Kanada hökuməti Rusiyaya qarşı sanksiya siyahılarına 13 fiziki və 11 hüquqi şəxsi daxil edib.
"Report" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri Kanada XİN-ə istinadən məlumat yayıb.
Bəyanatda Kanadanın xarici işlər naziri Anita Anand bildirib ki, Ukraynada münaqişə ilə əlaqədar Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edilib və sanksiya siyahısına daxil edilənlər Rusiyada pilotsuz uçuş aparatlarının istehsalı prosesində iştirak edib.









