“Bu yiyəsizlik nə qədər davam edəcək?” - AYNA-ya ETİRAZ
Tarix: 4-09-2024, 10:41 | Çap et
 Yazıçı, Xırdalan sakini Jalə İsmayıl 199 saylı marşrut avtobusunun intervalının uzunluğundan şikayət edib.
Yenicag.az xəbər verir ki, o bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib.
O, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə bu sualları ünvanlayıb:
“Kim nəzarət etməlidir xətdəki avtobus sayına? Avtobusların hansı vəziyyətdə olmağına? Bu yiyəsizlik nə qədər davam edəcək? “Faiqoğlu”nun 199-unda deyirlər ki, bir avtobus axırıncı dayanacağa girməmiş (Bakı Mühəndislik Universiteti – J.İ) dispetçer avtobus buraxmır xəttə. Bu məntiq sərnişindaşımanın qaydasıdır? Hamısı belə işləyir? Sumqayıt yolu boyu əhali üst-üstə yığılıb gözləyir ki, son dayanacağa nə vaxt avtobus girəcək. Biz hər səhər hansı vəziyyətdə işə gəlib çıxırıq, düşünən var oralarda? Adamlıqdan çıxırıq! İnterval 8 dəqiqə olmalıdır, amma heç bir halda olmur!”
O,bu gün 4-cü avtobusa minə bilmədiyini qeyd edib
“Və sonuncudan 3-cü dayanacaqda gözləyirəm! O yol kənarında nə qədər əhali yaşadığından xəbəriniz varmı?
Hər səhər millət bir-birini yeyir avtobuslarda. Sükandakı sürücü sərnişinlə dava edir, sərnişinlər bir-birini qırır. Bu biabırçılığın sonu olacaq, ya yox? “Faiqoğlu”nun 65-ində də uzun bir interval var. Şirkətin avtobuslarında kondisioner mütəmadi şəkildə işləmir. Sürücü deyir, kondisionerin gücü çatmır. Niyə? Bəlkə camaatı normadan iki dəfə artıq yığdığına görə? Bu gözüdoymaz şirkət daha nə qədər rentabelli olmaq istəyir?? Şikayətçini sosial mediada bloklamağı bacarır ancaq bu şirkət. Xırdalana tərəf bütün böyük marşrutları qapazlayıb, heç biri də normal işləmir. O qədər əhali sayına görə intervalı hələ 5 dəqiqəyə endirsə belə, azdır, bunlar interval uzadır ki, avtobus doldursunlar”.
Qeyd edək ki, 199 saylı marşrut avtobusun hərəkət yolunun uzunluğu 28 km, dayanacaqlarının sayı isə 31-dir. Bakı Mühəndislik Universitetindən Yaşıl bazara qədər gedən avtobusda ən çox sərnişin Xırdalan şəhərinin Bakı-Sumqayıt yolundakı yaşayış hissəsi və Masazır qəsəbəsindən olur. Nəzərə alsaq ki, bu ərazilərdə yaşayan əhali sayı ilbəil artır, bir marşrut xətti ilə sərnişin daşınmasının öhdəsindən gəlmək olduqca çətindir. Bu ərazilərdə yaşayan sərnişinlər bir neçə il əvvəl Bakı Mühəndislik Universitetindən “20 Yanvar” metrostansiyasınadək işləyən 200 saylı avtobusdan istifadə edirdi. Bəlli olmayan səbəblərdən həmin maşrut xətti ləğv edildiyindən bu ərazidə avtobus problemi yaranıb. Bu da insanların səhərlər işə gecikməsinə, axşamlar isə avtobus minə bilməmələrinə səbəb olur.
Ümid edək ki, bu problemi nəzərə alan əlaqədar qurumlar onun həllinə çalışacaq. Yazıda adı keçən qurumların da mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistanın Təhlükəsizlik Şurasının katibi Fransaya səfər edəcək
Bu gün, 12:45 |
|
|
|
• “Təsnim” Agentliyindən Azərbaycana qarşı təxribat - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 12:42 |
|
|
|
• Rafiq Vəliyev “TƏMİR-TƏCHİZAT-4” MMC-nin uyğunluq göstəricilərini niyə görməzdən gəlir – Adil Kərimlinin diqqətinə
Bu gün, 12:38 |
|
|
|
• Kiyev Moldovanın Aİ-yə qəbul olunmasını əngəlləyib - “Politico”
Bu gün, 12:34 |
|
|
|
• Ermənilər Qazaxıstana, qazaxlar da Ermənistana şəxsiyyət vəsiqəsi ilə gedə biləcəklər
Bu gün, 12:32 |
|
|
|
• “Holcim Azərbaycan”a yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 12:08 |
|
|
|
• Deputat Bakıdakı tıxacdan şikayətçidir - AĞIR VƏZİYYƏTLƏ ÜZ-ÜZƏ QALACAĞIQ
Bu gün, 12:07 |
|
|
|
• İcra başçısının oğlunun rəhbərlik etdiyi şirkətin gəlirləri azaldı - DETALLAR
Bu gün, 12:06 |
|
|
|
• Xəzər Universitetinə rektor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 12:03 |
|
|
|
• Ermənistanın daxili işlər naziri və ABŞ səfiri Vaşinqtondakı razılaşmaları müzakirə ediblər - KİV
Bu gün, 12:01 |
|
|
|
• Dövlət büdcəsinə daraşan GƏMİRİCİLƏR... - YOL ADI ALTINDA TALANAN MİLYONLAR...
Bu gün, 12:00 |
|
|
|
• Azərbaycanda su tapılmayacaq? - AKTUAL
Bu gün, 11:55 |
|
|
|
• Naxçıvanın blokadasına Brüsseldən diqqət - niyə indi?
Bu gün, 11:49 |
|
|
|
• “Azərkosmos”un yığılmış zərəri 380 milyon manata çatıb - HESABAT
Bu gün, 11:39 |
|
|
|
• Valideynlər rusdilli məktəb üçün “yaxasını cırır” - Xalq şairi
Bu gün, 11:37 |
|
|
|
• Bakıdakı “toy mafiyası” əndişədə - RƏY
Bu gün, 11:35 |
|
|
|
• Azərbaycan əleyhinə rus təbliğatı güclənib - NƏ ETMƏLİ?
Bu gün, 11:08 |
|
|
|
• Səhiyyə nazirinə yeni müşavir təyin olunub - ƏMR
Bu gün, 11:05 |
|
|
|
• Təhsil Nazirliyinin səhlənkarlığı gənclərin gələcəyini riskə atır - FAKT BUDUR...
Bu gün, 10:53 |
|
|
|
• Naxçıvanda ŞOK OLAY: İki hərbçi 14 yaşlı oğlanı dəfələrlə ZORLADI... - ATASI FƏRYAD EDİR...
Bu gün, 10:48 |
|
|
|
• Balıq satan qadına 16 minlik dələduzluq edən “şirkət rəhbəri”nə cəza verildi - TƏFƏRRÜAT
Bu gün, 10:40 |
|
|
|
• Sertifikasiyadan kəsilən müəllimlər məhkəməyə ÜZ TUTDULAR - QALMAQAL
Bu gün, 10:34 |
|
|
|
• Yunanıstandan etiraf: "Təcrid olunmuş Türkiyə" iddiası iflasa uğradı - Artıq tək deyil
Bu gün, 10:29 |
|
|
|
• ABŞ səfirliyinə qarşı yarım milyon manatlıq dələduzluqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
Bu gün, 10:24 |
|
|
|
• "Amma insan haqları da kənara qoyulmamalıdır" - ŞƏRH
Bu gün, 10:23 |
|
|
|
• Petrosyandan uydurma iddia: Kapadokyadan Xəzərədək... - BUNLAR SAĞALANA OXŞAMIRLAR...
Bu gün, 10:11 |
|
|
|
• Keçmiş arvadının iş yerində dava saldı, həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 10:09 |
|
|
|
• Xaraba günə qalan YASAMAL... - AXI NİYƏ?
Bu gün, 10:01 |
|
|
|
• Naxçıvanda yarım milyonluq TENDER - TƏFƏRRÜAT
Bu gün, 09:56 |
|
|
|
• Bir azdan havanı da pulla satacaqlar... - NARAZILIQ VAR...
Bu gün, 09:44 |
|
|
|
• Bu, bizim məsələ deyil... - ONA GÖRƏ DƏ...
Bu gün, 09:29 |
|
|
|
• Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir - İTTİHAM VAR...
Bu gün, 09:21 |
|
|
|
• "Üzərinə həbs qoyulan avtomobillərimin sayını bilmirəm" - Şərurlu İsfəndiyar
Bu gün, 09:17 |
|
|
|
• Pornoqrafiya varlığın zibilliyidir... - Aqşin Yenisey
Bu gün, 09:00 |
|
|
|
• Putin İlham Əliyevlə belə salamlaşdı - VİDEO
Bu gün, 08:55 |
|
|
|
• "Heç bir hərəkət etmək fikirləri yoxdur..." - GİLEY
Bu gün, 08:47 |
|
|
|
• Rusiya hökuməti “Azərbaycan məsələsində” Kremlə qarşı? - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 08:38 |
|
|
|
• "Dedim özümü öldürəcəm, dərhal əl-ayağa düşdülər" - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:36 |
|
|
|
• Azərbaycan Şərqlə Qərb arasında - Və ya biz kiminlə və hara gedirik?
Bu gün, 07:28 |
|
|
|
• Cərimələnmiş şirkət Mərkəzi Neftçilər Xəstəxanasının tenderinin qalibi seçildi - TƏFƏRRÜAT
Bu gün, 07:26 |
|
|
|
• Mənzil bazarında növbəti bahalaşma dalğası: Payızda qiymətlər bir az da arta bilər - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:24 |
|
|
|
• Aqrar Xidmətlər Agentliyi vergi borcu olan şəxslə müqavilə bağladı - qanunlar kimin umrundadır ki...
Bu gün, 07:20 |
|
|
|
• AQTA-nın işçiləri rəsmən GÜL VURUR - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 07:15 |
|
|
|
• Rəsmi Dehli özünü DƏLİ KİMİ APARIR - Görünəni odur ki...
Bu gün, 07:11 |
|
|
|
• Azərbaycanlılar üçün yeni təhlükə: proses başladı – Diqqətli olun!
Bu gün, 07:06 |
|
|
|
• Vətəndaşa tikilən VERGİ TORBASI - AXI NİYƏ?..
Bu gün, 07:03 |
|
|
|
• Milli Məclis aprel işğalına siyasi qiymət verməlidir - ÇAĞIRIŞ
Bu gün, 06:53 |
|
|
|
• Rəzil günə qalan UNİBANK... - NARAZILIQ VAR...
Bu gün, 06:46 |
|
|
|
• Pakistan-Hindistan toqquşmasında əzilən QAFQAZ SÜLHÜ... - NƏ BAŞ VERİR?
Bu gün, 06:42 |
|
|
|
• Qafqazdakı sülhün Çindən gələn “ayaq səsləri” - AKTUAL
Bu gün, 06:37 |
|
|
|
|