“İstanbul NS” klinikasında tibb təhsili olmayanlar həkimlik edir .....                     Putini qəzəbləndirən rədd cavabı .....                     “İşim-gücüm ancaq məhkəməyə gedib-gəlməkdir” .....                     Zəngilan Mərkəzi Xəstəxanasının tikintisinə 1.2 milyon manat ayrıldı .....                     Sədərəkdə yarım qalan işlərin tamamlanması üçün 9 milyon ayrıldı .....                     3 Oktyabr Azərbaycan dövlətçiliyində tarixi dönüş .....                     Ermənistan Azərbaycanın şərtlərindən imtina etdiyini açıqladı .....                     Paşinyanın bəyanatı regional sabitlik üçün ciddi niyyət göstəricisidir .....                     Bu mahnımız Ermənistanı qarışdırdı: Voskanyandan təşviş içində çağırış .....                     Bakıda 46 yaşlı kişi boşanmış arvadına təcavüz etdi: “Pozğunluq elədiyi üçün...” .....                     On beş aydan sonra Türkiyədə qiymətlər yenidən artmağa başladı .....                     Şahrux Xan ilk dəfə milyarderlər siyahısına daxil oldu .....                     Pənah Hüseyn Rəsul Quliyevdən rüşvət alıb? .....                     "Ermənilər də videolarıma baxıb gülürlər" .....                     Nazir generala birinci müavin təyin etdi .....                     Mehriban Məmmədova işdən çıxarıldı .....                     “Məsələ ilin sonuna və hətta daha tez həllini tapa bilər” .....                     Kopenhagendəki görüş rəmzi mesajlarla doludur .....                     ABŞ-də bank ehtiyatları 3 trilyon dollardan aşağı düşüb .....                     SOCAR işçilərinin MAAŞ PROBLEMİ: Rəhbərlik bunu görmür... .....                     Elşad Həsənov bir ildir əl-qolunu yanına sallayıb durub: YƏNİ İŞ GÖRMÜR... .....                     Naxçıvanda tələbə məktəbli qıza təcavüz etdi .....                     Bu ifadəni təkcə Əliyev yox, Tramp da deyib .....                     Paşinyanın təyyarəsi ilə Qarabağa silah daşınıb .....                     Şərurlu İsfəndiyarın cinayət işi üzrə məhkəmədə ekspertiza rəyi açıqlanıb .....                     Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzi özbaşına qalıb .....                     Məmurun evindən 340 min pul oğurlandı .....                     “Ermənistanın yalnız bir yolu var” .....                     Şərq küləyi əsəcək .....                     Sülhə maneə qalmayacaq .....                     Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzinə yeni direktor müavinləri təyin edilib .....                     Veysəloğlu Distribusiya Çində keçirilən beynəlxalq logistika konfransında iştirak edib .....                     ABŞ və Ermənistan təhlükəsizlik üzrə Vaşinqton razılaşmalarının həyata keçirilməsinə başlayıb .....                     Azərbaycanlı alimin oğlundan 95 minlik DƏLƏDUZLUQ .....                     Azərbaycan modeli Ukraynaya əsl dərsdir .....                     Ağsuda kişi bu yolla pul “uddu” .....                     Trampın strategiyası: Ukrayna üçün yeni fürsət pəncərəsi .....                     Dəmirçi ailəsi "Ferrum Kapital"dan nə qədər qazanır və... qazandırır? .....                     TƏBİB və Səhiyyə Nazirliyi birləşəcək? .....                     "Məktəbli avtobuslarında aylıq ödənişin 240 manat olması heç də ucuz deyil" .....                 

Bakıda 46 yaşlı kişi boşanmış arvadına təcavüz etdi: “Pozğunluq elədiyi üçün...” - TƏFƏRRÜAT
Tarix: Bu gün, 15:01 | Çap et

Bakının Xəzər rayonunda 1979-cu il təvəllüdlü Elxan yetkinlik yaşına çatmayan oğlu Sərxana işgəncə verib, keçmiş həyat yoldaşı Səmayəyə (adlar şərti verilib - red.) işgəncə verməklə həm də ona qarşı seksual hərəkətlər edib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə Binə qəsəbəsində baş verib.

Elxan 2023-cü il sentyabrın 15-də təxminən saat 13 radələrində yaşadığı evdə 2013-cü il təvəllüdlü oğlu Sərxanı vurub, ona xəsarətlər yetirib. Daha sonra həmin ilin sentyabr, oktyabr və noyabr aylarında müxtəlif vaxtlarda boşandığı arvadı, 1991-ci il təvəllüdlü Səmayəni mütəmadi olaraq döyüb, ona zorakı hərəkətlər edib.

Noyabrın 21-də təxminən saat 9 radələrində yaşadığı evdə Səmayənin ayaqlarından və bədənindən tutub, onun müqavimətini zəiflədib. Sonra zor tətbiq etməklə onunla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Elxanın barəsində Cinayət Məcəlləsinin 128 (qəsdən sağlamlığa zərər vurma), 133.1 (bu məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) və 149.1-ci (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə ifadəsində Elxan ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, Səmayə ilə 2010-cu ildə ailə qurub:

“Səmayənin anası bizə ev hədiyyə etdi. Mən 3 ay ərzində həmin mənzilə 25.000 dollar məbləğində pul xərclədim. 2011-ci ildə orqandan xaric olundum. Buna səbəb biznes fəaliyyəti ilə məşğul olmağım idi. Pulum olmadığı üçün Səmayəyə dedim ki, anasından bizə 100 manat kömək etməsini xahiş eləsin. Bundan sonra anası gələrək qızını apardı. 8 ay bir-birimizdən ayrı yaşadıq. Həmin müddətdə uşaqlarımı görmədim”.

“Dəfələrlə arvadımın xəyanətini görmüşəm”

Elxanın sözlərinə görə, həmin il dekabr ayında dostları ilə şəhərdə olan zaman oğlu ona zəng edib və qapıda qaldıqlarını, nənələrinin onları evdən qovduğunu deyib:

“Anası Səmayənin pozğunluq etdiyini görüb və onu evdən qovub. Mən gəlib qapını açdım, uşaqlarımın xatiri üçün çox şeyi unutdum. Dəfələrlə arvadımın xəyanətini görmüşəm. Dəfələrlə gecə saat 4-5 radələrində evə gəlib.

Biz 5 il ailə kimi yaşamışıq. Mən taksi fəaliyyəti ilə məşğul olmuşam. Lakin sonradan nəqliyyat vasitəsini idarə etmək hüququm məhdudlaşdırılıb. Səmayə 14 günün içində aliment ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırıb.

Evdə kamera olduğunu bilməmişəm. Çəkiliş zamanı Səmayə özü məni çağırıb. Həmin vaxt ac-susuz olduğum üçün onunla cinsi əlaqədə ola bilməmişəm. Daha sonra uzanmışam. Səmayə isə yenə məni yanına çağırıb və məni təhqir edib.

Yenidən əlaqədə olan zaman axırda “sən bilmirsən ki, bu cinayətdir? Niyə belə edirsən?” deyib. Mən də cavabda məni özünün dəvət etdiyini bildirmişəm.

Sonradan evdə kamera quraşdırıldığını görmüşəm. Kameranı sındırmaq istəmişəm. Səmayə məndən kameranı sındırmamağımı xahiş edib”.

Təqsirləndirilən şəxs bildirib ki, övladını bir ata kimi vurub: “Səmayə isə öz istəyi ilə mənimlə cinsi əlaqədə olub. İstintaq zamanı videogörüntüləri izləmişəm. Görüntülərdə zorlamaya aid heç bir şey yoxdu. Biz videodan əvvəl cinsi əlaqədə olmuşuq.

Uşaqlarımız saat 07:10-da taksi ilə məktəbə gedib. Uşaqlar gedəndən 5 dəqiqə sonra Səmayə məni yanına çağırıb. Zərərçəkmişi heç bir halda zorlamamışam”.

“Mənə və uşaqlarıma işgəncə verib”

İş üzrə zərərçəkmiş qismində ifadə verən Səmayənin sözlərinə görə, Elxan onun keçmiş əridir: "2010-cu ildə ailə qurmuşuq, 2019-cu ildə rəsmi olaraq boşanmışıq. İki övladımız var. Keçmiş ərim mənə və uşaqlarıma işgəncə verib. Dəfələrlə uşaqlarım məni qorumaq məqsədilə yaxınlaşanda onlara təzyiq göstərib, təhqir edib.

Boşandıqdan sonra 1 il valideynlərimlə birgə yaşamışam. Sonra keçmiş ərimlə birlikdə inşa etdirdiyimiz mənzildə məhkəmə qətnaməsi ilə yaşamaq hüququ verildiyi üçün həmin evə köçdüm. Elxan bir müddət bizə dəyməsə də, sonra problemlər yaratmağa başladı”.

Zərərçəkmiş bildirib ki, yaşadıqları mənzili birlikdə tikiblər: “Ailə qurduqdan sonra mənim valideynlərim bizə ev hədiyyə etdi. O evdə birlikdə yaşadıq. Boşanmağımızın səbəbi təqsirləndirilən şəxsin mənimlə pis rəftar etməsi, səbəbsiz yerə dəfələrlə döyməsi olub.

Birgə yaşadığımız dövrdə Elxan heç yerdə işləməyib. Mən isə işləmişəm. Həmin ərəfədə evin qida təminatı mənim üzərimdə olub.

Özümü qorumaq məqsədi ilə təqsirləndirilən şəxsin qolunu və digər yerlərini dişləmişəm. Ona başqa heç bir zərərim dəyməyib”.

“Qardaşımı da döyüb və təhqir edib”

İş üzrə zərərçəkmiş Sərxanın sözlərinə görə, atası bəzən anasını otağa salıb, anası da qışqırıb: “Atam otağın qapısını açmayıb, söyüş söyüb.

Bir dəfə qapını açdı. Anamı qorumaq istəyəndə atam qulağımdan 3 dəfə vurdu. Bundan sonra zəif eşitməyə başladım. Atam mənimlə yanaşı, qardaşımı da döyüb və təhqir edib”.

Ailənin digər övladı isə şahid qismində dindirilib. Onun ifadəsinə görə, atası dəfələrlə anasını otağa aparıb, qapını arxadan bağlayıb: “Atamla anamın münasibətləri pis olub. Atam anama pis hərəkətlər edib. Bir dəfə mən qardaşımla birlikdə hovuzda çimən zaman evə girdim. Bu zaman anamın qışqırığını eşitdim. Otağa girəndə atamın anama pis hərəkətlər etdiyini gördüm”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Elxan 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğvini və bəraətverici əsaslarla işə xitam verilməsini xahiş edib.

Bakı Apellyasiya Məhkəməsi müdafiəçinin şikayətini rədd edib.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“İstanbul NS” klinikasında tibb təhsili olmayanlar həkimlik edir - AXI NİYƏ?
Bu gün, 16:09
Putini qəzəbləndirən rədd cavabı - “İki dəfə istədik” dedi, lakin…
Bu gün, 16:07
“İşim-gücüm ancaq məhkəməyə gedib-gəlməkdir” - Şərurlu İsfəndiyar BELƏ DEYİR...
Bu gün, 16:02
Zəngilan Mərkəzi Xəstəxanasının tikintisinə 1.2 milyon manat ayrıldı
Bu gün, 16:01
Sədərəkdə yarım qalan işlərin tamamlanması üçün 9 milyon ayrıldı
Bu gün, 15:57
3 Oktyabr Azərbaycan dövlətçiliyində tarixi dönüş - MƏQALƏ
Bu gün, 15:55
Ermənistan Azərbaycanın şərtlərindən imtina etdiyini açıqladı - ŞOK GƏLİŞMƏ
Bu gün, 15:52
Paşinyanın bəyanatı regional sabitlik üçün ciddi niyyət göstəricisidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:09
Bu mahnımız Ermənistanı qarışdırdı: Voskanyandan təşviş içində çağırış - VİDEO
Bu gün, 15:07
Bakıda 46 yaşlı kişi boşanmış arvadına təcavüz etdi: “Pozğunluq elədiyi üçün...” - TƏFƏRRÜAT
Bu gün, 15:01
On beş aydan sonra Türkiyədə qiymətlər yenidən artmağa başladı
Bu gün, 14:59
Şahrux Xan ilk dəfə milyarderlər siyahısına daxil oldu - "BBC"
Bu gün, 14:58
Pənah Hüseyn Rəsul Quliyevdən rüşvət alıb? - AÇIQLAMA
Bu gün, 14:56
"Ermənilər də videolarıma baxıb gülürlər" - Paşinyanı dublyaj edən Maşallahoğlu
Bu gün, 14:53
Nazir generala birinci müavin təyin etdi - ƏMR
Bu gün, 14:49
Mehriban Məmmədova işdən çıxarıldı - Onun yerinə isə...
Bu gün, 14:46
“Məsələ ilin sonuna və hətta daha tez həllini tapa bilər” - deputat
Bu gün, 13:09
Kopenhagendəki görüş rəmzi mesajlarla doludur - ŞƏRH
Bu gün, 13:07
ABŞ-də bank ehtiyatları 3 trilyon dollardan aşağı düşüb – Dollar bahalana bilərmi?
Bu gün, 13:04
SOCAR işçilərinin MAAŞ PROBLEMİ: Rəhbərlik bunu görmür... - Çünki kağız üzərində hər şey gözəldir...
Bu gün, 13:00
Elşad Həsənov bir ildir əl-qolunu yanına sallayıb durub: YƏNİ İŞ GÖRMÜR... - FOTOFAKT
Bu gün, 12:50
Naxçıvanda tələbə məktəbli qıza təcavüz etdi - TƏFƏRRÜAT
Bu gün, 12:43
Bu ifadəni təkcə Əliyev yox, Tramp da deyib - Xaçaturyan
Bu gün, 12:38
Paşinyanın təyyarəsi ilə Qarabağa silah daşınıb - Təsdiq
Bu gün, 12:35
Şərurlu İsfəndiyarın cinayət işi üzrə məhkəmədə ekspertiza rəyi açıqlanıb - TƏFƏRRÜAT
Bu gün, 12:32
Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzi özbaşına qalıb – Əliağa Kərimov da sabiq direktor kimi…
Bu gün, 12:29
Məmurun evindən 340 min pul oğurlandı - Oğlunun sevgilisi həbs edildi
Bu gün, 12:22
“Ermənistanın yalnız bir yolu var” - İşxan Verdyandan ŞOK AÇIQLAMALAR
Bu gün, 12:20
Şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:17
Sülhə maneə qalmayacaq - Məsuliyyət İrəvanın üzərində
Bu gün, 12:09
Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzinə yeni direktor müavinləri təyin edilib - ADLAR
Bu gün, 12:04
Veysəloğlu Distribusiya Çində keçirilən beynəlxalq logistika konfransında iştirak edib - FOTO
Bu gün, 12:01
ABŞ və Ermənistan təhlükəsizlik üzrə Vaşinqton razılaşmalarının həyata keçirilməsinə başlayıb
Bu gün, 11:59
Azərbaycanlı alimin oğlundan 95 minlik DƏLƏDUZLUQ - TƏFƏRRÜAT
Bu gün, 11:58
Azərbaycan modeli Ukraynaya əsl dərsdir - ONA GÖRƏ DƏ...
Bu gün, 11:55
Ağsuda kişi bu yolla pul “uddu” - Məhkəməlik oldular
Bu gün, 11:53
Trampın strategiyası: Ukrayna üçün yeni fürsət pəncərəsi - GƏLİŞMƏ
Bu gün, 11:50
Dəmirçi ailəsi "Ferrum Kapital"dan nə qədər qazanır və... qazandırır? - RƏQƏMLƏR
Bu gün, 11:48
TƏBİB və Səhiyyə Nazirliyi birləşəcək? - AÇIQLAMA
Bu gün, 11:43
"Məktəbli avtobuslarında aylıq ödənişin 240 manat olması heç də ucuz deyil" - deputat
Bu gün, 11:41
Rusiya NATO üzvü olsa idi belə... - İNCƏLƏMƏ
Bu gün, 11:33
Milyarder İbrahim Süleymanov Moskvada saxlanılıb - KİV
Bu gün, 11:29
Ermənistan və Qazaxıstan eyni anda açıqladı - Rusiyanın xoşuna gəlməyəcək
Bu gün, 11:07
İrəvandan Moskvaya mesaj: - Hörmət edin!
Bu gün, 11:05
QHT sektoru mafiya qanunları idarə edilir - Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır
Bu gün, 11:04
Bankdan “Azərbaycan Mikro-Kredit”ə rəhbər keçdi – BOKT-də rəhbərlik tam dəyişdirilib
Bu gün, 11:00
Yaponiya şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:59
Sahibi dələduzluğa görə həbs edilmiş şirkətin “maya”sı azaldıldı
Bu gün, 10:57
"Yevlax-Yun" şirkətin ödənilməmiş 238 min manatdan çox vergi borcu var
Bu gün, 10:56
Ermənistan Azərbaycanla əlaqələrin qurulmasından əsas faydalanan tərəflərdən biridir - Mirzoyan
Bu gün, 10:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru