiqi və.s hallarda həyata keçirilir.
Mən Göygöl rayon Mədəniyyət və Turizm şöbəsində olan korrupsiya faktları barədə müxtəlif dövlət orqanlarına müraciət edərkən, dövlətimin bu müraciətlərə baxacağını, xanım Ş.Q.Hümbətovanın dövlət büdcəsinə vurduğu maddi ziyana görə cəzalandırılacağını düşünmüşəm. Bunun gec-tez reallaşacağına da əminəm. Hal-hazırda isə Ş.Q.Hümbətova heç bir məsuliyyətə cəlb edilmədiyi halda, mən korrupsiya faktları barədə müraciət etdiyimə görə, dövlət mənafeyini müdafiə etdiyimə görə məsuliyyətə cəlb edilirəm.
Sanki, xanım Ş.Q.Hümbətovanın xüsusi "toxunulmazlıq" hüququ var. Çox sadə açıq-aydın şəkildə bildirirəm. 01 aprel 2013-cü il, 26 aprel 2013-cü il, 03 iyul 2013-cü il tarixli aktlarda büdcə vəsaitləri artıqlaması ilə bədxərcliklə istifadə olunub. Bu isə Dövlət Satınalamlar haqqında qanunun tələblərinə tamamilə ziddir. Həmin qanunun giriş hissəsində yazılır ki, Dövlət büdcəsindən ayrılan vəsaitlər qənaətlə istifadə edilməlidir. Ayrılan vəsaitlərin bədxərcliklə xərclənməsi isə birbaşa korrupsiya hüquqpozmasıdır.
Buradan dövlət böyüklərinə səslənirəm! Mən cənab Prezident İlham Əliyevin korrupsiyaya qarşı apardığı mübarizəyə dəstək olduğum üçün bu qədər təzyiqlərə məruz qalıram. İmtahanla keçdiyim işdən azad edilməyim bəs etmirmiş kimi indidə həbs edilmək üzrəyəm. Bu qədər haqsızlıq olmaz! Göstərilən aktlara baxın. Bu faktdır. Nə vaxtadək xanım Ş.Q.Hümbətova cəzasız qalacaq? Mənim başıma gətirilən hadisələrdən xəbərdar olan heç bir dövlət qulluqçusu korrupsiyaya qarşı mübarizə aparmayacaqdır".

Bütün mraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda qrup halında adam öldürənlər HAKİM QARŞISINDA
Bu gün, 16:14
“Məni hədələyərək işdən çıxardılar” - Qadın cərrah
Bu gün, 16:09
"İlhamə Quliyeva ilə duetdən sonra mənə nələr dedilər"
Bu gün, 16:05
"Təəssüf ki, onun itkin düşməsi ilə bağlı məlumatlar düzdür" - Əlikram Bayramov
Bu gün, 16:00
Akademiklərin qazancını təftiş edən Etibar Əliyevin növbəti HƏDƏFİ kim OLACAQ? – Özü AÇIQLADI
Bu gün, 15:37
Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi olub
Bu gün, 15:34
Gömrük Komitəsinin şöbə rəisi 8 il 6 ay müddətə azadlıqdan məhrum edildi - QƏRAR
Bu gün, 15:32
“Psixoloq falçı kimi bir şeydir” deyən ekspertə SƏRT CAVAB – “Günü falçılarda keçir”
Bu gün, 13:06
Səfərbərlik Xidməti bu işlərə 600 min sərf edəcək - QSC-nin nazirə məxsus olduğu bildirilir
Bu gün, 13:04
“İrşad” gömrük qaydalarını pozur
Bu gün, 13:02
Ukraynada Trampa və ABŞ-yə etimad azalır
Bu gün, 12:59
Teatrın rəhbərliyi baş mühasibə tapşırıldı
Bu gün, 12:53
İran müharibə planı hazırlayıb: - KİMİ VURACAQ?
Bu gün, 12:52
"Bakı Metropoliteni" texniki yenilənməyə 1,1 milyon manat ayıracaq - TENDERLƏR
Bu gün, 12:49
Toyda mahnı üstündə dava: Müğənni və qardaşı saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 12:39
Xalqlarımızın təhlükəsiz və məsud yaşam təminatı: Şuşa Bəyannaməsi - MƏQALƏ
Bu gün, 12:34
Qardaşlığın rəmzi olan Şuşa Bəyannaməsi - İsrafil Kərimovun yazısı
Bu gün, 12:31
Röya Baləlinin mahnısını oxudu - VİDEO
Bu gün, 12:28
Qazinin pulunu kim kəsib? - ETİRAZ
Bu gün, 12:25
Bu ərazilər Azərbaycana qaytarılır: - Ermənilər XƏRİTƏ yaydılar
Bu gün, 12:22
Metroda azyaşlıya qarşı qeyri-etik hərəkət - Həbs olundu
Bu gün, 12:19
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:15
Bakıda rejissor 60 yaşlı sürücünün burnunu sındırdı, həbs edildi - 202 minlik iddia
Bu gün, 12:12
SDU-da şübhəli satınalma: Bir aylıq MMC ilə müqavilə bağlayır - İLGİNC FAKTLAR
Bu gün, 12:07
“Anamın və nənəmin ruhlarını sevindirdim, aktrisa olmağımı istəməsələr də...”
Bu gün, 12:03
“Bakılı Qız” dondurmasında TƏHÜLKƏ VAR... - BU NƏDİ BELƏ...
Bu gün, 11:55
Nazim Bəydəmirlini həbs etdirən şəxs öz qardaşına da “atıb” - İLGİNC
Bu gün, 11:43
Ermənistanı salamat saxlamaq üçün indiki kimi şansımız olmayıb - Paşinyan
Bu gün, 11:41
Azərbaycanda sabiq məmur daha bir şirkət təsis etdi - TƏFƏRRÜAT
Bu gün, 11:37
Vüqar Qurbanov ad günü şənliyi keçirən şöbə müdirini İŞDƏN QOVDU
Bu gün, 11:35
FHN-ə maşın satmaq istəyən 3 şirkət tapılmadı - 827 MİNLİK TENDER LƏĞVƏ GETDİ
Bu gün, 11:31
Elçin Quliyevin oğlu polkovnik-leytenant oldu - belə deyirlər...
Bu gün, 11:28
Azərbaycanda lisenziyasız ödəniş xidmətləri göstərilməsi faktı aşkar olunub
Bu gün, 11:25
Direktor məktəbi RƏSMƏN QARƏT EDİBMİŞ... - ŞOK FAKTLAR
Bu gün, 11:21
İranın bitməyən Zəngəzur xofu - Xamneyinin adamı nəyin mesajını verir?
Bu gün, 11:14
Amerikada siyasi böhranın başlanğıcı: - texnoloji oliqarxiya hərəkətə keçib
Bu gün, 11:08
Azərbaycan Prezidenti Vladimir Putini təbrik edib
Bu gün, 11:04
Naxçıvan Həmkarlar İttifaqları Şurası milyonlarla vəsaiti mənimsəyir - HƏM DƏ BY YOLLA...
Bu gün, 11:03
Paşinyan II Qaregindən iqamətgahını dərhal tərk etməyi tələb edib
Bu gün, 10:58
İrəvanda "dövlət naziri" peyda oldu: - Ermənistan saxtakarlığı davam etdirir
Bu gün, 10:56
Əmək müqaviləsi ləğv olunan neftçilər... - Ekspert danışır...
Bu gün, 10:47
Rusiyanın ABŞ-dəki səfiri Trampla görüşüb
Bu gün, 10:42
Bəziləri bu məsələdə azərbaycanlı izi görməyə çalışır - Paşinyan
Bu gün, 10:38
Kremldən Bakıya açıq təhdid: Rusiya nədən qorxur? - NƏ BAŞ VERİR?
Bu gün, 10:36
“Yaxşı arvad olun ki, əriniz gəzməsin” - Ofeliya Şabanova
Bu gün, 10:29
Azərbaycana qarşı köhnə iftira: Bakıdan tutarlı cavab - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:12
Kişi arvadının adına kredit və borca götürdüyü pulu ödəmədi, sonra onu döydü - TƏFƏRRÜAT
Bu gün, 10:09
Süni intellektin Bibliyanın müəllifi ilə bağlı təhlilinə Katolik Kilsəsindən REAKSİYA
Bu gün, 10:07
Kəmaləddin Heydərovun nəzarətində olan idarə 827 minlik avtomobil almaq istədi, baş tutmadı
Bu gün, 10:01
Fuad Nəcəfli Bəxtiyar Əsgərovu özünə müşavir təyin edir? - İDDİA
Bu gün, 09:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru