28 May – Müstəqillik Günü - MƏQALƏ
Tarix: 27-05-2024, 18:11 | Çap et
 28 may 1918-ci il Milli Azərbaycan Hərəkatının ən böyük günüdür. Bu şanlı tarixə gələn uzun yolda Azərbaycanın vətənpərvər, milli şüurlu ziyalıları xalqımızda milli oyanış, milli dirçəliş fikirlərini yaratmağa çalışmış və xeyli işlər görmüşlər. Ü.Hacıbəyov, C.Məmmədquluzadə, Ə.Ağayev, Ə.Hüseynzadə, F.Köçərli, N.Nərimanov, M.S.Ordubadi və bir çox ziyalılar Azərbaycan xalqında azadlıq, milli ruh əhval-ruhiyyəsinin inkişaf etməsində xidmətlər göstərmişlər. 28 may 1918-ci ildə keçmiş Qafqaz canişininin iqamətgahında böyük ruh yüksəkliyi ilə ayaq üstə və sevincdən göz yaşları içərisində Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul edən o böyük vətənpərvərləri bu gün hər bir azərbaycanlı fəxrlə yad edir. Böyük öndərimiz Heydər Əliyev bugünkü müstəqilliyimizi 1918-ci ildə yaradılmış Azərbaycan Cümhuriyyətinin varisi hesab edirdi. Şərqdə ilk demokratik dövlət quruluşu olan AXC-nin xalqımız qarşısında ən böyük xidməti ondadır ki, o özünün qısamüddətli-cəmi 23 aylıq fəaliyyəti dövründə istiqlaliyyət elan etmiş, milli-mənlik şüurunu xalqımızın özünə qaytarmış onun öz müqəddaratını təyin etməyə qadir olduğunu əyani şəkildə sübuta yetirmişdir. Bu dövlətin qısa müddətdə keçirdiyi tədbirlər xalqımızın tarixində böyük iz buraxmışdır. Milliyətindən, siyasi və dini mənsubiyyətindən, cinsindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar verilməsi, dövlət sərhədlərinin müəyyən olunması, Azərbaycan dövlətçiliyi atributlarının qəbul edilməsi, ana dilinin dövlət dili elan olunması Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratmışdır. AXC o dövrdə mürəkkəb, ağır vəziyyətdə milli mədəniyyətin, təhsilin, ədəbiyyatın və incəsənətin inkişafına xüsusi önəm vermiş, bu ümdə məsələlərə xüsusi qayğı ilə yanaşmışdır. Azərbaycan milli höküməti yarandığı ilk günlərdən həlli mühüm olan bir sıra iqtisadi və siyasi problemlərlə üzləşsə də, xalqın maariflənməsi üçün çox ciddi addımlar atmış, bütün məktəblərdə təhsilin icbari olması və ana dilində aparılması sahəsində konkret tədbirlər həyata keçirmişdir.
1918-ci ilin avqustunda “Xalq maarifinin, məktəblərin milliləşdirilməsi haqqında” qərarla tədris müəssisələrində təhsilin ana dilində aparılmasına başlandı. 1919-cu ilin sentyabrında Xalq Cümhuriyyəti Parlamenti tərəfindən Bakı şəhərində universitet açmaq haqqında qanun qəbul edildi. Bakı Dövlət Universitetinin Nizamnaməsinin qəbul edilməsi və onun fəaliyyətə başlaması milli və peşəkar kadrların hazırlanması istiqamətində atılmış mühüm addım idi. Xalq Cümhuriyyətinin dövründə universitet ilə yanaşı, digər ali və orta təhsil müəssisələrinin, habelə mədəniyyət ocaqlarının açılması üçün hazırlıqlar görülmüşdür. Azərbaycan Xalq Cümhuriyyəti hökumət quruculuğunda ədliyyə sahəsinə xüsusi önəm verib və məhz 1918-ci il mayın 28-də - Cümhuriyyətin yarandığı gün Ədliyyə Nazirliyi də təsis edilib. Eyni zamanda, ədliyyə orqanları və məhkəmələrin fəaliyyətini tənzimləyən bir sıra qərarlar qəbul olunub. Belə ki, 1918-ci il noyabrın 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilib.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xarici siyasətinin başlıca məqsədi yeni yaradılmış dövləti dünyaya tanıtmaq idi. Milli hökumətin qarşısında dayanan əsas vəzifələrdən biri Paris Sülh Konfransında, dünyanın siyasi nizamının yenidən quruluş aldığı bir zamanda müttəfiq dövlətlər tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin tanınmasını, habelə dünyanın aparıcı dövlətləri ilə diplomatik əlaqələrin yaradılmasını təmin etmək idi. Buna görə də ilk növbədə, Avropanın bir sıra ölkələrinə yeni bir dövlətin qurulması barədə rəsmi məlumat göndərildi. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.
2018-ci ilin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən Cümhuriyyət ili elan olunması, AXC-nin 100 illik yubileyinin il boyu, hər yerdə qeyd olunması o şanlı, şərəfli tariximizə böyük hörmət və sədaqətin ifadəsidir. İstiqlal tariximiz qürur mənbəyimizdir.
Almaz Hüseynova Aşağı Güzdək qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru Dia-az.İnfo


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Qumar kralı”nın həbsi uzandı - Şikayəti rədd edildi
Bu gün, 16:29 |
|
|
|
• Ermənistan polisinin 10 əməkdaşı narkotik istifadəsinə görə işdən qovulub
Bu gün, 16:22 |
|
|
|
• “Elə janrlar var ki, qulaq asmıram amma pisləmirəm də” - Ağamirzədən Hacı Aqil Məlikova ETİRAZ
Bu gün, 16:17 |
|
|
|
• “Milyonlarla istifadəçisi var, amma böyük məbləğlərlə qazanmaq üçün hər şeyi hesablayıb” - Deputat “Azercell”i tənqid etdi
Bu gün, 16:11 |
|
|
|
• Ermənistan hakimiyyətində demokratik böhran dərinləşir - GƏLİŞMƏ
Bu gün, 16:05 |
|
|
|
• “AXC xalqla yox, mafiya ilə işləyirdi” - Zərdüşt Əlizadə
Bu gün, 16:01 |
|
|
|
• Ermənistan Baş nazirindən etiraf: - Bunu ölüm təhlükəsi altında etdim
Bu gün, 15:57 |
|
|
|
• Bakıda tikiləcək yeni parkın layihə sənədlərinə 2,4 milyon xərclənəcək
Bu gün, 15:53 |
|
|
|
• “Kredit Servis BOKT”nin mənfəəti azalıb
Bu gün, 15:49 |
|
|
|
• “AFB Bank”da SİNFİ BƏRABƏRSİZLİK!!! - İşçi maaşı azalıb, rəhbərlik isə...
Bu gün, 15:34 |
|
|
|
• Dövlət qurumu illik audit üçün “RSM Azerbaijan” şirkətini seçdi
Bu gün, 15:21 |
|
|
|
• 2400 manat gəlirlə kim reklama müftə çəkilməz ki?! - “Çünki o Rasim Balayevdir”
Bu gün, 15:18 |
|
|
|
• Nail Mehbalıyev mərkəzə direktor təyin edildi - BUNDAN SONRA...
Bu gün, 15:16 |
|
|
|
• Tanınmış hotelin pulunu mənimsəməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Bu gün, 15:11 |
|
|
|
• Daha bir tiktoker azadlığa buraxıldı
Bu gün, 15:10 |
|
|
|
• İctimaiyyətdən “Azercell”-ə etirazlar davam edir - DETALLAR
Bu gün, 13:11 |
|
|
|
• Nazir müavininin anası 103 yaşında vəfat edib
Bu gün, 13:09 |
|
|
|
• Moskvada çeçenlərin oğurladığı şəxsin həyatında Azərbaycanın rolu... - TƏFƏRRÜAT
Bu gün, 13:06 |
|
|
|
• Müğənninin ƏN BÖYÜK ARZUSU: - “İstəyirəm, pullarımı ora xərcləyim”
Bu gün, 12:59 |
|
|
|
• Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir - “Eurasia.net”
Bu gün, 12:56 |
|
|
|
• Daha bir tikinti şirkəti hakim qarşısında… - Nə qərar veriləcək?
Bu gün, 12:52 |
|
|
|
• Ermənistanda indikindən daha legitim hökumət olmayıb - Paşinyan
Bu gün, 12:48 |
|
|
|
• Bu kreditlər silinir? - AÇIQLAMA
Bu gün, 12:45 |
|
|
|
• "Finoko" BOKT-un zərəri 2 dəfəyə yaxın artıb, kapitalı müflislik həddinə düşüb
Bu gün, 12:41 |
|
|
|
• “Roşka” ləqəbli tiktokerin həbs müddəti uzadılıb
Bu gün, 12:38 |
|
|
|
• Bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:34 |
|
|
|
• BDU-nun nümayəndə heyəti “QS EduData Summit-2025” tədbirində iştirak edir
Bu gün, 12:30 |
|
|
|
• "Dövlət başçımızın uzaqgörən siyasətinin davamıdır" - deputat
Bu gün, 12:23 |
|
|
|
• Dronlar raketlərə qarşı: üfüqdə sülh görünmür - GƏLİŞMƏ...
Bu gün, 12:11 |
|
|
|
• Mədəniyyət Nazirliyinin 182 minlik tenderi ləğv edildi
Bu gün, 11:56 |
|
|
|
• "Yeməkləri itə tökəsən yeməz..." - Naxçıvanda SƏHİYYƏ BATIR...
Bu gün, 11:48 |
|
|
|
• BSU rektoru öz yalanını özü ifşa etdi - FOTO
Bu gün, 11:45 |
|
|
|
• Keçən il BOKT “İDK” 652 min manat zərər edib
Bu gün, 11:37 |
|
|
|
• Bakı Yaşıllaşdırma Təsərrüfatı Birliyi: BİR KÜLƏKLİK CAN... - MALƏSƏF...
Bu gün, 11:22 |
|
|
|
• Paşinyanın "xaçlı sınağı": İrəvanda kilsə "siyasi ölülər"lə birləşdi - NƏ BAŞ VERİR?
Bu gün, 11:05 |
|
|
|
• Paşinyan bu dəfə “qorxu” duası etdi... -"On minlər 4 yanımı bürüsə də, qorxmaram..."
Bu gün, 11:03 |
|
|
|
• Firdovsi Məmmədov icraçı direktor təyin olundu - ƏMR
Bu gün, 10:52 |
|
|
|
• Lənkəranda kanalizasiya sistemi quracaq şirkət - 50 MİLYON QAZANACAQ
Bu gün, 10:47 |
|
|
|
• Kilsə siyasətin içində, Paşinyan isə qarşısında: - Ermənistanın daxilində görünməyən müharibə gedir
Bu gün, 10:44 |
|
|
|
• Paşinyan İrəvandakı mənzilini bu qiymətə satdı: - Görün kim alıb
Bu gün, 10:38 |
|
|
|
• Banka verilən arayışı dəyişdi - Gizir komandirin otağına girərək...
Bu gün, 10:33 |
|
|
|
• İcra başçısına yeni müavin təyin olundu - ƏMR
Bu gün, 10:28 |
|
|
|
• Xalq “Azercell”i BOYKOTA çağırdı, tanınmışlar da qoşuldu – Şirkət geri çəkilir?
Bu gün, 10:24 |
|
|
|
• Həbsdə olan eks-vəzifəli şəxsdə planşet aşkarlandı - QƏRAR
Bu gün, 10:19 |
|
|
|
• Kəmaləddin Heydərov Ramiz Mehdiyevin qohumunu təqaüdə göndərdi - ƏMR
Bu gün, 10:16 |
|
|
|
• Paşinyandan keşişlərə sərt ittiham: - Kilsələri murdarlayırsınız
Bu gün, 10:11 |
|
|
|
• AMEA-nın AĞSAÇLILARI... - SİYAHI
Bu gün, 10:04 |
|
|
|
• BOKT sahibinə ona qoyulan “maya”dan az qala 5 dəfə çox dividend verib
Bu gün, 10:00 |
|
|
|
• NATO Rusiya ilə hərbi toqquşmaya hazırlaşır - Rəsmi Moskva
Bu gün, 09:59 |
|
|
|
• Fransa və İran Qafanda, Rusiya gözləmədədir - AKTUAL
Bu gün, 09:51 |
|
|
|
|