Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satır? .....                     Dövlət qurumu 200 milyon manatlıq ərazi alır .....                     Əməliyyata gülə-gülə girən qadın iflic oldu .....                     Keçmiş qondarma rəhbər imzasını danır .....                     Təcavüzün cəzası NƏDİR .....                     "Onlar satqın, milli qeyrətini pula dəyişənlərdir" .....                     Zaqatalada BASQIN: 58 yaşlı kişini bağında döydülər .....                     Nazirlik Nigar Köçərlinin kitablarını müsadirə edib? .....                     Azərbaycanda korrupsionerlərin “qara günləri” başlayır .....                     Rusiya İstintaq Komitəsi Solovyovun daşınmaz əmlakları ilə bağlı araşdırma aparır .....                     “Kitablarımı qaytarmırlar” .....                     Maliyyə Nazirliyinin işçiləri gecələr niyə yatmırlar? .....                     "Belə arvadı ər çırpmasın, nə etsin?" .....                     Belarusun Polşaya uçan dronlarla heç bir əlaqəsi yoxdur .....                     Əli Həsənov Moskvadan gələn milyonları necə XƏRCLƏYİB? .....                     “FSB” generalı bütün Ermənistanda qələbə qazanacaqlarını söylədi... .....                     Kadırovun oğlunun yarım milyon dollarlıq saatı gündəm oldu .....                     "Mən öz kostyumumla gedib filmə çəkiləcəyəmsə, nə edirəm o filmi?" .....                     Naxçıvanda işsizlərin sayı 2 dəfədən çox artıb .....                     Orxan Mürsəlovun “PERİ CONSTRUCTİON” MMC-yə verdiyi yarım milyonun aqibəti necə olacaq .....                     Tanınmış idmançı vəkilinin pulunu vermədi: Məhkəmədə uduzdu... .....                     Zakir Qaralov uzun müddət sonra göründü .....                     Naxçıvandan gələn `LƏZZƏTLİ TƏHLÜKƏ`... .....                     “Məğlub edilməmiş Rusiya” İMİCİ .....                     Erməni diasporu ilə Ermənistanın qonşu ölkələrlə münasibətləri müzakirə olundu .....                     Ermənilər Xankəndidə terror planlaşdıran Karen haqda görün nələr yazdı .....                     Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna direktor təyin olunub .....                     Paşinyan xalqdan legitimlik dəstəyi istəyir .....                     Azərbaycanda tanınmış siqaret istehsalçıları birləşir .....                     Türkiyənin İnterpola verdiyi qatil Azərbaycanda saxlanıldı .....                     Naxçıvan Məclisinin deputatı xadiməyə qarşı .....                     Səhiyyə Nazirliyinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib .....                     Baş Prokurorluq Əvəz Zeynallının telefonlarını və diktafonunu qaytarıb .....                     “Xankəndində terrora cəhd edən erməniyə təşəkkür düşür. Çünki...” .....                     Bu qürurun başlanğıcı tarixi Zəfərdir .....                     20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür .....                     Cəzası ağırlaşdırılan kriminal avtoritet yenidən məhkəməyə müraciət etdi .....                     Putinin masasındakı “gizli qovluq”da nələr var? .....                     Rusiyaya qarşı sanksiyalar paketinin qəbulu qeyri-müəyyən müddətə təxirə salınıb .....                     Paşinyanı əvəz edə biləcək şəxs üzə çıxdı .....                 

"Əgər hakim bilərəkdən qanunsuz qərar qəbul edirsə..." - Bizi dünya ilə üz-üzə qoyanlar...
Tarix: 26-05-2023, 08:46 | Çap et
"Əgər hakim bilərəkdən qanunsuz qərar qəbul edirsə..."
Mayın əvvəlinə Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycandan 2100 ərizəyə baxılması gözlənilir, təşkilatın saytında bildirilir. “Bu, Strasburq Məhkəməsində araşdırması gözlənilən bütün şikayətlərin 2,7 faizini təşkil edir”, - deyə vəkil Xalid Ağaliyev bildirib. “2022-ci ilin sonunda Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycandan 2150 ərizə olub. Son 4 ayda məhkəmə Azərbaycandan 140 iş üzrə qərarları elan edib”, - X.Ağaliyev deyib.

Azərbaycandan Avropa Məhkəməsinə şikayətlərin sayında artım nə ilə bağlıdır? Bu məsələdə qanunsuz məhkəmə hökmlərinin payı nə qədərdir?

Mövzu ilə bağlı danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib ki, Azərbaycanda tam ədalətli məhkəmə hakimiyyətini qura bilməmişik. Hüquq müdafiəçisi təəssüflə qeyd edib ki, hazırda ölkədə məhkəmə hakimiyyətindən çox ciddi şikayətlər var: “Və bu tendensiya davam etməkdədir. Azərbaycanda ədalət tapa bilməyən insanların bir çoxu özünə güvənərək ki, daha haqlıdır, o zaman Avropa Məhkəməsinə üz tutur. Bu da təbii ki, Azərbaycan məhkəmə sistemi, dövləti üçün o qədər arzuedilən deyil. Hazırda 2 100 ərizənin Avropa İnsan Hüquqları Məhkəməsində baxılması gözlənilirsə, bu. həddindən artıq çoxdur. Yəni 80 milyonluq və bundan daha çox əhalisi olan, Avropa Şurası üzvü olan ölkələri arasında 10 milyonluq Azərbaycandan 2 100 ərizəyə baxılması bir qədər utancvericidir. Bütün bunlar bir daha göstərir ki, insanların Avropa Məhkəməsinə müraciəti artan xətlə davam edir. Bu isə onunla əlaqədardır ki, yerlərdə qəbul olunan qərarlardan narazı qalan insanların sayı çoxdur. Təbii ki, bəzən Avropa Məhkəməsinə müraciət edənlərin özləri də haqlı deyil, iddiaları rədd edilir, lakin bir iş belə varsa, demək ki, ölkə daxilində iş elə qurulmalıdır ki, Avropa Məhkəməsinə bu cür müraciətlər gedib çıxmasın. 4 ay ərzində 140 iş üzrə qərarın elan edilməsi də olduqca çoxdur. Bu onu göstərir ki, Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən Azərbaycandan gələn ərizə və şikayətlərin baxılması tempi də artırılıb”.

Çingiz Qənizadə Azərbaycan tərəfdən məhkəmə qərarlarının icrası ilə bağlı ciddi problemlərin olmasını qeyd edən Avropa Şurasının Avropa Məhkəməsi Qərarlarının İcrası Departamentinin rəhbəri Kler Ovinin fikirlərinin bir qədər şişirdildiyini qeyd edib: “Çünki doğrudan da biz hüquq müdafiəçiləri olaraq Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi qərarların ölkədə icrasının həyata keçirildiyinin şahidi olmuşuq. Bəlkə də elə şeylər var ki, onu praktik olaraq icra etmək mümkün deyil. Bu baxımdan hesab edirəm ki, hökumətimiz Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası ilə bağlı əlaqələri gücləndirərək orta məxrəcə gəlməsi istiqamətində də müəyyən işlər aparmalı, əsaslandırmalıdır ki, bu qərarın icrası qeyri-mümkündür, praktik cəhətdən və yaxud nəyə görə icra olunmur.

Beləliklə, əgər Avropa İnsan Hüquqları Məhkəməsinə çox sayda şikayətlər gedirsə, demək ki, Azərbaycanda məhkəmə islahatları tamamilə başa çatdırılmayıb. Doğrudur, yeni işə qəbul olunmuş gənc hakimlər var və onlar çox zəhmət çəkərək, imtahanlardan keçərək bu vəzifəyə sahib olublar, yəni heç bir işə qəbulda hər hansı bir təmənnadan, dırnaqarası maraqlardan söhbət getmir, burada hər şey səffaf təmin olunub. Lakin məhkəmənin işinin təşkilində problemlər müşahidə olunur. Çünki məhkəmə sədrləri sanki həmin rayonda qəbul olunacaq qərarların yeganə sahibidir. Doğrudur, məhkəmə sədrləri Prezident tərəfindən təyin olunurlar. Lakin bu gün məhkəmə hakimləri qərarların elan edilməsindən öncə məhkəmə sədrləri ilə məsləhətləşmələr aparır. Məhkəmə sədrləri ilə məsləhətləşdikdən sonra qərarların qəbulunun nə olduğunu mən bir hüquqşünas, hüquq fəlsəfə doktoru olaraq anlaya bilmirəm. Bəs onda məhkəmənin müstəqilliyi harada qaldı? Bu hallara son qoyulmalıdır. Məhkəmə sədrləri yalnız məhkəmələrdə işin təşkilinə rəhbərlik etməlidir. Sədrlərin məhkəmədə hakim işləyən digər şəxsin qəbul etdiyi qərara hansısa formada göstəriş verilməsi praktikasına son qoyulmalıdır.

Məhkəmə Hüquq Şurasının da özünün strukturunda da dəyişikliklər olmalı, yenidən qurulmalı, müstəqil olmalıdır. Orada Azərbaycanda tanınmış hüquqşünaslar, pedaqoji praktik fəaliyyəti ilə tanınan və ədalətli insan obrazını yaradan insanlar təmsil olunmalıdır".

Çingiz Qənizadə qanunsuz, ədalətsiz qərarlar qəbul edən hakimlərin cəzalandırılması məsələsinə də toxunub: “Əgər hakim bilərəkdən qanunsuz qərar qəbul edirsə, o, artıq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cəzalanmalı şəxslər kateqoriyasına adi edilməlidir. Lakin bu günə qədər xatırlamıram ki, bilərəkdən qanunsuz qərar qətnamə çıxartmasına görə hansısa hakim cəzalandırılsın. Yada salaq, "Tərtər işi"ndə nə qədər hakim qanunsuz qərar, hökmlər çıxarıb. Amma onlar cəzalandırılmır. Niyə? Onu da qeyd etmək lazımdır ki, bu gün məhkəmə hakimiyyətində gənc, savadlı, olduqca ədalətli hakimlər var. Bəzi hallarda məhkəmə sədrləri də var. Son vaxtlar məhkəmələrdə bəraət hökmlərinin, yenidən işə baxmaların, obyektiv araşdırmaların sayı artıb".

Tanınmış vəkil Əsabəli Mustafayev isə mövzuya bu cür şərh bildirdi: “Məhkəmələrin fəaliyyəti, müstəqil olması, müstəqil qərar qəbul etməsi, korrupsiyanın olması ilə bağlı ictimaiyyətdə çox ciddi iradlar var. Doğrudur, son 2 ildə müəyyən irəliləyişlər var. Belə ki, bəraət hökmləri, yenidən baxılan işlərin olduğunu, daha ədalətli qərar qəbul olunmasını görürük. Lakin yenə də iddia edə bilmərik ki, bizdə məhkəmələr müstəqildir, korrupsiya halları tam aradan götürülüb. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icra olunması Azərbaycan məhkəməsinin təkmilləşməsinə təkan verəcək bir amildir. Məlum olduğu kimi, Avropa İnsan Hüquqları Məhkəməsi bütün Avropa hüquq sisteminin inkişafına böyük təsiri olub, ona görə ki, həmin ölkələr o qərarları icra edir. Lakin Azərbaycan icra etmir. Əgər həmin bütün qərarlar icra olunsa, məhkəmələrin müstəqilliyi, ədalətli araşdırma hüququnun təminatı daha da genişlənər, qanunvericilik bazası inkişaf edər”.

Əsabəli Mustafayev qeyd edib ki, son zamanlar Avropa Məhkəməsinin standartlarının tətbiqi ilə bağlı müəyyən tədbirlər görülür: “Lakin bu kifayət etmədiyi üçün çoxlu sayda şikayətlər gedir. Çünki məhkəmələr 10 il bundan əvvəl hansı qərarı qəbul edibsə, Avropa İnsan Hüquqları Məhkəməsi oxşar iş üzrə insan hüquqlarının pozuntusu olduğunu bildiribsə, məhkəmələr eyni işlər üzrə yenə də oxşar qərarlar qəbul edirlər və işlər yenidən Avropa İnsan Hüquqları Məhkəməsinə gedir. Bu sistem xarakteri alıb və artıq sistem xətasıdır, təkcə məhkəmə xətası deyil. Ali Məhkəmədə olan müəyyən dəyişikliklər, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üçün görülən işlər ümid edək ki, o dərəcəyə qədər çatacaq ki, ölkədə daha çox ədalətli qərarlar qəbul olunacaq və Avropa İnsan Hüquqları Məhkəməsinə gedən şikayətlərin sayı azalacaq.

Əlbəttə ki, hər kəs istəyir ki, məhkəmə çəkişmələri ölkə daxilində öz həllini tapsın, əlavə xərcə, vaxta ehtiyac qalmasın. Lakin çox təəssüf ki, bu alınmır. Biz vəkillər ona görə Avropa İnsan Hüquqları Məhkəməsinə yazırıq ki, məhkəmələrimiz təkmilləşsin, insan hüquqlarına daha çox hörmət olsun, ədalətli qərarların sayı artsın. Onu da qeyd edim ki, Avropa Şurası Azərbaycanda xüsusi olaraq, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrasına dəstək layihəsi həyata keçirir. Bu layihədə bütün məhkəmə qurumları, həmçinin ictimaiyyət nümayəndələri təmsil olunur. Şəxsən mən özüm dəfələrlə həmin layihə üzrə tədbirlərdə iştirak etmişəm. Hiss olunur ki, hökumət Avropa Məhkəməsinin qərarlarının icra olunmasına maraq göstərir. Ümid edirik ki, gələcəkdə bu məsələ öz həllini tapacaq".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satır? – Tam siyahı
Bu gün, 16:28
Dövlət qurumu 200 milyon manatlıq ərazi alır - DETALLAR
Bu gün, 16:26
Əməliyyata gülə-gülə girən qadın iflic oldu - VİDEO
Bu gün, 16:20
Keçmiş qondarma rəhbər imzasını danır – Şahramanyan dərsliklə dava edir
Bu gün, 16:16
Təcavüzün cəzası NƏDİR – Zorakılıq, ya hüquq?
Bu gün, 16:01
"Onlar satqın, milli qeyrətini pula dəyişənlərdir" - Zərdüşt Əlizadə
Bu gün, 15:58
Zaqatalada BASQIN: 58 yaşlı kişini bağında döydülər - TƏFƏRRÜAT
Bu gün, 15:54
Nazirlik Nigar Köçərlinin kitablarını müsadirə edib? - Rəsmi açıqlama
Bu gün, 15:49
Azərbaycanda korrupsionerlərin “qara günləri” başlayır – Oğurladıqlarını əllərindən belə alacaqlar
Bu gün, 15:45
Rusiya İstintaq Komitəsi Solovyovun daşınmaz əmlakları ilə bağlı araşdırma aparır - "Razvedçik"
Bu gün, 13:35
“Kitablarımı qaytarmırlar” - Nigar Köçərli
Bu gün, 13:19
Maliyyə Nazirliyinin işçiləri gecələr niyə yatmırlar? - TƏFƏRRÜAT
Bu gün, 13:06
"Belə arvadı ər çırpmasın, nə etsin?" - Fatimənin əri haqqında iddia
Bu gün, 13:03
Belarusun Polşaya uçan dronlarla heç bir əlaqəsi yoxdur - Lukaşenko
Bu gün, 13:01
Əli Həsənov Moskvadan gələn milyonları necə XƏRCLƏYİB? - Azərbaycandakı Kreml KÖLGƏSİ
Bu gün, 12:44
“FSB” generalı bütün Ermənistanda qələbə qazanacaqlarını söylədi... - FOTO
Bu gün, 12:41
Kadırovun oğlunun yarım milyon dollarlıq saatı gündəm oldu
Bu gün, 12:31
"Mən öz kostyumumla gedib filmə çəkiləcəyəmsə, nə edirəm o filmi?"
Bu gün, 12:25
Naxçıvanda işsizlərin sayı 2 dəfədən çox artıb - RƏQƏMLƏR
Bu gün, 12:07
Orxan Mürsəlovun “PERİ CONSTRUCTİON” MMC-yə verdiyi yarım milyonun aqibəti necə olacaq - İLGİNC İDDİALAR
Bu gün, 11:58
Tanınmış idmançı vəkilinin pulunu vermədi: Məhkəmədə uduzdu... - TƏFƏRRÜAT
Bu gün, 11:52
Zakir Qaralov uzun müddət sonra göründü - FOTOLAR
Bu gün, 11:50
Naxçıvandan gələn `LƏZZƏTLİ TƏHLÜKƏ`... - GİLEY
Bu gün, 11:39
“Məğlub edilməmiş Rusiya” İMİCİ - “Zapad” təlimlərinin strateji MAHİYYƏTİ
Bu gün, 11:22
Erməni diasporu ilə Ermənistanın qonşu ölkələrlə münasibətləri müzakirə olundu
Bu gün, 11:20
Ermənilər Xankəndidə terror planlaşdıran Karen haqda görün nələr yazdı – DETALLAR
Bu gün, 11:07
Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna direktor təyin olunub - ƏMR
Bu gün, 11:06
Paşinyan xalqdan legitimlik dəstəyi istəyir - ŞƏRH
Bu gün, 11:03
Azərbaycanda tanınmış siqaret istehsalçıları birləşir - DETALLAR
Bu gün, 11:00
Türkiyənin İnterpola verdiyi qatil Azərbaycanda saxlanıldı
Bu gün, 10:52
Naxçıvan Məclisinin deputatı xadiməyə qarşı İDDİA QALDIRIB
Bu gün, 10:36
Səhiyyə Nazirliyinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib - TƏFƏRRÜAT
Bu gün, 10:28
Baş Prokurorluq Əvəz Zeynallının telefonlarını və diktafonunu qaytarıb
Bu gün, 10:26
“Xankəndində terrora cəhd edən erməniyə təşəkkür düşür. Çünki...” - Siyasətçidən gözlənilməz açıqlama...
Bu gün, 10:22
Bu qürurun başlanğıcı tarixi Zəfərdir - MƏQALƏ
Bu gün, 10:17
20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür - İsrafil Kərimovun yazısı
Bu gün, 10:15
Cəzası ağırlaşdırılan kriminal avtoritet yenidən məhkəməyə müraciət etdi - TƏFƏRRÜAT
Bu gün, 10:01
Putinin masasındakı “gizli qovluq”da nələr var? - Şok faktlar
Bu gün, 09:57
Rusiyaya qarşı sanksiyalar paketinin qəbulu qeyri-müəyyən müddətə təxirə salınıb
Bu gün, 09:55
Paşinyanı əvəz edə biləcək şəxs üzə çıxdı - “İravunk” qəzeti
Bu gün, 09:54
Archico MMC-yə İTTİHAM: Möhür vurduqları müqavilədən imtina etdilər... - BU NƏDİ BELƏ?
Bu gün, 09:41
Sülhün qarşısında OHANYAN SƏDDİ - təsirli ola bilərmi?
Bu gün, 09:29
Azərbaycanda avronun məzənnəsi yenidən 2 manatı ötüb - CƏDVƏL
Bu gün, 09:24
Təranə Səmədova yenidən Ali Məhkəməyə müraciət etdi
Bu gün, 09:22
Azərbaycanda logistika şirkəti bağlanır
Bu gün, 09:20
Cəlilabadda ağacyeyənlər peyda olub - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:17
Yasamalın halına BİR AĞLAYAN LAZIMDIR... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 09:11
Sülh müqaviləsi tezləşir - seçkilər referendumla eyni vaxtda olacaq?
Bu gün, 09:06
Qardaş olub İngilistan... Azərbaycan... - NƏ BAŞ VERİR?
Bu gün, 09:05
Rusiya QHT-lərini ölkəmizdə gücləndirmək ssenarisi iflasa uğrayıb - bu iş rus kəşfiyyatçısına həvalə edilibmiş...
Bu gün, 09:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru