Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Azərbaycan Dövlət Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin xidməti minik avtomobillərinin alınmasına ilə əlaqədar elan etdiyi tender ləğv olunub.
Pravda.az-ın xəbərinə görə, ləğvetmə qərarında bildirilib ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.
13 ədəd avtomobilin alınması nəzərdə tutulan tenderin dəyəri 827 439 AZN olub.
Qeyd: Fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur.