Hafiz Hacıyevdən əməkhaqqı ilə bağlı məsələyə SƏRT REAKSİYA .....                     Azərbaycan suverenliyinin qələbəsi .....                     "Bakubus" 87 milyon manata 160 eletrik avtobusu aldı .....                     Birinə SOCAR-da, birinə nazirlikdə vəzifə söz verdi - Bakıda külli miqdarda DƏLƏDUZLUQ .....                     Ali Məhkəmənin hakimi Tahir Kazımov təqaüdə yola salınıb .....                     Bu da RUS MUNDARLIĞI... .....                     Minsk prosesinin bağlanması ilə bağlı qərarın icrasına başlanılıb .....                     Özü və xanımı yenidən tələbə oldu .....                     "İşimin başındayam, narahat olmayın" .....                     Separatçılara qucaq açan Fransa - Makron hökumətinin təxribatları bitmir .....                     “Veysəloğlu Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir .....                     Cəlilabadda məktəblinin öldürülməsinin təfərrüatları məlum olub .....                     Ermənistan qadınlardan ibarət ordu qurur .....                     Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satır? .....                     Dövlət qurumu 200 milyon manatlıq ərazi alır .....                     Əməliyyata gülə-gülə girən qadın iflic oldu .....                     Keçmiş qondarma rəhbər imzasını danır .....                     Təcavüzün cəzası NƏDİR .....                     "Onlar satqın, milli qeyrətini pula dəyişənlərdir" .....                     Zaqatalada BASQIN: 58 yaşlı kişini bağında döydülər .....                     Nazirlik Nigar Köçərlinin kitablarını müsadirə edib? .....                     Azərbaycanda korrupsionerlərin “qara günləri” başlayır .....                     Rusiya İstintaq Komitəsi Solovyovun daşınmaz əmlakları ilə bağlı araşdırma aparır .....                     “Kitablarımı qaytarmırlar” .....                     Maliyyə Nazirliyinin işçiləri gecələr niyə yatmırlar? .....                     "Belə arvadı ər çırpmasın, nə etsin?" .....                     Belarusun Polşaya uçan dronlarla heç bir əlaqəsi yoxdur .....                     Əli Həsənov Moskvadan gələn milyonları necə XƏRCLƏYİB? .....                     “FSB” generalı bütün Ermənistanda qələbə qazanacaqlarını söylədi... .....                     Kadırovun oğlunun yarım milyon dollarlıq saatı gündəm oldu .....                     "Mən öz kostyumumla gedib filmə çəkiləcəyəmsə, nə edirəm o filmi?" .....                     Naxçıvanda işsizlərin sayı 2 dəfədən çox artıb .....                     Orxan Mürsəlovun “PERİ CONSTRUCTİON” MMC-yə verdiyi yarım milyonun aqibəti necə olacaq .....                     Tanınmış idmançı vəkilinin pulunu vermədi: Məhkəmədə uduzdu... .....                     Zakir Qaralov uzun müddət sonra göründü .....                     Naxçıvandan gələn `LƏZZƏTLİ TƏHLÜKƏ`... .....                     “Məğlub edilməmiş Rusiya” İMİCİ .....                     Erməni diasporu ilə Ermənistanın qonşu ölkələrlə münasibətləri müzakirə olundu .....                     Ermənilər Xankəndidə terror planlaşdıran Karen haqda görün nələr yazdı .....                     Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna direktor təyin olunub .....                 

"Separatizmə bu gün Ermənistanın müdafiə edən Avropa Birliyi məruz qalmayıb" - deputat
Tarix: 20-03-2023, 09:03 | Çap et
"Separatizmə bu gün Ermənistanın müdafiə edən Avropa Birliyi məruz qalmayıb"
“Həftə içi”nə Milli Məclisin deputatı Razi Nurullayev danışır... DİA.AZ onunla söhbəti təqdim edir:

- Avropa Parlamentinin bizimlə dərdi nədir, niyə qərəzindən əl çəkmir, bununla nəyə nail olmağa çalışır?

- Avropa institutlarının Azərbaycana qarşı belə qərəzli mövqe sərgiləməsi hiddət doğurur. Avropa institutları 30 il ərzində Azərbaycanda işğal siyasəti aparan Ermənistana qarşı bir dəfə də olsun bəyanat vermədilər. Avropanın insan hüquqlarının müdafiəçiləri kimi çıxış edən beynəlxalq qurumlar öz yurdunda təcavüzə məruz qoyulan, məcburən qaçqın, köçkün həyatı yaşayan 1 milyondan çox insanımızın iztirablarına səssiz qaldılar. İki ildir ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edib. Avropa institutlarının gözü qarşısında xarabalığa çevrilmiş ərazilərimiz var, Ermənistanın müharibə və insanlıq əleyhinə cinayətləri dəlil, sübutlarla meydandadır. Hansısa qurumlar yenə də təcavüzkarı müdafiə edir. Ermənistan şəhər və kəndləri dağıtmaqla yanaşı, Azərbaycan xalqının bu ərazilərdəki bütün mədəni irsini məhv edib. Məscidlər yerlə-yeksan edilib, inək və donuz saxlanılan yerlərə çevrilərək, təhqir olunub. Avropa Parlamenti bütün bu erməni cinayətlərini görməzdən gəlib Ermənistanın yanında dayanır. Deməli, belə bir qurumun qəbul etdiyi qətnamə bizim üçün də mənasız kağız parçasından başqa bir şey deyil. Bu kağız parçası bizim regionda apardığımız siyasətə, atdığımız addımlara, eləcə də hədəflərimizə qarşı təsir göstərmək gücündə deyil. Avropa Parlamenti Azərbaycan əleyhinə qətnamə qəbul edib, Ermənistanı dəstəkləməklə ikilisatandartlarını ortaya qoyur, dünyaya ədalətsizlik toxumu səpir. Bu toxumlar nəticəsində də yeni müharibə ocaqları yaranır. Müharibələr başlayan zaman isə bu təşkilatların qətnamələrini, bəyannamələrini heç kəs ciddiyə almır. Ona görə də Rusiya Ukrayna ilə müharibəsində Avropanın, Qərbin haqlı tələbini qəbul etmir. Çünki o qədər haqsızın yanında dayanıblar ki, artıq haqqı deyəndə sözlərini dinləyən olmur. Beynəlxalq təşkilatlar, institutlar özlərini bataqlığa salıb. Ona görə də Avropa Parlamentinin yenidən Azərbaycan əleyhinə qətnamə çıxarıb, Ermənistanın tərəfini saxlaması bu qurumun biabırçılığının son nöqtəsi olacaq.

- Avropa Parlamenti işğal dövründə Azərbaycan ərazilərində dağıdılmış və ciddi ziyan vurulmuş 67 məscidi, yerlə-yeksan edilmiş İslam mədəniyyəti abidələrini inkar edib, ermənilərə aid abidələrin dağıdılması ilə bağlı narahatlığını önə çəkir. Bu düşüncə tərzi ilə dini, irqi ayrı-seçkiliyi təşviq edən Avropa hansı təhlükəli tendensiyalara rəvac verir?

- YUNESKO-ya dəfələrlə edilən müraciətlərimizə baxmayaraq, bu günə qədər bu təşkilat Azərbaycanın işğaldan azad olunan ərazilərinə öz missiyasını göndərməyib. Onlar çox gözəl bilirlər ki, həmin ərazilərdə Azərbaycanın 67 məscidi dağıdılıb. Salamat qalan məscidlərin divarları arasında isə ermənilər donuz saxlayıblar. Bütün bunları görməzdən gələn həmin Avropa parlamentariləri, nədənsə xristianlığı ifadə edən abidələrə xüsusilə diqqət çəkirlər. Əlbəttə, bu da birmənalıdır ki, erməni işğalı, vandallığı nəticəsində baş verən hər bir dağıntı və cinayətlərdə məsuliyyəti birbaşa Ermənistan daşıyır. Bu gün həmin beynəlxalq qurumlar Azərbaycanda, sanki ermənilərin timsalında xristian irsinin müdafiəçiləri kimi çıxış etməklə ermənilərə şərik olurlar.

Bu gün Azərbaycan dünyaya tərəqqipərvər Amerikaya, özünü dünyanın demokratiya beşiyi adlandıran Avropa ölkələrinə tolerantlıq dərsi keçir. Azərbaycanda insanların dininə, irqinə, dilinə olan hörmət heç bir ölkədə yoxdur. Avropa siyasətçilərinin necə belə ədalətsiz yanaşma ortaya qoya bilməsini anlamaqda çox çətinlik çəkirəm. Ona görə də onların bu hərəkətləri onu deməyə əsas verir ki, bunlar xristian təəssübkeşliyi siyasəti aparırlar. Bu isə müasir dünyada qəbuledilməzdir.

Ermənistanın və erməni lobbisinin “konyak diplomatiyası”ndan gen-bol faydalanan Avropa Parlamentinin Azərbaycana “öyüd-nəsihət” verməyə mənəvi haqqı yoxdur. Müasir səlibçilərə çevrilən Avropa Parlamentinin bir sıra irqçi, islamafob, Azərbaycanofob, türkafob mövqeləri və ikili standartları ilə tanınan deputatları susdurulmalıdır. XXI əsrdə Avropanın mərkəzində deputatların Ermənistan-Azərbaycan münasibətlərinə sırf xristian həmrəyliyi prizmasından baxması onların Orta əsr səlib yürüşləri dövrünün təfəkkürünə qayıtdıqlarını sübut edir.

- İndiki Ermənistan ərazisində yaşayan, təxminən, 300 mindən artıq azərbaycanlı öz yurdlarından zorla qovulduqdan sonra oradakı Azərbaycan, habelə müsəlman irsi tamamilə məhv edilib. Niyə beynəlxalq təşkilatlar bu faktları araşdırmaq üçün əraziyə gəlmir, səbəb nədir?

- Görünən odur ki, Avropa Parlamentinin yanaşmasında ərazi bütövlüyü anlayışı, ancaq Ermənistan kontekstində keçərlidir. Azərbaycana gəldikdə isə ərazi bütövlüyü yada düşmür. O cümlədən, indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar da öz torpaqlarından zorla, deportasiya, soyqırımlara məruz qoyularaq qovulub. Onların sayı 250-mindən 350 minə qədər dəyişir. Yəqin ki, Ermənistan ərazisndə tarixi torpaqlarımızdan qovulan azərbaycanlıların sayı Qərbi Azərbaycan icması tərəfindən daha dəqiq müəyyənləşdiriləcək.

Faktlar, canlı şahidlər sübut edir ki, o torpaqlarda bizim tarixi, dini abidələrimiz, evlərimiz qalıb, dağıdılıb. Ermənistan ərazisində bizim məscidlərimiz, dini abidələrimiz olub. Çünki o torpaqlar Azərbaycan xalqınındır. İrəvan Azərbaycanın qədim tarixi şəhəridir. Bu gün də Azərbaycan şəhərinin qalıqlarını orada ağır texnikalarla məhv edirlər.

O yerlər heç vaxt Ermənistan ərazisi olmayıb, orada ermənilər yaşamayıb. Bütün tarixi Azərbaycan adlarının hamısı saxtalaşdırılıb, erməniləşdirilib. Bütün bu faktlar SSRİ-nin tarix kitablarında da var. Ermənilər hələ bu gün də Qərbi Azərbayacan ərazilərində olan Azərbaycan adlarını, toponimlərini dəyişirlər. Azərbaycanın irsini mədəniyyətini həmin ərazilərdən silib-atırlar. Beynəlxalq təşkilatlar buna susqun qalıb, etirazlarını bildirmirlər. Araşdırılması üçün bir müşahidə missiyası göndərmirlər. Elə hey tutuquşu kimi “xristian abidələri” deyib, özlərinin xristian təəssübkeşliklərini nümayiş etdirirlər. Bunları gizlətmək olmaz.

- Ermənistan nadir monoetnik ölkələrdən biridir. Avropa Parlamenti isə bu irqçı, faşist ideyalarını dövlət səviyyəsində təşviq edən ölkəni müdafiə edir. Avropa Parlamenti Ermənistanın maraqlarını qorumaq xatirinə qəbul etdiyi sənədlərlə gələcək perspektivdə nəyə nail olmağa çalışır?

- Bu gün Ermənistanda başqa xalqların yaşamasına şərait yaradılmayıb. Öz mədəniyyətini saxlamaq istəyən xalqlar oradan qovulub. Ermənistanın monoetnik ölkə olması Azərbaycana nümunə ola bilməz. Əksinə, bu gün də Azərbaycanda ermənilər yaşayır. Əgər biz Qarabağda və Azərbaycanın digər rayonlarında yaşayan erməniləri müdafiə ediriksə, deməli, biz dəyərlərimizə, mədəniyyətimizə hörmət edirik və tolerant bir ölkəyik. Ermənilər “Ermənistanda ancaq ermənilər yaşaya bilər” təfəkkürü ilə yaşayırlar. Onlar bunu monoetnik quruluş yaratmaqla sübut ediblər. Azərbaycan isə tam fərqli şəkildə, burada ermənilərin də hüquqlarını qoruyan, başqa xalqlarla birlikdə Azərbaycan Konstitusiyasını bölüşən təhlükəsiz yaşamalarını təmin edib onların reinteqrasiyasını sürətləndirən sənədlər qəbul etməklə özünün dəyərlərini qorumuş olur. Azərbaycan öz qanunlarına hörmət qoyur, digər xalqlara hörmətini izhar edir. Avropa Parlamenti isə bu məqamları gözardına alıb, bu cür ədalətsiz qərarlarla özünə qarşı etimadsızlıq, güvənsizlik hissi doğurur.

Ermənistanda antisemitizm ən təhlükəli həddə çatıb. Avropa Parlamenti məsələnin mahiyyətini araşdırmadan, reallıqdan uzaq, Ermənistanın maraqlarını qorumaq xatirinə qəbul etdiyi sənədlərlə özünü nufuzdan salıb, qeyri-ciddi rol oynayır. Avropa Parlamenti belə qızışdırıcı siyasəti ilə lüzumsuz yerə regionumuzu geosiyasi rəqabət məkanına çevirməyə çalışır.

Avropa Parlamentində ənənəvi Qərb dəyərləri, habelə plüralizm, ifadə azadlığı kimi fundamental məsələlər Avropadakı erməni icmasının radikal fəaliyyəti nəticəsində məhv olmaq təhlükəsi ilə üzləşib. Hazırda Avropa Parlamenti erməni icmasının təsiri altında olan və Azərbaycana qarşı radikal mövqe tutan bir sıra deputatların öz şəxsi ambisiyalarının həyata keçirildiyi məkana çevrilib.

- Ermənistanı açıq şəkildə dəstəkləyən və regionda rəsmi Yerevanın xeyrinə güc balansını dəyişməyə çalışan Avropa Parlamenti məlum qətnamə layihəsində Türkiyəni də regionda stabilliyi pozmaqda ittiham edir, rəsmi Ankaranı Azərbaycanı dəstəkləməyə son qoymağa çağırır. Türkiyə və Azərbaycan bu təzyiqlərə qarşı hansı əks təsir gücünə sahibdir və nə etməlidir?

-Avropa Parlamenti hər zaman Türkiyəyə qarşı qərəzli mövqe sərgiləyib. Hər kəs yaxşı bilir ki, Türkiyə 44 günlük müharibə dövründə Azərbaycanı haqlı olduğuna görə müdafiə etdi. Bu gün də Azərbaycanı ona görə müdafiə edir ki, Azərbaycan haqlı tərəfdir. Azərbaycan işğala məruz qalıb, Azərbaycan başqa ölkənin torpaqlarına göz tikməyib, dağılan, böyük zərərlə üzləşən Azərbaycan əraziləridir. Separatizmə bu gün Ermənistanın müdafiə edən Avropa Birliyi məruz qalmayıb. Ermənistan təcavüzkardır. Avropa Parlamenti Azərbaycana qarşı haqsızdır. Ona görə də onların qəbul edəcəyi qətnamələrin zərrə qədər də həqiqət payı, ədalət hissi yoxur. Sadəcə onlar güclü Türkiyəni görmək istəmrlər, güclü müsəlman ölkəsi görmək istəmir.

- Avropa İttifaqı missiyasını öz ərazisinə buraxmaq üçün Azərbaycana çağırış edən Avropa Parlamenti hansı strateji xətti yürüdür?

- Çox təəssüf edirəm ki, Avropa Parlamenti öz missiyasının Azərbaycan ərazisinə buraxılmasını təkid edir. Biz qətiyyətlə rədd edirik və bu, Azərbaycana qarşı təhqir olar. Azərbaycan Avropa missiyasını nəyə görə öz ərazisinə buraxmalıdır? Hansı haqla bu tələbi irəli sürürlər? Azərbaycan suveren, müstəqil dövlətdir və başqa ölkələrin missiyasının Azərbaycanda nə işi var. Biz sərhədlərinizi qoruya bilirik. Azərbaycanda yaşayan xalqların müqaddəratını, haqlarını qoruya bilirik. Başqa ölkələrin bu sahədə verə biləcəyi məsləhətinə, nə də köməyinə ehtiyacımız yoxdur. Ona görə də onların bu tələbini rədd edirik.

- Azərbaycanı işğalçı, təcavüzkar, cinayətkar dövlət qarşısında məğlub duruma salmağa çalışan Avropa Parlamentinə qarşı hansı qərarımız olmalıdır?

- Cinayətləri məhkəmə istintaqı ilə sübut olunmuş Azərbaycanda saxlanılan ermənilərin məsələsini hər fürsətdə qabardan Avropa Parlamenti bu vaxta kimi bir dəfə də olsun 4000-ə yaxın itkin düşmüş azərbaycanlının sonrakı taleyinə dair Ermənistanı sorğulamayıb. Avropa Parlamentinin Azərbaycana münasibəti Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Cənubi Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması istiqamətində nümayiş etdirdiyi səylərə və normallaşma prosesinə ziddir. Regionda Ermənistan tərəfindən yenidən genişmiqyaslı təxribatlar törədiləcəyi təqdirdə, bunun əsas günahkarlarından biri də məhz Ermənistanda revanşist qüvvələri təşviq edən Avropa Parlamenti olacaq.

Bir sözlə, biz sadəcə Avropa Parlamentinin qəbul etdiyi ədalətsiz sənədləri kağız parçası hesab edərək, bir kənara atacağıq. Qoy Avropa Parlamenti bilsin ki, onların qəbul etdiyi qətnamələr bizim üçün heç bir əhəmiyyət kəsb etmir. Bu gün Azvropanın keçmişinə baxsaq görərik ki, onlar o qədər qaniçən hərəkətlərə yol veriblər ki, bu gün insanlıq bunlardan utanır. Qoy onlar törətdikləri pisliklərə görə, müstəmləkəçiliyə görə Afrika ölkələrindən, kaloniya etdikləri xalqardan, korsikalılardan üzr istəsinlər.

Bu gün Azərbaycan Avropa Parlamentinin haqsız, ədalətsiz yanaşmalarına qarşı, onların sümürgəçi, imperialist məfkurələrini, davranışlarını xatırlatmaqla cavab verə bilər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hafiz Hacıyevdən əməkhaqqı ilə bağlı məsələyə SƏRT REAKSİYA - “Min manat nə puldur ki...”
Dünən, 19:26
Azərbaycan suverenliyinin qələbəsi - İNCƏLƏMƏ
Dünən, 19:21
"Bakubus" 87 milyon manata 160 eletrik avtobusu aldı - QALİB ŞİRKƏT
Dünən, 17:42
Birinə SOCAR-da, birinə nazirlikdə vəzifə söz verdi - Bakıda külli miqdarda DƏLƏDUZLUQ - TƏFƏRRÜAT
Dünən, 17:35
Ali Məhkəmənin hakimi Tahir Kazımov təqaüdə yola salınıb
Dünən, 17:29
Bu da RUS MUNDARLIĞI... - VİDEO
Dünən, 17:26
Minsk prosesinin bağlanması ilə bağlı qərarın icrasına başlanılıb - ATƏT rəsmisi
Dünən, 17:21
Özü və xanımı yenidən tələbə oldu
Dünən, 17:19
"İşimin başındayam, narahat olmayın" - ETİRAZ
Dünən, 17:11
Separatçılara qucaq açan Fransa - Makron hökumətinin təxribatları bitmir - GƏLİŞMƏ
Dünən, 17:09
“Veysəloğlu Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir - “Xoşbəxtlik Çantası” layihəsinin növbəti mərhələsi baş tutdu
Dünən, 17:06
Cəlilabadda məktəblinin öldürülməsinin təfərrüatları məlum olub - YENİLƏNDİ
Dünən, 17:01
Ermənistan qadınlardan ibarət ordu qurur
Dünən, 16:48
Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satır? – Tam siyahı
Dünən, 16:28
Dövlət qurumu 200 milyon manatlıq ərazi alır - DETALLAR
Dünən, 16:26
Əməliyyata gülə-gülə girən qadın iflic oldu - VİDEO
Dünən, 16:20
Keçmiş qondarma rəhbər imzasını danır – Şahramanyan dərsliklə dava edir
Dünən, 16:16
Təcavüzün cəzası NƏDİR – Zorakılıq, ya hüquq?
Dünən, 16:01
"Onlar satqın, milli qeyrətini pula dəyişənlərdir" - Zərdüşt Əlizadə
Dünən, 15:58
Zaqatalada BASQIN: 58 yaşlı kişini bağında döydülər - TƏFƏRRÜAT
Dünən, 15:54
Nazirlik Nigar Köçərlinin kitablarını müsadirə edib? - Rəsmi açıqlama
Dünən, 15:49
Azərbaycanda korrupsionerlərin “qara günləri” başlayır – Oğurladıqlarını əllərindən belə alacaqlar
Dünən, 15:45
Rusiya İstintaq Komitəsi Solovyovun daşınmaz əmlakları ilə bağlı araşdırma aparır - "Razvedçik"
Dünən, 13:35
“Kitablarımı qaytarmırlar” - Nigar Köçərli
Dünən, 13:19
Maliyyə Nazirliyinin işçiləri gecələr niyə yatmırlar? - TƏFƏRRÜAT
Dünən, 13:06
"Belə arvadı ər çırpmasın, nə etsin?" - Fatimənin əri haqqında iddia
Dünən, 13:03
Belarusun Polşaya uçan dronlarla heç bir əlaqəsi yoxdur - Lukaşenko
Dünən, 13:01
Əli Həsənov Moskvadan gələn milyonları necə XƏRCLƏYİB? - Azərbaycandakı Kreml KÖLGƏSİ
Dünən, 12:44
“FSB” generalı bütün Ermənistanda qələbə qazanacaqlarını söylədi... - FOTO
Dünən, 12:41
Kadırovun oğlunun yarım milyon dollarlıq saatı gündəm oldu
Dünən, 12:31
"Mən öz kostyumumla gedib filmə çəkiləcəyəmsə, nə edirəm o filmi?"
Dünən, 12:25
Naxçıvanda işsizlərin sayı 2 dəfədən çox artıb - RƏQƏMLƏR
Dünən, 12:07
Orxan Mürsəlovun “PERİ CONSTRUCTİON” MMC-yə verdiyi yarım milyonun aqibəti necə olacaq - İLGİNC İDDİALAR
Dünən, 11:58
Tanınmış idmançı vəkilinin pulunu vermədi: Məhkəmədə uduzdu... - TƏFƏRRÜAT
Dünən, 11:52
Zakir Qaralov uzun müddət sonra göründü - FOTOLAR
Dünən, 11:50
Naxçıvandan gələn `LƏZZƏTLİ TƏHLÜKƏ`... - GİLEY
Dünən, 11:39
“Məğlub edilməmiş Rusiya” İMİCİ - “Zapad” təlimlərinin strateji MAHİYYƏTİ
Dünən, 11:22
Erməni diasporu ilə Ermənistanın qonşu ölkələrlə münasibətləri müzakirə olundu
Dünən, 11:20
Ermənilər Xankəndidə terror planlaşdıran Karen haqda görün nələr yazdı – DETALLAR
Dünən, 11:07
Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna direktor təyin olunub - ƏMR
Dünən, 11:06
Paşinyan xalqdan legitimlik dəstəyi istəyir - ŞƏRH
Dünən, 11:03
Azərbaycanda tanınmış siqaret istehsalçıları birləşir - DETALLAR
Dünən, 11:00
Türkiyənin İnterpola verdiyi qatil Azərbaycanda saxlanıldı
Dünən, 10:52
Naxçıvan Məclisinin deputatı xadiməyə qarşı İDDİA QALDIRIB
Dünən, 10:36
Səhiyyə Nazirliyinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib - TƏFƏRRÜAT
Dünən, 10:28
Baş Prokurorluq Əvəz Zeynallının telefonlarını və diktafonunu qaytarıb
Dünən, 10:26
“Xankəndində terrora cəhd edən erməniyə təşəkkür düşür. Çünki...” - Siyasətçidən gözlənilməz açıqlama...
Dünən, 10:22
Bu qürurun başlanğıcı tarixi Zəfərdir - MƏQALƏ
Dünən, 10:17
20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür - İsrafil Kərimovun yazısı
Dünən, 10:15
Cəzası ağırlaşdırılan kriminal avtoritet yenidən məhkəməyə müraciət etdi - TƏFƏRRÜAT
Dünən, 10:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru