“Nar” yerli İT mütəxəssislərini yetişdirir
Tarix: 9-06-2023, 17:00 |
Çap et
DİA.AZ: - Ölkədə yerli İT mütəxəssislərini hazırlamaq məqsədilə, mobil operator “Nar” Azərbaycan Texniki
Universitetində (AzTU) davamlı təlimlər həyata keçirir. Bu dəfə təlim AzTU nəzdində fəaliyyət göstərən
“Nar” GSM laboratoriyasında keçirildi. Bu barədə DİA.AZ-a şirkətdən verilən məlumatda deyilir.
Xüsusi bilik və bacarıqları ilə seçilən tələbələr üçün nəzərdə tutulan təlimin mövzusu mobil rabitənin təminatı
ilə yanaşı, 5-ci nəsil mobil texnologiya, əşyaların interneti, cihazlararası bağlantı və müasir rabitə
texnologiyalarının tətbiq sahələrini əhatə edirdi.
“Nar”ın peşəkar texniki heyəti tərəfindən hazırlanan təlimlərin məqsədi tələbələrin işi icraçılarından
öyrənməsi və təcrübi biliklərin universitet tələbələri ilə paylaşılmasıdır. Eyni zamanda, tələbələr gələcək
karyeraları haqqında bilmək istədiklərini “Nar” texniki heyətindən birbaşa öyrənmək imkanı əldə edir.
Qeyd edək ki, “Nar” və AzTU arasında əməkdaşlıq artıq 10-cu ildir ki, uğurla davam edir. 2013-cü ildə
imzalanmış əməkdaşlıq memorandumu əsasında AzTU nəzdində “Nar” GSM laboratoriyası tələbələrin mobil
rabitə cihazlarını universitetdə öyrənməklərinə imkan yaradır.
“Nar” həm texniki təchizat dəstəyi göstərərək, həm də təcrübi biliklərin paylaşılması vasitəsilə İT və texniki
ixtisaslar üzrə təhsil alan tələbələrin Azərbaycan rabitə bazarında peşəkar kadr kimi hazırlanmasını hədəfləyir.
“Nar” layihələri haqqında ətraflı məlumatı https://www.nar.az/projects səhifəsindən əldə edə bilərsiniz.