AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “İsrail Hayom” nəşrinin yazdığına görə, İsrailin Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvir belə deyib.
“Bu dəfə baş nazir Binyamin Netanyahuya özünü yüngül həbslər və deportasiyalarla məhdudlaşdırmamaq, əksinə, mühafizə strategiyasından istifadə etmək təklif olunacaq. Ekofəlları saxlayıb terrorçuların saxlanması üçün yaradılan şəraitdə Kitsiot və Damon həbsxanalarına yerləşdirmək”, - dərc olunan materialda bildirilir.
Məhbusların televiziya və radiosuz, adekvat qidalanma rejimi olamdan uzun müddət həbsdə saxlanılması gözlənilir.
Həmçinin “Azadlıq Donanması”nın Qəzza zolağına gedəcəyi gəmilərin müsadirə edilməsi və istifadə üçün İsrail hüquq-mühafizə orqanlarına təhvil verilməsi təklif olunur.
Bundan əvvəl göyərtəsində isveçli ekofəal Qreta Tunberqin də olduğu humanitar yardım daşıyan gəmilərin Barselonanı tərk edərək İsrailin Qəzza zolağının blokadasını yarmaq üçün yola düşdüyü bildirilib.
İsrailin Qəzza zolağının blokadasını yarmağı planlaşdıran isveçli iqlim fəalı Qreta Tunberq terrorçuların həbsxanasına yerləşdirilməlidir.