Paşinyan qəzəbləndi, zalı tərk etdi .....                     Dələduzluqda təqsirləndirilən maşın alverçiləri həbs edildi .....                     Paşinyan "sabiqlər"ə qarşı: İrəvanın çıxış yolu realizmdir .....                     Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti... .....                     Nikah ər və ya arvadın xəbəri olmadan pozula bilərmi? .....                     Nazirlik işçisini küçədə ölümcül döyən ata və oğulları ilə bağlı .....                     Uğursuz əməliyyatlara səbəb olan Nigar Məhəmmədova iş başındadır... .....                     Rusiyanın Ermənistanda yeni siyasi qüvvə tapmaq imkanları məhduddur .....                     Ev sahibini döyüb qızını qaçırdan "elektrik şəbəkəsi"nin işçilərindən birinin cəzası azaldıldı .....                     Kəmalə Quliyevanın rəhbəri olduğu 260 saylı məktəb niyə nəzarətsiz qalıb? .....                     "Paşinyan Bakıdakı hərbi parada dəvət olunmadığı üçün əsəbi ola bilər" .....                     DSMF bir ildə 1.5 milyona 30 ədəd xidməti avtomobil alıb .....                     Göygölün yeni icra başçısı bu yüksək vəzifəli məmurun oğludur .....                     Rəşid Behbudovun kürəkəni Polad Bülbüloğlunu .....                     Ermənistanda Sarkisyanın müsahibə verdiyi podkastın müəllifləri saxlanılıb .....                     Paşinyan komanda yoldaşlarına boşanmağı qadağan etdi .....                     “Bunu mənə Allah dedirtdi, 3 gün sonra öz övladım şəhid oldu” .....                     BOKT “İnternational”ın vergi borcu artmaqda davam edir .....                     “Bakı Elektroavtomat”ın rəhbərliyi formalaşdırılacaq .....                     Azərbaycanda üç rayonda icra başçısı vəzifəsi boşdur .....                     “Bakı Avtomobil Sənaye” ləğv oluna bilər .....                     Generala ağır itki .....                     Fuad Nəcəfli barəsində cinayət işi açılıb? .....                     İnam Kərimovun məhkəmələri vətəndaşın DİZİNİ YERƏ GƏTİRİR .....                     Müharibə Nazirliyinin nəşri bədnam “907-ci düzəliş”in ləğvi üçün Konqresə çağırış edib .....                     Köhnə yeni başçılar KÖHNƏ yerlərində YENİLİK ETMİŞDİLƏRMİ? .....                     Ramiz Mehdiyevin ev dustaqlığının bir ayı tamamlanır .....                     Fəzail Ağamalı Ana Vətəni necə dağıdır .....                     Paşinyan TRIPP marşrutunun inşası üçün vaxt cədvəlini açıqladı .....                     Ət bazarında təhlükəli oyun: ucuzlaşmanın səbəbi bilindi .....                     "Azpul" MMC-də QANUN POZUNTUSU .....                     Şəhid ailəsi bağça müdirəsindən gileylənir .....                     "5 min “şapka” götürüblər, sənədləri də gizlədirlər" .....                     Əmrullayevin direktor problemi... .....                     Kriptovalyuta bazarına kapital axınları azaldı .....                     Sülh müqaviləsinin imzalanması gecikdikcə... .....                     Azərbaycan bütün torpaqlarını geri alacaq: Hüquq belə deyir .....                     "Yeni təyin olunan şəxs Naxçıvanı tanıyan kadrdır" .....                     Bərdədə ŞƏHİDLƏRİN RUHUNA sayğısızlıq .....                     Yerli media 8 avqustdan sonrakı dövrü necə işıqlandırır? .....                 

Azərbaycana bahalı və sirli “karşerinq” xidməti gətirilir - ARAŞDIRMA
Tarix: 21-04-2024, 16:11 | Çap et
Azərbaycana bahalı və sirli “karşerinq” xidməti gətirilir
Avtomobil ixtira olunana qədər insanlar bir yerdən başqa yerə, xüsusən də uzaq məsafəyə getmək üçün daha çox atlardan istifadə edirmişlər. Amma hazırda hamının avtomobil almaq imkanı olmadığı kimi, o zaman da hamının at almaq, at saxlamaq imkanı yoxuymuş. Odur ki, şəhərlərdə indiki taksinin rolunu oynayan at arabaları – faytonlar işləyirmiş. Faytonçu müəyyən məbləğ müqabilində sərnişini onun istədiyi yerə çatdırırmış.

Eyni zamanda, nəqliyyatın başqa bir növü da inkişaf edibmiş – atların kirayəsi. Bu xidmət növü, xüsusən də, uzaq məsafələrə üz tutanlar arasında populyar olub. İnsanlar bir nöqtədən (daha çox mehmanxanalar, meyxanalardan) atı kirayəyə götürərək, mənzil başına çatandan sonra eyni təyinatlı başqa yerdə təhvil verirlərmiş. Xidmət növü “horse sharing” (at kirayəsi) adlanırmış.

Zaman keçdikcə atları avtomobillər əvəz edib. Kirayə nəqliyyat növbəsi isə avtomobillərə çatıb. Əvvəlcə taksi, sonra “rent a car”, indi isə “car sharing” (karşerinq).

“Karşerinq” dəqiqəlik və saatlıq qiymətlərlə qısamüddətli avtomobil icarəsi, yəni, avtomobil paylaşımı deməkdir. Xidmətin mahiyyəti ondan ibarətdir ki, bir (və ya bir neçə) şirkət, yaxud fiziki şəxs çoxlu sayda avtomobil gətirərək, şəhərin müxtəlif ünvanlarındakı xüsusi dayanacaqlarda yerləşdirir. İnsanlar da yaxınlıqdakı dayanacağa gedərək, avtomobili sifariş edir. Amma bu prosesdə taksi sürücüsü olmur. Vətəndaş “karşerinq” xidməti zamanı avtomobili özü idarə edir və A nöqtəsindən B nöqtəsinə gedir. Ödəniş isə nağdsız formada zamana və ya məsafəyə görə həyata keçirilir.

“Karşerinq” xidməti Azərbaycanda olmasa da, dünyada geniş yayılıb. Bu xidmət növü dünyanın 40-dan çox ölkəsində mövcuddur. Xidmət əsasən böyük şəhərlərdə, turistik yerlərdə və müxtəlif kurortlarda fəaliyyət göstərir.

“Karşerinq” ilk dəfə nə zaman və harada yaranıb?

“Karşerinq” termini ilk dəfə 1948-ci ildə İsveçrənin Sürix şəhərində yaranıb. Öz avtomobil parkı olan bir şirkət işçilərinə müəyyən ödəniş qarşılığında qısa müddətdə bu avtomobillərdən istifadə etməyə icazə verib. Lakin sonra texniki imkanlar (sabit rabitənin olmaması, avtomobilləri izləmək imkanı və s.) bu ideyanın inkişafına imkan verməyib. 1970-ci illərin əvvəllərində isə ilk tam sistemli “karşerinq” layihələri ortaya çıxıb. İllər sonra da 1991-ci ildə “karşerinq” fəaliyyətlərini dəstəkləmək üçün Avropa Avtomobil Paylaşımı Assosiasiyası yaradılıb.

“Karşerinq” Azərbaycana da gəlir?

Bir çox Avropa ölkələri üçün köhnə, ölkəmiz üçün isə yeni olan “karşerinq” sisteminin yaxın gələcəkdə Azərbaycana da gəlməsi gözlənilir. Bununla bağlı mətbuatda məlumatlar yayılıb. Hətta bunun üçün taksi şirkətlərindən birinin ölkəyə xeyli avtomobil gətirməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər var.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) isə mətbuata bildirib ki, bu, Azərbaycan üçün yenilikdir. Və bununla bağlı kompleks araşdırma aparılır.

Bəs “karşerinq”in Azərbaycana gəlməsi nə dərəcədə doğrudur? Nəqliyyat sisteminin bərbad olduğu ölkəmizdə bu sistem özünə yer tapa biləcəkmi? “Karşerinq”in istifadə qaydaları, ödəniş üsulu necə olacaq? Nəhayət, “karşerinq” sistemi Azərbaycanda taksi bazarını öldürə bilərmi?

Qeyd edək ki, xidmətdən istifadə üçün sürücülük vəsiqəsinin müddəti ən azı iki il olmalıdır. Əks halda “karşerinq”dən istifadə etmək mümkün olmayacaq.

Hələlik xidmətin qiyməti bəlli deyil. Bəzi mənbələr gediş haqqının 1 dəqiqə üçün 20 qəpik, digərləri isə 60 qəpik olacağını bildirirlər. Əgər qiymət belə olsa, onda 1 saat üçün təxminən 35 manat ödəməli olacağıq.

Azərbaycanda “karşerinq” sistemi artıq indidən mübahisələrə səbəb olub. Xidməti bəyənənlər ilk növbədə onun rahatlığını önə sürürlər. Onların sözlərinə görə, hətta avtomobili olmayanlar da “karşerinq”dən istifadə edərək, nəqliyyat problemindən qurtula bilərlər. Bəyənməyənlər isə ilk növbədə qiymətin baha olmasını göstərirlər.

Digər tərəfdən, ölkədə sürücülük vəsiqəsi olanların çoxunun şəxsi avtomobili var. Onların da “karşerinq”dən istifadə etməsinə ehtiyacları yoxdur. İmkanı olmayanların isə onsuz da bahalı “karşerinq” xidmətindən istifadə etməsi mümkünsüzdür...

Bundan əlavə, onsuz da tıxaclardan, parkinq çatışmazlığından əziyyət çəkən şəhərdə saxlama problemi də yaşana bilər.

Mövzu ilə bağlı Pressklub.az-a açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov ilk növbədə qeyd edib ki, “karşerinq” xidməti heç bir halda taksi bazarını öldürə bilməz. Əksinə, taksi fəaliyyəti daha da canlanacaq və hətta taksi bazarında qiymət artımı da olmayacaq.

Müsahibimiz deyir ki, “karşerinq” xidmətinin gəlməsi vətəndaşların xeyrinə olan addımdır və bu prosesi dəstəkləyir: “Yenilik mütləqdir və alqışlanır. Sahibkarın və ya fiziki şəxsin qazancından söhbət gedirsə, hər iki tərəf qazanacaq. Sahibkar da, vətəndaş da, dövlət də. Çünki nəqliyyat vasitələri dövriyyədə olacaq. Onların sığortası, texniki baxış gəliri, qəza törətməsi, cəriməsi və s. bunlar hamısı dövlətə çatan xeyirdir”.

Ekspert deyib ki, “karşerinq” avtomobilləri istənilən yerdə park edilməyəcək, onların öz dayanacağı olacaq. Bu proses müəyyən müddət sonra tənzimlənəcək, sahibkarlar özləri bu işləri həll edəcək: “İstifadəyə verilmə tarixi də sahibkarların istəyinə bağlıdır. Dəqiq vaxt demək çətindir. Amma güman edirəm ki, ən tezi 1 aya istifadəyə verilə bilər”.

Yenə də problemlər çoxdur, həlli isə müəmmalıdır. Görəsən, bu şərtlər altında “kaşerinq” xidməti Azərbaycanda da digər Avropa ölkələrindəki kimi nüfuz qazana biləcəkmi?

Yaşayıb, görəcəyik...

Pressklub.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan qəzəbləndi, zalı tərk etdi - Bu gün Ermənistan parlamentində nə baş verib?
Bu gün, 11:03
Dələduzluqda təqsirləndirilən maşın alverçiləri həbs edildi
Bu gün, 11:00
Paşinyan "sabiqlər"ə qarşı: İrəvanın çıxış yolu realizmdir - AKTUAL
Bu gün, 10:56
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti... - Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı?
Bu gün, 10:52
Nikah ər və ya arvadın xəbəri olmadan pozula bilərmi? - AÇIQLAMA
Bu gün, 10:43
Nazirlik işçisini küçədə ölümcül döyən ata və oğulları ilə bağlı QƏRAR
Bu gün, 10:41
Uğursuz əməliyyatlara səbəb olan Nigar Məhəmmədova iş başındadır... - Ölüm saçan “MedAura” klinikası
Bu gün, 10:39
Rusiyanın Ermənistanda yeni siyasi qüvvə tapmaq imkanları məhduddur - ÇÜNKİ...
Bu gün, 10:34
Ev sahibini döyüb qızını qaçırdan "elektrik şəbəkəsi"nin işçilərindən birinin cəzası azaldıldı
Bu gün, 10:32
Kəmalə Quliyevanın rəhbəri olduğu 260 saylı məktəb niyə nəzarətsiz qalıb? - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 10:23
"Paşinyan Bakıdakı hərbi parada dəvət olunmadığı üçün əsəbi ola bilər" - Mikoyan
Bu gün, 10:11
DSMF bir ildə 1.5 milyona 30 ədəd xidməti avtomobil alıb - ARAŞDIRMA
Bu gün, 10:10
Göygölün yeni icra başçısı bu yüksək vəzifəli məmurun oğludur - DOSYE
Bu gün, 10:07
Rəşid Behbudovun kürəkəni Polad Bülbüloğlunu İTTİHAM ETDİ
Bu gün, 10:05
Ermənistanda Sarkisyanın müsahibə verdiyi podkastın müəllifləri saxlanılıb - “Sputnik Armenia”
Bu gün, 10:01
Paşinyan komanda yoldaşlarına boşanmağı qadağan etdi
Bu gün, 09:49
“Bunu mənə Allah dedirtdi, 3 gün sonra öz övladım şəhid oldu” - FOTO
Bu gün, 09:47
BOKT “İnternational”ın vergi borcu artmaqda davam edir - DETALLAR
Bu gün, 09:44
“Bakı Elektroavtomat”ın rəhbərliyi formalaşdırılacaq - YIĞINCAQ
Bu gün, 09:40
Azərbaycanda üç rayonda icra başçısı vəzifəsi boşdur - SİYAHI
Bu gün, 09:38
“Bakı Avtomobil Sənaye” ləğv oluna bilər
Bu gün, 09:36
Generala ağır itki
Bu gün, 09:32
Fuad Nəcəfli barəsində cinayət işi açılıb? - Həbs oluna bilər
Bu gün, 09:30
İnam Kərimovun məhkəmələri vətəndaşın DİZİNİ YERƏ GƏTİRİR - DİQQƏT: TƏHLÜKƏ VAR!!!
Bu gün, 09:27
Müharibə Nazirliyinin nəşri bədnam “907-ci düzəliş”in ləğvi üçün Konqresə çağırış edib - Bakının gözləntisi
Bu gün, 09:15
Köhnə yeni başçılar KÖHNƏ yerlərində YENİLİK ETMİŞDİLƏRMİ? - ONA GÖRƏ DƏ...
Bu gün, 09:11
Ramiz Mehdiyevin ev dustaqlığının bir ayı tamamlanır - 3 ay sonra...
Bu gün, 08:57
Fəzail Ağamalı Ana Vətəni necə dağıdır - qeyri-legitimliyin siyasi səbatsızlıq fəsadları
Bu gün, 07:51
Paşinyan TRIPP marşrutunun inşası üçün vaxt cədvəlini açıqladı - KİV
Bu gün, 07:44
Ət bazarında təhlükəli oyun: ucuzlaşmanın səbəbi bilindi - NƏ BAŞ VERİR?
Bu gün, 07:42
"Azpul" MMC-də QANUN POZUNTUSU - müştərinin telefon "kontakt"ına icazəsiz daxil olur
Bu gün, 07:22
Şəhid ailəsi bağça müdirəsindən gileylənir - NARAZILIQ VAR...
Bu gün, 07:20
"5 min “şapka” götürüblər, sənədləri də gizlədirlər" - İTTİHAM VAR...
Bu gün, 07:16
Əmrullayevin direktor problemi... - Hələ də çözə bilmir...
Bu gün, 07:04
Kriptovalyuta bazarına kapital axınları azaldı - ARAŞDIRMA
Bu gün, 07:01
Sülh müqaviləsinin imzalanması gecikdikcə... - İNCƏLƏMƏ
Bu gün, 07:00
Azərbaycan bütün torpaqlarını geri alacaq: Hüquq belə deyir - GƏLİŞMƏ
Bu gün, 06:57
"Yeni təyin olunan şəxs Naxçıvanı tanıyan kadrdır" - Deputatdan yeni təyinata REAKSİYA
Bu gün, 06:40
Bərdədə ŞƏHİDLƏRİN RUHUNA sayğısızlıq - BU NƏDİ BELƏ?
Bu gün, 06:37
Yerli media 8 avqustdan sonrakı dövrü necə işıqlandırır? - AKTUAL
Bu gün, 06:33
"Maaşım yalnız yemək və içməyə yetirdi..."
Bu gün, 06:26
Sənədlər yayımlandıqdan sonra... qarşılıqlı ittihamlar daha da artacaq
Bu gün, 06:24
"YeloBank”ın "REKLAM XEYRİYYƏÇİLİYİ" - Qazinin evini al, sonra şəhid ailəsinə hədiyyə ver
Bu gün, 06:21
Təyyarə qəzasında həlak olan hərbçilər Türkiyə-Azərbaycan ittifaqının ilk şəhidləridir - partiya sədri
Bu gün, 06:17
Bizə qələbimizi tərənnüm edəcək filmlər lazımdır - Əli İsa Cabbarov
Bu gün, 06:15
'Azəriqaz' rəhbərliyinin işsiz qoyduğu Qarabağ qaziləri Prezidentdən KÖMƏK İSTƏDİ - VİDEOMÜRACİƏT
Bu gün, 06:13
Bakının dostu müharibə elan etdi – Bu üç ölkəyə zərbələr endiriləcək
Bu gün, 06:05
Fuad Nəcəflinin təyyarədən fotosu yayıldı – Görün, nə edir
Bu gün, 00:27
Deputatın qızı şikayətləndi - Atamla bağlı müraciətim...
Bu gün, 00:24
Kanada Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib
Dünən, 18:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru