Hafiz Hacıyevdən əməkhaqqı ilə bağlı məsələyə SƏRT REAKSİYA .....                     Azərbaycan suverenliyinin qələbəsi .....                     "Bakubus" 87 milyon manata 160 eletrik avtobusu aldı .....                     Birinə SOCAR-da, birinə nazirlikdə vəzifə söz verdi - Bakıda külli miqdarda DƏLƏDUZLUQ .....                     Ali Məhkəmənin hakimi Tahir Kazımov təqaüdə yola salınıb .....                     Bu da RUS MUNDARLIĞI... .....                     Minsk prosesinin bağlanması ilə bağlı qərarın icrasına başlanılıb .....                     Özü və xanımı yenidən tələbə oldu .....                     "İşimin başındayam, narahat olmayın" .....                     Separatçılara qucaq açan Fransa - Makron hökumətinin təxribatları bitmir .....                     “Veysəloğlu Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir .....                     Cəlilabadda məktəblinin öldürülməsinin təfərrüatları məlum olub .....                     Ermənistan qadınlardan ibarət ordu qurur .....                     Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satır? .....                     Dövlət qurumu 200 milyon manatlıq ərazi alır .....                     Əməliyyata gülə-gülə girən qadın iflic oldu .....                     Keçmiş qondarma rəhbər imzasını danır .....                     Təcavüzün cəzası NƏDİR .....                     "Onlar satqın, milli qeyrətini pula dəyişənlərdir" .....                     Zaqatalada BASQIN: 58 yaşlı kişini bağında döydülər .....                     Nazirlik Nigar Köçərlinin kitablarını müsadirə edib? .....                     Azərbaycanda korrupsionerlərin “qara günləri” başlayır .....                     Rusiya İstintaq Komitəsi Solovyovun daşınmaz əmlakları ilə bağlı araşdırma aparır .....                     “Kitablarımı qaytarmırlar” .....                     Maliyyə Nazirliyinin işçiləri gecələr niyə yatmırlar? .....                     "Belə arvadı ər çırpmasın, nə etsin?" .....                     Belarusun Polşaya uçan dronlarla heç bir əlaqəsi yoxdur .....                     Əli Həsənov Moskvadan gələn milyonları necə XƏRCLƏYİB? .....                     “FSB” generalı bütün Ermənistanda qələbə qazanacaqlarını söylədi... .....                     Kadırovun oğlunun yarım milyon dollarlıq saatı gündəm oldu .....                     "Mən öz kostyumumla gedib filmə çəkiləcəyəmsə, nə edirəm o filmi?" .....                     Naxçıvanda işsizlərin sayı 2 dəfədən çox artıb .....                     Orxan Mürsəlovun “PERİ CONSTRUCTİON” MMC-yə verdiyi yarım milyonun aqibəti necə olacaq .....                     Tanınmış idmançı vəkilinin pulunu vermədi: Məhkəmədə uduzdu... .....                     Zakir Qaralov uzun müddət sonra göründü .....                     Naxçıvandan gələn `LƏZZƏTLİ TƏHLÜKƏ`... .....                     “Məğlub edilməmiş Rusiya” İMİCİ .....                     Erməni diasporu ilə Ermənistanın qonşu ölkələrlə münasibətləri müzakirə olundu .....                     Ermənilər Xankəndidə terror planlaşdıran Karen haqda görün nələr yazdı .....                     Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna direktor təyin olunub .....                 

Əvəz Qocayev işçilərə RACON KƏSİB... - İLGİNC İDDİALAR...
Tarix: 11-11-2021, 11:56 | Çap et
Əvəz Qocayev işçilərə RACON KƏSİB...
“Azəravtoyol” ASC sədrinin birinci müavini Əvəz Qocayevin qurumda çalışanların maaşının 15%-ni mənimsədiyi iddia olunur. Bu barədə redaksiyamıza daxil olan məlumada bildirilir.
Qeyd edək ki, son 10-15 ildə Azərbaycan dövlətinin ən çox sərmayə qoyduğu və vəsait ayıtdığı sahə yolların tikintisi və təmiridir. Mətbuatdan izlədiyimiz kimi, demək olar ki, hər həftə ölkə prezidenti İlham Əliyev Azərbaycanın müxtəlif bölgələrində yol çəkilməsi üçün milyonlarla manat vəsait ayırır. Eyni zamanda azad edilmiş Qarabağda da ilk olaraq yolların yenidən qurulmasına və yaxud da yeni yolların qurulmasına start verildiyi də bir faktdır.
Bu vəsaitlər bir qayda olaraq “Azəravtoyol” ASC-nin ixtiyarına verilir və ASC bu vəsaitlərin sərf olunmasına görə də məsuliyyət daşıyır. Prezidentin vəsait ayırdığı yollar çəkilməsinə çəkilir, lakin nə sirdisə həmin yollar bir neçə ildən, hətta bir neçə aydan sonra dağılır. Belə faktlar isə onlarla, hətta yüzlərlədir.
Yolların belə tez zamanda, daha doğrusu isə istismara verilən kimi dağılmasının isə bir səbəbi var. Yola ayrılan vəsaitlərin ayrı-yarı məmurlar tərəfindən mənimsənilməsi. Yəni Azərbaycan reallığından çıxış edərək tam dəqiqliklə söyləmək olar ki, ayrılan vəsaitin ancaq 1/3 hissəsi həmin yola sərf olunur. Yerdə qalan 2/3 hissəsi isə məmurlar üçün müxtəlif biznes obyektinə, daşınmaz əmlaka çevrilir. Təbii ki, bu daşınmaz obyektlər və biznes obyektləri məmurların yaxın qohumlarının adlarına sənədləşdirilir. Yoxsa necə olur ki, Azərbaycanda irili-xırdalı bütün məmurların qohum-qardaşı, övladları və xanımları iş adamı olur. Yəni bu gün məmur qohumu olmayan iş adamını tapmaq, samanlıqda iynə axtarmaq qədər çətindir.
Azərbaycan yollarına ayrılan dövlət vəsaitləri üzərində özünə topdağıtmaz biznes imperiyasına və saysız mülklərə sahib olan oliqarx yol məmurlarından biri də “Azəravtoyol”ASC sədrinin birinci müavini Əvəz Qocayevdir. Əldə etdiyimiz məlumata görə Saleh Məmmədovun birinci müavini hər ay dövlət büdcəsindən bir neçə yüz min manat gəlir əldə edir. (Saleh Məmmədovun özünün nə qədər gəlir əldə etməsini isə bir Allah bilir). Lakin Əvəz Qocayev haqqında MilliYol-a daxil bir məlumat bizi doğurdan çaşdırdı. Bir neçə yerdən dəqiqləşdirmə apardıq və məlum oldu ki, iddialar həqiqəti əks etdirir.
Əldə etdiyimiz məlumata görə “Azəravtoyol” ASC-nin işçilərinin hər ay maaaşlarının 15%-i qeyri-qanuni olaraq tutulur. Redaksiyamıza rayonların birindən daxil olan şikayətdə bildirilirdi ki, Yol İstismar İdarələrin işçilərinin maaşından hər ay 15% faiz tutulur. İdarə müdiri isə bunu belə əsaslandırır ki, pulu ASC sədrinin birinci müavini Əvəz Qocayevin tapşırığına əsasən tutur. Araşdırmamaız zamanı məlum oldu ki, demək olar ki, bu vəziyyət bütün ölkə üzrə belədir.
Məlumata görə Əvəz Qocayev bütün idarə müdirlərindən tələb edir ki, işçilərin maaşlarından 15% tutub nəqd şəkildə ona versinlər. Buna etiraz edənləri isə ASC sədrinin birinci müavini ştataların ləğv olunması, ixtisarlarla və maaşların azaldılması ilə təhdid edir. Yəni görə “Azəravtoyol” ASC sədrinin birinci müavini vəzifə açıq aşkar səlahiyyətlərindən qanunsuz şəkildə sui-istifadə edir və bu zaman qarşı tərəfə seçim etmək imkanı belə tanımır. Çünki Əvəz Qocayevin təklifini rədd eləmək elə həmin təklif qədər, bəlkə də daha çox ziyana düşmək anlamına gəlir. Yəqin ki, məşhur filmdə deyildiyi kimi, “geri çevriləməyəcək təklif” elə belə olur.
Qeyd edək ki, mətbuatda Əvəz Qocayevin mal və sərvətinin bir hissəsi dərc olunub. Həmin məlumatlardan da görünür ki, Əvəz Qocayev aldığı maaşla həmin mal və sərvətin 10%-ni belə 100 ilə əldə edə bilməz. O zaman Əvəz Qocayevin bu sərvəti hardandır? Mənbəyini açıqlaya bilərmi? İşçilərinin maaşlarından tutduğu 15% faiz olmasın? Ya da istismara verilən kimi dağılan yollar?
Qeyd etdiyimiz məlumatlara istinadən Əvəz Qocayevə məxsus əmlakların kiçik bir hissəsini oxucularımıza təqdim edirik:

Binəqədi rayonu Cəfər Xəndan küçəsi 28, mənzil 23 ünvanında sahəsi 155 kv.m olan 4 otaqlı mənzil;
“Oba” MTK-da sahəsi 120 kv.m olan “NN” Gözəllik salonu, həmin salonun içinə 70000 manat dəyərində avadanlıq;
“Oba” MTK-da sahəsi 180 kv.m olan 4 otaqlı mənzil,Varovski qəsəbəsində 6 sot torpağın icində 3 mərtəbə villa;
“Star-M” MTK-da ümumi sahəsi 320 kv.m olan 7 otaqlı iki mənzil;
“Real” MTK-da 4 otaqlı sahəsi 185 kv.m olan mənzil;
“Yeni Həyat” MTK Port Bakunun üstündə sahəsi 130 kv.m olan 3 otaqlı mənzil;
Novxanıda bağ evi, (evin əşyaları 250000 manat);
Novxanıda bağ evi, (evin əşyaları 400000 manat)dəyərində;
“Real” MTK-də 380 kv.m olan ofis (ofisin içinə alınmış avadanlıq 60000 manat);
“S klass -20R Mersedes” markalı, 10-RX-050 dövlət qeydiyyat nişanlı avtomaşın və “Karavella Volsvagen” markalı, 90-NN-400 dövlət qeydiyyat nişanlı avtomaşın…
Bir daha qeyd edirik ki, söyləntilərə görə bütün bunlar Əvəz Qocayevin sərvətinin ancaq cüzi hissəsidir.

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hafiz Hacıyevdən əməkhaqqı ilə bağlı məsələyə SƏRT REAKSİYA - “Min manat nə puldur ki...”
Bu gün, 19:26
Azərbaycan suverenliyinin qələbəsi - İNCƏLƏMƏ
Bu gün, 19:21
"Bakubus" 87 milyon manata 160 eletrik avtobusu aldı - QALİB ŞİRKƏT
Bu gün, 17:42
Birinə SOCAR-da, birinə nazirlikdə vəzifə söz verdi - Bakıda külli miqdarda DƏLƏDUZLUQ - TƏFƏRRÜAT
Bu gün, 17:35
Ali Məhkəmənin hakimi Tahir Kazımov təqaüdə yola salınıb
Bu gün, 17:29
Bu da RUS MUNDARLIĞI... - VİDEO
Bu gün, 17:26
Minsk prosesinin bağlanması ilə bağlı qərarın icrasına başlanılıb - ATƏT rəsmisi
Bu gün, 17:21
Özü və xanımı yenidən tələbə oldu
Bu gün, 17:19
"İşimin başındayam, narahat olmayın" - ETİRAZ
Bu gün, 17:11
Separatçılara qucaq açan Fransa - Makron hökumətinin təxribatları bitmir - GƏLİŞMƏ
Bu gün, 17:09
“Veysəloğlu Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir - “Xoşbəxtlik Çantası” layihəsinin növbəti mərhələsi baş tutdu
Bu gün, 17:06
Cəlilabadda məktəblinin öldürülməsinin təfərrüatları məlum olub - YENİLƏNDİ
Bu gün, 17:01
Ermənistan qadınlardan ibarət ordu qurur
Bu gün, 16:48
Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satır? – Tam siyahı
Bu gün, 16:28
Dövlət qurumu 200 milyon manatlıq ərazi alır - DETALLAR
Bu gün, 16:26
Əməliyyata gülə-gülə girən qadın iflic oldu - VİDEO
Bu gün, 16:20
Keçmiş qondarma rəhbər imzasını danır – Şahramanyan dərsliklə dava edir
Bu gün, 16:16
Təcavüzün cəzası NƏDİR – Zorakılıq, ya hüquq?
Bu gün, 16:01
"Onlar satqın, milli qeyrətini pula dəyişənlərdir" - Zərdüşt Əlizadə
Bu gün, 15:58
Zaqatalada BASQIN: 58 yaşlı kişini bağında döydülər - TƏFƏRRÜAT
Bu gün, 15:54
Nazirlik Nigar Köçərlinin kitablarını müsadirə edib? - Rəsmi açıqlama
Bu gün, 15:49
Azərbaycanda korrupsionerlərin “qara günləri” başlayır – Oğurladıqlarını əllərindən belə alacaqlar
Bu gün, 15:45
Rusiya İstintaq Komitəsi Solovyovun daşınmaz əmlakları ilə bağlı araşdırma aparır - "Razvedçik"
Bu gün, 13:35
“Kitablarımı qaytarmırlar” - Nigar Köçərli
Bu gün, 13:19
Maliyyə Nazirliyinin işçiləri gecələr niyə yatmırlar? - TƏFƏRRÜAT
Bu gün, 13:06
"Belə arvadı ər çırpmasın, nə etsin?" - Fatimənin əri haqqında iddia
Bu gün, 13:03
Belarusun Polşaya uçan dronlarla heç bir əlaqəsi yoxdur - Lukaşenko
Bu gün, 13:01
Əli Həsənov Moskvadan gələn milyonları necə XƏRCLƏYİB? - Azərbaycandakı Kreml KÖLGƏSİ
Bu gün, 12:44
“FSB” generalı bütün Ermənistanda qələbə qazanacaqlarını söylədi... - FOTO
Bu gün, 12:41
Kadırovun oğlunun yarım milyon dollarlıq saatı gündəm oldu
Bu gün, 12:31
"Mən öz kostyumumla gedib filmə çəkiləcəyəmsə, nə edirəm o filmi?"
Bu gün, 12:25
Naxçıvanda işsizlərin sayı 2 dəfədən çox artıb - RƏQƏMLƏR
Bu gün, 12:07
Orxan Mürsəlovun “PERİ CONSTRUCTİON” MMC-yə verdiyi yarım milyonun aqibəti necə olacaq - İLGİNC İDDİALAR
Bu gün, 11:58
Tanınmış idmançı vəkilinin pulunu vermədi: Məhkəmədə uduzdu... - TƏFƏRRÜAT
Bu gün, 11:52
Zakir Qaralov uzun müddət sonra göründü - FOTOLAR
Bu gün, 11:50
Naxçıvandan gələn `LƏZZƏTLİ TƏHLÜKƏ`... - GİLEY
Bu gün, 11:39
“Məğlub edilməmiş Rusiya” İMİCİ - “Zapad” təlimlərinin strateji MAHİYYƏTİ
Bu gün, 11:22
Erməni diasporu ilə Ermənistanın qonşu ölkələrlə münasibətləri müzakirə olundu
Bu gün, 11:20
Ermənilər Xankəndidə terror planlaşdıran Karen haqda görün nələr yazdı – DETALLAR
Bu gün, 11:07
Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna direktor təyin olunub - ƏMR
Bu gün, 11:06
Paşinyan xalqdan legitimlik dəstəyi istəyir - ŞƏRH
Bu gün, 11:03
Azərbaycanda tanınmış siqaret istehsalçıları birləşir - DETALLAR
Bu gün, 11:00
Türkiyənin İnterpola verdiyi qatil Azərbaycanda saxlanıldı
Bu gün, 10:52
Naxçıvan Məclisinin deputatı xadiməyə qarşı İDDİA QALDIRIB
Bu gün, 10:36
Səhiyyə Nazirliyinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib - TƏFƏRRÜAT
Bu gün, 10:28
Baş Prokurorluq Əvəz Zeynallının telefonlarını və diktafonunu qaytarıb
Bu gün, 10:26
“Xankəndində terrora cəhd edən erməniyə təşəkkür düşür. Çünki...” - Siyasətçidən gözlənilməz açıqlama...
Bu gün, 10:22
Bu qürurun başlanğıcı tarixi Zəfərdir - MƏQALƏ
Bu gün, 10:17
20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür - İsrafil Kərimovun yazısı
Bu gün, 10:15
Cəzası ağırlaşdırılan kriminal avtoritet yenidən məhkəməyə müraciət etdi - TƏFƏRRÜAT
Bu gün, 10:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru