“Meqa Sığorta” ASC 2025-ci ilin ilk üç rübündə bazar payını itirib və ödənişlərin artması ilə onun zərərlilik əmsalı yüksəlib.
Banker.az Azərbaycan Mərkəzi Bankının təqdim etdiyi rəqəmlərə istinadən xəbər verir ki, ilin ilk üç rübündə 25.69 milyon manatlıq yığım və 11.84 milyon manat ödəniş həyata keçirib.
Beləliklə, öncəki ilin eyni dövründəki 27.35 mln. manat yığım və 10.49 mln. manat ödənişlə müqayisədə bu il yığım 6 faiz azalarkən, ödənişlərin həcmi 13 faiz artıb.
Bununla da, şirkətin ödənişlərinin yükəlməsi ilə zərərlilik əmsalı 37 faizdən 46 faizə yüksəlib.
Əlavə olaraq böyüyən bazar şəraitində “Meqa Sığorta”nın gpstəricilərinin geriləməsi onun bazar payını daha da azaldır. Keçən ilin ilk doqquz ayında yığımlar üzrə bazar payı 2.7 faizdən 2.2 faiz-ə qədər azalıb.











