Güney Azərbaycanda ERMƏNİ VƏHŞİLİYİ: Faktları açmaq molla rejiminə SƏRF ETMİR - Deputat danışır...
Tarix: 31-03-2023, 08:05 | Çap et
 “100 ildən çoxdur ki, Cənubi Qafqazda böyük bir haqsızlıq və ədalətsizlik hökm sürür. Azərbaycanın tarixinə baxanda dəfələrlə soyqırımlara məruz qalmış, deportasiya olunmuş və doğma yurdlarından didərgin salınmış bir xalq görürük”.
DİA.AZ bildirir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.
Deputat deyib ki, bütün bunlarla yanaşı beynəlxalq aləmin və insan haqlarından car çəkən təşkilatların bu ədalətsizliyə göz yumduğunun da şahidi oluruq: “Erməni millətçilərinin xalqımıza qarşı tarixin müxtəlif mərhələlərində həyata keçirdikləri etnik təmizləmə siyasətinin ən qanlı səhifələrindən biri də 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı törədilən soyqırım hadisələridir. Etnik təmizləmə siyasətinin davamı olaraq Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirib, 10 minlərlə insanı öz torpaqlarından qovub. Ermənilər Şimali Azərbaycanla bərabər, Cənubi Azərbaycan ərazisində də azərbaycanlılara qarşı soyqırımlar törədiblər. Bu cinayətlərin məqsədi təkcə ərazi əldə etmək deyildi, birbaşa türklərin məhvinə yönəlmişdi. Lakin təəssüf ki, cənubda baş verənlərlə bağlı tarixdə elə də çox materiallar yoxdur. Çünki həmin dövrdə İran hakimiyyəti də bu hadisələri gizlətməyə çalışırdı. Bu günə kimi olan az sayda məlumatlar isə yerli sakinlərin, yəni hadisələrin şahidlərinin qeydlərinə əsaslanır və əldə edilmiş məlumatlara görə, 200 min azərbaycanlı soyqırımın qurbanı olub. Həmin dövrdə də türk dövləti olan Osmanlı millətimizin harayına çatdı. Əgər Osmanlı qoşunları vaxtında gəlib çıxmasaydı, Xoy da Urmiya kimi yerlə-yeksan olacaq, orada azərbaycanlılardan əsər-əlamət qalmayacaqdı”.
Müşfiq Cəfərov qeyd edib ki, hətta Cənubi Azərbaycanda bu dövrün cinayətlərini əks etdirən kütləvi məzarlıqlar da aşkarlanıb: “Lakin sonralar yenə hökumətin göstərişi ilə məsələnin araşdırılmasına icazə verilməyib. 2015-ci ildə Urmiyada bir məktəbin həyətində belə bir məzarlığa rast gəlinir. Kütləvi məzarlıqların yeri məlumdur, hətta o dövrdə çəkilmiş şəkillər də var. Təsəvvür edilməsi mümkün olmayan bir qəddarlıq nümunəsi Salmasda baş verib. Salmasda hadisələr zamanı əhali qaçıb məsciddə gizlənib və orada güllələnib. Sonradan əhalinin üstü torpaqla örtülüb və yenidən məscid kimi istifadə edilib. Salmaslıların xatirələrində belə bir hadisə də var ki, bir gün məhərrəmlik vaxtı camaat məscidə yığışanda məscidin bir tərəfi çökür və insan sümükləri çıxır. Elə Urmiyanın yaxınlığında Qəhrəmanlı adlanan kənddə də belə məzarlıqlar var. Bu gün də İran hakimiyyəti ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımılar, kütləvi məzarlıqlar barədə məlumatları gizlətməyə çalışır”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Hafiz Hacıyevdən əməkhaqqı ilə bağlı məsələyə SƏRT REAKSİYA - “Min manat nə puldur ki...”
Dünən, 19:26 |
|
|
|
• Azərbaycan suverenliyinin qələbəsi - İNCƏLƏMƏ
Dünən, 19:21 |
|
|
|
• "Bakubus" 87 milyon manata 160 eletrik avtobusu aldı - QALİB ŞİRKƏT
Dünən, 17:42 |
|
|
|
• Birinə SOCAR-da, birinə nazirlikdə vəzifə söz verdi - Bakıda külli miqdarda DƏLƏDUZLUQ - TƏFƏRRÜAT
Dünən, 17:35 |
|
|
|
• Ali Məhkəmənin hakimi Tahir Kazımov təqaüdə yola salınıb
Dünən, 17:29 |
|
|
|
• Bu da RUS MUNDARLIĞI... - VİDEO
Dünən, 17:26 |
|
|
|
• Minsk prosesinin bağlanması ilə bağlı qərarın icrasına başlanılıb - ATƏT rəsmisi
Dünən, 17:21 |
|
|
|
• Özü və xanımı yenidən tələbə oldu
Dünən, 17:19 |
|
|
|
• "İşimin başındayam, narahat olmayın" - ETİRAZ
Dünən, 17:11 |
|
|
|
• Separatçılara qucaq açan Fransa - Makron hökumətinin təxribatları bitmir - GƏLİŞMƏ
Dünən, 17:09 |
|
|
|
• “Veysəloğlu Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir - “Xoşbəxtlik Çantası” layihəsinin növbəti mərhələsi baş tutdu
Dünən, 17:06 |
|
|
|
• Cəlilabadda məktəblinin öldürülməsinin təfərrüatları məlum olub - YENİLƏNDİ
Dünən, 17:01 |
|
|
|
• Ermənistan qadınlardan ibarət ordu qurur
Dünən, 16:48 |
|
|
|
• Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satır? – Tam siyahı
Dünən, 16:28 |
|
|
|
• Dövlət qurumu 200 milyon manatlıq ərazi alır - DETALLAR
Dünən, 16:26 |
|
|
|
• Əməliyyata gülə-gülə girən qadın iflic oldu - VİDEO
Dünən, 16:20 |
|
|
|
• Keçmiş qondarma rəhbər imzasını danır – Şahramanyan dərsliklə dava edir
Dünən, 16:16 |
|
|
|
• Təcavüzün cəzası NƏDİR – Zorakılıq, ya hüquq?
Dünən, 16:01 |
|
|
|
• "Onlar satqın, milli qeyrətini pula dəyişənlərdir" - Zərdüşt Əlizadə
Dünən, 15:58 |
|
|
|
• Zaqatalada BASQIN: 58 yaşlı kişini bağında döydülər - TƏFƏRRÜAT
Dünən, 15:54 |
|
|
|
• Nazirlik Nigar Köçərlinin kitablarını müsadirə edib? - Rəsmi açıqlama
Dünən, 15:49 |
|
|
|
• Azərbaycanda korrupsionerlərin “qara günləri” başlayır – Oğurladıqlarını əllərindən belə alacaqlar
Dünən, 15:45 |
|
|
|
• Rusiya İstintaq Komitəsi Solovyovun daşınmaz əmlakları ilə bağlı araşdırma aparır - "Razvedçik"
Dünən, 13:35 |
|
|
|
• “Kitablarımı qaytarmırlar” - Nigar Köçərli
Dünən, 13:19 |
|
|
|
• Maliyyə Nazirliyinin işçiləri gecələr niyə yatmırlar? - TƏFƏRRÜAT
Dünən, 13:06 |
|
|
|
• "Belə arvadı ər çırpmasın, nə etsin?" - Fatimənin əri haqqında iddia
Dünən, 13:03 |
|
|
|
• Belarusun Polşaya uçan dronlarla heç bir əlaqəsi yoxdur - Lukaşenko
Dünən, 13:01 |
|
|
|
• Əli Həsənov Moskvadan gələn milyonları necə XƏRCLƏYİB? - Azərbaycandakı Kreml KÖLGƏSİ
Dünən, 12:44 |
|
|
|
• “FSB” generalı bütün Ermənistanda qələbə qazanacaqlarını söylədi... - FOTO
Dünən, 12:41 |
|
|
|
• Kadırovun oğlunun yarım milyon dollarlıq saatı gündəm oldu
Dünən, 12:31 |
|
|
|
• "Mən öz kostyumumla gedib filmə çəkiləcəyəmsə, nə edirəm o filmi?"
Dünən, 12:25 |
|
|
|
• Naxçıvanda işsizlərin sayı 2 dəfədən çox artıb - RƏQƏMLƏR
Dünən, 12:07 |
|
|
|
• Orxan Mürsəlovun “PERİ CONSTRUCTİON” MMC-yə verdiyi yarım milyonun aqibəti necə olacaq - İLGİNC İDDİALAR
Dünən, 11:58 |
|
|
|
• Tanınmış idmançı vəkilinin pulunu vermədi: Məhkəmədə uduzdu... - TƏFƏRRÜAT
Dünən, 11:52 |
|
|
|
• Zakir Qaralov uzun müddət sonra göründü - FOTOLAR
Dünən, 11:50 |
|
|
|
• Naxçıvandan gələn `LƏZZƏTLİ TƏHLÜKƏ`... - GİLEY
Dünən, 11:39 |
|
|
|
• “Məğlub edilməmiş Rusiya” İMİCİ - “Zapad” təlimlərinin strateji MAHİYYƏTİ
Dünən, 11:22 |
|
|
|
• Erməni diasporu ilə Ermənistanın qonşu ölkələrlə münasibətləri müzakirə olundu
Dünən, 11:20 |
|
|
|
• Ermənilər Xankəndidə terror planlaşdıran Karen haqda görün nələr yazdı – DETALLAR
Dünən, 11:07 |
|
|
|
• Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna direktor təyin olunub - ƏMR
Dünən, 11:06 |
|
|
|
• Paşinyan xalqdan legitimlik dəstəyi istəyir - ŞƏRH
Dünən, 11:03 |
|
|
|
• Azərbaycanda tanınmış siqaret istehsalçıları birləşir - DETALLAR
Dünən, 11:00 |
|
|
|
• Türkiyənin İnterpola verdiyi qatil Azərbaycanda saxlanıldı
Dünən, 10:52 |
|
|
|
• Naxçıvan Məclisinin deputatı xadiməyə qarşı İDDİA QALDIRIB
Dünən, 10:36 |
|
|
|
• Səhiyyə Nazirliyinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib - TƏFƏRRÜAT
Dünən, 10:28 |
|
|
|
• Baş Prokurorluq Əvəz Zeynallının telefonlarını və diktafonunu qaytarıb
Dünən, 10:26 |
|
|
|
• “Xankəndində terrora cəhd edən erməniyə təşəkkür düşür. Çünki...” - Siyasətçidən gözlənilməz açıqlama...
Dünən, 10:22 |
|
|
|
• Bu qürurun başlanğıcı tarixi Zəfərdir - MƏQALƏ
Dünən, 10:17 |
|
|
|
• 20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür - İsrafil Kərimovun yazısı
Dünən, 10:15 |
|
|
|
• Cəzası ağırlaşdırılan kriminal avtoritet yenidən məhkəməyə müraciət etdi - TƏFƏRRÜAT
Dünən, 10:01 |
|
|
|
|