Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov yüksək vəzifəyə gedir.
Bu barədə AzFakt.com saytının əldə etdiyi məlumatda deyilir.
Məlumata görə Bəxtiyar Əsgərov Naxçıvan Muxtar Respublikasında prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə müşavir təyin ediləcək.
Qeyd edək ki, Fuad Nəcəfli 2022-ci ilin dekabr ayında bu vəzifəyə təyin edilib.
Xatırladaq ki, Bəxtiyar Əsgərov uzun illərdir Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəridir.
B.Əsgərov savadlı və təşkilatçı kadr kimi xarakterizə edilir.