Rusiyanın ən zəngin iş adamlarının sərvəti ilin əvvəlindən 24,62 milyard dollar artıb.
Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
Məlumata görə, Teleqramın həmtəsisçisi Pavel Durov ilin əvvəlindən 4,08 milyard dollar qazanıb, onun sərvəti 15,1 milyard dollara çatıb. Rusiyanın ən böyük dəmir filizi istehsalçısı “Metalloinvest”in səhmdarı Əlişir Usmanovun sərvəti isə 3,57 milyard dollar artaraq 16,8 milyard dollar olub. Eyni zamanda “Severstal”ın təsisçisi Aleksey Mordaşov 3,53 milyard dollar qazanıb, onun sərvəti 26,6 milyard dollara çatıb.
Ən böyük itki NLMK-nın direktorlar şurasının sədri Vladimir Lisinə dəyib – onun sərvəti 2,81 milyard dollar azalaraq 23 milyard dollar olub.