Oktyabrın 13-14-də Bakıda Azərbaycan, Rusiya və İran hökumət nümayəndələrinin üçtərəfli görüşü keçiriləcək.
Nazirlər Kabinetindən APA-ya verilən xəbərə görə, Azərbaycan tərəfindən Baş nazirin müavini Şahin Mustafayev, Rusiya tərəfindən Baş nazirin müavini Aleksey Overçuk, İran tərəfindən isə Yol və şəhərsalma naziri Fərzane Sadiqi nümayəndə heyətlərinə rəhbərlik edəcəklər.
Üçtərəfli görüşdə nəqliyyat-logistika, energetika və gömrük məsələləri müzakirə olunacaq.
***
Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycana səfər edəcək.
Bu barədə APA-nın Moskva müxbirinə Rusiyadakı diplomatik mənbələrdən məlumat verilib.
Bildirilib ki, Overçukun Bakıya səfəri oktyabrın 13-14-də nəzərdə tutulub, hazırda səfərin detalları razılaşdırılır.
Mənbənin bildirdiyinə görə, Overçukun Bakıda keçiriləcək Azərbaycan, Rusiya və İran arasında üçtərəfli görüşdə iştirakı nəzərdə tutulub.
İran tərəfini isə üçtərəfli görüşdə nəqliyyat və şəhərsalma naziri Fərzane Sadiqin təmsil edəcəyi bildirilib.