Azercell SABAH Karyera Qış Məktəbi layihəsində Qubada təlimlər təşkil edib - FOTO
Tarix: 21-02-2018, 17:25 |
Çap et
DİA.AZ: - Azercell Telekom MMC ölkəmizdə təhsilin və tələbələrin inkişafına dəstəyini davam etdirir. Şirkət əməkdaşları II dəfə təşkil olunan SABAH Karyera Qış Məktəbi layihəsində Qubada tələbələrə təlimlər keçiblər. Qeyd edək ki, tədbirdən əvvəl təlimçilər Təhsil Nazirliyində nazir müavinin qəbulunda olublar. 100-ə yaxın tələbənin iştirak etdiyi Qış Məktəbində Azercell şirkətinin peşəkar təmsilçiləri Vahida Orucova, Sevinc Teymurova və Ceyhun Suleymanov karyera planlaması, CV və rezume yazılışı, müsahibəyə hazırlıq, təqdimat bacarıqları mövzsunda bilik və təcrübələrini tələbələrlə bölüşüblər.
DİA.AZ xəbər verir ki, iki gün davam edən təlimin sonunda iştirakçılara sertifikatlar verilib. Təlimlərin keçirilməsində məqsəd sonuncu kursda təhsil alan SABAH tələbələrinə uğurlu karyera başlanğıcı üçün lazım olan bacarıqları aşılamaqdır.
Qeyd edək ki, Azercell-in SABAH qrupları ilə geniş əməkdaşlığı var. Ötən il ilk dəfə təşkil olunan SABAH Karyera Qış Məktəbi layihəsində də Azercell təmsilçiləri iştirak ediblər. Bundan əlavə Azercellin Tələbə Təqaüd proqramı çərçivəsində Bakı şəhəri üzrə elan olunmuş yerlərin 50%-i Sabah Qruplarına ayrılıb. Barama İnnovasiya və Sahibkarlıq mərkəzi ilə əməkdaşlıq nəticəsində 6 ay müddətində davam edən inkubasiya proqramına seçilən 5 komandadan biri məhz SABAH qruplarının tələbələri olub. 2017-ci ildə SABAH qrupları tələbələri üçün Azercell Plazada tanışlıq səfəri təşkil edilib, onlar üçün “GSM Texnologiyası ilə tanışlıq”, “Məhsulların idarə olunması”, “Öz Brendini Yarat”movzularında qısa sessiyalar keçirilib