Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər .....                     Zaurla Günayın ATV-dən getməsi barədə .....                     Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: .....                     “Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” .....                     Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: .....                     Azər Qasımovdan yarım milyonluq borc məsələsinə .....                     Biz istəyirik ki, hər kəs əfv olunsun .....                     "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                     Elşad Miridən şok açıqlama: .....                     AHİK-lə bağlı İLGİNC İDDİALAR .....                     Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? .....                     Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib .....                     “Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb .....                     Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir .....                     Mərdəkanda çirkab suları evlərə dolur .....                     “Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun” .....                     “Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” .....                     PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür .....                     Ermənistan atəşkəsi pozur: .....                     “Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib .....                     Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş .....                     Nikol Paşinyanın partiyası: .....                     “Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək .....                     Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək .....                     Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi .....                     Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ .....                     "Eurovision" Mahnı Müsabiqəsi siyasi oyundur" .....                     Vüqar Səfərli ilə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı .....                     Teymur Kərimovun cəzası 1 İL AZALDILDI .....                     Bakıda vəkilin şikayəti əsasında tanınmış müğənni həbs edilib .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Erməni Prezident: ”Azərbaycanla danışıqlara hazıram” .....                     Əmək hüququ sahəsində AYRISEÇKİLİK NƏDİR? .....                     “Yaşar Nuri mənə dəfələrlə xəyanət edib, bağışlamışam, .....                     Vardanyanın məsuliyyəti digər şəxslərlə eyniləşdirilə bilməz .....                     Səudiyyə Ərəbistanı statusunu gücləndirdi .....                     Təxribatlar fonunda sülh bəyanatları: “Güllə atılan yerdə barış mümkün deyil” .....                     Bu mağazaların “Qızıl zəmanət”inə İNANMAYIN! .....                     Azərbaycanda 11 mindən çox şəxs aliment ödəməmək üçün gizlənib .....                     Milyonluq tenderləri udur, nizamnamə kapitalı isə 10 manat idi .....                 

Vardanyanın məsuliyyəti digər şəxslərlə eyniləşdirilə bilməz - ÇÜNKİ...
Tarix: Bu gün, 12:08 | Çap et
Vardanyanın məsuliyyəti digər şəxslərlə eyniləşdirilə bilməz
Sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
Məhkəmənin növbəti baxış iclası 13 mayda keçirilib. Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.
Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib, onları məhkəmə tərkibi, tərcüməçilər, katiblər, dövlət ittihamçıları və digərləri ilə tanış edib.
Ardınca təqsirləndirilən Ruben Vardanyan müraciət edərək işə baxan hakimlər kollegiyasına etiraz etdiyini bildirib. Təqsirləndirilən şəxsin müdafiəçisi Avraam Berman etirazı müdafiə edib.
Dövlət ittihamçısı Təranə Məmmədova etiraza münasibət bildirərək təqsirləndirilən şəxsin cinayət-prosessual qanunvericiliklə nəzərdə tutulan hüquqlarının təmin edildiyini, habelə müdafiə tərəfinin işə baxan məhkəmə kollegiyasının cinayət təqibində maraqlı olmasını təsdiq edən konkret sübutlar təqdim etmədiyini bildirərək etirazın baxılmamış saxlanılmasını məhkəmədən xahiş edib.
Prosesdə iştirak edən zərərçəkmiş şəxslər etirazın təmin olunmamasını məhkəmədən xahiş ediblər.
Məhkəmə vəsatətə baxmaq üçün müşavirəyə gedib. Müşavirədən sonra müdafiə tərəfinin etirazına dair məhkəmə qərarı elan edilib. Qərara əsasən, etiraz baxılmamış saxlanılıb. İclasa sədrlik edən Zeynal Ağayev qərarı əsaslandıran zaman vurğulayıb ki, müdafiə tərəfi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən, işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olmasına dair konkret və mötəbər dəlillər təqdim etməyib.
Qeyd edək ki, indiyə qədər keçirilən məhkəmə icraatlarında keçmiş qondarma "dqr"in saxta "prezident"ləri olmuş Araik Arutyunyan, Arkadi Qukasyan məhkəmədə həm özünü, həm də bütün erməni millətçilərini ifşa edən ifadələr verir. Qarabağın zorla Ermənistana birləşdirilməsi üçün əlindən gələni etmiş və işğal dövründə Azərbaycan xalqını qıcıqlandıran açıqlamaları ilə yadda qalmış bu xəyalpərəst separatçı-terrorçu ünsürlər indi Bakı məhkəməsinin kürsüsündə quzuya dönərək, özünü dünyaya realist insan kimi təqdim edir, əsrin etirafına imza atır və 38 il öncə aldatdıqları erməni xalqını bu gün "böyük Ermənistan" nağılına inanmamağa çağırırlar. Ruben Vardanyan isə onlardan fərqli olaraq ifadə verməkdən imtina edir, heç kimi ittiham etmir. Üstəlik, məhkəmədə xarici media nümayəndələrinin, beynəlxalq təşkilatların iştirakını tələb edir.
Bir müddət əvvəl də o, məhkəmə zamanı beynəlxalq və Azərbaycan prosessual qanunlarının pozulmasına etiraz olaraq aclıq aksiyası keçirmişdi.
Vardanyan, müharibə cinayətləri, terrorçuluq və qanunsuz silahlı birləşmələr yaratmaqla bağlı ittihamlar qarşısında özünü təqsirli bilmədiyini bildirir.
Lakin onun əvvəlki dövrlərdə Dağlıq Qarabağdakı separatçı fəaliyyətləri, silahlı münaqişələrə dəstək verməsi və siyasi rəhbərliyinin əsasını təşkil etməsi, bu ittihamların ciddi əsaslarının olduğunu göstərir.

Araşdırmaçı-jurnalist Asəf Quliyev “Şərq”ə bildirib ki, ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşlarının məhkəmə prosesi təkcə hüquqi və ədalət prizmasından deyil, eyni zamanda beynəlxalq siyasət, insan hüquqları və regional təhlükəsizlik baxımından da böyük əhəmiyyət daşıyır:

“Bu proses Azərbaycanın beynəlxalq hüquq normalarına sadiqliyini nümayiş etdirməklə yanaşı, dünya ictimaiyyətinə göstərir ki, müharibə və insanlıq əleyhinə cinayətlər cəzasız qalmayacaq. Məhkəmə prosesinin uzun və mürəkkəb olması müəyyən hallarda sübutların toplanması və təqsirin sübuta yetirilməsi baxımından çətinlik yarada bilər, lakin nəticədə bu cür cinayətlərin ifşa olunması və cəzalandırılması, beynəlxalq humanitar hüququn aliliyini təsdiqləyir”.
Ruben Vardanyanın məhkəməyə etirazlarına gəldikdə isə A.Quliyev deyib ki, qondarma "Dağlıq Qarabağ Respublikası"nın keçmiş rəhbərləri – saxta “prezidentlər” – uzun illər boyu separatizmi dəstəkləyib, qeyri-qanuni silahlı birləşmələr yaradıb və onları maliyyələşdiriblər. Onların rəhbərliyi altında silahsız vətəndaşlara qarşı qətliamlar, etnik təmizləmə, deportasiya, əsir və girovluqda işgəncə halları, maddi-mədəni irsin talanı və dağıdılması kimi çoxsaylı cinayətlər törədilib. Bu şəxslərin hərəkətləri təkcə Azərbaycan qanunlarına yox, Cenevrə Konvensiyası və Roma Statutu kimi beynəlxalq hüquq sənədlərinə görə də hərbi və insanlıq əleyhinə cinayət sayılır. Onların məhkəmə prosesi və alacaqları cəza məlumdur.
Məhkəmədə həm özlərini, həm də bütün erməni millətçilərini, “miatsum” hərəkatını ifşa edən ifadələr vermələri də normaldır. Onların qarşısına konkret faktlar, videosübutlar qoyulur, şahid ifadələri dinlənilir. Bütün bunların qarşısında onların ittihamları rədd etməsi mümkünsüzdür. Onlar alacaqları cəzanın yüngülləşməsi naminə həqiqəti deyir, hərbi cinayətdə əli olan bütün erməni rəhbərlərini ifşa edirlər.

Bu baxımdan Ruben Vardanyanın məsuliyyəti digər şəxslərlə eyniləşdirilə bilməz. Amma onun da fəaliyyətinə və Qarabağa hansı məqsədlə göndərilməsinə dair kifayət qədər açıq və sübutlu məlumatlar mövcuddur. Vardanyan, sadəcə, iqtisadi və siyasi nüfuz vasitəsi kimi deyil, həm də erməni millətçi ideologiyasının “miatsum” xəttini həyata keçirmək üçün seçilmiş simvolik fiqur idi. Onun maliyyə resursları vasitəsilə bölgədə separatçılıq fəaliyyətlərinə yeni nəfəs verilməsi planlaşdırılırdı. O, beynəlxalq sanksiyalardan yayınaraq “humanitar donor” pərdəsi altında qanunsuz silah daşımaları, dezinformasiya kampaniyaları və digər cinayət əməllərinin maliyyə dayağını təşkil edib. Bütün bunlar gözümüzün qarşısında yaşanan proseslərdir. Ruben Vardanyanın etirazları da onun daxilindəki panikanın və çıxılmazlığın gizlədilməsidir. O özü də dərk edir ki, artıq itirməyə heç nəyi qalmayıb. Yəni onun davranışları kimlərəsə arxayınlığından qaynaqlanmır. Vardanyan, sadəcə, özünü “məğrur” göstərməyə çalışır, lakin zamanla anlayacaq ki, bütün bunların hamısı əbəsdir!”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Bu gün, 17:07
Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Bu gün, 17:05
Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Bu gün, 17:00
“Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Bu gün, 16:59
Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Bu gün, 16:58
Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Bu gün, 15:42
Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Bu gün, 15:39
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Bu gün, 15:37
Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Bu gün, 15:36
AHİK-lə bağlı İLGİNC İDDİALAR - Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 15:31
Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? – Sabah…
Bu gün, 15:26
Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib - Fransadan etiraf
Bu gün, 15:25
“Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb
Bu gün, 15:17
Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir
Bu gün, 15:16
Mərdəkanda çirkab suları evlərə dolur - Sakinlər PA rəhbərinə müraciət etdi
Bu gün, 15:14
“Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun”
Bu gün, 15:08
“Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” - Şeyx Əbdül OD PÜSKÜRDÜ
Bu gün, 14:47
PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür - Əlibəyli
Bu gün, 14:02
Ermənistan atəşkəsi pozur: - Moskvanın kölgəsində yeni planlar qurulur
Bu gün, 14:00
“Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib - HESABAT
Bu gün, 13:58
Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş - TƏFƏRRÜAT
Bu gün, 13:06
Nikol Paşinyanın partiyası: - Sərkisyan və Köçəryan bizdən qorxur
Bu gün, 13:03
“Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək
Bu gün, 12:59
Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək - QƏTİ QƏRARDIR...
Bu gün, 12:57
Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi - TENDER LƏĞV EDİLDİ
Bu gün, 12:56
Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ - Rəsmi Astana HƏRƏKƏTƏ KEÇDİ
Bu gün, 12:50
"Eurovision" Mahnı Müsabiqəsi siyasi oyundur" - Mübariz Tağıyev
Bu gün, 12:40
Vüqar Səfərli ilə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı
Bu gün, 12:39
Teymur Kərimovun cəzası 1 İL AZALDILDI - QƏRAR
Bu gün, 12:37
Bakıda vəkilin şikayəti əsasında tanınmış müğənni həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 12:34
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:31
Erməni Prezident: ”Azərbaycanla danışıqlara hazıram” - VİDEO
Bu gün, 12:22
Əmək hüququ sahəsində AYRISEÇKİLİK NƏDİR? - Ekspert danışır...
Bu gün, 12:15
“Yaşar Nuri mənə dəfələrlə xəyanət edib, bağışlamışam, kişidir də, bir yeməyi nə qədər yemək olar?”
Bu gün, 12:12
Vardanyanın məsuliyyəti digər şəxslərlə eyniləşdirilə bilməz - ÇÜNKİ...
Bu gün, 12:08
Səudiyyə Ərəbistanı statusunu gücləndirdi - İNCƏLƏMƏ
Bu gün, 12:06
Təxribatlar fonunda sülh bəyanatları: “Güllə atılan yerdə barış mümkün deyil” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:03
Bu mağazaların “Qızıl zəmanət”inə İNANMAYIN! – Mütəxəssisdən ŞOK FAKTLAR
Bu gün, 12:00
Azərbaycanda 11 mindən çox şəxs aliment ödəməmək üçün gizlənib – RƏSMİ AÇIQLAMA
Bu gün, 11:55
Milyonluq tenderləri udur, nizamnamə kapitalı isə 10 manat idi - "SMTS" MMC kimə məxsusdur?
Bu gün, 11:51
“Ağlı başında olan həkim heç bir məbləğ qarşılığında bunu etməsin...” - Hüquqşünasdan CİDDİ ÇAĞIRIŞ
Bu gün, 11:48
Azərbaycanda QANDONDURAN CİNAYƏT: cinsi orqanını kəsdi - TƏFƏRRÜAT
Bu gün, 11:38
“AzDrama”da ŞOK ULTİMATUM: Mehriban Mehribana yenidən SAVAŞ AÇDI – “ÜZR İSTƏMƏLİSƏN!”
Bu gün, 11:36
Axtarışa verilən Hüseyn Həsənov onu məhkəməyə verir
Bu gün, 11:35
Səidə Niyamı dostluqdan SİLDİ
Bu gün, 11:28
Sabah İstanbula gedə bilərəm - Tramp
Bu gün, 11:26
İran Prezidenti: Azərbaycanla qardaşlıq və bərabərlik istəyirik - İRNA
Bu gün, 11:22
Ceyhun Cəlilov NİYƏ QAPI-QAPI DÜŞÜB AXI... - NƏ BAŞ VERİR?
Bu gün, 11:21
Auditorlar Palatasında bir neçə şəxs qanunsuz olaraq müxtəlif kartlara pul köçürüb - MƏHKƏMƏ
Bu gün, 11:14
Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir - İLGİNC FAKTLAR...
Bu gün, 11:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru