Hacı Surxaydan Prezidentə MÜRACİƏT .....                     Dövlətin əsas qanunu: Konstitusiya... .....                     Müstəqil dövlətin Konstitusiya günü .....                     Pensiyalarla bağlı gözlənilən anons verildi .....                     Gəncə Regional Kollecdə müəllimlərə təzyiq: Dərs yükünə imza atmayanlara maaş verilməyəcək .....                     Müəllimlər susdurulub, maaşlar yoxa çıxır... .....                     Keçmiş icra başçısı Rauf Həbibovun yeni qalmaqalı .....                     Nigarı komaya salan “MedAura”nın həkimləri İŞ BAŞINDA .....                     Babayevin yerinə ƏN ŞANSLI NAMİZƏD... .....                     "900 məktəbdə bu fənn üzrə kadr yoxdur" .....                     Taksi sürücüsü AYNA-dan ŞİKAYƏTÇİDİR .....                     "Bu da imtina verməyin bir yoludur" .....                     "Artıq Türkiyə səfirliyi də işə qarışıb..." .....                     Ağ Evdə üçtərəfli danışıqlar: Qazaxıstan "İbrahim sazişi"nə qoşuldu .....                     Türk xalqları cəmiyyətlərini öz dillərində maarifləndirməlidir .....                     Almanların 75%-dən çoxu hökumətin fəaliyyətindən narazıdır .....                     "Bu söhbətdən sonra anan sənin evinə necə gəlsin?" .....                     Ramiz Mehdiyev ətrafında gərginlik artır: siyahı yayıldı .....                     Paşinyan erməni cəmiyyətinə Azərbaycanla əməkdaşlığı uğur kimi göstərir .....                     Azərbaycan pərakəndə satış sektorunda ilk .....                     Azərbaycanda tibbi səhvlərə yol verən həkimlər niyə toxunulmazdır? .....                     COP30-la əlaqədar ezamiyyə normaları dəyişib .....                     Azərbaycanda repetitorluq ləğv edilir? .....                     Regional Təhsil İdarəsinin müdir müavini öz ərizəsi ilə işdən çıxdı .....                     Əfvlə bağlı mühüm addım: tezliklə… .....                     Yeqoyandan müxalifətə təpki .....                     "Böyük sənəti var, amma özünü idarə edə bilmir" .....                     "Qəzet düşüncə gündəminin ədəbiyyatıdır" .....                     NATO-nun problemi ondadır ki, bizi dinləmir .....                     Mərkəzi Bankın yeni inzibati binasında girişə nəzarət sistemi 2 mln. manata başa gələcək .....                     İcra hakimiyyətinin yarısı türmədədir... BƏS LÖKBATANI KİM SATIR? .....                     Moskvada qətl törədən Şahin Abbasova HÖKM OXUNDU .....                     Aİ Azərbaycan və Ermənistanla əməkdaşlığa sadiqdir .....                     “Tarqovı”da 19 yaşlı oğlan öldürüldü: Əmisi saxlanıldı .....                     “İnnovasiya və Təchizat Mərkəzi”ndən 4,9 milyon manata dərman sifarişi .....                     Faiq Ələkbərli Şimali Kipr Türk Respublikasında 5. Manas Forumunda iştirak edib .....                     Nazirimizin atası vəfat edib .....                     AzTV-dəki 26 milyon məsələsi böyüyür .....                     “Invest in Azerbaijan” informasiya sistemi yaradılıb .....                     “Partiyaları ləğv etmək, maliyyə cəhətdən çökdürmək, onların üzvlərini təqib etmək Ramiz Mehdiyevin yolu olub...” .....                 

İran səfirinin saxtakarlığı - xülyadan ayılmayan erməni lobbisinin oxşarı
Tarix: 22-04-2024, 15:39 | Çap et
İran səfirinin saxtakarlığı
İranın Ermənistandakı səfiri Mehdi Sübhani növbəti dəfə Ermənistan-Azərbaycan münasibətlərinə yersiz müdaxilə edib.

Bu ilin fevralında o, ermənisayaq mövqe tutaraq Ermənistana Hindistan silahlarının tədarükünə dair sualı cavablandırarkən demişdi ki, Tehran Ermənistanın gücləndirilməsinin, regionda sülh və sabitliyə kömək edəcək həll yollarının tərəfdarıdır: “Biz Ermənistanın möhkəmlənməsi və güclənməsinin tərəfdarıyıq. Regionda sülh və sabitliyə kömək edəcək hər şeydə ona kömək etməyə hazırıq”.

O, Azərbaycanın da iştirakçısı olduğu “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinə qarşı çıxaraq Ermənistandan keçəcəyi arzulanan ideyaya üstünlük verdiklərini vurğulamışdı.

Səfir Sübhani avtomobil yolları ilə bağlı məsələyə münasibət bildirərək demişdi ki, yollar ölkənin suverenliyi altında olmalıdır.

O, Azərbaycanla Ermənistan arasında sərhədyanı ərazidə Avropa İttifaqı mülki müşahidə missiyasının yerləşməsinə qarşı heç vaxt mənfi münasibət bildirməyib. Habelə, ABŞ dövlət katibi Antoni Blinken, Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyan arasında aprelin 5-də keçirilən üçtərəfli görüşlə bağlı da açıqlama yaymayıb.

Bununla belə, o, birmənalı olaraq Ermənistanın silahlanması kimi məsələlərdə rəsmi İrəvanı müdafiə edib. Bunun üçün bir çox hallarda İrəvanın özündən də çox canfəşanlıq göstərib. Yuxarıda göstərdiyimiz örnək bunu təsdiqləyir.

Mehdi Sübhani regional münasibətləri və vəziyyəti nəzərə almadan verdiyi şərhlər və açıqlamalarla Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə qarşı çıxır, başqa sözlə, təxribatla məşğul olur.

Mehdi Sübhani jurnalistlərə deyib: "İran tərəfinin mövqeyi budur ki, Ermənistanla Azərbaycan arasında sərhədin bu şəkildə demarkasiyası Ermənistan və Gürcüstan arasındakı hökumətlərarası marşruta (Veskpar kəndi yaxınlığındakı hissə, İran yüklərinin də keçdiyi hissə) təsir göstərə bilər".

Aprelin 20-dən Ermənistan Azərbaycanın işğal altında saxladığı 4 kəndini geri qaytarır. Aşağı Əskipara kəndi yaxınlığından Ermənistan-Gürcüstan avtomobil magistralı da keçir. Səfir bu yolun Azərbaycana aid olduğunu bilsə də, deyib: “Bizə verilən məlumata görə, beynəlxalq avtomobil yolu hissəsi Azərbaycan Respublikası ilə delimitasiya sazişlərinə daxil deyil”.

Vaxtilə İran işğal altında olan Gorus-Qafan avtomobil yolu ilə Ermənistana yük daşıyıb və s. Onda rəsmi Bakı həmin ərazinin Azərbaycana aid olduğunu bildirəndə də Tehran hay-küy salmağa çalışdı. Saxtakarcasına mövcud olmayan sənədlərdən bəhs etdi. Ancaq məlum oldu ki, o, yoldan Azərbaycan yalnız Ermənistanın yük daşımaları üçün istifadə etməsinə icazə verib. İran hakimiyyəti isə işğal altında saxlanıldığı 30 ilə yaxın müddət ərzində Azərbaycanın avtomobil yolundan qanunsuz, qaçaqmalçı kimi yararlanıb. O, bununla da respublikanın torpaqlarının işğal altında qalmasına göz yumub və beynəlxalq normaları pozub.

Ermənistan-Gürcüstan yolu kimi tanınan ərazi ilə bağlı rəsmi Bakı hər hansı sazişin bağlanmasına münasibət bildirməyib. Belə olan halda səfir ictimaiyyətə yalan məlumat verməklə iğtişaş üçün şərait yaradır.

Mehdi Sübhani Qarabağı könüllü tərk edən erməni sakinlərin də “cəfakeşi” rolunu oynamağa çalışıb. O deyib ki, “Dağlıq Qarabağ sakinlərinin hüquqları qorunmalı və nəzərə alınmalıdır”. Onun bu açıqlaması “qaşınmayan yerdən qan çıxarmağa” daha çox oxşayır.

Axı erməni sakinlərin hüququnun qorunmasına və təhlükəsizliyinin təmin edilməsinə, habelə Azərbaycan cəmiyyətinə inteqrasiya olunmasına rəsmi Bakı dəfələrlə təminat vermişdi. Ancaq onlar ölkə ərazisini könüllü olaraq tərk etməklə bu təminatlardan imtina etdilər. Deməli, onlar Azərbaycan cəmiyyətinə inteqrasiya olub, ölkə konstitusiyasını qəbul etməyə razı olmayıblar. Sübhaninin bu iddiası isə Azərbaycana qarşı aparılan təbliğatdır. O, bununla Ermənistanın havadarı Fransa hakimiyyətinin dediklərini təkrarlayır. İranla Fransa anti-Azərbaycan çıxışları 44 günlük müharibədə də özünü göstərmişdi.

Sübhaninin son açıqlamasından belə çıxır ki, Parislə Tehran Azərbaycana qarşı tezisləri birgə hazırlayır. Bu azmış kimi, Sübhani erməni sakinləri “Qarabağ xalqı” kimi təqdim edir. Səfirin çıxışı İran hakimiyyətinin rəsmi mövqeyidir. Bu baxımdan, Sübhaninin açıqlaması ölkənin ali rəhbərinin mövqeyi kimi də qəbul olunur. Odur ki, Sübhani çıxış və açıqlamaları ilə İranın Azərbaycan-Ermənistan münasibətlərinə mane olduğunu isbatlayır.

Torpaqlar işğal altında olanda İslam Respublikasının tanınmış hərbi-siyasi xadimlərindən biri, keçmiş vitse-prezident, İqtisadi Əlaqələndirmə Şurasının katibliyinin əməkdaşı Möhsün Rezai də Qarabağla bağlı Ermənistanın, erməni lobbisi və havadarlarının arzu-istəklərini dilə gətirmiş, bildirmişdi ki, “Dağlıq Qarabağa muxtariyyət verilməlidir”.

İran rəsmiləri belə anti-Azərbaycan çıxışlarla Cənubi Qafqazda Ermənistan vasitəsi ilə özlərinə yer eləmək istəyirlər. Ancaq Tehran nümayəndələrinin belə çıxış və davranışları regionda təhlükəsizliyi, əməkdaşlığı təhdid edir. Bu kimi qıcıqlandırıcı çıxışlar İranın Cənubi Qafqazda sıxışdırılmasına əsas və təkan verir. Odur ki, Sübhani kimi diplomatlar və rəsmilər Azərbaycanla münasibətlərin bərpasına çalışmaqdan, mövcud problemləri aradan qaldırmaqdansa, özlərini hələ də xülyadan ayılmayan erməni lobbisi kimi aparırlar.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hacı Surxaydan Prezidentə MÜRACİƏT - "Vətənimizin rifahı..."
Bu gün, 07:59
Dövlətin əsas qanunu: Konstitusiya... - MƏQALƏ
Bu gün, 07:51
Müstəqil dövlətin Konstitusiya günü - İsrafil Kərimovun yazısı
Bu gün, 07:49
Pensiyalarla bağlı gözlənilən anons verildi – Mühüm detallar
Bu gün, 07:44
Gəncə Regional Kollecdə müəllimlərə təzyiq: Dərs yükünə imza atmayanlara maaş verilməyəcək – rəhbərlikdən susdurma cəhdləri
Bu gün, 07:39
Müəllimlər susdurulub, maaşlar yoxa çıxır... - İTTİHAM VAR...
Bu gün, 07:18
Keçmiş icra başçısı Rauf Həbibovun yeni qalmaqalı - “53 min manatımı vermir, üstəlik məni məhkəməyə verməklə hədələyirlər”
Bu gün, 07:14
Nigarı komaya salan “MedAura”nın həkimləri İŞ BAŞINDA - “Təqsirləri sübut edilib, amma həbs olunmurlar”
Bu gün, 07:07
Babayevin yerinə ƏN ŞANSLI NAMİZƏD... - belə deyirlər...
Bu gün, 06:59
"900 məktəbdə bu fənn üzrə kadr yoxdur" - BU NƏDİ BELƏ?
Bu gün, 06:54
Taksi sürücüsü AYNA-dan ŞİKAYƏTÇİDİR - “Mənim xəbərim olmadan adıma buraxılış kartı və vəsiqə verilib”
Bu gün, 06:48
"Bu da imtina verməyin bir yoludur" - GİLEY
Bu gün, 06:46
"Artıq Türkiyə səfirliyi də işə qarışıb..." - NARAZILIQ VAR...
Bu gün, 06:42
Ağ Evdə üçtərəfli danışıqlar: Qazaxıstan "İbrahim sazişi"nə qoşuldu - "Kazinform"
Bu gün, 06:34
Türk xalqları cəmiyyətlərini öz dillərində maarifləndirməlidir - ÇAĞIRIŞ
Bu gün, 06:30
Almanların 75%-dən çoxu hökumətin fəaliyyətindən narazıdır - SORĞU
Bu gün, 06:28
"Bu söhbətdən sonra anan sənin evinə necə gəlsin?"
Bu gün, 06:27
Ramiz Mehdiyev ətrafında gərginlik artır: siyahı yayıldı – Dövlətin böyük planı
Bu gün, 06:25
Paşinyan erməni cəmiyyətinə Azərbaycanla əməkdaşlığı uğur kimi göstərir - ONA GÖRƏ DƏ...
Bu gün, 06:22
Azərbaycan pərakəndə satış sektorunda ilk - OBA marketlər şəbəkəsi startap ekosisteminə dəstək proqramına start verib
Dünən, 19:58
Azərbaycanda tibbi səhvlərə yol verən həkimlər niyə toxunulmazdır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
COP30-la əlaqədar ezamiyyə normaları dəyişib - QƏRAR
Dünən, 17:57
Azərbaycanda repetitorluq ləğv edilir? - AKTUAL
Dünən, 17:37
Regional Təhsil İdarəsinin müdir müavini öz ərizəsi ilə işdən çıxdı - FOTO
Dünən, 17:35
Əfvlə bağlı mühüm addım: tezliklə… – Açıqlama
Dünən, 17:28
Yeqoyandan müxalifətə təpki - Ermənistan-Azərbaycan dəmir yolunu mən yeməmişəm
Dünən, 17:26
"Böyük sənəti var, amma özünü idarə edə bilmir"
Dünən, 17:21
"Qəzet düşüncə gündəminin ədəbiyyatıdır" - Bahəddin Həzi
Dünən, 17:08
NATO-nun problemi ondadır ki, bizi dinləmir - Peskov
Dünən, 17:05
Mərkəzi Bankın yeni inzibati binasında girişə nəzarət sistemi 2 mln. manata başa gələcək
Dünən, 16:57
İcra hakimiyyətinin yarısı türmədədir... BƏS LÖKBATANI KİM SATIR? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:54
Moskvada qətl törədən Şahin Abbasova HÖKM OXUNDU - HADİSƏ ANI
Dünən, 16:48
Aİ Azərbaycan və Ermənistanla əməkdaşlığa sadiqdir - Maqdalena Qrono
Dünən, 16:46
“Tarqovı”da 19 yaşlı oğlan öldürüldü: Əmisi saxlanıldı -Yenilənib
Dünən, 16:44
“İnnovasiya və Təchizat Mərkəzi”ndən 4,9 milyon manata dərman sifarişi - GÖRÜN, KİMƏ...
Dünən, 16:41
Faiq Ələkbərli Şimali Kipr Türk Respublikasında 5. Manas Forumunda iştirak edib - FOTO
Dünən, 16:23
Nazirimizin atası vəfat edib
Dünən, 16:18
AzTV-dəki 26 milyon məsələsi böyüyür - Baş prokurorluq araşdırmaya başlayacaq?
Dünən, 16:16
“Invest in Azerbaijan” informasiya sistemi yaradılıb - FƏRMAN
Dünən, 16:13
“Partiyaları ləğv etmək, maliyyə cəhətdən çökdürmək, onların üzvlərini təqib etmək Ramiz Mehdiyevin yolu olub...” - Etibar Məmmədovdan İLGİNC AÇIQLAMALAR
Dünən, 16:05
“Dünənki oyun sübut etdi ki, ölkədə futbol və "Qarabağ" kimi komanda var” - deputat
Dünən, 16:04
"Gəncə şəhərində dayanacaq tapmaq mümkün deyil" - GİLEY
Dünən, 15:58
Azərbaycanda bu dövlət qurumu LƏĞV EDİLDİ - Vasif Talıbov tərəfindən yaradılmışdı
Dünən, 15:51
"Orada Mətanət varsa, quyruq bulamaq olmaz..."
Dünən, 15:49
Serj Sərkisyan Korrupsiyaya qarşı Mübarizə Komitəsinə çağırılıb
Dünən, 15:47
"Qarabağ"-"Çelsi" oyunu azarkeşləri gərginlik içində saxlayan futbol ziyafəti idi - "Daily Mail"
Dünən, 15:45
Əliyev ermənilərin gözlədiyi xəbəri verdi - Növbəti Rusiya olacaq
Dünən, 15:40
“Qarabağ” mərhələ adlasa, bu komandalarla qarşılaşa bilər - ”Barselona”, ”Qalatasaray”...
Dünən, 15:25
DOST Agentliyinin sədrinə müşavir təyin edilib - DOSYE
Dünən, 15:23
“New York Times” Türkiyədən yazdı - “Vazkeçilməz Ərdoğan”
Dünən, 15:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru