“MTN işi” məhkəməsində general Elçin Quliyevlə zərərçəkmiş arasında mübahisə yaranıb - "Gedib kiməsə deməli idi ki, mən 300 min manat pul almışam?"
Tarix: 21-07-2017, 12:38 | Çap et
 Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə Xəzər rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Ələkbər Heydərovun epizodu üzrə ləğv edilmiş MTN-in Antiterror mərkəzinin sabiq əməkdaşı Fuad Fətəliyev ifadə verib. O, deyib ki, bütün qərarları mərhum MTN polkovniki İlqar Əliyev qəbul edib: "Mən sadəcə, əmrləri yerinə yetirmişəm. Ələkbər Heydərovun saxta sənədlər verməsi ilə bağlı həbs olunması əməliyyatının istintaqını aparmışam. Mən yalnız Ələkbər Heydərovdan izahat almışam və onu sonra buraxmışıq. Ancaq sonradan Ələkbər Heydərovdan İlqar Əliyevin pul aldığını eşitmişəm. Ancaq bu barədə dəqiq məlumatım yoxdur". Zərərçəkmiş Ə. Əliyev isə buna etiraz edib və şahidi tanımadığını, ondan bu şəxsin izahat almadığını deyib. Bu zaman təqsirləndirilən E. Quliyev zərərçəkmişə etiraz edərək, Ə. Heydərovdan 300 min manat alınması ilə bağlı söhbətlərin İlqar Əliyev tərəfindən yayılmasının inandırıcı olmadığını deyib: "Təsəvvür edin, İlqar Əliyev pul alıb. Gedib kiməsə deməli idi ki, mən 300 min manat pul almışam? Axı bu məntiqsizdir. Digər tərəfdən zərərçəkmişdən pulu mən almamışam. Mənə bu epizod üzrə niyə ittiham verilib?". Zərərçəkmiş Ə. Heydərov da E. Quliyev adını çəkmədiyini deyib. E. Quliyev isə cavabında zərərçəkmişə "bəs onda mən niyə burda oturmuşam, təqsirim nədir?" sualını verib. Zərərçəkmiş isə E. Quliyevə pul vermədiyini deyib və bu zaman onlar arasında mübahisə yaranıb. Hakim prosesə müdaxilə etdiyinə görə E. Quliyevə xəbərdarlıq edib. Qeyd edək ki, Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. Daha sonra MTN-lə bağlı aparılan istintaq zamanı o tutduğu vəzifədən azad edilərək nazirliyin Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib. Ondan sonra isə şübhəli şəxs qismində saxlanılaraq həbs edilib. Elçin Quliyevə Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “Doyaruşka” yağlarından görün nə çıxdı – Foto
Bu gün, 10:58 |
|
|
|
| • Naxçıvan Təhsil Nazirliyində QOÇULAR PEYDA OLUB... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:54 |
|
|
|
| • "Prezidentin sözü inkişafa, nazirin sözü tənəzzülə hesablanıb" - ETİRAZ
Bu gün, 10:46 |
|
|
|
| • Məhkəməyə ən çox şikayət edilən dövlət qurumları - AÇIQLANDI
Bu gün, 10:41 |
|
|
|
| • “Tik-tok”da canlı yayımda söyüş söyən 38 yaşlı kişi cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 10:34 |
|
|
|
| • ADSEA-nın şirkəti avtomobil parkını genişləndirir - milyonluq alqı-satqı
Bu gün, 10:30 |
|
|
|
| • Kiyevdəki səfirliyimiz qəsdən vurulur - BU, FAKTDIR...
Bu gün, 10:28 |
|
|
|
| • Bu türk ölkəsi “İbrahim Sazişləri”nə qoşuldu, sıra Azərbaycanda - GƏLİŞMƏ
Bu gün, 10:26 |
|
|
|
| • Yeni açılan iş yerlərinin 78%-i Bakının payına düşüb – 6 rayonda iş yeri açılmayıb
Bu gün, 10:22 |
|
|
|
| • “5 + 1" formatında açar ölkə - Zəngəzur dəhlizi tezləşir?
Bu gün, 10:15 |
|
|
|
| • AZAL 20-dən çox beynəlxalq istiqamət üzrə reyslərin tezliyini artırır - DİQQƏT...
Bu gün, 10:05 |
|
|
|
| • Tezliklə Azərbaycan C5+1 platformasına qoşulacaq - Amerikalı ekspert
Bu gün, 10:03 |
|
|
|
| • Paşinyan Səfəvilərə aid "Qırmızı körpü"nün yeni açılışında iştirak etdi... - FOTO, VİDEO
Bu gün, 09:53 |
|
|
|
| • Kişi ondan icazəsiz toy məclisinə gedən arvadını döydü - MƏHKƏMƏ
Bu gün, 09:48 |
|
|
|
| • Rövşən Nəcəfin imzası altında MAAŞ ARTIMI SAXTAKARLIĞI... - BUNU İZAH EDƏN OLACAQMI?
Bu gün, 09:42 |
|
|
|
| • “Neftçilər”də milyonluq binalar inşa edən icra başçısına yaxın 10 manatlıq şirkət vergi borcunu ödəmir
Bu gün, 09:37 |
|
|
|
| • 70 kq qızılla tutulan diplomatımız hakim qarşısında - TƏFƏRRÜAT
Bu gün, 09:29 |
|
|
|
| • Zirəddindən qorxulu müharibə proqnozu - "Yaşadığımız ərazi də..."
Bu gün, 09:20 |
|
|
|
| • Dövlət Komitəsinin sədr müavininə ağır itki üz verib
Bu gün, 09:15 |
|
|
|
| • Türkiyə-Ermənistan sərhədinin açılması regional əməkdaşlıq üçün unikal şansdır - ONA GÖRƏ DƏ...
Bu gün, 09:12 |
|
|
|
| • “Sabunçu Bazarı” ASC-nin rəhbərliyi seçiləcək - TOPLANTI
Bu gün, 09:08 |
|
|
|
| • "Azərbaycanla və Türkiyə ilə düşmənçilik etmək yox, dostluq etmək lazımdır" - deputat
Bu gün, 09:06 |
|
|
|
| • "Azərbaycanla və Türkiyə ilə düşmənçilik etmək yox, dostluq etmək lazımdır" - deputat
Bu gün, 09:00 |
|
|
|
| • Kapitan həbsdən məktub göndərdi: Generala ağır ittihamlar - TƏFƏRRÜAT
Bu gün, 08:52 |
|
|
|
| • Binəqədi Tibb Mərkəzində xaos yaşanır - GİLEY
Bu gün, 08:48 |
|
|
|
| • Təyyarəmizi vurdular... səfirliyimizi bombaladılar... - İNDİ DƏ...
Bu gün, 08:46 |
|
|
|
| • Milli Mətbuatın məzarı başında şərqi deyənlər... - MALƏSƏF...
Bu gün, 07:39 |
|
|
|
| • Əməkdar artist Yadigar Muradov vəfat edib
Bu gün, 07:32 |
|
|
|
| • Maduro ABŞ administrasiyası ilə dialoqa hazır olduğunu təsdiqləyib - "Venezolana de Televisión"
Bu gün, 07:18 |
|
|
|
| • AQTA-nın bundan yəqin ki, xəbəri yoxdur... - FOTOFAKT
Bu gün, 07:14 |
|
|
|
| • Kadrları da özü kimi işləyirdi... - yəni YARITMAZ...
Bu gün, 07:03 |
|
|
|
| • İmişli icra hakimiyyətində NƏ BAŞ VERİR? - Məmur vətəndaşı TƏHDİD EDİR...
Bu gün, 06:51 |
|
|
|
| • Nizami rayonunun 'ƏZRAYILI': CƏBRAYILOV... - Kim... harda... nəyi... necə istəyirsə, edir!
Bu gün, 06:44 |
|
|
|
| • Valeh Qaraşovun müqavilə bağladığı 18 günlük MMC kimə məxsusdur – Xanım sahibkara, yoxsa…
Bu gün, 06:40 |
|
|
|
| • Böyük məramlar və xırda maraqlar - İNCƏLƏMƏ
Bu gün, 06:35 |
|
|
|
| • Emin Əmrullayev pis-yaxşı, illərdir oturuşmuş sistemi çökdürdü - FAKT BUDUR!
Bu gün, 06:28 |
|
|
|
| • DGK Maliyyə Nazirliyinə birləşdirilir - Gömrük Xidməti yaradılacaq
Bu gün, 06:23 |
|
|
|
| • Peşə Təhsili üzrə Dövlət Agentliyi: Yenə də yarıtmazlıq... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:21 |
|
|
|
| • "Bu görüş xüsusi əhəmiyyət daşıyır..." - ONA GÖRƏ DƏ...
Bu gün, 06:15 |
|
|
|
| • Tehran rejimi türk mənşəli toponimləri farslaşdırır - NƏ ETMƏLİ?
Bu gün, 06:09 |
|
|
|
| • Ermənistanın “Göyçə isteriyası” - Bakı tarixi adı çəkdi, İrəvan dəstə-dəstə mif uydurdu
Bu gün, 06:03 |
|
|
|
| • ABŞ-ın dünyada ən güclü ordusu var - Tramp
Bu gün, 05:58 |
|
|
|
| • Bakıdan Avropaya ötürülən “donos”lar - Xaricdəki blogerlərə Bakıdan sifariş gedir...
Dünən, 22:23 |
|
|
|
| • "Uşaqlıqdan demokratik mühitdə böyümüşəm"
Dünən, 22:15 |
|
|
|
| • Bakıda lüks həyat, milyonluq mülklər, surroqat ana, əcnəbi dayələr... - TƏFƏRRÜAT
Dünən, 22:14 |
|
|
|
| • "Mən onlara deyirdim ki, Ramiz Mehdiyev heç vaxt Azərbaycan prezidenti olmayacaq" - SİRRLƏR AÇILIR...
Dünən, 22:11 |
|
|
|
| • Azərbaycanda eyni şəxsin 5 şirkəti bağlanır
Dünən, 17:53 |
|
|
|
| • “Aygün Bəylər də kişi paltarı geyinirdi, heç ona deyən vardı ki, niyə geyinirsən?!” - deputat
Dünən, 17:48 |
|
|
|
| • Universitet heyvanlar üçün 56 min manatlıq yem alır
Dünən, 17:46 |
|
|
|
| • 44 günlük Vətən müharibəsinin iştirakçısı Ukraynadakı döyüşlərdə öldü
Dünən, 17:42 |
|
|
|
|