SOCAR-a aid strukturlarda həyata keçirilən ixtisarlar və bu zaman gətirilən bəhanələr özünün absurd mahiyyəti ilə həm diqqət çəkməkdə, həm də narazılıq yaratmaqdadır. "DİA-AZ" xəbər verir ki, sözügedən prosesi diqqətdə saxlayan Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı (NHMT) və onun sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı növbəti dəfə eyni məsələyə diqqət çəkərək əlaqədar qurum və şəxslərdən hesabat tələb edir.
NHMT sədri bildirir: "Əvvəl 60 yaşdan yuxarı olan işçilər özü ərizə yazır işdən çıxır, yoxsa imtahan hədəsi... Sonra 50 yaşdan yuxarı olan işçilər ərizə yazır işdən çıxır, yoxsa imtahan hədəsi... İndi də sovet vaxtı tərtib olunan 40 mərtəbəli "xüsusi anket"?! BU NƏDİR BELƏ?
Ağ olmadı ki, cənab və cənabələr?? ?
Yaxın qohumlarınız: ( Ata, Ana, Qardaş(lar), Bacı(lar), Həyat yoldaşı, Övlad(lar), Övlad(lar)ın həyat yoldaş(lar)ı, Qaynata, Qaynana, Babalar, Nənələr, Nəvə(lər), Həyat yoldaşının bacı(lar)ı, Həyat yoldaşının qardaş(lar)ı, Qardaş(lar)ın həyat yoldaş(lar)ı, Bacı(lar)ın həyat yoldaş(lar)ı ) haqqında məlumat...
Rəhmətə gedən və ya təqaüdə çıxmış yaxın qohumunuzun sonunçu iş yerinin mütləq qaydada qeyd etməlisiniz...
Elədirsə, qohumluq əlaqələrinin sübutu üçün DNK analizi də tələb edin... MÜTLƏQ! Birdən hansısa qohumun adını bilərəkdən səhv verərlər!! ☝?..."











