İmtahanda 96 toplayan şagird attestatda 3 alıb .....                     Ermənistanda Rusiya kanalları bağlanacaq .....                     Məhkəmə "Sputnik Azərbaycan" işi üzrə saxlanılan şəxslər barəsində qərar çıxarıb .....                     Rusiya MN-in təyyarəmizin vurulmasını əmr etdiyi anın .....                     Rusların Azərbaycandakı məktəbləri də bağlanır .....                     Hakim Sülhanə Hacıyevanın hakimlik fəaliyyəti bitib .....                     Rusiyanın Ermənistana total hücumu .....                     “Kupça”sız Azərbaycan .....                     2006 müəllim sertifikatlaşdırma imtahanında keçid balını toplaya bilməyib .....                     DİN “Sputnik Azərbaycan” işinə görə cinayət işi başladıb, həbslər var .....                     Rusiyanın azərbaycanlılara hücumları davam edəcək .....                     Solovyov Azərbaycanı görün, nə ilə hədələdi... .....                     Sayt rəhbərinin məhkəməsi: .....                     Mülayim şimal-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək .....                     Sumqayıtda çörəkçi Tofiq sahibkarın çörəyini kəsib? .....                     Paşinyan II Qaregini Patriarxatlığı tərk etməyə çağırıb .....                     Ermənilərin "nökər"ləri İsveçrədə pərişan oldu .....                     Azərbaycana qarşı ikili plan .....                     “Umico” adını və logosunu dəyişdi .....                     Aqrar Tədarük və Təchizatın rəhbərliyinə təyinat olub .....                     “Baku Electronics”də yeni təyinat .....                     Yekaterinburqda qətlə yetirilən Ziyəddin Səfərov posttravmatik şok nəticəsində ölüb .....                     “BOA Agency” şirkəti səhmdarlarına dividend ödəyəcək .....                     Yekaterinburqda öldürülən azərbaycanlıların meyitləri ilə bağlı ekspertizanın rəyi açıqlanıb .....                     AYNA bu şirkətə yol xətlənməsi və nişanlanmaya görə .....                     “Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” .....                     Slovakiya Azərbaycana Kəlbəcər kökənli azərbaycanlı diplomatını səfir təyin etdi .....                     “Mən təqaüdçüyəm, yaşamaq istəyirəm, normal yaşamaq istəyirəm!” .....                     Oliqarx-məmur saxta yağ biznesinə girişib... .....                     “Sputnik Azərbaycan”dakı dostlarının köməyinə gələn Aytəkin necə saxlanılıb? .....                     İran Prezidenti Xankəndiyə səfər edəcək .....                     Miri Yusifə ağır itki .....                     Fuad Nəcəfli göstəriş verib ki, Talıbovun ağaclarını sulamayın... .....                     "Görəsən, bu `Təmiz Qaz` QSC kimindi ki?.." .....                     MİDA-nın Füzulidə tikdiyi evin qapısı aşdı .....                     Baş direktor işdən çıxarıldı .....                     Bərdə xəstəxanasının həkimləri saxta arayış verir? .....                     Paşinyan hakim elitanı Laçınla qonşu şəhərə toplayır... .....                     Xocavənddə yarımstansiyasının tikintisi və şəbəkə ilə əlaqələndirilməsi işlərinə 4 milyon manata yaxın vəsait xərclənəcək .....                     Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır .....                 

Adil Əliyevi kim əvəzləyəcək... - Gülşən Paşayeva, yoxsa Fariz İsmayılzadə?
Tarix: 13-09-2024, 15:04 | Çap et
Adil Əliyevi kim əvəzləyəcək...
Hazırda Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkiləri ilə əlaqədar son şikayətləri araşdırır. Açığı, bu prosesin sonunda hansısa dairədə seçkinin nəticələrinin ləğv ediləcəyi gözlənilmir. Uzağı, hansısa seçki məntələrində nəticələr ləğv edilə bilər ki, bu da ümumi nəticəyə təsir göstərməyəcək. Bundan sonra prosedura uyğun olaraq, Konstitusiya Məhkəməsi nəticələri təsdiqləyəcək və yenu seçilən parlament fəalaiyyətə başlayacaq. İndilik aktual olan məsələlərdən biri isə parlamentə rəhbərliyin kimə həvalə olunacağıdır.

Bəlli olduğu kimi, Milli Məclisə rəhbərlik sədr, onun birinci müavini və digər iki müavin tərəfindən həyata keçirilir. Parlamentə yenidən Sahibə Qafarovanın rəhbərlik edəcəyi o qədər də şübhə doğurmur. Birinci və ikinci müavin isə, müvafiq olaraq, hakim və ən çox səs toplayan müxalifət partiyasının deputatları arasından seçilir. Bu baxımdan hakim partiyanın deputatı Əli Hüseynlinin yenidən öz kreslosunu qoruyacağı gözləniləndir. Müxalifət partiyaları arasında ən çox manadat əldə edənlər isə VHP (3 mandat) və ƏHD (2 mandat) partiyalarıdır. Böyük ehtimalla, VHP təmsilçisi Fəzail İbrahimli də müavinlik statusunu saxlaya biləcək.

Ən çox maraq doğuran isə ötən seçkidə Milli Məclis sədrinin müavini olan Adil Əliyevi kimin əvəzləyəcəyidir.
Qeyd edək ki, bu barədə ilk dəfə müzakirələr hələ Adil Əliyevin yenidən deputat seçilməyəcəyi dəqiqləşəndə, sabiq vitse-spiker Suraxanıya icra başçısı təyin olunanda gündəmə gəlmişdi. Seçkilərdən sonra bu istiqamətdə müzakirələr daha da artıb.

İlk vaxtlar bu posta seçiləcək şəxslər arasında BQP sədri Fazil Mustafa və 87 saylı Qobustan-Şamaxı-İsmayıllı seçki dairəsindən deputat seçilən Şahin Seyidzadənin adı çəkilirdi. Hətta ikincinin İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədrliyindən parlamentə gətirilməsinin də bununla əlaqədar olduğu bildirilirdi.
Artıq Fazil Mustafanın vitse-spiker seçiləcəyi məsələsi öz aktuallığını itirib. Çünki birincisi, partiya bu dəfə də mandatlarının sayını artıra bilməyib. İkincisi, mövcud qaydalara görə, parlamnet sədrinin 3 müavini adətən, 1 nəfər hakim partiyanın, 1 nəfər ana müxalifət partiyasının, 1 nəfər isə bitərəflərin nümayəndəsi olmaqla seçilir. VHP 3 mandat qazandığı üçün vitse-spikerlərdən biri də qeyd etdiyimiz kimi, bu partiyadan olacaq.

Şahin Seyidzadə isə seçkilərə bitərəf kimi qatılsa da, onun da vitse-spiker seçiləcəyi gözlənilən deyil. Birincisi, bitərəflər arasında ondan daha təcrübəli və nüfuzlu şəxslər mövcuddur. İkincisi, parlamentdə yerlərin çoxunu əldə edən hakim partiyanın son vaxtlar diplomatları necə deyərlər, ön xəttə çıxarmaq siyasətinə üstünlük verdiyi müşahidə olunur.
Bu baxımdan fikirmizcə, hazırda boş qalan vitse-spiker postuna ya 13 saylı Xəzər ikinci Dairəsindən deputat seçilən Gülşən Paşayeva, ya da 77 saylı Lənkəran şəhər seçki dairəsindən deputat seçilən Fariz İsmayılzadənin seçilmək şansı daha yüksəkdir.
Bəs, bu iki namizəddən hansı daha şanslıdır?
Gəlin, əvvəlcə qısaca olaraq, onların bioqrafiyasına nəzər salaq.

Gülşən Paşayeva 1983-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1996-2001-ci illərdəə "Konfliktologiya problemləri üzrə tədqiqat mərkəzi" adlı QHT-yə rəhbərlik edib. 2001–2006-cı illərdə BMT-nin Qadınlar üçün İnkişaf Fondunun regional layihəsinin Azərbaycan üzrə milli əlaqələndiricisi vəzifəsində çalışıb. 2007–2009-cu illərdə isə BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı ofisinin əməkdaşı olub.
2009-cu ilin iyulundan G.Paşayeva Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri, 2011-ci ilin yanvarında isə mərkəzin direktor müavini təyin edilib. 2018-ci ilin iyul ayından Prezident Administrasiyasında baş məsləhətçi vəzifəsində fəaliyyətə başlayan G.Paşayeva 2019-cu ilin dekabrında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü təyin edilib.
Münaqişələrin həlli, təhlükəsizlik, gender və dil siyasəti məsələləri üzrə ixtisaslaşan G.Paşayeva ABŞ, Avstriya, İsveç və digər ölkələrdə sülh və münaqişələr mövzusunda 140-dan artıq beynəlxalq konfrans, seminar və təlimlərdə iştirak edib, münaqişələrin həlli texnikası və danışıqlar prosesinə dair tədqiqatlar aparıb. Ölkənin ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif edilib.

77 saylı Lənkəran şəhər seçki dairəsindən deputat seçilən alim və diplomat, "ADA" Universitetinin prorektoru Fariz İsmayılzadə digər iddialıdan daha gənc olmasına rəğmən, yalnız elm və təhsil deyil, həm də idarəetmə və diplomatiya sahəsində də ciddi uğurlar əldə edib.
F.İsmayılzadə 1996–2000-ci illərdə Qərb Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin politologiya ixtisası üzrə bakalavr, 2000–2002-ci illərdə ABŞ-nin Vaşinqton Universitetində sosial və iqtisadi inkişaf ixtisası üzrə magistr təhsili alıb, hər iki təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirib. Daha sonra 2013–2015-ci illərdə İspaniyanın Madrid şəhərində Beynəlxalq Biznes Məktəbində təhsil alaraq buranı "Ekzekyutiv MBA" ixtisasi üzrə bitirib, ardınca Niderlandın Maastrixt Menecment Məktəbində doktorantura üzrə təhsilini davam etdirib.
F.İsmayılzadə 2003–2005-ci illərdə Beynəlxalq Miqrasiya Təşkilatında müxtəlif qısamüddətli layihələrdə koordinator və menecer vəzifələrində çalışıb. 2006-cı ildə "ADA" Universitetinin prorektoru təyin edilib, beynəlxalq əlaqələr, 120 xarici universitet ilə mübadilə, ixtisasartırma proqramları, tədqiqat və sponsorluq layihələri, korporativ və hökumət tərəfdaşları ilə əlaqələr, marketinq və media əlaqələri sahələri üzrə kurator olub. Avropa İttifaqı üzrə Bilik Mərkəzinə, Xəzər Enerji və Ətraf Mühit Mərkəzinə və İnkişaf və Diplomatiya İnstitutuna rəhbərlik edib.
2016-cı ildə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının üzvü təyin edilib. İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının Elm, Təhsil və Mədəniyyət məsələləri üzrə İşçi Qrupunun üzvüdür.
ABŞ və Avropanın müxtəlif nəşrlərində, o cümlədən Mərkəzi Asiya-Qafqaz İnstitutu, Ceymstaun Fondu, Eurasiaet.org, Rüblük Türk Siyasəti, Strateji Araşdırmalar Mərkəzinin (SAM) icmalında enerji təhlükəsizliyi və regional siyasət mövzusunda 300-dən çox məqalələri dərs olunub. "Tərəqqi" və "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)" medalları ilə təltif edilib.
Göründüyü kimi, vitse-spiker seçiləcəyi iddia olunan hər iki deputatın tərcümeyi-halı xeyli zəngindir. Onların hər ikisi savadlı, təcrübəli, məsul olduqları sahədə özlərini təsdiqləmiş kadrlar kimi diqqəti cəlb edirlər.
Lakin müqayisə etdikdə, F.İsmayılovun bu postu qazanmaq şansı daha çoxdur. Birincisi, ixtisasca filoloq olan G.Paşayevadan fərqli olaraq, F.İsmayılzadə bilavasitə siyasət və beynəlxalq münasibətlər üzrə ixtisaslaşıb. Fəaliyyət göstərdikləri sahələrə gəlincə, G.Paşayeva daha çox münaqişələr, dil, gender və analitika məsələləri üzrə çalışıb, P.İsmayılzadə isə praktik diplomatiya və idarəetmə sahəsində təcrübə toplayıb. Yuxarıda qeyd etdiyimiz kimi, budəfəki parlamentdə diplomatik fəaliyyətlə məşğul olan şəxslərə üstünlük verilməsi tendensiyası da diqqətdən yayınmır. Təsadüfi deyil ki, bu dəfə parlamentə seçilənlərdən 4 nəfər (Polad Bülbüloğlu, Qaya Məmmədov, Rizvan Nəbiyev, Zaur Şükürov ) diplomatdır. Bu baxımdan vitse-spiker kimi F.İsmayılzadəyə "stavka" olunacağı ehtimalı daha böyükdür.
BakuPost










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İmtahanda 96 toplayan şagird attestatda 3 alıb - Məktəb qiymətlərinin uyğunsuzluğu mübahisə yaratdı
Bu gün, 18:10
Ermənistanda Rusiya kanalları bağlanacaq - RƏSMİ
Bu gün, 18:07
Məhkəmə "Sputnik Azərbaycan" işi üzrə saxlanılan şəxslər barəsində qərar çıxarıb
Bu gün, 18:01
Rusiya MN-in təyyarəmizin vurulmasını əmr etdiyi anın - Sensasion səs yazısı
Bu gün, 17:59
Rusların Azərbaycandakı məktəbləri də bağlanır - QƏRAR VERİLİB
Bu gün, 17:55
Hakim Sülhanə Hacıyevanın hakimlik fəaliyyəti bitib
Bu gün, 17:49
Rusiyanın Ermənistana total hücumu - Lavrov KTMT-nin toplantısını İrəvana qarşı çevirib
Bu gün, 17:46
“Kupça”sız Azərbaycan – əmlakın var, amma sənin deyil paradoksu!
Bu gün, 14:57
2006 müəllim sertifikatlaşdırma imtahanında keçid balını toplaya bilməyib
Bu gün, 14:49
DİN “Sputnik Azərbaycan” işinə görə cinayət işi başladıb, həbslər var
Bu gün, 14:39
Rusiyanın azərbaycanlılara hücumları davam edəcək - Ekspert səbəbləri açıqladı
Bu gün, 14:35
Solovyov Azərbaycanı görün, nə ilə hədələdi... - AÇIQLAMA
Bu gün, 12:35
Sayt rəhbərinin məhkəməsi: - şahid danışdı
Bu gün, 12:19
Mülayim şimal-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək - belə deyirlər...
Bu gün, 12:18
Sumqayıtda çörəkçi Tofiq sahibkarın çörəyini kəsib? - Əmlak dağıdılıb, 40 min manatlıq ziyan...
Bu gün, 12:16
Paşinyan II Qaregini Patriarxatlığı tərk etməyə çağırıb
Bu gün, 12:11
Ermənilərin "nökər"ləri İsveçrədə pərişan oldu - GƏLİŞMƏ
Bu gün, 12:09
Azərbaycana qarşı ikili plan – “Zəngəzurda müharibə” və “Zəngilandan hücum”…
Bu gün, 12:06
“Umico” adını və logosunu dəyişdi - FOTO
Bu gün, 11:59
Aqrar Tədarük və Təchizatın rəhbərliyinə təyinat olub - ƏMR
Bu gün, 11:56
“Baku Electronics”də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 11:54
Yekaterinburqda qətlə yetirilən Ziyəddin Səfərov posttravmatik şok nəticəsində ölüb
Bu gün, 11:53
“BOA Agency” şirkəti səhmdarlarına dividend ödəyəcək
Bu gün, 11:43
Yekaterinburqda öldürülən azərbaycanlıların meyitləri ilə bağlı ekspertizanın rəyi açıqlanıb - TƏFƏRRÜAT
Bu gün, 11:40
AYNA bu şirkətə yol xətlənməsi və nişanlanmaya görə - 32 MİLYON ÖDƏYƏCƏK
Bu gün, 11:35
“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA
Bu gün, 11:32
Slovakiya Azərbaycana Kəlbəcər kökənli azərbaycanlı diplomatını səfir təyin etdi – böyük etimad!
Bu gün, 11:30
“Mən təqaüdçüyəm, yaşamaq istəyirəm, normal yaşamaq istəyirəm!” - ETİRAZ
Bu gün, 11:25
Oliqarx-məmur saxta yağ biznesinə girişib... - ÖZÜ DƏ GÖRÜN, KİMİNLƏ...
Bu gün, 11:19
“Sputnik Azərbaycan”dakı dostlarının köməyinə gələn Aytəkin necə saxlanılıb? — DETALLAR
Bu gün, 11:13
İran Prezidenti Xankəndiyə səfər edəcək - SƏBƏB
Bu gün, 11:10
Miri Yusifə ağır itki - FOTO
Bu gün, 11:04
Fuad Nəcəfli göstəriş verib ki, Talıbovun ağaclarını sulamayın... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:02
"Görəsən, bu `Təmiz Qaz` QSC kimindi ki?.." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:58
MİDA-nın Füzulidə tikdiyi evin qapısı aşdı - VİDEO
Bu gün, 10:49
Baş direktor işdən çıxarıldı - BUNDAN SONRA
Bu gün, 10:44
Bərdə xəstəxanasının həkimləri saxta arayış verir? - VİDEO
Bu gün, 10:28
Paşinyan hakim elitanı Laçınla qonşu şəhərə toplayır... -"Johovurd"
Bu gün, 10:26
Xocavənddə yarımstansiyasının tikintisi və şəbəkə ilə əlaqələndirilməsi işlərinə 4 milyon manata yaxın vəsait xərclənəcək – Yenə həmin şirkət...
Bu gün, 10:24
Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır - Ovannisyan
Bu gün, 10:16
Birdəfəlik “stop” qoyuldu – Yeni qadağa qalmaqalı
Bu gün, 10:12
Paşinyan kilsə ilə bağlı xəbərdarlıq etdi: - Hazır olun
Bu gün, 10:06
Turizm Agentliyinin tenderi LƏĞV OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 09:58
Dövlət Agentliyi baş verən faciəyə görə – GÜNAHI SAHİBKARLARIN ÜZƏRİNƏ QOYDU
Bu gün, 09:56
Bu dəfə Yeni Yasamalda yol çökdü - VİDEO
Bu gün, 09:47
İran dövlət televiziyası Azərbaycandakı iki media quruluşunu ölüm fətvası ilə təhdid etdi - BAŞLARI QAÇIB...
Bu gün, 09:33
Külli miqdarda pulu səhvən öz adaşının adına köçürdü və... BƏLAYA DÜŞDÜ... - ATB-dən isə...
Bu gün, 09:31
"Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi" - Seyfəddin
Bu gün, 09:24
“Sputnik” və Azərbaycan sözləri niyə YANaşı ola bilməzdi... - Bu "PEYKK" gec-tez bizi YANdıracaqdı...
Bu gün, 09:22
Şeyx Əbdüldən şok ittiham: - “Öncə satdılar, sonra partlatdılar”
Bu gün, 09:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru