Bollivud ulduzu Şahrux Xanın adı ilk dəfə olaraq milyarderlər siyahısına daxil olub.
Bu barədə İqtisadiyyat.az "BBC"ə istinadən xəbər verir.
Aktyorun sərvəti 1,4 milyard dollar olaraq qiymətləndirilib.
Qeyd edilib ki, Şahrux Xandünyanın ən varlı aktyorlarından birinə çevrilib. O, filmlərdən əlavə reklam, eləcə də dünya üzrə daşınmaz əmlaka yatırılan investisiyalardan külli miqdarda gəlir əldə edib.