Paşinyan konstitusiya ilə bağlı gizli qrup yaradıb .....                     Aynur Abdullayeva VTB (Azərbaycan) ASC-nin Daxili Audit Xidmətinin .....                     Dövlət qurumu ekspert xidməti aldı, qaliblər sırasında .....                     20-yə yaxın aptekdə nöqsanlar aşkarlanıb .....                     11 yaşlı qıza qarşı əxlaqsızlıq edən ilahiyyatçı barədə qərar verildi .....                     Bu gündən yanacaqdoldurma stansiyalarında “Aİ-95” yanacağının satışı tam bərpa olunur .....                     Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var .....                     "Heç bir işlə təmin edilmədim" .....                     Rusiya vətəndaşı Azərbaycanda şirkət yaratdı .....                     Bakı və İrəvanın Vaşinqton görüşü reallaşarsa... .....                     "Kişi müəllimlərin sayı artsa, tərbiyə də güclənər" .....                     Akif Əlizadənin rəhbərlik etdiyi institut mikroskopa .....                     Azərbaycanla Ermənistan arasında memorandum .....                     Tanınmış bəstəkar TƏƏSSÜFLƏNDİ: .....                     Həmkarlar İttifaqından kütləvi narazılıq: Tələdən xilas yolu… .....                     Çıxışları ilə gündəm olan vəkil vəzifəsindən azad edilib? .....                     Bank rəhbərliyindən holdinqə transfer oldu .....                     Bakıda sovetdənqalma İDEOLOJİ TULLANTILAR .....                     Lerikdə 407 minlik tender ləğv olundu .....                     “Bakı Kristal Zalı”nın 75 əməkdaşı 37 min manata sığorta olundu .....                     Babək rayonunda fermerlər DAD DEYİR... .....                     “Sənin tarix müəlliminin zatü-kökünə lənət, Zatulin” .....                     Tanınmış şirkətdə 2 milyonluq yeyinti: 3 qadına cinayət işi açılıb .....                     Nərgiz İsmayılova vəzifəsindən GETDİ .....                     “Arif Babayevin heykəlinin Qarabağda ucaldılmasını arzulayıram” .....                     "Sehirli Naftalan"la Həmkarlar İttifaqı Konfederasiyasının müəmmalı işbirliyi .....                     Şahin Şıxlınskinin qətldə günahlandırılması əsassızdır .....                     Bakıda “Aİ-95” premium benzinin qıtlığı yaranıb .....                     Rusiya yenidən Qarabağda münaqişəni bərpa etmək istəyir .....                     Ermənistan prezidenti İranın vitse-prezidenti ilə görüşüb .....                     Fransanın mühəndislik şirkəti Azərbaycan bazarını tərk edir .....                     Bakı-Moskva gərginliyində Suriya detalı .....                     Azərbaycanda məhkəmə sədri özünə etiraz edib .....                     Sabiq nazirin borc içində üzən şirkəti 7 milyonluq tenderin qalibi oldu .....                     Əliyevlə Paşinyanın Ağ Evdə görüşü gözlənilir .....                     AMB bu şirkətlə 100 min manatlıq müqavilə bağladı .....                     Vilayəti Zəngəzurla bağlı təhdid dilinə keçdi: .....                     Kamran Əliyev onu şöbə rəisi təyin etdi .....                     Tələbələrimizi gərəksiz zərbələrdən qurtarın!... .....                     “Sumqayıt Texnologiyalar Parkı”nın idarəetmə orqanlarında dəyişikliklər olub .....                 

“Polad Həşimovun ailəsi mənə zəng etdi...” - Rais Rəsulzadə
Tarix: 1-10-2022, 09:11 | Çap et
“Polad Həşimovun ailəsi mənə zəng etdi...”
Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadənin nəvəsi, Əməkdar rəssam Rais Rəsulzadə Teleqraf.com-un suallarını cavablandırıb.

DİA.AZ onunla müsahibəni təqdim edir:

“Həşimov rəmzə çevrildi”

- Rais bəy, Milli Qəhrəman Polad Həşimova həsr etdiyiniz portret çox maraqla qarşılandı. Əsər üzərində nə vaxtdan işləyirsiniz?

- Əsərə maraq göstərdiyinizə görə sizə təşəkkür edirəm. Bəli, portreti Feysbuk hesabında paylaşandan sonra insanlar maraqlanmağa başladılar, kimisi bəyəndi, kimisi bəyənmədi. Bir çoxları da görməzlikdən gəldilər.

Təvazökarlıqdan uzaq olsa da deyəcəm, bu şəkil deyil, belə bir şəxsiyyətin portretini yaratmaq bir hadisədir. Müxtəlif məqsədlər üçün istifadə olunan və çəkilən portretlər var: sənəd portretləri, təntənəli iclaslarda istifadə olunan portretlər və sair.

Bir də var “Kamernıy”- yəni dar çərçivəli portretlər – burada daha çox təsvir olunan insanın daxili aləmi, psixoloji durumu əks olunur.

Bir neçə ay öncə Günaz TV-nin qurucusu Əhməd Obalıyla birlikdə Sumqayıtda Polad Həşimovun anasını ziyarət etdik. Orada Polad Həşimova həsr olunan xatirə guşəsi var, insanlar ziyarət edir, gül, əklillər qoyurlar.

Orada Poladın çox şəkillərinə baxdım, onun haqqında materiallarla tanış oldum, ailəsiylə söhbət etdim və sonra əsər üzərində işə başladım.

- Niyə məhz Polad Həşimov?

- Vətən Müharibəsinin ilk qığılcımları olan Tovuz hadisələrində Poladın şücaəti, ermənilərə dərs verməsi, qəhrəmanlığı, şəxsiyyəti ilə insanların qəlbində taxt qurması, rəmzə çevrilməsi – bunlar çox önəmli məsələlərdir.

General idi, amma əsgərlərlə birlikdə səngərlərdə döyüşürdü. Prezident İlham Əliyev ona mənzil bağışlamışdı, amma o mənzilin açarlarını Aprel döyüşlərində şəhid olan əsgərin ailəsinə vermişdi. Halbuki, özü kirayədə qalırdı.

- Ailəsinin əsərə reaksiyası necə oldu?

- Mənə ailəsindən zəng gəldi, təşəkkür etdilər.

- Əsər kolleksiyanızda qalacaq, yoxsa...?

- Düşünürəm ki, bu əsərin ünvanı ailəsidir.

- Bu silsiləni davam etdirəcəksinizmi?

- Fikrim var, təki sağlıq olsun...Planları öncədən deyəndə çoxu baş tutmur.

Ümumiyyətlə, bu sənət - rəngkarlıq çox qısqanc sənətdir. Hər şeyə qısqanır. Hətta həyat yoldaşına da...Bir balaca ara verdin, geri qayıdış çətin olur. Nə çəksən də alınmır.

- Digər tərəfdən fikir axını da insanı rahat buraxmır.

- Zaman keçir fikir özü-özünə formalaşır. İnsan yığır-yığır, bircə təkanı əskik olur. Təkan oldusa, bütün fikirləri oyadır və əsər yetişir.

Bəzən fikirlərini içində saxlayanlar və özləriylə əbədi aparanlar var.

“Xankəndiyə getdik, əməlli-başlı təəccübləndik”

- Rais bəy, Şuşaya getmisiniz?

- Bu sualı mənə çox verirlər. Şuşaya gedirlər, heç dostum Şahin Musaoğlunu da dəvət etmirlər. Halbuki, bu adam vətərpərvərlik mahnılarının ustasıdır: “İgid əsgər, möhkəm dayan”, “Cənab leytenant, “, “Vətən əmanəti” və başqa musiqilərin həm söz yazarı, həm bəstəkarıdır. Eləcə də məni hələ dəvət etməyiblər.

Olsun, aparmasınlar. Mən vaxtilə Şuşada olmuşam. 1986-cı ildə dostum Fuad Mustafayevlə qatarla Xankəndiyə getdik, ora çatanda əməlli-başlı təəccüblənmişdik. Elanların hamısı erməni, rus dilində...Bir dənə də olsun Azərbaycan dilində nəsə tapmadıq. Hələ 1986-cı il idi. Sonra avtobusa minib Şuşaya qalxdıq.

- Şuşa necə təsir bağışlamışdı?

- Şuşa cənnət idi. Bir həftə orda qaldıq. Təsəvvür edin ki, yeriyirsiniz, ayaqlarınızın arasında buludlar...

Mən Şuşada elə yerlərdə olmuşam ki, hələki ora gedib çəkiliş edən heç bir operatorun kamerasında o yerləri görməmişəm.

- Ola bilməz ki, orda bir əsər yaranmasın...

- Əlbəttə, yarandı. Şuşa mənə çox təsir etmişdi. Ordan qayıdan kimi mənzərə janrında bir rəsm çəkdim.

(Rais Rəsulzadə kataloqda Şuşaya həsr etdiyi rəsmi göstərir)

- Əsərlərinizi satırsınız?

- Bir dönəm satmadım. Qısqanırdım. Çəkdiklərimi yanımda saxlamaq istəyirdim. Elə işlər var həqiqətən onu satmaq olmur. Amma satdıqlarım da var.

Azərbaycan qalereyası hələ sovet dönəmində sərgilərdə müəlliflərdən əsərlər alıb, fondda saxlayırdı.

Yadımdadır, Amerikadakı sərgidə çox əsərlərim satılmışdı.

Heç vaxt sənətimə qazanc kimi yanaşmamışam. Pul haqda düşünüb əsər yaradanda heç yaxşı alınmır. Şəxsən məndə belədir.

- Çox rəssamların həyatı əzablı olub. Yaratdıqları ölümlərindən sonra dəyərləndirilib. Əsərləri öz zamanında yaxşı satılan çox az rəssamlar var.

- Bəli, doğrudur. Onlardan biri də Amadeo Modilyani idi. Həm italyalı idi, həm də yəhudi. Milyoner qızına vurulur və onunla evlənir. Özü əsərlərini satanda heç kəs almırdı, öləndən sonra qalereyalarda dava-qırğınlar olurdu, milyonlara satılırdı.

Bununla bağlı bir maraqlı hadisə danışım. Siyavuş adlı dostum Şağanda muzey açıb. Orda mənim əsərlərimə baxan bir adam soruşub ki, bunun müəllifi ölüb? Deyiblər yox. Deyib onda öləndən sonra alaram.

Pikasso isə zamanında qiymət gördü. 17 yaşında elə gözəl rəsmlər çəkirdi ki...Əsərlərində humanizmi təbliğ edirdi. Məşhur olandan sonra yanına gəlib deyirdilər ki, yaşamaq çətindir, kömək elə. O da təmiz vərəqə öz imzasını çəkib verirdi onlara və deyirdi, indi nə istəyirsinizsə, çəkin. Nə çəksəydilər də Pikassonun imzasına görə satılırdı.
- Ananızın portretini çəkmisinizmi?

- Yox, amma çəkəcəm. Mən 3 yaşında anamı itirmişəm, məni nənəm böyüyüb. Nənəmə ana deyirdim.

Təhsil aldığım müddətdə onu uzun zaman görmədiyimə görə portretini çəkmişdim.

- Şanlı qələbəmiz bütün yaradıcı insanlara güclü motivasiya oldu. Bəs sizə?

- Əlbəttə, yaradıcılığa güclü təsir edir. Biz müharibə istəmirdik. Amma məcbur idik. Qələbə lazım idi. Mütləq lazım idi. Prinsipial olmalıyıq. Türkiyə hər zaman bizə dəstəkdir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan konstitusiya ilə bağlı gizli qrup yaradıb
Bu gün, 13:08
Aynur Abdullayeva VTB (Azərbaycan) ASC-nin Daxili Audit Xidmətinin direktoru təyin edilib
Bu gün, 13:02
Dövlət qurumu ekspert xidməti aldı, qaliblər sırasında - BORCLU ŞİRKƏT DƏ VAR
Bu gün, 13:01
20-yə yaxın aptekdə nöqsanlar aşkarlanıb - RƏSMİ
Bu gün, 12:59
11 yaşlı qıza qarşı əxlaqsızlıq edən ilahiyyatçı barədə qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 12:56
Bu gündən yanacaqdoldurma stansiyalarında “Aİ-95” yanacağının satışı tam bərpa olunur - SOCAR
Bu gün, 12:51
Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var - belə deyirlər...
Bu gün, 12:47
"Heç bir işlə təmin edilmədim" - Nazirlik də ALDATDI?
Bu gün, 12:46
Rusiya vətəndaşı Azərbaycanda şirkət yaratdı
Bu gün, 12:40
Bakı və İrəvanın Vaşinqton görüşü reallaşarsa... - ŞƏRH
Bu gün, 12:38
"Kişi müəllimlərin sayı artsa, tərbiyə də güclənər" –Sabiq təhsil nazirindən deputata CAVAB
Bu gün, 12:34
Akif Əlizadənin rəhbərlik etdiyi institut mikroskopa 1 milyon manata yaxın pul vermək istəyir
Bu gün, 12:31
Azərbaycanla Ermənistan arasında memorandum İMZALANACAQ
Bu gün, 12:22
Tanınmış bəstəkar TƏƏSSÜFLƏNDİ: - "Münasibətlər süni intellekt kimi olub!”
Bu gün, 12:21
Həmkarlar İttifaqından kütləvi narazılıq: Tələdən xilas yolu… - AKTUAL
Bu gün, 12:19
Çıxışları ilə gündəm olan vəkil vəzifəsindən azad edilib? - AÇIQLAMA
Bu gün, 12:15
Bank rəhbərliyindən holdinqə transfer oldu - BUNDAN SONRA...
Bu gün, 12:13
Bakıda sovetdənqalma İDEOLOJİ TULLANTILAR - KİMƏ LAZIMDIR AXI?..
Bu gün, 12:03
Lerikdə 407 minlik tender ləğv olundu - SƏBƏB
Bu gün, 11:59
“Bakı Kristal Zalı”nın 75 əməkdaşı 37 min manata sığorta olundu - SİYAHI
Bu gün, 11:54
Babək rayonunda fermerlər DAD DEYİR... - "Məmurların əlindən..."
Bu gün, 11:41
“Sənin tarix müəlliminin zatü-kökünə lənət, Zatulin” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:37
Tanınmış şirkətdə 2 milyonluq yeyinti: 3 qadına cinayət işi açılıb - TƏFƏRRÜAT
Bu gün, 11:33
Nərgiz İsmayılova vəzifəsindən GETDİ - ərizə yazaraq...
Bu gün, 11:30
“Arif Babayevin heykəlinin Qarabağda ucaldılmasını arzulayıram” -xanəndənin heykəlinin müəllifi
Bu gün, 11:18
"Sehirli Naftalan"la Həmkarlar İttifaqı Konfederasiyasının müəmmalı işbirliyi - İLGİNC İDDİALAR
Bu gün, 11:14
Şahin Şıxlınskinin qətldə günahlandırılması əsassızdır - Qohumundan AÇIQLAMA
Bu gün, 11:09
Bakıda “Aİ-95” premium benzinin qıtlığı yaranıb - NƏ BAŞ VERİR?
Bu gün, 11:06
Rusiya yenidən Qarabağda münaqişəni bərpa etmək istəyir - Melkonyan
Bu gün, 11:04
Ermənistan prezidenti İranın vitse-prezidenti ilə görüşüb - KİV
Bu gün, 11:00
Fransanın mühəndislik şirkəti Azərbaycan bazarını tərk edir
Bu gün, 10:59
Bakı-Moskva gərginliyində Suriya detalı – Türkiyəli ekspertdən Qafqaz üçün bədbin proqnoz
Bu gün, 10:50
Azərbaycanda məhkəmə sədri özünə etiraz edib - TƏFƏRRÜAT
Bu gün, 10:44
Sabiq nazirin borc içində üzən şirkəti 7 milyonluq tenderin qalibi oldu - AY MAŞALLAH...
Bu gün, 10:43
Əliyevlə Paşinyanın Ağ Evdə görüşü gözlənilir - RƏYLƏR
Bu gün, 10:41
AMB bu şirkətlə 100 min manatlıq müqavilə bağladı - DETALLAR
Bu gün, 10:40
Vilayəti Zəngəzurla bağlı təhdid dilinə keçdi: - “İstənilən ölkə İranın sərt cavabı ilə üzləşəcək”
Bu gün, 10:37
Kamran Əliyev onu şöbə rəisi təyin etdi - ƏMR
Bu gün, 10:33
Tələbələrimizi gərəksiz zərbələrdən qurtarın!... - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 10:15
“Sumqayıt Texnologiyalar Parkı”nın idarəetmə orqanlarında dəyişikliklər olub - BUNDAN SONRA...
Bu gün, 10:11
Paşinyana qarşı Zəngəzur iddiası - Bakıya verdiyi vədi pozub?
Bu gün, 10:09
Rubio və Fransa XİN başçısı Azərbaycanla Ermənistan arasında sülh sazişini müzakirə edib
Bu gün, 10:06
Günahı İranda görə Pezeşkian... - TAM HAQLIDIR...
Bu gün, 10:00
Qərib Baxşəliyevin ailəsində daha bir ağır itki - FOTO
Bu gün, 09:58
Dil-ədəbiyyat müəlliməsi HƏKİM XALATINDA - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:51
“Kinostudiya bərpa olunmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 09:39
“Naxçıvan Yol Təchizat” 23 ədəd yük avtomobili alır – 7 milyon manata yaxın vəsait xərclənəcək
Bu gün, 09:36
Nahid Bağırov sahibi həbs olunmuş şirkətə PUL QAZANDIRIR - TƏFƏRRÜAT
Bu gün, 09:23
Günün fotosu: Etirazın beləsi... - DƏRS OLMALIDIR!
Bu gün, 09:17
Bakı və Ankaranın dostuna pis xəbər – Yeni müharibə həyəcanı yaşanır
Bu gün, 09:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru