"Əgər mənə saxta əlilik təyin olunmuşdusa..." - MÜRACİƏT
Tarix: 22-01-2024, 09:48 |
Çap et
Xaçmaz rayon sakini Babayev Mehman bildirir ki, nevroloji xəstədir, 2014-cü ildə ona əlilik təyin edilib. Şikayətçi deyir ki, 2020-ci ildə təkrar müayinədən keçən zaman onun əliliyini təsdiq etməyiblər.
Mehman Babayev
Mehman deyir ki, əgər mənə saxta əlilik təyin olunmuşdusa, o zaman o əliliyi təsdiq edən həkimlər niyə hələ də öz sahələrində çalışır?
O, bununla bağlı dəfələrlə adiyyatı qurumlara müraciət etsə də, nəticəsinin olmadığını deyir.
Mehman Babayev Prezidentə müraciət edərək, insanları incidən məmurlar haqqında ölçü götürməsini xahiş edir...
diaaz.space