Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır .....                     Gəncədə Prezident sərəncamı niyə icra olunmur? .....                     Parisdən Azərbaycana böyük pislik .....                     Həmkarsız qalan SOCAR işçiləri... .....                     Ramiz Mehdiyev və Rəqsanə AYRICALIĞI... .....                     Qəzetlərin dəfninə niyə belə tələsirik ki?.. .....                     Virtual təhlükəsizlik məsələsi... .....                     "Kapital Bank"ın kartından 7 min manat yoxa çıxdı .....                     Endirim arxasındakı təhlükə: Vaxtı keçmiş məhsulların gizli satışı .....                     ADSEA Zaur Mikayılovun DƏDƏ MALIDIR .....                     Qalmaqallı kolleclə bağlı daha bir iddia .....                     Talıbovların keçmiş ortağı Dövlət Agentliyinə 60 min manatlıq qum-qırmadaş satacaq .....                     İran Xəzərin hüquqi statusu haqqında konvensiyanı ratifikasiya etməyib .....                     Trampın sanksiya zərbəsi Rusiya nəhəngini Azərbaycanı da tərk etməyə məcbur edib .....                     Rəqsanənin borclu olduğu şəxs danışdı .....                     2026-cı il üçün “vahiməli ssenari” .....                     ABŞ-Çin yaxınlaşması Kremlə təzyiqi artırır .....                     "33 yaşım var, 25 yaşlı oğlana ərə getmək istəyirəm" .....                     Elm və Təhsil Nazirliyi “Bestcomp Group” şirkəti ilə 2,1 milyonluq alqı-satqı müqaviləsi bağlayıb .....                     Əli kəsilmiş Xaçmaz sakini ona əlilliyin təyin olunmadığını iddia edir .....                     Ermənistan Rusiyanın bu qətnamə layihəsinin lehinə səs verdi .....                     TRAMP YOLU planı olan dövlətin QURU SƏRHƏDLƏRİ bağlı olmamalıdır... .....                     ABŞ və Rusiya tezliklə Ukrayna ilə bağlı çərçivə sazişini razılaşdıra bilər .....                     Ərdoğan Zelenski ilə görüşüb .....                     Əməkdar artist Vilayət Eyvazova müraciət ünvanladı .....                     Şirkətlər sakinləri aldadır: Köhnə ənənə yenə “dəbə” düşüb .....                     "Əsəbi adamam, fikrimi cəmləşdirə bilmirəm" .....                     Sülh prosesinin uğuru Ermənistanın konstitusiya dəyişikliklərinə birbaşa bağlıdır .....                     Fəzail və Elçin Ağamalının danışıqları uğursuz oldu .....                     Polşada dəmir yolu təxribatında bütün faktlar Rusiya izinə işarə edir .....                     Kamran Əliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib .....                     Paşinyan resurs əldə etmək üçün Qazaxıstana gedir .....                     Adil Əliyevin idarə etdiyi Suraxanı: yolqıraqları satışda, yollar bərbad .....                     “Rusiya Türkiyə-Ermənistan sərhədinin açılmasına mane ola bilməyəcək...” .....                     Rüşvət almaqda təqsirləndirilən hərbi komissar və işçilərinə hökm oxunub .....                     Deputata məxsus olduğu iddia edilən mal bazarında QANUNSUZ TİKİNTİ davam edir .....                     TRIPP layihəsi regionu olduqca cəlbedici logistik mərkəzə çevirəcək .....                     "19 min ödədim, maşınımı xəbərsiz satdılar" .....                     “Təhsildəki real problemləri gizlətmək düzgün deyil” .....                     AZAL və “Viasat” təyyarələrin yüksəksürətli internetlə təchiz edilməsinə dair saziş imzalayıb .....                 

Şərqin İsveçrəsi - Azərbaycan “iki od” arasında - Gəlişmə
Tarix: 31-05-2017, 09:01 | Çap et
Şərqin İsveçrəsi - Azərbaycan “iki od” arasında
Cənub qonşumuz İranla Azərbaycanın strateji tərəfdaşı Səudiyyə Ərəbistanı arasında münasibətlər gərgin olaraq qalır. Bu gərginliyin kökündə yalnız ötənilki Həcc ziyarəti zamanı Məkkədə baş vermiş qəzada yüzlərlə iranlı zəvvarın ölməsi faktı durmur, həm də və daha çox böhranlı Yaxın Şərq, Suriya (Bəşər Əsəd) məsələsində bu iki ölkənin toqquşan maraqları dayanır.

Bu da iki isti fakt: ötən həftə Səudiyyə Ərəbistanında ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə keçirilmiş İslam sammitinə İran dəvət olunmadı. Azərbaycanın da qatıldığı həmin zirvə görüşü çərçivəsində “İslam NATO-su” ideyası da müzakirə predmeti oldu. Şəksiz ki, bu, həm də İran əleyhinə bir layihə kimi qiymətləndirilir. Həm “İslam ordusu” ideyası, həm də cənub qonşumuzun sammitə dəvət olunmamasının nəticəsi idi ki, toplantıdan bir gün sonra İranın Ali dini lideri, ayətullah Əli Xomeneyi Səudiyyə Ərəbistanı rəhbərliyi haqda sərt, bir qədər də təhqiramiz ifadələr işlətdi.

*****

Rəsmi Bakı, şübhəsiz ki, Ər-Riyadla Tehran arasında münasibətlərin belə kritik xarakterinin fərqindədir. Təbii ki, Azərbaycan bütün hallarda öz böyük qonşusu ilə normal münasibətlər saxlamaq zorundadır və buna həmişə çalışır da. Ələlxüsus İranla iqtisadi əlaqələrin inkişafına məxsusi diqqət yetirilir.

Bunun ən bariz təzahürü kimi Azərbaycan, İran və Rusiya arasında “Şimal-Cənub” nəqliyyat dəhlizi haqda ötən ilin yayında üç prezident səviyyəsində əldə olunan anlaşma sayıla bilər. Anlaşma uğurla həyata keçməkdədir və gələn ay - iyunda İran, Rusiya və Azərbaycan prezidentləri Tehranda bir araya gələrək, imzalanan sənədlərin yerinə yetirilməsinin gedişini bir daha müzakirə edəcəklər.

Sözsüz ki, Bakı-Tehran münasibətlərinin normalda qalması İranın da marağındadır. Qarşılıqlı əlaqələrin inkişafına verilən önəm isə mayın 29-da Azərbaycan prezidenti İlham Əliyevin iranlı həmkarı Həsən Ruhaniyə etdiyi telefonla zəng ilə növbəti dəfə öz təsdiqini tapmış oldu.

*****

Xəbər verildiyi kimi, İlham Əliyev Ruhaninin yenidən prezident seçilməsi və müqəddəs Ramazan ayı ilə əlaqədar İran prezidenti və xalqına təbriklərini çatdırıb, ona prezidentlik fəaliyyətində uğurlar, İran xalqına firavanlıq və inkişaf arzularını ifadə edib.

Öz növbəsində Ruhani göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib, müqəddəs Ramazan ayı və 28 may - Respublika günü münasibətilə Azərbaycanın dövlət başçısını və xalqını təbrik edib, xalqımıza firavanlıq diləklərini çatdırıb (28-may - istiqlalımızla bağlı tarix olduğu üçün Ruhaninin ilk dəfədir etdiyi bu jest xüsusi diqqət çəkməyə bilməz).

Bundan əlavə, söhbət zamanı ikitərəfli münasibətlərin bir çox aspektləri, o cümlədən regionda təhülkəsizlik məsələləri, “Şimal-Cənub” dəmir yolunun tikintisi, neft-qaz sahəsində əməkdaşlıq, sərmayə qoyuluşu, turizm, kənd təsərrüfatı sahələri ətrafında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Azərbaycan-İran əlaqələri xüsusilə son dörd il ərzində ən yüksək səviyyəyə qalxıb və əldə edilmiş razılaşmalar və imzalanmış sənədlərin hamısı uğurla icra edilir.

*****

Bu, doğrudan da belədir: iki ölkə arasında iqtisadi-ticari əlaqələr son illər ərzində yüksələn xətlə inkişaf edir. Ən əsası, bu əlaqələrin, proje və anlaşmaların hamısı işğalçı Ermənistanın iqtisadi təcridinin güclənməsinə işləyir, İran üçün təcavüzkarın strateji önəmini azaldır. Adekvat şəkildə Azərbaycanın önəmi artır. Artan iqtisadi önəm isə regionda güclənən söz sahibliyi deməkdir.

Doğrudur, İran hələ ki qardaş Türkiyədən, Pakistandan və Səudiyyə Ərəbistanından fərqli olaraq, təcavüzkar Ermənistanla isti əlaqələr saxlayır - hansı ki, ötən ilin qışında H.Ruhaninin İrəvan səfəri ilə bir daha nümayiş olundu. Ancaq o da var ki, ortaq iqtisadi maraqlar olan yerdə ortaq siyasi maraqlar, ortaq hədəflər də qaçılmaz olur.

Biz həmçinin bu günlərdə İranın Ali dini liderinin Dağlıq Qarabağ problemi ilə bağlı verdiyi açıqlamanı da nəzərə alırıq. Cənab Xomeneyinin ofisi bildirmişdi ki, işğal altındakı Qarabağ müsəlman torpağıdır və oradakı rejimlə hər hansı əlaqələr qurmaq günah və cinayətdir.

*****

Azərbaycan bu kimi yanaşmanı qiymətləndirir. Eyni zamanda arzu edir və gözləyir ki, İran Dağlıq Qarabağ məsələsində, işğal məsələsində nəhayət, daha prinsipial, islami dəyərlərə uyğun mövqe tutacaq ki, müsəlman torpağı olan Qarabağa işğaldan tezliklə azad olunsun - qardaş Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı kimi.

Yeri gəlmişkən, Pakistan və Səudiyyə Ərəbistanı məhz işğal faktına görə Ermənistanla bu günədək diplomatik əlaqələr qurmayıb, onu dövlət kimi, ümumiyyətlə, tanımırlar. Bakı bunu da heç vaxt unuda bilməz. Yəni əməl məsələsi. Di gəl, böyük qonşu kimi İranla da bizim münasibətlərimiz Qarabağ məsələsində az önəm kəsb eləmir.

Bu xüsusda Azərbaycan bu iki böyük müsəlman dövləti arasında iki od arasında kimi görünə bilər. Fəqət, balans siyasəti, Qarabağ dərdi tələb edir ki, onlardan biri ilə yaxşı münasibət digərinin hesabına olmamalıdır. Yaddan çıxarmayaq ki, konfliktin hərbi yolla həlin gündəmə gələcəyi təqdirdə Tehranın mövqeyi də Azərbaycan üçün az əhəmiyyət kəsb etməyəcək.

Bu mənada Bakının bir-bir ilə ziddiyyətdə olan iki qonşu-tərəfdaş arasında barışdırıcı xətt yürütməsi ən ağıllı gediş olardı. Necə ki, Bakı Türkiyə-Rusiya münasibətlərinin böhrandan çıxmasında uğurlu vasitəçi, meydança rolu oynamışdı, necə ki, ABŞ və Rusiya Baş Qərargah rəislərinin görüş yeri kimi məhz Bakı seçilmişdi...

*****

Necə deyərlər, Azərbaycanın Şərqin İsveçrəsi roluna iddia eləməsinə ən çox haqqı çatır və buna uyğun gəlir. Belə rol təbii ki, Ermənistanlıq deyil. Bu, işğalçı ölkənin çəkisində olmayan, İrəvanın əli çatmayan bir statusdur. Və bu status Qarabağ probleminin ədalətli həllində bənzərsiz, hətta həlledici rol oynaya bilər - istər dinc həll yolu olsun, istərsə də müharibə variantı.
\\musavat.com\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır - MƏQALƏ
Bu gün, 09:33
Gəncədə Prezident sərəncamı niyə icra olunmur? - MÜRACİƏT
Bu gün, 09:04
Parisdən Azərbaycana böyük pislik - 40 təşkilatın “artsax” həyasızlığı
Bu gün, 08:50
Həmkarsız qalan SOCAR işçiləri... - Amma qanun deyir ki...
Bu gün, 07:42
Ramiz Mehdiyev və Rəqsanə AYRICALIĞI... - AXI NİYƏ?..
Bu gün, 07:35
Qəzetlərin dəfninə niyə belə tələsirik ki?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:24
Virtual təhlükəsizlik məsələsi... - HƏLƏ DƏ...
Bu gün, 07:21
"Kapital Bank"ın kartından 7 min manat yoxa çıxdı - 5 aydır vətəndaş qapılarda qalıb
Bu gün, 07:18
Endirim arxasındakı təhlükə: Vaxtı keçmiş məhsulların gizli satışı - NƏ ETMƏLİ?
Bu gün, 07:09
ADSEA Zaur Mikayılovun DƏDƏ MALIDIR - FAKT BUDUR!
Bu gün, 07:07
Qalmaqallı kolleclə bağlı daha bir iddia - BU NƏDİ BELƏ?
Bu gün, 07:02
Talıbovların keçmiş ortağı Dövlət Agentliyinə 60 min manatlıq qum-qırmadaş satacaq - TƏFƏRRÜAT
Bu gün, 06:57
İran Xəzərin hüquqi statusu haqqında konvensiyanı ratifikasiya etməyib - ŞƏRH
Bu gün, 06:44
Trampın sanksiya zərbəsi Rusiya nəhəngini Azərbaycanı da tərk etməyə məcbur edib - Görünəni odur ki...
Bu gün, 06:40
Rəqsanənin borclu olduğu şəxs danışdı - "Onu biz buraxdırdıq"
Bu gün, 06:34
2026-cı il üçün “vahiməli ssenari” – Əhalini nələr gözləyir?
Bu gün, 06:32
ABŞ-Çin yaxınlaşması Kremlə təzyiqi artırır - GƏLİŞMƏ
Bu gün, 06:28
"33 yaşım var, 25 yaşlı oğlana ərə getmək istəyirəm"
Dünən, 18:27
Elm və Təhsil Nazirliyi “Bestcomp Group” şirkəti ilə 2,1 milyonluq alqı-satqı müqaviləsi bağlayıb
Dünən, 18:15
Əli kəsilmiş Xaçmaz sakini ona əlilliyin təyin olunmadığını iddia edir - VİDEO
Dünən, 18:07
Ermənistan Rusiyanın bu qətnamə layihəsinin lehinə səs verdi
Dünən, 18:05
TRAMP YOLU planı olan dövlətin QURU SƏRHƏDLƏRİ bağlı olmamalıdır... - AKTUAL
Dünən, 17:58
ABŞ və Rusiya tezliklə Ukrayna ilə bağlı çərçivə sazişini razılaşdıra bilər - KİV
Dünən, 17:56
Ərdoğan Zelenski ilə görüşüb
Dünən, 17:54
Əməkdar artist Vilayət Eyvazova müraciət ünvanladı - "Bu materialın efirə buraxılması..."
Dünən, 17:14
Şirkətlər sakinləri aldadır: Köhnə ənənə yenə “dəbə” düşüb - AKTUAL
Dünən, 17:06
"Əsəbi adamam, fikrimi cəmləşdirə bilmirəm"
Dünən, 16:48
Sülh prosesinin uğuru Ermənistanın konstitusiya dəyişikliklərinə birbaşa bağlıdır - ONA GÖRƏ DƏ...
Dünən, 16:42
Fəzail və Elçin Ağamalının danışıqları uğursuz oldu - Qalmaqal böyüyür
Dünən, 16:34
Polşada dəmir yolu təxribatında bütün faktlar Rusiya izinə işarə edir - Zelenski
Dünən, 16:30
Kamran Əliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 16:28
Paşinyan resurs əldə etmək üçün Qazaxıstana gedir - Bakısız mümkün deyil
Dünən, 16:27
Adil Əliyevin idarə etdiyi Suraxanı: yolqıraqları satışda, yollar bərbad - NARAZILIQ VAR...
Dünən, 16:21
“Rusiya Türkiyə-Ermənistan sərhədinin açılmasına mane ola bilməyəcək...” - ŞƏRH
Dünən, 16:17
Rüşvət almaqda təqsirləndirilən hərbi komissar və işçilərinə hökm oxunub
Dünən, 16:07
Deputata məxsus olduğu iddia edilən mal bazarında QANUNSUZ TİKİNTİ davam edir - YENİ DETALLAR
Dünən, 16:03
TRIPP layihəsi regionu olduqca cəlbedici logistik mərkəzə çevirəcək - Ermənistan Prezidenti
Dünən, 15:56
"19 min ödədim, maşınımı xəbərsiz satdılar" - GİLEY
Dünən, 15:40
“Təhsildəki real problemləri gizlətmək düzgün deyil” - ETİRAZ
Dünən, 15:38
AZAL və “Viasat” təyyarələrin yüksəksürətli internetlə təchiz edilməsinə dair saziş imzalayıb - DİQQƏT
Dünən, 15:34
Yoxsullaşmanın daha da aşağı düşməsinə imkan verilməsin! – Fazil Mustafadan ÇAĞIRIŞ
Dünən, 15:32
ABŞ rəsmisi Azərbaycan-Ermənistan sülh prosesinə zərbə vurur - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 15:25
Dövlət Agentliyinin sədrinə müşavir təyin edilib - ƏMR
Dünən, 15:23
Fərhad Baxşəliyev “Premium Bank”ın sədri TƏYİN EDİLİB - BUNDAN SONRA...
Dünən, 15:20
Azərbaycanda saxta əlillik verənlər HAKİM QARŞISINDA
Dünən, 15:18
“Bu adam ağlını itirib...” – Rəsul Quliyevdən ŞOK sözlər
Dünən, 15:17
“Dedi ki, Məleykə Abbaszadənin qudasıdır” – Təranə 10 minlərlə pulu necə yığdı?
Dünən, 15:15
“Mənə qarşı sui-qəsd hazırlanır” - KİV
Dünən, 15:11
Ermənilərin gecikmiş seçimi – Paşinyan da “yandırılsa”...
Dünən, 15:10
Bakıda 10 nəfərin öldüyü yanğınla bağlı ittiham edilənlərə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 15:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru