Ən çox hansı icra başçısı yerlərdə narazılığa səbəb olur? - Şikayətlər əsasında statistik siyahı hazırlanıb
Tarix: 25-09-2014, 10:07 |
Çap et
DİA.AZ: - Son zamanlar bir sıra rayon rəhbərləri ilə bağlı şikayətlərin artması dövlətin müvafiq tədbirləri görməsilə nəticələnib. Bu barədə DİA.AZ-a hökumətdəki mötəbər mənbə xəbər verib.
Məlumatda deyilir ki, zaman-zaman ayrı-ayrı rayon rəhbərləri, habelə vəzifəli şəxslərlə bağlı Prezident Administrasiyası da daxil olmaqla, müxtəlif dövlət instansiyalarına ünvanlanan şikayətlərin xülasəsi və statistikası hazırlanır. Mənbənin diaaz.space-a söylədikləri: «Bu dəfə isə statistik göstəricilər həm də tədbirlərin görülməsi üçün gərəkli idi».
Belə ki, barəsində ən çox şikayət olunan icra başçılarının müvafiq sıralaması əsasında siyahısının hazırlandığını bildirən qaynaq onu da əlavə edib ki, bu siyahı üzərə sərt cəzalar həyata keçiriləcək.
Onu da bildirək ki, yaxın vaxtlarda barələrində ən çox şikayət olunan icra hakimiyyəti başçılarının, həmçinin vəzifəli şəxslərin siyahısı da təqdim olunacaq. Bizi izləməkdə davam edin…