Azərbaycan telekanalı ilə əməkdaşlığa görə Rusiyada “qara siyahı”ya salındı .....                     Əmrullayev hər il HESABAT VERSİN: Nə iş görüb, nə iş görməyib... .....                     Bakıda arvadı ilə mübahisə edən kişi qaynını döydü .....                     Tüpürcəyə belə dəyməyən Avropa dəyərləri .....                     AZERCELL bunu da etdi: 20 illik abunəçiliyə son... .....                     Teymur Musayev işdən çıxdı .....                     Oruçoğlu Zakir Həsənovun müşaviri TƏYİN EDİLİB .....                     Qreta Tunberqi həbsxanaya salmaq təklif olunur .....                     Mahir Əliyev on beş ildir Samuxu abadlaşdırır: Amma şəhər heç dəyişmir… .....                     Yeganə Ramazanova nazirlikdən ayrıldı, yeni vəzifəyə təyin olundu .....                     “25 il keçib onların ideologiyası və prinsipləri demək olar ki, yoxdur” .....                     Azərbaycanlı iş adamının 25,5 milyard dollar sərvəti var .....                     Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək .....                     "Universitetə sənədlərimi də təqdim edə bilməmişəm... .....                     Həbsdəki hakimə yenidən cinayət işi açıldı .....                     Kürəkənini ilə mübahisə edən qayınata onu döydü .....                     Onlar bu gündən iş başında olacaqlar .....                     Durov səkkiz aya 4 milyard dollardan çox qazandı .....                     DSMF avtomobil parkını yeniləyir .....                     "FINCA Azerbaijan"ın İcraçı Direktoru Timoti Tarrant .....                     “Baku Distribution”un təsisçisi şirkətdən çıxıb .....                     "Cəmil Həsənli kimi kətçi-küççülər, lümpenlər, pariyalar hələ də Anara bir büt kimi baxır" .....                     İctimai nəqliyyatda gedişhaqqı bir manata qalxacaq? .....                     Pezeşkiandan münaqişələrin həlli üçün təklif .....                     Missiyası başa çatan Fransa səfiri Azərbaycanı tərk edib .....                     FHN yüzlərlə ailəni fəlakətlə üzbəüz qoyub .....                     BU NƏDİ BELƏ: Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb .....                     “Onlar efirə oxumağa yox, bədən əzalarını göstərməyə çıxırlar” .....                     "Vətəndaşı it yerinə də qoyan yoxdur..." .....                     Pezeşkianla Paşinyanın söhbəti sərt keçib .....                     BU DA BİZİM ALİM: Cümşüd Nuriyevin ABSURD MƏNTİQİ... .....                     MİDA bu qəsəbədə yeni güzəştli mənzillərin inşasına başlayır .....                     "Bakıxanov Trikotaj" ASC səhmdarlarını .....                     Yerüstü nəqliyyatın BİTMƏYƏN DƏRDİ... .....                     Günün fotosu: .....                     "15 manatı açıq-aşkar OĞURLADILAR" .....                     AZƏRİQAZ gerçəkliyi: Savadı yoxdur... RƏİS TƏYİN EDİN! .....                     Tramp Ukrayna ilə bağlı sülh çalışmalarını dayandırmağı düşünür .....                     “Təbrik” şadlıq sarayı insanları necə zəhərləyir? .....                     Bakıda taksilər kəskin bahalaşdı .....                 

Azərbaycan Prezidentinin qətiyyətli mövqeyinin realizəsi - İsrafil Kərimovun yazısı
Tarix: 23-04-2024, 08:23 | Çap et
Azərbaycan Prezidentinin qətiyyətli mövqeyinin realizəsi
Cənab İlham Əliyev ilk dəfə Azərbaycan Prezidenti seçiləndə
Azərbaycanın ərazi bütövlüyünü, süverenliyini bərpa edəcəyinə, bir qarış
torpağımızın belə kimsəyə güzəştə gedilməyəcəyinə and içmişdi. Biz, bu
andın hər kəlməsinin addım-adım, məharətlə, qətiyyət və yüksək siyasi
iradə, zəka nümayiş etdirilərək həyata keçirildiyinin şahidi oluruq. Tarixi
günlər yaşayırıq və düşünürəm ki, bu tarixi hadisələrə şahid olmaq hər bir
Azərbaycan vətəndaşı üçün böyük xoşbəxtlikdir.
Son bir neçə gün ərzində Azərbaycan iki tarixi nəticə əldə edib,
bölgədənkənar qüvvələrin oyunlarını pozub, Ermənistanla birbaşa təmaslar
yolu ilə nəticə əldə etməyin mümkünlüyünü bir daha sübuta yetirib.
Azərbaycanın uğurları üzərinə şübhə toxumu səpməyə çalışan
xəyanətkarların və onları idarə edənlərin ümidlərini puça çıxarıb, xalqın
mənafeyinə xidmət edən uğurlu siyasətin növbəti səlnaməsini yazıb.
Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət
sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və dövlət sərhədinin
delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın
səkkizinci görüşündə altı konseptual istiqamətdə əldə olunan nəticə, ilk
növbədə, Prezident İlham Əliyevin prinsipial qələbəsidir. Azərbaycan
beynəlxalq hüquqla, o cümlədən Ermənistanın tez-tez istinad etdiyi 1991-ci
il Alma-Ata Bəyannaməsinə əsasən özünəməxsus bir qarış da olsun
torpağı güzəştə getmək niyyətində deyildi və rəsmi Bakı bu mövqeyini açıq
formada dəfələrlə bəyan etmişdi. Vətən müharibəsi və antiterror
tədbirlərində atılan qəti addımlar fonunda ötən dövrün təcrübəsinə
əsaslanan Ermənistan və havadarları da yaxşı anlayırdı ki, bu məsələdə
Prezident İlham Əliyevin səbrini sınamaq heç də yaxşı nəticə verməyəcək.
Azərbaycanın Konstitusiyasının 9-cu maddəsində rəsmən bəyan edilib
ki, Azərbaycan Respublikası başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi
kimi və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir.
Lakin biz, eyni zamanda işğalda qalan 8 kəndimizi azad etmək üçün güc
tətbiq etməyəcəyimiz barədə öhdəlik də götürməmişik. Bu mənada,
Azərbaycanın yaratdığı hərbi-siyasi reallıqların nəticəsi olan 19 aprel tarixli
ilkin razılığın əsas əhəmiyyəti ondan ibarətdir ki, hər hansı hərbi
məcburetmə tədbirlərinə ehtiyac duyulmadan Ermənistanın bizim ilkin
şərtimizə uyğun olaraq qeyri-anklav kəndlərimizi bir güllə atılmadan, dinc
şəkildə təhvil verməsi ilə qan tökülməsinin qarşısı alındı.
Razılaşmanı uğurlu edən digər amil, delimitasiya prosesinin sərhəd
xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu
dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış
respublikalararası sərhədə uyğun olaraq həyata keçirilməsi ilə bağlıdır.
Azərbaycan Vətən müharibəsindən dərhal sonra Prezident İlham Əliyevin
təşəbbüsü ilə başlanan sülh prosesində delimitasiya prosesinin məhz bu
şərtlər üzrə aparılmasını doğru hesab edirdi. Görünən odur ki, Ermənistan,
nəhayət, üç il yarım sonra Bakının mövqeyinin hüquqi cəhətdən qanuni və
ədalətli, praktiki cəhətdən isə səmərəli olmasını dərk etməyə başlayıb. İndi
qalır yaxın 25 gün ərzində məsələnin tərəflər arasında müvafiq protokol-
təsvirlə sənədləşdirilib, razılaşdırılıb imzalanması və bununla da
delimitasiya, hətta demarkasiya prosesində ilk real addım atılmış olacaq.
Azərbaycan və Ermənistanın arasında adıçəkilən razılaşmasının digər
diqqət çəkən önəmli məqamı delimitasiya ilə bağlı ilkin müzakirələrin məhz
anklav olmayan kəndlərimizdən başlanmasıdır. Delimitasiya və sərhəd
təhlükəsizliyi ilə bağlı komissiyaların iclasında alınan qərar isə nümayiş
etdirdi ki, gündəlik məhz Azərbaycanın diktəsi ilə müəyyənləşir.
Ümumiyyətlə, delimitasiya və demarkasiya uzun sürən çox mürəkkəb
bir prosesdir və dövlətlər arasında münasibətlərin hətta ən yüksək
səviyyədə olması belə bu prosesin on illərlə uzanmasına əngəl törədə
bilmir. Məsələn, Azərbaycanın dost Gürcüstanla sərhədinin cəmi 70 faizi
müəyyən olunub və təsdiqlənib. Yaxud Rusiya ilə 20 il davam etmiş
delimitasiya prosesi 2012-ci ildə başa çatsa da, hələ də demarkasiya tam
aparılmayıb. Azərbaycanla uzun illər münaqişədə olmuş, 30 il ərazilərimizi
işğalda saxlamış Ermənistanla isə delimitasiya və demarkasiya prosesinin
daha çətin keçəcəyi sirr deyil. Lakin dövlət sərhədinin delimitasiyası, habelə
dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə
Komissiyaların sayca 8-ci iclasında işğalda olan 4 kəndimizin dinc yolla
qaytarılması barədə razılığa gəlinməsi daha bizə nikbin düşünməyə əsas
verir.
Qarşıda isə prosesin davamlılığının təmin olunması kimi ciddi bir
vəzifə dayanır. 2024-cü il iyulun 1-dək Azərbaycan və Ermənistan arasında
dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və dövlət
sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın Birgə
fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzrə işin başa
çatdırılması və tərəflərin dövlətlərinin qanunvericiliyinin tələblərinə uyğun
olaraq sənədin təsdiqinə başlamaq barədə razılığa gəlməsi proseslərin
ardıcıllığının təmin olunması üçün hüquqi bazisin formalaşdırılması
baxımdan mühümdür. Iki ölkə arasında birgə komissiyanın növbəti
görüşlərinin keçirilməsi tarixinin və yerinin işçi qaydada razılaşdırılma
təcrübəsinin oturuşması – hər hansı üçüncü tərəfin vasitəçilik
təşəbbüslərinə daha ehtiyac qalmadığını göstərir. Bu isə Azərbaycanın ilk
gündən nümayiş etdirdiyi prinsipial niyyətlə üst-üstə düşür.
Təbii ki, prosesləri qabaqlamaq faydalı deyil, lakin indiki məqamda
dəqiqləşən növbəti addım Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və
Qızılhacılı kəndlərindən erməni ordu hissələrinin çıxarılaraq həmin
məntəqələrin təhvil verilməsindən sonra sərhəd xəttinin razılaşdırılmış
hissələrində tərəflərin öz sərhəd xidmətlərinin eyni vaxtda və paralel
yerləşdirilməsi təşəbbüsüdür. Daha sonra isə növbə anklav kəndlərindir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
diaaz.space










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan telekanalı ilə əməkdaşlığa görə Rusiyada “qara siyahı”ya salındı - BU NƏDİ BELƏ?
Bu gün, 11:35
Əmrullayev hər il HESABAT VERSİN: Nə iş görüb, nə iş görməyib... - ÇAĞIRIŞ
Bu gün, 11:34
Bakıda arvadı ilə mübahisə edən kişi qaynını döydü - HÖKM
Bu gün, 11:31
Tüpürcəyə belə dəyməyən Avropa dəyərləri - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:26
AZERCELL bunu da etdi: 20 illik abunəçiliyə son... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 11:24
Teymur Musayev işdən çıxdı - Yerinə təyinat
Bu gün, 11:05
Oruçoğlu Zakir Həsənovun müşaviri TƏYİN EDİLİB - FOTO
Bu gün, 11:03
Qreta Tunberqi həbsxanaya salmaq təklif olunur
Bu gün, 11:00
Mahir Əliyev on beş ildir Samuxu abadlaşdırır: Amma şəhər heç dəyişmir… - İcazə verin, şübhələnək...
Bu gün, 10:56
Yeganə Ramazanova nazirlikdən ayrıldı, yeni vəzifəyə təyin olundu - BUNDAN SONRA
Bu gün, 10:53
“25 il keçib onların ideologiyası və prinsipləri demək olar ki, yoxdur” - Elçibəyin köməkçisi müxalifətdən şikayətləndi
Bu gün, 10:47
Azərbaycanlı iş adamının 25,5 milyard dollar sərvəti var
Bu gün, 10:36
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
Bu gün, 10:32
"Universitetə sənədlərimi də təqdim edə bilməmişəm... - Hələ qalmaq üçün yer də tapmalıyam"
Bu gün, 10:31
Həbsdəki hakimə yenidən cinayət işi açıldı - BU DƏFƏ...
Bu gün, 10:28
Kürəkənini ilə mübahisə edən qayınata onu döydü - TƏFƏRRÜAT
Bu gün, 10:20
Onlar bu gündən iş başında olacaqlar
Bu gün, 10:17
Durov səkkiz aya 4 milyard dollardan çox qazandı - “Blumberq”
Bu gün, 10:13
DSMF avtomobil parkını yeniləyir - 1 milyon ayrılacaq
Bu gün, 10:05
"FINCA Azerbaijan"ın İcraçı Direktoru Timoti Tarrant 12 illik CEO fəaliyyətini başa çatdırır
Bu gün, 10:03
“Baku Distribution”un təsisçisi şirkətdən çıxıb - BUNDAN SONRA...
Bu gün, 10:02
"Cəmil Həsənli kimi kətçi-küççülər, lümpenlər, pariyalar hələ də Anara bir büt kimi baxır" - REPLİKA
Bu gün, 09:59
İctimai nəqliyyatda gedişhaqqı bir manata qalxacaq? -Ekspertlər AÇIQLADI
Bu gün, 09:54
Pezeşkiandan münaqişələrin həlli üçün təklif - KİV
Bu gün, 09:50
Missiyası başa çatan Fransa səfiri Azərbaycanı tərk edib
Bu gün, 09:48
FHN yüzlərlə ailəni fəlakətlə üzbəüz qoyub - 16 mərtəbəli binada böyük cinayət
Bu gün, 09:43
BU NƏDİ BELƏ: Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə
Bu gün, 09:33
“Onlar efirə oxumağa yox, bədən əzalarını göstərməyə çıxırlar” - Təvəkkül Səlimov
Bu gün, 09:29
"Vətəndaşı it yerinə də qoyan yoxdur..." - ETİRAZ!
Bu gün, 09:24
Pezeşkianla Paşinyanın söhbəti sərt keçib – “İran lideri deyib ki…”
Bu gün, 09:10
BU DA BİZİM ALİM: Cümşüd Nuriyevin ABSURD MƏNTİQİ... - Rusiyanı müdafiə etməyə elə söz tapdı ki...
Bu gün, 09:05
MİDA bu qəsəbədə yeni güzəştli mənzillərin inşasına başlayır - TƏFƏRRÜAT
Bu gün, 08:59
"Bakıxanov Trikotaj" ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 08:58
Yerüstü nəqliyyatın BİTMƏYƏN DƏRDİ... - AXI NİYƏ?
Bu gün, 08:49
Günün fotosu: - BİZDƏN YOXDUR...
Bu gün, 08:46
"15 manatı açıq-aşkar OĞURLADILAR" - ETİRAZ
Bu gün, 08:35
AZƏRİQAZ gerçəkliyi: Savadı yoxdur... RƏİS TƏYİN EDİN! - BU NƏDİ BELƏ?
Bu gün, 08:25
Tramp Ukrayna ilə bağlı sülh çalışmalarını dayandırmağı düşünür - Axios
Bu gün, 08:17
“Təbrik” şadlıq sarayı insanları necə zəhərləyir? - VİDEO
Bu gün, 08:11
Bakıda taksilər kəskin bahalaşdı – Yeni qiymətlər
Bu gün, 07:04
Rusiyanı iflic etmə planı - Zelenski anonsunu verdi
Bu gün, 07:01
Si Cinpin ŞƏT İnkişaf Bankının yaradılmasını təklif edib
Bu gün, 06:58
"Biz aldandıq, siz aldanmayın" - NARAZILIQ VAR...
Bu gün, 06:54
Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının iclası başlayıb
Bu gün, 06:44
Üçüncü Dünya müharibəsi təhlükəsi? – Yaxın 5 ildə 5 böyük münaqişə...
Bu gün, 06:40
Bakıda evli kişi "xərçəng xəstəsiyəm" deyib sevgilisinə qarşı dələduzluq etdi - TƏFƏRRÜAT
Bu gün, 06:23
NAXTEL LƏĞV OLUNUR - DİQQƏT
Bu gün, 02:00
Susuz qalan Türkiyə: böhran dərinləşir - AKTUAL
Bu gün, 00:46
"İsrail dronları Azərbaycan sərhədindən keçib" - YALANÇI TEHRAN
Bu gün, 00:43
Şanxay sammitində diqqətçəkən detal: bir ilk yaşandı – 2019-da nə deyilmişdi?
Dünən, 23:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru