Mədəniyyət Nazirliyi poeziya tədbirini tikinti şirkətinə verib .....                     Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR .....                     Bakı İrəvana sülhün ünvanını göstərdi .....                     Bizimkilərin susqunluğu, onların iftiraları davam edir .....                     Xalq artistlərinin övladları niyə fərsiz çıxır? .....                     Nazirlik 14 ədəd “Hyundai” alır .....                     İran-ABŞ danışıqlarının beşinci raundu başlayıb .....                     Xankəndidə dövlət işçiləri 2025, özəl şirkətdə işləyənlər 543 manat maaş alırlar .....                     Mehdi Sobhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası .....                     İmişlinin İNQİLABÇI AĞSAQQALI icra başçısının da `BAŞINI YEYİR` .....                     İşçilərin ezamiyyə hüquqları... .....                     Xadimə işinə düzəlmək 2 min, kitabxanaçı 1500 .....                     Hövsan stomatoloqlarından Prezidentə müraciət .....                     Aİ-92 və dizelin bahalaşması ilə bağlı MÜHÜM AÇIQLAMA .....                     Şahin Əliyev yeni vəzifəyə təyin olundu .....                     Naibə Allahverdiyevanın keçmiş həyat yoldaşı saxlanıldı .....                     Qazaxstandan rusların vurduğu təyyarəmizlə bağlı SON AÇIQLAMA .....                     Bir vəkilin fəaliyyəti dayandırılıb, beşinə töhmət verilib .....                     Məcnun Məmmədov koronavirusdan sağalıb .....                     “AzRe Təkrarsığorta”nın İdarə Heyətindən ayrıldı .....                     Bakıda şagird dərs zamanı canlı yayım açdı .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Erməni məkri: İrəvan yenidən KTMT-də aktiv fəaliyyətə qayıdacaq? .....                     “Hava limanında başımıza oyun açdılar, qavalımı aldılar...” .....                     “Qadınların avtobus sürücüsü kimi çalışmalarını alqışlayıram” .....                     Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu ilə karyera festivalı keçirilib .....                     “Türkmənistanın təşkilata üzv olmaması anlaşılmazdır” .....                     Birliyə xidmət edən Zirvə: .....                     FHN şefinə aid şirkət KİÇİLƏ-KİÇİLƏ GEDİR .....                     "Tibb Universitetinin məzunları əvvəlcə müəllimlərini müalicə etsinlər" .....                     Rusiyadan “Qarabağ separatçıları” ilə bağlı şok tapşırıq .....                     "Buna vaxtı-vaxtında baxmaq məgər problemdir?" .....                     Lavrovun qalmaqallı Kəlbəcər açıqlaması .....                     Ermənistanda gizli görüşə hazırlıq: Paşinyan nə deyəcək? .....                     Parkda ucadan söyüş söyən iki qardaş həbs edildi .....                     “A-Qroup Sığorta”nın rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     “Expressbank”ın sədri olmuş Əhəd Əliyevin xalası oğlu həbs edilib .....                     TƏBİB-in tibbi tullantılara xərclədiyi milyonlar daha haralara gedir .....                     Biləcəridə AĞACLARI BU MƏMUR YEYİRMİŞ... .....                     Kremlin Ermənistanla bağlı planlarının anonsu nə vəd edir? .....                 

Xaçmazda ailə faciəsi: oğul atasını süfrə arxasında öldürdü - TƏFƏRRÜAT
Tarix: Bu gün, 09:00 | Çap et

Xaçmaz rayonunda atası Hacıkərim Nəmətovu öldürməkdə təqsirli bilinən 1987-ci il təvəllüdlü Pərvin Nəmətovun məhkəməsi başa çatıb.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, qətl hadisəsi 14 may 2022-ci ildə, saat 15 radələrində Xaçmaz rayonu Niyazoba kəndində baş verib.

Pərvin Nəmətov ərazisində yerləşən fərdi yaşayış evində süfrə başında ailə üzvləri ilə birlikdə nahar edərkən əvvəllər mütəmadi olaraq onu danlaması, ona və ailə üzvlərinə qarşı kobud rəftar etməsinə görə aralarında ədavətli şəxsi münasibətləri olan atası Hacıkərim onun arvadına aqressiv şəkildə cavab verməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı atasının onun ünvanına nalayiq ifadələr işlətməsinə görə qisas niyyəti ilə onu öldürmək qərarına gəlib.

Bu məqsədlə ayağa duran oğul masanın üzərindən mətbəx bıçağını götürüb və divanda oturmuş atasına zərbələr yetirib. Hacıkərim aldığı xəsarətlərdən ölüb.

İstintaq orqanı tərəfindən Pərvin Nəmətovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Pərvin bildirib ki, zərərçəkmiş Hacıkərim onun atasıdır: “Biz ailədə üç övladdıq. Mən evin ən böyüyüyəm. Məndən balaca Nəbi adlı qardaşım, Sevinc adlı bacım var. Nəbi Bakı şəhərində, Sevinc isə Xaçmaz rayonu Suxtakələ kəndində yaşayır. 2021-ci ildə ailə həyatı qurmuşam və birgə nikahımızdan Nuray adlı 1 qız övladımız dünyaya gəlib. Mən ailəm ilə birlikdə Xaçmaz rayonu Niyazoba kəndində yerləşən atama məxsus evdə yaşayıram. Anam da bizimlə bir yerdə yaşayır və anam onkoloji xəstədir. Mənim Niyazoba kəndində ayrıca evim olsa da, həmin ev tam təmirli olmadığından atamgillə qalıram. Atam heç bir yerdə işləməyib, mal-qara saxlamaqla, evin həyətində tərəvəz məhsulları əkməklə məşğul olub. Özümə məxsus traktorla kənd ərazisində müxtəlif şəxslərin torpaq sahələrində yer şumlayaraq ailəmi dolandırıram”.

Təqsirləndirilən şəxs qeyd edib ki, atası Hacıkərim ilə heç vaxt münasibəti normal olmayıb: “Atam hər gün evdə hamını danlayır, söz-söhbət salır, məndən və arvadımdan evindən getməyimizi tələb etdi. Hətta mən əsgər getməmişdən qabaq dəfələrlə saxladığımız mal-qara örüşdən gələnə qədər atam məni evə buraxmadı, dəfələrlə çöldə yatdım. Anam onkoloji xəstəlikdən əziyyət çəkir. Buna baxmayaraq atam arada əsəbləşəndə anamı da döyüb. Ancaq atamın bizi bezdirməsi, bizə zülm verməsi və anamın döyməsi ilə bağlı atamdan heç bir vaxt hüquq mühafizə orqanlarına şikayət etməmişəm. Atamın adi bir şey üstündə adamı danlayıb, nalayiq ifadələrlə təhqir etməsi məni bezdirdi. Atamın başqa şəxslərlə də arasında münasibəti heç bir zaman yaxşı olmayıb”.

Pərvin bildirib ki, 14 may 2022-ci ildə, saat 15 radələrində yaşadıqları evdə ailəlikcə nahar yeməyi yeyib: “Həmin vaxt qayınanam Solmaz da bizə qonaq gəldi. Evin qonaq otağında hamımız süfrə başında əyləşdik. Mən stolun başında, qapı istiqamətində, atam divanın sol küncündə, anam da atasının yanında oturmuşdu. Arvadım Nərgiz mənim anam ilə üzbəüz istiqamətdə stulda, qaynanam Solmaz isə atamla üzbəüz istiqamətdə stulda əyləşmişdi. Yemək yeyən zaman Hacıkərim Solmazla söhbət edərək həyətdəki şitillərin basdırılmasında kömək etməsini qaynanamdan xahiş etdi. Qaynanam da Hacıkərimə etiraz etmədi və razılığını bildirdi. Həmin vaxt Nərgiz atama nəsə dedi. Lakin hazırda Nərgizin nə dediyini xatırlamıram. Hacıkərim isə Nərgizin sözündən sonra özümdən çıxaraq arvadım ilə acıqlı danışmağa başladı. Mən atama etiraz etdim, heç nə olmadan niyə acıqlı danışdığını soruşdum. Atam mənimlə də yüksək tonla danışdı, məni təhqir etməyə başladı və aramızda mübahisə düşdü. Hacıkərimin bu hərəkətlərindən artıq təngə gələrək onu cəzalandırmaq qərarına gəldim. Çünki evdə nə qədər söz-söhbət olar. Yediyim çörək də burnumdan gəlib. Atamın nalayiq ifadələrindən sonra ayağa qalxaraq stolun üstünə diqqətlə baxmadan əlimi ataraq nəsə götürdüm və stolun başından fırlanaraq atama yaxınlaşdım. Əlimdəki əşya ilə “bəsdir də, nə qədər olar, bu zülm, uje bizi bezdirmisən” sözlərini dedim. Sonra atamın qoluna vurdum. Bu zaman əlimdəki əşyanın bıçaq olduğunu və bıçağın atamın qoluna batdığını gördüm. Ancaq atamı bıçaqla vurmaq fikrim olmayıb. Sadəcə atamın sakitləşməsi, bir daha biz bezdirməməsi üçün cəzalandırmaq istəmişəm. Atamın üstünə gedəndə arvadım da stuldan durdu və arxamca gəldi, məni dartaraq evin həyətinə çıxardı. Həyətdə bir qədər oturdum. Ailə üzvlərim tərəfindən dərhal təcili tibbi yardıma məlumat verildi və atamın bıçaqla vurduqdan sonra onun öləcəyini bilməmişəm. Bir müddət sonra təcili tibbi yardım həkimləri gələrək atamın öldüyünü dedilər. Təcili tibbi yardımın həkimləri tərəfindən Xaçmaz Rayon Polis Şöbəsinə məlumat verildi. Evimizə gələn polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirildim. Etdiyim əməldən peşmanam”.

Təqsirləndirilən şəxs bildirib ki, atası ilə arasında münasibət heç vaxt yaxşı olmayıb: “Atam mənimlə elə davranıb ki, elə bil Hacıkərimin oğlu yox, düşməniyəm. Atam hər gün xırda şeylər üstündə məni danlayıb, söz-söhbət salıb və ünvanıma nalayiq ifadələr işlədib. Atamın etdikləri artıq məni təngə gətirdi. Mən Hacıkərimin hərəkətlərinə dözə bilməmişə. Amma atamı öldürmək niyyətim olmayıb. Əsəbimdən stolun üstünə baxmadan əlimi ataraq bıçağı götürmüşəm. İlk öncə əlimdəkinin qaşıq olduğunu zənn etmişəm. Əlimdəki əşya ilə atamın qoluna vurandan sonra əlimdəki əşyanın bıçaq olduğunu bilmişəm. Mənim anama və ya atama əzab, işgəncə vermək niyyətim olmayıb”.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərvin Nəmətovun əməli Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.

Pərvin Nəmətov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib.

Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə Pərvin Nəmətovun apellyasiya şikayəti təmin olunmayıb.

Bu qərardan təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən kasasiya şikayəti verilib.

Ali Məhkəmədə hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara görə, kasasiya şikayəti də təmin olunmayıb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mədəniyyət Nazirliyi poeziya tədbirini tikinti şirkətinə verib - AY BƏRƏKALLAH...
Bu gün, 16:25
Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
Bu gün, 16:21
Bakı İrəvana sülhün ünvanını göstərdi - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:18
Bizimkilərin susqunluğu, onların iftiraları davam edir - AKTUAL
Bu gün, 16:15
Xalq artistlərinin övladları niyə fərsiz çıxır? - “Bu işdə maraqlı olan mafiya var”
Bu gün, 16:10
Nazirlik 14 ədəd “Hyundai” alır – 880 min manata
Bu gün, 16:06
İran-ABŞ danışıqlarının beşinci raundu başlayıb
Bu gün, 16:05
Xankəndidə dövlət işçiləri 2025, özəl şirkətdə işləyənlər 543 manat maaş alırlar – RƏSMİ AÇIQLAMA
Bu gün, 15:32
Mehdi Sobhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası - NƏ ETMƏLİ?
Bu gün, 15:29
İmişlinin İNQİLABÇI AĞSAQQALI icra başçısının da `BAŞINI YEYİR` - MÜTLƏQDİR!
Bu gün, 15:24
İşçilərin ezamiyyə hüquqları... - Ekspert danışır...
Bu gün, 15:08
Xadimə işinə düzəlmək 2 min, kitabxanaçı 1500 - Sabiq məmurun cinayət işi
Bu gün, 15:03
Hövsan stomatoloqlarından Prezidentə müraciət - "TƏBİB bizdən..."
Bu gün, 15:00
Aİ-92 və dizelin bahalaşması ilə bağlı MÜHÜM AÇIQLAMA – “Yaxın vaxtlarda...”
Bu gün, 14:55
Şahin Əliyev yeni vəzifəyə təyin olundu - ƏMR
Bu gün, 14:52
Naibə Allahverdiyevanın keçmiş həyat yoldaşı saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 14:51
Qazaxstandan rusların vurduğu təyyarəmizlə bağlı SON AÇIQLAMA - "TƏDQİQ OLUNUR..."
Bu gün, 13:04
Bir vəkilin fəaliyyəti dayandırılıb, beşinə töhmət verilib
Bu gün, 13:03
Məcnun Məmmədov koronavirusdan sağalıb - Elə dünən...
Bu gün, 12:58
“AzRe Təkrarsığorta”nın İdarə Heyətindən ayrıldı - BUNDAN SONRA...
Bu gün, 12:49
Bakıda şagird dərs zamanı canlı yayım açdı - Müəllim reaksiya vermədi
Bu gün, 12:39
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:33
Erməni məkri: İrəvan yenidən KTMT-də aktiv fəaliyyətə qayıdacaq? - ŞƏRH
Bu gün, 12:31
“Hava limanında başımıza oyun açdılar, qavalımı aldılar...” -Alim Qasımov
Bu gün, 11:28
“Qadınların avtobus sürücüsü kimi çalışmalarını alqışlayıram” - Tahir Kərimli
Bu gün, 11:24
Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu ilə karyera festivalı keçirilib - FOTO
Bu gün, 11:09
“Türkmənistanın təşkilata üzv olmaması anlaşılmazdır” - ŞƏRH
Bu gün, 11:02
Birliyə xidmət edən Zirvə: - Budapeştdə bir çox suallara aydınlıq gətirildi
Bu gün, 11:00
FHN şefinə aid şirkət KİÇİLƏ-KİÇİLƏ GEDİR – Barəsində cinayət işi də var...
Bu gün, 10:56
"Tibb Universitetinin məzunları əvvəlcə müəllimlərini müalicə etsinlər" - ETİRAZ
Bu gün, 10:49
Rusiyadan “Qarabağ separatçıları” ilə bağlı şok tapşırıq - NƏ BAŞ VERİR?
Bu gün, 10:47
"Buna vaxtı-vaxtında baxmaq məgər problemdir?" - NARAZILIQ VAR...
Bu gün, 10:44
Lavrovun qalmaqallı Kəlbəcər açıqlaması – Rusiyanın yeni PLANI nədir?
Bu gün, 10:37
Ermənistanda gizli görüşə hazırlıq: Paşinyan nə deyəcək? - “Joqovurd”
Bu gün, 10:35
Parkda ucadan söyüş söyən iki qardaş həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:33
“A-Qroup Sığorta”nın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 10:30
“Expressbank”ın sədri olmuş Əhəd Əliyevin xalası oğlu həbs edilib - Bankdan götürülən pul ələ keçirilib
Bu gün, 10:24
TƏBİB-in tibbi tullantılara xərclədiyi milyonlar daha haralara gedir - İLGİNC FAKTLAR...
Bu gün, 10:14
Biləcəridə AĞACLARI BU MƏMUR YEYİRMİŞ... - VİDEOFAKT
Bu gün, 10:06
Kremlin Ermənistanla bağlı planlarının anonsu nə vəd edir? - AKTUAL
Bu gün, 10:00
Bakıda üç məktəb direktorunun əmək müqaviləsinə xitam verilib - ADLARI AÇIQLANDI
Bu gün, 09:53
Deyəsən nazirimiz KTN sistemini də DİETAYA OTURDUB - Hər şeyi xaricdən alırıq...
Bu gün, 09:46
"Xəyanəti və nankorluğu bağışlamıram"
Bu gün, 09:37
Qazaxda “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda elmi-praktiki konfrans keçirilib
Bu gün, 09:31
Sahibkar mağazaya borca görə həmyerlisini döydü - MƏHKƏMƏ
Bu gün, 09:23
“Bacım öldüyü günün səhəri həbsxanaya gəlmişdi” -Aygün Bəylərin qardaşı azadlığa nə vaxt çıxır?
Bu gün, 09:22
Lavrovun səfəri: Rusiya Cənubi Qafqazda müharibəyə hazırlaşır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:08
Baş gizirin qətlə yetirildiyi cinayətin yeni təfərrüatı: “Ağır ana söyüşü söydülər” – MƏHKƏMƏ
Bu gün, 09:07
İrana gedən Elminin başına gələn ilginc hadisələr - Arazı üzərək Naxçıvana keçib
Bu gün, 09:05
Qafqazı qarışdıran müharibə mesajı: Bakı və İrəvan hədəf göstərildi - NƏ BAŞ VERİR?
Bu gün, 09:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru