Talibandan qaçan əfqan Azərbaycanda HƏBS OLUNDU .....                     Zelenskiyə yaxın iş adamı ölkədən qaçdı .....                     Şəbnəm buna görə 30 min dollar qonorar alıb .....                     İcra başçıları toya nə qədər pul yazdırır? .....                     Şimali Kiprin yeni prezidenti ilk səfərini Türkiyəyə edəcək .....                     Rusiyalı ulduz azərbaycanlı oğlanla bağlı paylaşım etdi .....                     Qəzetlərin KİTABI BAĞLANIR... .....                     Zaqatalada AİLƏ MÜNAQİŞƏSİ .....                     "Mən oxumağa başlayanda zalda sakitlik idi, elə diqqətlə qulaq asırdılar ki..." .....                     Putinin kinayəsi və yumoru .....                     "Robert De Niro mənim dostumdur" .....                     10 noyabr: Ermənistan üzərində tarixi qələbə .....                     Paşinyan Ermənistan ordusunun rəhbər heyəti ilə müşavirə keçirib .....                     Abşeron rayonunda 8 Noyabr - Zəfər Günü ilə bağlı şəhid ailələri ilə görüş keçirilib .....                     “Nar”da bu axşam daha bir avtomobil sevinci! .....                     "Sertifikatlaşdırma və Metrologiya Mərkəzi" auditor seçir .....                     Bu, Astana üçün əhəmiyyətlidir... .....                     Xalq şairi sənəd paylaşdı, üsyan etdi: “Prezidentin siyasətinə ziddir” .....                     Mədəniyyət Nazirliyi qalmaqallı paylaşımı sildi .....                     "O, Paşinyandan sonra baş nazirlik üçün hazırlaşır" .....                     ABŞ problemlərini həll edir, İsrail əlaqələrini gücləndirir, Qazaxıstan isə... .....                     "Həmin aparıcılar uşaqlarımızı zəhərləyirlər" .....                     Gəncədə ər arvadını baş nahiyəsindən bıçaqlayıb .....                     İşbaz məmurların TƏHLÜKƏLİ SAYĞAC ƏMƏLİYYATI... .....                     Böyrəyini satışa çıxaran müğənnimizlə bağlı VACİB AÇIQLAMA: Həbs oluna bilər, çünki... .....                     Trampdan heyrətləndirəcək addım .....                     Ukraynada korrupsiyaya qarşı genişmiqyaslı əməliyyat keçirilir .....                     Karapetyan "Elektrik şəbəkələri"ni idarə etməkdən məhrum edilə bilər .....                     Azərbaycan iki hücumla bu sistemlərimizi tamamilə məhv etdi .....                     Tramp mətbuat konfransında mürgülədi .....                     Vətəndaşları aldadaraq 37 min manat ələ keçirən şəxs saxlanılıb .....                     Saakaşvilinin partiyası “Gürcü Arzusu” ilə məhkəmə çəkişməsinə başlayır .....                     Bakıdan Ermənistana .....                     “Mətanət A” şirkəti əməkdaşını məhkəməyə verdi .....                     Şəhid atasına yüksək vəzifə verildi .....                     "İnstaqramda yazdım, 10 gün sonra evlilik təklifi etdi" .....                     Uşaqlarını dərsdən yayındıran valideyn həbs olundu: Məktəbdə əxlaqsızlıq İDDİASI .....                     Paşinyan Azərbaycandan kənd istəyir: Nikol sülhə "təpik" atır, yoxsa...? .....                     "Əxlaqsızlıq edən sənətçiləri, TikTok-da özünü satanları qınamıram" .....                     "Dedim ərini sevirəm, Bakıdan qayıdan kimi BOŞANDI" .....                 

10 noyabr: Ermənistan üzərində tarixi qələbə - AKTUAL
Tarix: Bu gün, 16:27 | Çap et

10 noyabr: Ermənistan üzərində tarixi qələbə

Bu gün 2020-ci il noyabrın 10-da Prezident İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli Bəyanatın inzalanmasından beş il ötür.

Qeyd edək ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu Vətən müharibəsinə başlamışdı. 44 gün davam edən döyüşlər zamanı Azərbaycan Ordusu ardıcıl qələbələr qazanaraq bir-birinin ardınca mühüm yaşayış məntəqələrini düşməndən azad edib.

Oktyabrın 3-də Suqovuşan, 4-də Cəbrayıl, 9-da Hadrut, 17-də Füzuli, 20-də Zəngilan, 25-də Qubadlı şəhərləri, eləcə də 300-dən çox kənd və strateji yüksəkliklər Azərbaycanın nəzarətinə qaytarıldı. Noyabrın 8-də Şuşanın azad olunması ilə müharibənin taleyi həll olundu.10 noyabr Bəyanatının şərtlərinə əsasən, Ermənistan noyabr 15-dək Kəlbəcər rayonunu, noyabrın 20-də Ağdam və dekabrın 1-ə qədər isə Laçın rayonunu Azərbaycana qaytarmağa razılıq verdi.

Beləliklə, Azərbaycan öz ərazilərini işğaldan azad etdi və 44 gün davam edən Vətən müharibəsi Ermənistanın kapitulyasiyası ilə başa çatdı. Münaqişə zonasında status-kvonun dəyişməsi regionda sonrakı geosiyasi proseslərin yenidən formalaşmasına bu gün də öz təsirini saxlamaqdadır. Bu baxımdan, 10 noyabr Bəyanatı 30 ildən artıq davam edən münaqişəyə son qoyulmasında mühüm rol oynayıb.

Nəticədə, Azərbaycanla Ermənistan arasında münasibətlərin postmünaqişə dövrünə daxil olması real sülhün təmin olunmasına şərait yaratdı;

- Bölgədə hərbi və siyasi qüvvələr nisbəti Azərbaycanın xeyrinə dəyişdi. Cənubi Qafqazın ən güclü ordusuna malik Azərbaycan Ermənistanla sülh danışıqları masasında da diplomatik üstünlük qazandı;

- Azərbaycanın Ermənistanı məğlub edərək öz ərazilərini işğaldan azad etməsi Qarabağda hələ də fəaliyyətini davam etdirən erməni separatizminin ləğvinə yol açdı. 2023-cü il sentyabr ayının 19-20-də Azərbaycan ordusunun keçirdiyi antiterror əməliyyatı nəticəsində, qondarma “Dağlıq Qarabağ Respublikası” elan etmiş hərbi xuntanın mövcudluğuna son qoyuldu, qanunsuz erməni silahlı birləşmələri isə zərərsizləşdirildi. Azərbaycan ərazisində 1988-ci ildən başlayaraq 35 il davam erməni separatizminə son qoyuldu. Bununla da Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi bərpa edildi.

- Keçmiş Ermənistan-Azərbaycan, “Dağlıq Qarabağ” münaqişəsinin başa çatması ilə bölgədə nəqliyyat-kommunikasiya vasitələrinin blokdan açılması üçün zəmin yarandı. 10 noyabr Bəyanatının 9-cu bəndində Azərbaycanın qərb hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında hərəkətin təmin edilməsini nəzərdə tutan Zəngəzur dəhlizinin açılmasına dair razılaşmaya Ermənistan əməl etməsə də, artıq ABŞ Prezidenti Donald Trampın iştirakı ilə bu proses reallaşmaq üzrədir. Söhbət “Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu”nun yaradılmasına dair avqustun 8-də Vaşinqtonda imzalanmış sənəddən gedir.

- 10 noyabr Bəyantında əksini tapmış bir sıra razılaşmalar artıq icra olunub və ya müddəti başa çatıb. Azərbaycan ərazisində Rusiya sülhməramlı qüvvələri qalmayıb, Qarabağdakı ermənilər könüllü şəkildə Ermənistana köçdüyünə görə üçtərəfli bəyanatda “Laçın dəhlizi” adlanan bənd də qüvvədən düşüb. Yeganə yerinə yetirilməyən razılaşma Zəngəzur dəhlizi ilə bağlıdır.

Lakin Ermənistan-Azərbaycan münaqişəsinin aradan qalxması yalnız bu iki ölkə arasında deyil, bütövlükdə ətraf regionları da birləşdirən nəqliyyat-tranzit dəhlizlərinin açılmasına şərait yaradıb.

Bu baxımdan, Çin, Mərkəzi Asiya və Avropa arasında yükdaşımaların həyata keçiriləcəyi “Orta dəhliz” xüsusi aktuallıq kəsb edir. Azərbaycanı şərqlə qərbin əsas logistika mərkəzinə çevirəcək bu dəhlizin əsas ötürücü arteriyası “Tramp maşrutu” hesab edilir. Yəni Ermənistanın Zəngəzur dəhlizinin açılmasından yayınmaq üçün manevrləri çox çəkmədi.

Hazırda Azərbaycan və Ermənistan sülh müqaviləsinin imzalanmasına xeyli yaxın olduğundan atəşkəs sənədi olan 10 noyabr Bəyanatının bir sıra müddəaları qüvvədən düşüb. Tərəflər sülh sazişinin mətnini paraflayıb və razılaşdırılmamış yeganə bənd Ermənistan Konstitusiyasının preambula hissəsindən Azərbaycana qarşı ərazi iddialarının çıxarılması ilə bağlıdır.

Çox güman ki, 2026-cı ilin iyun ayında Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra Nikol Paşinyan hakimiyyəti referenduma getməklə yeni konstitusiya layihəsində preambulaya xitam verəcək. Bununla da, yekun sülh müqaviləsi imzalanması üçün əsas yaranacaq və 10 noyabr Bəyanatı daha çox arxiv sənədinə çevriləcək.

Müşfiq Abdulla
“Cebheinfo.az”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Talibandan qaçan əfqan Azərbaycanda HƏBS OLUNDU - "...arvadımın yanına gedirdim"
Bu gün, 17:48
Zelenskiyə yaxın iş adamı ölkədən qaçdı – NABU əməliyyatına 2 saat qalmış...
Bu gün, 17:46
Şəbnəm buna görə 30 min dollar qonorar alıb - Video
Bu gün, 17:32
İcra başçıları toya nə qədər pul yazdırır?
Bu gün, 17:30
Şimali Kiprin yeni prezidenti ilk səfərini Türkiyəyə edəcək - KİV
Bu gün, 17:28
Rusiyalı ulduz azərbaycanlı oğlanla bağlı paylaşım etdi - Bunu yalnız o bacardı
Bu gün, 17:19
Qəzetlərin KİTABI BAĞLANIR... - BÜDCƏ YÜKÜ?
Bu gün, 17:17
Zaqatalada AİLƏ MÜNAQİŞƏSİ – Əmi qardaşı oğlunun əmlakını yandırdı
Bu gün, 16:45
"Mən oxumağa başlayanda zalda sakitlik idi, elə diqqətlə qulaq asırdılar ki..."
Bu gün, 16:43
Putinin kinayəsi və yumoru - VİDEO
Bu gün, 16:39
"Robert De Niro mənim dostumdur" - Emin Ağalarov
Bu gün, 16:34
10 noyabr: Ermənistan üzərində tarixi qələbə - AKTUAL
Bu gün, 16:27
Paşinyan Ermənistan ordusunun rəhbər heyəti ilə müşavirə keçirib
Bu gün, 16:16
Abşeron rayonunda 8 Noyabr - Zəfər Günü ilə bağlı şəhid ailələri ilə görüş keçirilib - FOTO
Bu gün, 16:13
“Nar”da bu axşam daha bir avtomobil sevinci! - DİQQƏT!
Bu gün, 16:10
"Sertifikatlaşdırma və Metrologiya Mərkəzi" auditor seçir
Bu gün, 15:40
Bu, Astana üçün əhəmiyyətlidir... - GƏLİŞMƏ...
Bu gün, 15:35
Xalq şairi sənəd paylaşdı, üsyan etdi: “Prezidentin siyasətinə ziddir” - HÖRMƏTSİZLİKDİR...
Bu gün, 15:31
Mədəniyyət Nazirliyi qalmaqallı paylaşımı sildi
Bu gün, 15:27
"O, Paşinyandan sonra baş nazirlik üçün hazırlaşır" - ŞƏRH
Bu gün, 15:24
ABŞ problemlərini həll edir, İsrail əlaqələrini gücləndirir, Qazaxıstan isə... - İNCƏLƏMƏ
Bu gün, 15:22
"Həmin aparıcılar uşaqlarımızı zəhərləyirlər" - ETİRAZ
Bu gün, 15:16
Gəncədə ər arvadını baş nahiyəsindən bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 15:14
İşbaz məmurların TƏHLÜKƏLİ SAYĞAC ƏMƏLİYYATI... - BU NƏDİ BELƏ?
Bu gün, 15:09
Böyrəyini satışa çıxaran müğənnimizlə bağlı VACİB AÇIQLAMA: Həbs oluna bilər, çünki... - TƏFƏRRÜAT
Bu gün, 14:59
Trampdan heyrətləndirəcək addım – 50 il sonra ilk dəfə
Bu gün, 14:55
Ukraynada korrupsiyaya qarşı genişmiqyaslı əməliyyat keçirilir - Ukrayna mətbuatı
Bu gün, 14:47
Karapetyan "Elektrik şəbəkələri"ni idarə etməkdən məhrum edilə bilər
Bu gün, 13:23
Azərbaycan iki hücumla bu sistemlərimizi tamamilə məhv etdi - “Şərəfim var”
Bu gün, 13:20
Tramp mətbuat konfransında mürgülədi – Demokratlar ələ saldı
Bu gün, 13:16
Vətəndaşları aldadaraq 37 min manat ələ keçirən şəxs saxlanılıb
Bu gün, 13:12
Saakaşvilinin partiyası “Gürcü Arzusu” ilə məhkəmə çəkişməsinə başlayır - KİV
Bu gün, 12:42
Bakıdan Ermənistana bu mesajlar VERİLDİ...
Bu gün, 12:31
“Mətanət A” şirkəti əməkdaşını məhkəməyə verdi - BUNA GÖRƏ...
Bu gün, 12:28
Şəhid atasına yüksək vəzifə verildi - FOTO
Bu gün, 12:24
"İnstaqramda yazdım, 10 gün sonra evlilik təklifi etdi"
Bu gün, 12:20
Uşaqlarını dərsdən yayındıran valideyn həbs olundu: Məktəbdə əxlaqsızlıq İDDİASI - Kürdəmirdə OLAY
Bu gün, 12:19
Paşinyan Azərbaycandan kənd istəyir: Nikol sülhə "təpik" atır, yoxsa...? - PƏRDƏARXASI MƏQAM
Bu gün, 12:16
"Əxlaqsızlıq edən sənətçiləri, TikTok-da özünü satanları qınamıram"
Bu gün, 12:10
"Dedim ərini sevirəm, Bakıdan qayıdan kimi BOŞANDI" - Xalq artisti
Bu gün, 12:08
"“Göyçay Nar Festivalı” adıyla bizi aldatdılar..." - NARAZILIQ VAR...
Bu gün, 12:06
“Ermənistan Qarabağdan sülhməramlıların çıxması üçün hər şeyi etdi” - Koçaryan
Bu gün, 12:00
Vergilər ARTIRILIR: Benzin və dizel bahalaşacaq? - AKTUAL
Bu gün, 11:49
İki hindli İranı barmağına doladı: Saxta nüvə alimləri milyonlarla dollar mənimsəyib - TƏFƏRRÜAT
Bu gün, 11:47
Beş il əvvəl Xankəndidə şəhid olan mayor Fərid Ələkbərovun anım günüdür - FOTO
Bu gün, 11:41
"Müalicəm davam edir, yorğunluq da olur" - FOTO
Bu gün, 11:39
“Milli Qəhrəman” adına kölgə SALANLAR - SİYAHI
Bu gün, 11:32
“Britaniya kralı böyük rol oynayıb” - Zelenski
Bu gün, 11:24
"Dənizkənarı Bulvar İdarəsi" sığortaçı seçir - TƏFƏRRÜAT
Bu gün, 11:14
Rəsul Quliyev Bakıya gəlir - Özü açıqladı
Bu gün, 11:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru