“Bakcell”in dəstəyi ilə daha iki gənc kiçik biznes qurub - FOTO
Tarix: 31-05-2018, 17:14 | Çap et
 DİA.AZ: - Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyi ilə həyata keçirdiyi layihə sayəsində daha iki gənc öz kiçik biznesini qurub.
DİA.AZ xəbər verir ki, “Bakcell”in dəstəyi sayəsində icra olunan “Gənclərin Karyera və İnkişaf Mərkəzi” layihəsində öz biznes planı ilə fərqlənmiş layihələrdən birinin – “Meyvə bazarı” dükanının açılışı Gəncə şəhərində baş tutub. Şirkət “SOS Uşaq Kəndləri”nin himayəsində böyümüş gənclərin biznes ideyalarını reallaşdırmaq üçün maliyyə vəsaiti ayırıb.

“Bu gənclər öz bacarıqları və əzmləri ilə böyük uğura imza atıblar. Bakcell şirkəti olaraq, bu uğurun bir parçası olmaqdan qürur duyuruq. İnanırıq ki, pilot layihəmizdə iştirak edən gənclərin göstərdiyi nəticə başqa gənclər üçün də gözəl nümunə olacaq”, deyə Bakcell şirkətinin İctimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiyalar Departamentinin rəhbəri Süheylə Cəfərova bildirib.
Layihə çərçivəsində biznes planın hazırlanması üzrə təlim keçən, Beynəlxalq Əmək Təşkilatının master təlimçisi Azad Rəhimov Bakcell şirkətinin bu layihədə iştirakını yüksək dəyərləndirib: “Uzun illərdir ki, Azərbaycanda müxtəlif layihələr çərçivəsində gənclərin biznes ideyalarının reallaşmasına dəstək göstəririk. Mən çox sevinirəm ki, yerli təşkilatlar və bizneslər arasında ilk olaraq Bakcell şirkəti ölkədə gənclərin sahibkarlığına bu şəkildə dəstək göstərdi”.
Yeni dükanın sahibləri Kamran Hüseynov və Mahal Quliyev Gəncə şəhərində bir müddət meyvə-tərəvəz ticarəti ilə məşğul olub və bu işi yaxşı mənimsəyiblər. Layihə ideyasının qymətləndirilməsində əsas meyarlardan biri də onların bu sahədəki təcrübəsi olub.
““Öz biznesinə başla və təkmilləşdir” layihəsi bizim üçün çox faydalı oldu. Bizim bu sahədə təcrübəmizi var idi, lakin təlimlər vasitəsilə öz bilik və bacarıqlarımızı inkişaf etdirdik. Eyni zamanda, öz biznesimizi qurmaq üçün bizə maliyyə vəsaitinin ayrılmasını çox yüksək dəyərləndiririk. Çalışacağıq ki, bizə göstərilən etimadı doğruldaq”, deyə Kamran Hüseynov bildirib.

Qeyd edək ki, layihənin ötən il həyata keçirilən birinci mərhələsində “SOS Uşaq Kəndləri – Azərbaycan“ Assosiasiyasının himayəsində olan 15 gənc “Öz biznesinə başla və təkmilləşdir” adlı təlimlərdə iştirak edib. Qiymətləndirmə nəticəsində ən yüksək nəticələr nümayiş etdirən 3 uğurlu biznes layihəsi Bakcell şirkəti tərəfindən maliyyələşdirilib. Bu biznes layihələri Bakı şəhərində “Floristika gül dükanı” və “Çay evi”, Gəncə şəhərindən isə “Meyvə bazarı” layihələridir.
Xatırladaq ki, Bakcell şirkəti 2009-cu ildən etibarən “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İB ilə əməkdaşlıq çərçivəsində valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaq və gənclərə öz dəstəyini göstərir.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyanın Qafqazda “pis polis” ssenarisi: Bakı və İrəvanı nə gözləyir? - GƏLİŞMƏ
Bu gün, 16:31 |
|
|
|
• Vaşinqton razılaşması regionumuzda sülhə yol açır - deputat
Bu gün, 16:27 |
|
|
|
• Bloqer Səlim Milli vəfat etdi
Bu gün, 16:21 |
|
|
|
• Son bir ildə mənzillərin qiyməti 14%-ə yaxın bahalanıb
Bu gün, 16:19 |
|
|
|
• Həbsdə olan Karapetyan yeni hərəkat yaratdığını açıqlayıb - KİV
Bu gün, 16:16 |
|
|
|
• Vahid Əhmədov Nəcməddin Sadıkovla bağlı sensasion fakt açıqladı - VİDEO
Bu gün, 16:15 |
|
|
|
• Avropa liderləri Ukraynada nizamlanma üzrə sövdələşməyə hazırdır - Tramp
Bu gün, 16:11 |
|
|
|
• Məmməd İsmayılın vəziyyəti ağırlaşıb, reanimasiyaya yerləşdirilib - AÇIQLAMA
Bu gün, 16:08 |
|
|
|
• OĞRU ELƏ BAĞIRDI Kİ... - KREML BİZDƏN JEST GÖZLƏYİR?
Bu gün, 15:42 |
|
|
|
• Zakir İbrahimov və müavinləri "AzerGold"dan nə qədər qazanır? - RƏQƏMLƏR
Bu gün, 15:38 |
|
|
|
• Dövlət Turizm Agentliyindən bir gündə iki tender: - 305 min manat nəyə xərclənəcək?
Bu gün, 15:26 |
|
|
|
• Saakaşvilidən Azərbaycan açıqlaması: - Bu, xainlər üçün pis xəbərdir
Bu gün, 15:21 |
|
|
|
• Azərbaycan-Rusiya “ticarət savaşı”: Kim udacaq, kim uduzacaq? - ARAŞDIRMA
Bu gün, 15:17 |
|
|
|
• Balakənin küçələrini təmir edəcək - ŞİRKƏT AXTARILIR
Bu gün, 15:14 |
|
|
|
• “Tramp marşrutu”nun açılması zamanı Ermənistanda Rusiya sərhədçilərinin mövcudluğu nəzərə alınmalıdır - Rəsmi Moskva
Bu gün, 15:12 |
|
|
|
• Ermənistanın Vaşinqtonda mövqeyini dəyişməsi, Bakının konseptual qələbəsidir - ŞƏRH
Bu gün, 15:09 |
|
|
|
• Rusiyanın “5-ci kolon”undan Gümrü bəyanatı - TƏFƏRRÜAT
Bu gün, 15:06 |
|
|
|
• Rusiya XİN Azərbaycandan Ukraynaya silah tədarükünün mümkünlüyü məsələsinə münasibət bildirib
Bu gün, 15:03 |
|
|
|
• Azərbaycanda son 5 ilin ən populyar adları məlum oldu - TƏFƏRRÜAT
Bu gün, 14:54 |
|
|
|
• Rüşvətxor polis zabitləri HƏBS OLUNDU
Bu gün, 14:51 |
|
|
|
• Azərbaycandan aparılan Nəcməddin Sadıkov NƏDƏN RUSİYAYA QAYTARILIB - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:47 |
|
|
|
• Vardanyandan Azərbaycana barışıq təklifi – Onları bağışlamaq olarmı?
Bu gün, 14:40 |
|
|
|
• AZAL və “Gulf Air” arasında kod-şerinq razılaşması imzalanıb - DİQQƏT!
Bu gün, 14:34 |
|
|
|
• Paşinyan Qırğızıstanda Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etməyəcək
Bu gün, 13:10 |
|
|
|
• "Səni gerçəkdən sevən, acılarına göz yaşı tökən onlar imiş"
Bu gün, 13:08 |
|
|
|
• Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi - AKTUAL
Bu gün, 13:00 |
|
|
|
• Nəcməddin Sadıkov dindirilmək üçün Türkiyəyə aparılıb - Şok DETALLAR
Bu gün, 12:58 |
|
|
|
• “Rusiya bu durumu bizimlə yox, ABŞ və Ermənistanla çözməyə çalışmalıdır...”
Bu gün, 12:53 |
|
|
|
• Elm və Təhsil Nazirliyi təhsil müəssisələri üçün odun alır – 264 min xərclənəcək
Bu gün, 12:52 |
|
|
|
• Moskva Azərbaycan-Ermənistan sülh sazişinə mane ola bilərmi? - “Middle East Eye”
Bu gün, 12:50 |
|
|
|
• Şimal-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:47 |
|
|
|
• “Sobsan” şirkəti ölkədən pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 12:44 |
|
|
|
• Fəzail Ağamalı sədr postunu qızına təhvil verir - AÇIQLAMA
Bu gün, 12:43 |
|
|
|
• Trampın yarpızı və İran yuvası - Ədalət Verdiyevin şərhi
Bu gün, 12:41 |
|
|
|
• Trampdan Putinə təcili Qafqaz mesajı – “Bunu Azərbaycan bacardı”
Bu gün, 12:34 |
|
|
|
• Petrosyandan Zəngəzur açıqlaması: -İran məni çaşdırdı
Bu gün, 12:31 |
|
|
|
• Klassik sülh müqaviləsi mümkün deyil - RƏY
Bu gün, 12:30 |
|
|
|
• Rusiya ilə hava atəşkəsini müzakirə etməyə hazırıq - Ukrayna PA
Bu gün, 12:27 |
|
|
|
• “Sea Breeze” MMC-nin vergi borcu var
Bu gün, 12:24 |
|
|
|
• Əməyin mühafizəsi qayda tədbirlərinin maliyyələşdirilməsi... - Ekspert danışır...
Bu gün, 12:21 |
|
|
|
• Zamin hansı halda ödənişi etməyə bilər? - AKTUAL
Bu gün, 12:16 |
|
|
|
• “1 saata ölməsən, yenə vuracam” - 27 yaşlı Aynur 11 il həbsdə qalacaq...
Bu gün, 11:55 |
|
|
|
• Kollecdə qalmaqal - Direktor hüquqşünası məhkəməyə verdi
Bu gün, 11:51 |
|
|
|
• Həkim 73 yaşlı qadına “ölürsə, ölsün” deyib? - TƏFƏRRÜAT
Bu gün, 11:50 |
|
|
|
• Zaur Mikayılov 10 ayda “T.T.Ş.-İnşaat” MMC-yə 127 milyon manatlıq tender verdi – Daimi müştərisidi
Bu gün, 11:43 |
|
|
|
• Ermənistan konstitusiyasını dəyişəcək - Tarixlər AÇIQLANDI
Bu gün, 11:37 |
|
|
|
• Aytən Səfərovanın qəzasında ölən gəncin qardaşı nələr yazdı? - FOTO
Bu gün, 11:34 |
|
|
|
• Bakı və Vaşinqton: praqmatizmdən strateji zərurətə doğru - İNCƏLƏMƏ
Bu gün, 11:30 |
|
|
|
• Laçında qardaşı tərəfindən öldürülən müğənni vəzifəli şəxs imiş - TƏFƏRRÜAT
Bu gün, 11:26 |
|
|
|
• Cəmil Ünal da Bakıya qarşı çıxdı - Nəyi anlamır?
Bu gün, 11:24 |
|
|
|
|