“Bank Standard” açıq bazar qaydaları hökmranlıq edir - Bank sektoru özbaşına buraxılanda belə də olmalı idi...
Tarix: 28-08-2014, 14:46 | Çap et
Xatırladaq ki, bir müddət əvvəl Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin məlumatında bildirilmişdir ki,iddiaçı QSC “Bank Standard” KB-nin Hacıyev Rasim Əli Hüseyn oğluna qarşı pul ödənilməməsi və tələbin ipoteka predmetinə yönəldilməsinə tələbinə dair iddia ərizəsi məhkəməyə daxil olmuşdur . Qeyd edək ki, bir neçə il öncə Qapalı Səhmdar Cəmiyyət “Bank Standard” Komersiya Bankı ilə Rasim Əli Hüseyn oğlu Hacıyev arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən illik 24 faiz ödənilməsi şərti ilə iyirmi dörd ay müddətinə 68 300 manat məbləğində kredit verilmiş və həmin kredit müqaviləsi üzrə cavabdeh Rasim Əli Hüseyn oğlu Haciyev başqasına məxsus olan əmlakı QSC “Bank Standard” KB-nin Əcəmi filialında girov qoymuşdur. Əlbəttə ,əksəriyyət bilir ki, bu günləri heç bir bank, heç kimə elə -belə kredit vermir. Bankın Əcəmi filialının müdiri Manaf və onun Anar adlı köməkçisi 68 300 manat kreditin 13 faizini “şapka” şəkilində aldığına görə o krediti Rasim Əli Hüseyn oğluna gözüyumlu vermişdir. Rasim Əli Hüseyn oğlundan heç soruşulmamışdır ki,sən bu kreditlə nə iş görəcəksən , onu hara yatızdıracaqsan? Qafqaz Xəbər Agentliyi (qafqaznews.az) bildirir ki, başqasının əmlakını qirov qoyanda bankın Əcəmi filialının müdiri Manaf müəllim həmin əmlakın sahibindən heç soruşmayıb ki, “üç uşaq atasısan,sabah Rasim Əli Hüseyn oğlu Haciyev götürdüyü krediti qaytara bilməsə,evi də sənin əlindən alsaq, bəs sən ailənlə birlikdə harda yaşayacaqsan,axı bu sizin yeqanə evinizdi?!” Ona görə soruşulmurdu ki, o vaxtlar QSC “Bank Standard” KB-nin sahibi Heydər Babayev İqtisadi İnkişaf naziri idi . Sonra Rasim Əli Hüseyn oğlu Hacıyev həmin krediti qaytara bilmədiyinə görə QSC “Bank Standard” KB 68 300 manatın üstünə öz astronomik faizlərini gəlib və son nəticədə 66 723 manat əsas borca 14 296,58 manat məbləğində faiz borcu, 11.041,08 manat isə cərimə üzrə borc gələndən sonra Rasim Əli Hüseyn oğlu Hacıyevin ümumlikdə borcu 92.060,66 manata gəlib çıxıb. Ancaq bank ,müştəriyə pulu ödəmək üçün şans vermək əvəzinə, gözünü dikib Rasim Əli Hüseyn oğlu Hacıyevin qoyduğu özgə əmlakına. Üçüncü tərəf də,yəni əmlakın sahibi,Nərimanov rayon məhkəmə icraçılarının onun xəbəri olmadan ,əmlakının qiymətləndirilməsi üçün “Sərraf–N” MMC –ə qöndərdiklərinə və “Sərraf-–N” MMC adlı qiymətləndirmə şirkətinin banka sərf etdiyi qiyməti çıxartdığına görə,onları cavabdeh kimi Nərimanov rayon məhkəməsinə vermişdir. Onu da bildirək ki,ki,bu məsələdə daha bir şübhəli məqam üzə çıxır.Belə ki,məsələni araşdıranda açıqca sezmək olar ki, “Sərraf –N”MMC –nin bank ilə sanki müəyyən yaxınlığı var və onlar əlbir iş görürlər.Əgər belə olmasaydı ,həmin qiymətləndirmə şirkətinin nə marağı var idi ki,girov qoyulan əmlakı bazar qiymətindən dəfələrlə az qiymətləndir?! Məsələdən agah olmayanlar üçün xatırladım ki,Bakı Nərimanov Rayon İcra Şöbəsinin 11.08.2012 –ci il tarixli sifarişinə əsasən “Sərraf –N”MMC tərəfindən 27.02.2012 –cil tarixdə qiymətləndirilmiş və hesabat təqdim olunmuşdur. Peşəkar Hüquqşünaslar” İctimai Birliyinin sədri, tanınmış hüquqşunas Tağı Hüseynov Qafqaz Xəbər Agentliyinə (qafqaznews.az) açıqlamasında bildirmişdir ki,hesabatda əmlaka 20. 10.2012 –ci il tarixdə baxış keçirilməsi göstərilsə də ,bu həqiqətə uyğun deyildir. Bu o səbəbdən mümkün deyil ki,o əmlaka banka girov qoyulduğu zaman ,yəni, 2007 –ci ildə baxış keçirilmişdir.Təqdim olunan həmin hesabata əsasən mənzil 165 min manat dəyərində qiymətləndirilmişdir.Bu qiymət isə ekspert hesabatının tamamilə əsassız olduğundan xəbər verir.Belə ki,göstərilən ünvanda yerləşən əmlakın minimal bazar qiyməti 400.000 manat təşkil edir. Necə ola bilər ki, Bakı şəhərində ən bahalı ərazilərdən birində 3 otaqlı, super təmirli ev cəmi 165.00 manata dəyərləndirilsin? Onda, cavabdeh “Sərraf-N” MMC-nin qeyd olunan mənzili hansı əsaslarla bu cür aşağı qiymətə dəyərləndirilməsi sual doğurur. Qeyd edək ki,təəsüflər olsun məsələ ilə bağlı Nərimanov Rayon Məhkəməsinin hakimi Turqay Hüseynov hansısa maraqlara görə üçüncü tərəfin Rayon İcra Şöbəsinə və “Sərraf” MMC-nə qarşı “əmlakın yenidən qiymətləndirilməsi” tələbinə dair iddianı əsassız sayaraq onu təmin etməmiş və bununla da çox ədalətsiz qərar çıxarmışdır. Lakin bu qətnamə ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti edən əmlak sahibi ümid edir ki,məhkəmənin bu mərhələsində hakim ədalətli qərar çıxaracaq və ümumiyyətlə bu məsələdə haqq-ədalət sonda öz yerini tapacaq. İddianin təmin olunmamasını bilən bank isə öz növbəsində bu məqamda, amansızcasına, sanki krediti götürən və bankda əmlakını qirov qoyan şəxslər heç azərbaycanlılar yox,düşmən Ermənistanın vətandaşlarıdırlar ,təkrarən, yuxarıda göstərdiyimiz məbləgdən savayı cavabdeh Rasim Əli Hüseyn oğlu Hacıyevun Yasamal rayon məhkəməsinin 17 iyun 2009-cu il tarixli 2(004)-2424/2009 saylı qətnamə üzrə qalan 66 723 manat məbləğində əsas borcunun üstünə illik 4,75 faiz yani illik 3.169,34 manat,aylıq olaraq isə 264.11 manat faiz gəlmişdir. Bankın qənaətinə görə guya cavabdehin 45 ay müddətində kredit borcunu qaytarmaması nəticəsində banka 11.884,95 məbləğində zərər dəymişdir. Bunu əsas gətirərək Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Komersiyya bankı Nərimanov rayon məhkəməsinə müraciət edərək ondan xahiş edib ki, 11.884,95 manat məbləğində süni surətdə şişirdilmiş həmin pulun tutulması haqda bankın xeyrinə qətnamə qəbul etsin. Daha konkret desək ,bank istəyir ki, məhkəmə həmin borcun bank qarşısında ipoteka ilə yüklü edilmiş, Rasim Əli Hüseyn oğlu Haciyev tərəfindən girov qoyulmuş üçüncü tərəfin əmlakına yönədilməsinə dair qərar çıxarsın. Fikir verin ,kredit veriləndə filial müdiri tərəfindən böyük məbləğdə şapka alınır ,kredit illik, yüksək -24% -ə verilir,sonra əlavə faizlər, üstəlik axırda da hələ “Bank Standard”-ın Tamerlan adlı əməkdaşı başına bir qrup idmançı toplayıb üçüncü tərəfin qapısına gəlir ki, bəs nə vaxt əmlakı satıb,bizə borclu olduğun faizləri,cərimələri və məbləği ödəyəcəksən? Bundan başqa bankın Əcəmi filialının müdiri Manaf müəllimin köməkçisi Anar,əmlakın sahibinə zənq edib “Bandotdellə” hədə-qorxu gəlir ki, “evdən çıxmalısan,bu bizim evdir”.Bu günləri bəlkə də “Bank Standard” bu iş prinsipi ilə işləmir,ancaq vaxtı ilə- Heydər Babayev nazir olanda ona arxalanıb Manafkimilər və onun işçiləri müştəriyə qarşı belə təyziqlər və hədə-qorxular tədbiq edirdilər. Buna görə artıq başqa çıxış yolu görmədiyindən üçüncü tərəf prezident İlham Əliyev cənablarına müraciət etməyə hazırlaşır.Çünki o bir qrup alverçi dəstənin qurduğu oyunun qurbanı olub,özü də bu bankın sahibinin nazir olan vaxtı. Əmlak sahibi deyir ki,” bank hal-hazırda mənim əmlakımın üstünə elə yüksək faizlər yükləyib ki,elə bil mən Azərbaycan Respublikasının yox,düşmən Ermənistan dövlətinin vətəndaşıyam,özü də milliyətcə də azərbaycanlı yox,sanki erməniyəm. Belə olmaz , bunlar nə vaxtacan Azərbaycan dövlətinin adından millətə qan udduracaqlar. Qonşu Gürcüstan dövlətində elə bir vətandaş yoxdur ki,onun banka kredit borcu olmasın, ancaq Gürcüstan dövləti bunu başa düşür ki,vətəndaşının hal-hazırda ödəmə qabiliyyəti yoxdur. Ona görə də öz vətəndaşlarını banklardan mümkün qədər qorumağa çalışır. Bu gün bizim bəzi üzdəniraq “bazar banklarının ” devizi,məntiqi belədir :“Siz müştərilər verdiyimiz əmanəti vaxtında qaytarsaydız,biz o pula yumurta alacaqdıq,həmin yumurtadan da toyuq əmələ qələcəkdi və sonra da toyuq yenidən yumurtalyacaqdı ”. Bunların vətəndaşlara yeritdikləri devizə baxın. Deməli bunların sözündən belə çıxır ki, güya ümid etdikləri həmin yumurtanı vətəndaş sındırıb və bu səbəbdən də “bazar bankı” yumurtasız qalıb. Ancaq bir anlığa fikirləşmirlər ki,bunların “yumurta pulunu” götürən düşmən deyil, onlar da bu ölkənin tam hüquqlu vətəndaşlarıdır və əgər vətəndaş pulu geriyə qaytara bilmirsə ,demək buna ciddi səbəblər var. Belə banklar bunu araşdırmaq,faizləri azaltmaq ,çətin vəziyyətdən çıxa bilməsi üçün müştərilərə mümkün qədər güzəştə getmək əvəzinə , onsuz da iflas olan binəva müştərilərilərə aman vermir,onları tam məhv etmək siyasətini tuturlar. Yeri gəlmişkən , bu həqiqətləri görən,dilə gətirən təkcə sadə adamlar deyil.Məsələn,bu yaxınlarda Milli Məclisin plenar iclasında çıxışı zamanı hörmətli deputatımız ,iqtisadçı Vahid Əhmədov haqlı olaraq olaraq deyib ki,”Əhalinin hər 10 nəfərindən 9-un banklara borcu var “ Onun sözlərinə görə, 2008-ci ildə dünyada böhran olsa da, Azərbaycandan yan keçdi: “Azərbaycanın apardığı siyasət nəticəsində bu, böhran nəticəsində aradan qalxdı. Amma ölkədə bank sistemində müəyyən problemlər qalmaqdadır. İstehlak kreditlərinin faizinin yüksək olması əhaliyə mənfi təsir göstərir”. Millət vəkili kredit faizlərinin yüksək olmasından şikayətlənib: “Təsəvvür edin, 22%-dən az kredit verən bank yoxdu. Buna görə də əhalinin evləri, maşınları banklarda girovdu. Əhalinin hər 10 nəfərindən 9-un banklara borcu var. Bu probemlər aradan qalxmalıdır”. Axı bunlar kimdilər?!Hansı qanunlara əsaslanırlar?!Ölkə qanunlarına əsaslanmaq əvəzinə, onlar nə üçün özbaşına çıxartdıqları qeyri-rəsmi qanunları özlərinə bayraq tuturlar. Bəlkə elə xalqı dövlətə qarşı qaldıran bir dəstədirlər?! Ona görə də vətəndaşların hamısı üz tutur mətbuata ki,qoy bankların camaatın başına açdığı oyunlardan cənab prezidentin xəbəri olsun. Bunların vətəndaşlara qarşı belə amansız münasibəti seçki qabağı iqtidara qarşı anti-kompaniyaya bənzəyir.Bəlkə bunlar vaxtı ilə vəzifələrini itirdiklərinə görə,indi bu yola əl atıb qisas almaq məqsədilə əhalidə dövlətə qarşı nifrət oyatmaq istəyirlər. Krediti verəndə bir soruşardınız ki,”ay ev sahibi sənin əmlakını özgəsi banka qirov qoyur,sənin bu evdən savayı evin varmı yaşamağa? Sabah üç uşaqla ailənlə harda yaşayacaqsan?! Qanunla biz sənin əmlakını qirov götürüb,Rasim Əli Hüseyn oğlu Haciyevə kredit verə bilmərik”Nə danışırsınız ,o vaxtı “Bank Standard” KB-nin qılıncının arxası da kəsirdi,qabağı da. Əcəmi filialının müdiri Manaf müəllimə maraqlı deyildi ki,əmlakı qirov qoyulan üçüncü tərəfin bundan savayı evi var ya yox.Onda Manaf müəlimi yalnız kredit buraxdığı məbləğin “şapkası” maraqlandırırdı… qafqaznews.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda daha bir lizinq şirkəti təsis edilib
Bu gün, 10:49 |
|
|
|
• Bakı həbsxanasında DAHA BİR ÖLÜM
Bu gün, 10:41 |
|
|
|
• Emin Əmirullayevin `skoç`lanan və tüstülənən məktəbləri... - AXI NİYƏ?..
Bu gün, 10:34 |
|
|
|
• 4 günlük gecikməyə görə İŞDƏN QOVULDU VƏ... - İTTİHAM VAR...
Bu gün, 10:30 |
|
|
|
• “Soyuqdan donsam da, heç vaxt qazı yanılı qoyub yatmıram” – Razi Nurullayev
Bu gün, 10:16 |
|
|
|
• Fakt istəyən nazirə FAKT YAĞIŞI davam edir... - Nəticəsi OLACAQMI?
Bu gün, 10:14 |
|
|
|
• Afaqın verilişi nə vaxt yayımlanacaq?
Bu gün, 10:10 |
|
|
|
• Dələduzluqda ittiham olunan “Moon Kids” uşaq bağçasının direktoru özünü təqsirli bilməyib
Bu gün, 10:06 |
|
|
|
• Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər NİYƏ İŞLƏMİR? - Vasif Talıbovun da adı çəkilir...
Bu gün, 10:03 |
|
|
|
• Ermənistanın dəmir yolu təklifi: Paşinyan əslində nə istəyir? - AKTUAL
Bu gün, 09:50 |
|
|
|
• Geri çağrılan səfirdən GERİYƏ QALANLAR... - İLGİNC İDDİA
Bu gün, 09:45 |
|
|
|
• AMEA-nın hər köşəsi BAZAR İMİŞ... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:32 |
|
|
|
• Ermənistanda “iqtisadi sıçrayış” bitdi: nələr gözlənilir? - "...çıxılmaz vəziyyətə düşüb"
Bu gün, 09:27 |
|
|
|
• Zəngəzur dəhlizi uğrunda gərgin SAVAŞ - İNCƏLƏMƏ
Bu gün, 09:26 |
|
|
|
• Zurabişvili İvanişvilini öz iqamətgahında danışıqlara çağırdı... - "Newsgeorgiya"
Bu gün, 09:22 |
|
|
|
• `Armada` şirkəti də ÖLKƏDƏN VALYUTA ÇIXARIBMIŞ... - TƏFƏRRÜAT
Bu gün, 09:16 |
|
|
|
• Bu həftə ardıcıl 7 gün iş olacaq - DİQQƏT!
Bu gün, 09:09 |
|
|
|
• "Siyasi istəklərdə yenidən güc amili ön plana çıxır" - deputat
Bu gün, 09:07 |
|
|
|
• Qrenlandiya Amerikanın mülkiyyətinə keçməlidir - Tramp Kanadadan sonra yeni ərazi iddiası İRƏLİ SÜRDÜ
Bu gün, 09:03 |
|
|
|
• Müştərilər üçün KAPTAL BANK məngənəsi... - AXI NİYƏ?..
Bu gün, 08:59 |
|
|
|
• "`Kristal Abseron`dan ev alanda 100 ölcüb, 1 biçin..." - "Dərəbəylikdir!!!"
Bu gün, 08:55 |
|
|
|
• Kartına 400 manat yüklədi... YOXA ÇIXDI! - GİLEY
Bu gün, 08:47 |
|
|
|
• Ərdoğanın Suriya səfəri... GÖZLƏNİLƏNDİR!
Bu gün, 08:39 |
|
|
|
• "Bu əsasla Əmək müqaviləsinin ləğv edilməsi..." - Ekspert danışır...
Bu gün, 08:35 |
|
|
|
• BU FAKTDIR: `Azəriqaz` işçiləri öz hesablarına avadanlıq alır... - "Deyirsiniz `Azəriqaz` ziyanla işləyir, AMMA..."
Bu gün, 08:31 |
|
|
|
• Suriyanın yeni sahibi NECƏ DAVRANACAQ... - Hər kəsi YAXŞI TANIYIR...
Bu gün, 08:19 |
|
|
|
• Ceyhun Bayramov Serbiyaya səfər edib
Bu gün, 08:17 |
|
|
|
• `Azercell` istehlakçı hüquqlarını NECƏ POZUR... - NARAZILIQ VAR...
Bu gün, 08:14 |
|
|
|
• Makronun BATIRDIĞI FRANSA... - İNCƏLƏMƏ
Bu gün, 07:15 |
|
|
|
• İranın sərhəddə 150 minlik ordusu var, ancaq Azərbaycan… - GƏLİŞMƏ
Bu gün, 07:11 |
|
|
|
• "HƏMAS, Hizbullah, İslami Cihad bizim deyil" - Xamenei İranın proksi qüvvələrindən imtina etdi
Bu gün, 06:19 |
|
|
|
• Ermənilərdən “Dubay şokoladı” ilə bağlı ŞOK iddia: Şuşa detalı - Rəsmən xəstədirlər...
Bu gün, 06:17 |
|
|
|
• "Valmarket Şəbəkə Supermarket" dövlətə külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:12 |
|
|
|
• Dezinformasiya ilə necə mübarizə aparaq? - AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Gürcüstan Prezidenti hakimiyyətə 1 HƏFTƏ VAXT VERDİ - "Sputnik Georgia"
Bu gün, 00:43 |
|
|
|
• İsrail və Türkiyə arasında MÜHARİBƏ riski artdı: Azərbaycan isə... - NƏ BAŞ VERİR?
Bu gün, 00:36 |
|
|
|
• Bəzi Qərb dairələrinin “qarın ağrısı” nədir? - COP29-a qarşı HİBRİD HÜCUMLAR
Dünən, 22:39 |
|
|
|
• "İçim parça parçadır"
Dünən, 22:34 |
|
|
|
• "Mahnını ilk eşidəndə oxumaq istəmədim..." - AUDİO
Dünən, 18:37 |
|
|
|
• Ukrayna xüsusi xidmət orqanları İsrail “Mossad”ından nümunə götürür - ARAŞDIRMA
Dünən, 18:35 |
|
|
|
• Doğrudanmı ruslar "əli qanlı" Stalinə pərəstiş edirlər? - “Möhkəm əl” axtarışı
Dünən, 18:33 |
|
|
|
• Qərb hərəkətə keçdi: 90-larda Bakını qarışdıran taktika işə düşür - NƏ BAŞ VERİR?
Dünən, 18:28 |
|
|
|
• Trampın Ukrayna ilə bağlı PLANI VAR - KİV
Dünən, 13:57 |
|
|
|
• Aqrar universitetdə rəsmən BAZAR AÇIBLAR... - "... əvvəlki rektorun ölənlərinə rəhmət oxuyurlar"
Dünən, 13:55 |
|
|
|
• Trampın gəlini ABŞ Senatına namizədliyini geri götürüb
Dünən, 13:22 |
|
|
|
• "Əməliyat etdirməyə gücümüz çatmır..." - Heydər Əliyev Fonduna MÜRACİƏT
Dünən, 13:19 |
|
|
|
• “Söz savaşına çıxsaydılar yaxşı olardı, xanımlara bunu yaraşdırmadım” - ETİRAZ
Dünən, 13:04 |
|
|
|
• Minimüharibə olacaq: ya məcburi, ya da… – Manukyan
Dünən, 12:39 |
|
|
|
• "Vörkşoplar regionlarda da gənclərin yararlanması üçün əlçatan olmalıdır" - deputat
Dünən, 12:37 |
|
|
|
• Azərbaycanın məşğulluq bazarında vəziyyət qadınların xeyrinə deyil - MALƏSƏF...
Dünən, 11:17 |
|
|
|
|