Naxçıvanda 2 yarımstansiya yenidən qurulur - MƏBLƏĞ
Tarix: 4-09-2024, 16:04 |
Çap et
Naxçıvan MR Dövlət Energetika Xidməti “110/35 kV-luq yarımstansiyaların layihələndirilməsinin satınalınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “İmpuls Group” MMC olub.
Qalib şirkətə 74 694 manat ödəniləcək.
Tender çərçivəsində “Çeşməbasar” yarımstansiyasının və “Sədərək” yarımstansiyasının layihələndirilməsi işləri satın alınacaq.