Türkiyədə istehlak qiymətləri sentyabrda ötən ilin eyni dövrü ilə müqayisədə 33,29% yüksəlib.
Yeniavaz.comTürkiyə Statistika İdarəsinin açıqladığı məlumatlara istinadən xəbər verir ki, bu, ardıcıl on beş aylıq yavaşlamadan sonra inflyasiyanın yenidən sürətlənməsi deməkdir.
Avqustda göstərici 32,95% olub.
Sentyabrda ərzaq və alkoqolsuz içkilərin qiymətləri 33,1%, spirtli içkilər və tütün məmulatları 24,5%, geyim və ayaqqabı 9,8%, kommunal xidmətlər isə 51,4% bahalaşıb. Təhsil sahəsində qiymətlər 66,1% artıb və ən yüksək göstərici qeydə alınıb.
Aylıq müqayisədə də qiymətlər yüksəlib. Avqustla müqayisədə sentyabrda istehlak qiymətləri 3,2% artıb.
Onu da qeyd edək ki, Türkiyə dünyada yüksək inflyasiyanın olduğu ölkələrin ilk 10-luğunda yer alır.