Klinika direktoru arvadını sevgilisinə görə güllələyib .....                     Simonyan arvadından boşandı .....                     ABŞ-da USAID və KİV-lər üçün ayrılan 9 milyard dollarlıq büdcə ləğv olundu .....                     Mənzil bazarını “qara qutular” idarə edir .....                     Rektorla nazir üçün YENİ SUAL: Avtoş müəllimə məsələsi... .....                     Tanınmış sənətkarın qızı atasının doğum günündə ağladı .....                     UNEC-nin Dərbənd filialı məzunları hələ də DİPLOMSUZ QALIB .....                     CIDIR DÜZÜ AYDINLIĞINDA AZMAN ALİM .....                     Bodrum tətilini yarımçıq qoyaraq Moskvaya döndü .....                     Mülayim şərq küləyi əsəcək .....                     Kurs diplomu ilə işləyən bəzi mütəxəsislər özlərini peşəkar adlandırır .....                     Tacir aparıcıya ƏSƏBİLƏŞDİ: .....                     Ermənistan yol ayrıcında: sağa getsə, ŞƏT, sola getsə... .....                     Rusiya üçlü formatı bərpa edə biləcəkmi? .....                     Kremldən Paşinyanın KTMT-dən çıxmaq istəyinə .....                     Mironovdan Azərbaycan bayrağı ilə bağlı .....                     “AzRose” şirkətinin rəhbəri “Azbadam”a təyin edildi .....                     Təchizatçı azlığı 2,5 milyon manatlıq tenderi yolda qoydu .....                     “Bank Avrasiya”nın müştəriləri azalıb .....                     Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” .....                     ABŞ-nin Zəngəzur dəhlizinə marağı heç də yeni deyil .....                     İrəvandan verilən mesajlar: Paşinyan demək istəyir ki... .....                     Rusiyadan gələn dollar axını dayanır .....                     Bu xanıma YAP-da yüksək vəzifə verildi .....                     Laçında meşə yanğınına görə 3 nəfər məsuliyyətə cəlb olunub .....                     Avropada Kamançanın Səsi .....                     Azərbaycanda 73 yaşlı kişi helikopter düzəltdi .....                     “Caspian Finance” BOKT-nin rəhbərliyinə təyinat olub .....                     Deputatlarımız kazino oynayacaqmı? .....                     Rusiyada Şıxlinskilərin işi: hüquqi proses, yoxsa siyasi oyun? .....                     "Qorxmaz Əlilicanzadə efirdə əsəbi danışır" .....                     Arvadların döydüyü ərlər: .....                     “Sürücülük vəsiqəsinin alınması qaydalarına yenidən baxmaq lazım gəlir” .....                     Qazaxıstan XTQ mənsubları Azərbaycan dronları barədə məlumatlandırılıb .....                     Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 380 minlik tenderi baş tutmadı .....                     Dünya Çempionatında tamaşaçı fiaskosu .....                     Paşinyan erməniləri Zəngəzur dəhlizinin açılmasına .....                     İran Zəngəzurda ABŞ-a necə cavab verəcək? .....                     Ərdoğan Nazirlər Kabinetinin iclasını keçirəcək .....                     Ceyhun Cəlilov Naxçıvanda NƏ İŞLƏR ÇEVİRİR? .....                 

“Xahişimiz budur ki, ərazilərimiz işğaldan tam azad olunana qədər ”dur“ əmri verilməsin!“ - DEPUTATDAN ÇAĞIRIŞ!!!
Tarix: 10-10-2020, 10:06 | Çap et
“Xahişimiz budur ki, ərazilərimiz işğaldan tam azad olunana qədər ”dur“ əmri verilməsin!“
Azərbaycan ordusu 27 sentyabrdan etibarən işğalçı Ermənistan ordusunu darmadağın etməklə, düşməndən təmizlədiyi torpaqlarımızda bayrağımızı ucaltmaqla tarix yazır. Belə bir gündə hər bir azərbaycanlının ürəyi ordumuzla birgə döyünür, qulağı, gözü cəbhədən gələn xəbərləri axtarır. Hər birimiz əminik ki, Ali Baş Komandanın qətiyyəti, ordumuzun şücaəti və xalqımızın dəyanəti sayəsində qələbə bizimlə olacaq, Cənubi Qafqazın qarayarasını birdəfəlik kəsib atacağıq.

123 saylı Kəlbəcər seçki dairəsini Milli Məclisdə təmsil edən deputat Aqil Məmmədov “Yeni Müsavat”ın suallarını cavablandırdı, ordumuzun zəfərləri barədə danışdı.

- Aqil bəy, Vətən savaşının ilk günlərindən başlayaraq, Kəlbəcər istiqamətində ordumuzun uğurları barədə xəbər aldıq. Hazırda vəziyyət necədir? Yəqin, bizim xəbərdar olmadığımız çox məsələlər var ki, siz onlar barədə məlumatlısınız. Oxucularımıza bu barədə nə deyə bilərsiniz?

- Ordumuz əks-hücum əməliyyatlarını çox uğurla davam etdirir. Ötən müddət ərzində Azərbaycan ordusu hər gün öz gücünü qarşı tərəfə göstərə bilir. Ermənistan ordusu hər gün çoxsaylı canlı itki verir, saysız-hesabsız hərbi texnika, hərbi sursat məhv edilir, yaxud qənimət olaraq götürülür. Aldığımız xəbərlər hər birimizi ruhlandırır. Ötən müddətdə Azərbaycan ordusu bir sıra yaşayış məntəqələrini, o cümlədən hərbi əhəmiyyətə malik olan yüksəklikləri ələ keçirib, o cümlədən Murovdağ və onun ətrafındakı yüksəkliklər ordumuzun nəzarəti altındadır. Bu zəfərlər hər birimizi sevindirir. Bu gün əsgərlərimizin Kəlbəcər torpağına ayaq basması qələbədir. Azərbaycan ordusu tariximizin şanlı səhifələrini yazır.

- Murov yüksəkliyi, onun strateji əhəmiyyəti barədə nə deyə bilərsiniz?

- Murov yüksəkliyi dəniz səviyyəsindən 3 min metr yüksəklikdədir və döyüşün ilk günlərindən ordumuzun nəzarətindədir. Qarşıda Camışdağ yüksəkliyi var ki, aldığımız məlumata görə, artıq həmin ərazi də ordumuzun nəzarəti altındadır. Artıq Göyçə istiqamətindən Kəlbəcərə gələn və Kəlbəcərdən Ağdərə istiqamətinə gedən yol ordumuzun tam nəzarətidədir. Ona görə hərbi əhəmiyyətə malik olan yüksəklik deyirik ki, o yollara nəzarət imkanı verir. Həmin yüksəkliyin əhəmiyyəti həm də ondan ibarətdir ki, oradan geniş əraziləri müşahidə etmək imkanı yaranıb.

- Yəqin ki, siz zamanında Murovdağ yüksəkliyində olmusunuz, eləmi?

- Əlbəttə. Kəlbəcər işğal olunmamışdan qabaq mən Murovdağ yolundan keçərək dəfələrlə Kəlbəcərə gedib-gəlmişəm. Qışda da getmişəm ordan. Maşınların sürüşüb yolun kənarında qaldığı dövrdə də getmişəm, yaz ağzı, payızda da. Çox çətin idi o zamanlar. Yaz ağzı, hətta yay günlərində o yolla gedib-gəlməyin özü bir qəhrəmanlıq idi. Əvvəllər ora 2-3 difirli maşınlarla gedib-gələ bilirdik. Vaxtaşırı əlaqə saxlayırıq. Bu gün yol tam nəzarət altındadır, işlək vəziyyətdədir, ordumuz üçün maneə yoxdur. Təbii ki, çox yüksəklik olduğu üçün hava soyuqdur, qarın hər an gəlməsi gözləniləndir. Əsgərlərimizə güc-qüvvət arzulayırıq.

- Oradan Kəlbəcərin mərkəzinə nə qədər məsafə var?

- Camışdağ yüksəkliyi Kəlbəcərə daha yaxındır. Ordan daha yaxşı nəzarət etmək mümkündür. Amma bizim elə silahlarımız var ki, hətta indiki mövqelərimizdən də nəzarət etmək imkanımız var. Bir məsələyə toxunum ki, bizim Ermənistanla 136 km-lik sərhədimiz var, dağlı-dərəli. Amma əmin olun ki, Ermənistandan gələn yola tam nəzarət var. İndiki mövqelərimizdən Kəlbəcərin mərkəzinədək hardasa 30-40 km-lik məsafə var. İnşallah, ordumuz tezliklə Kəlbəcərə qələbə bayrağımızı sancar!

Yuxarıda qeyd etdiyim kimi, Göyçə istiqamətindən gələn yol Kəlbəcərə keçir, ordan Laçın istiqamətinə də gedir. O yol da sonradan çəkilib, birinci Qarabağ savaşı dövründə. Çünki Ağdərə istiqamətinə gedən yol ermənilər tərəfindən dayandırılmışdı. Birinci Laçın istiqamətinə gedən yol açıldı, sonradan Kəlbəcər-Murovdağ, Göygöl yolu. O, müharibə dövrü çəkilən torpaq yoldur, müharibə dövründə çəkilib. Amma əsas magistral yol Kəlbəcər-Ağdərə və Dağlıq Qarabağ istiqamətinə aparan yoldur. Bildiyiniz kimi, İran tərəfdən də işğal olunmuş ərazilərimizə yol var. Aldığımız məlumata görə, həmin yollar da ordumuz tərəfindən nəzarətə götürülüb. İnşallah, hər gün uğurlarımız artır, ordumuz qələbələr qazanır. Özü də ordumuz beynəlxalq qanunları gözləmək şərtilə irəliləyir, dinc əhaliyə atəş açmır. Amma Ermənistan ordusu nəinki sərhədboyu yaşayış məntəqələrinin əhalisini, hətta digər bölgələrdəki sakinlərimizi də atəşə tutur. Bu da cinayətdir, beynəlxalq qanunların kobud şəkildə pozulmasıdır.

- Gördüyümüz ki, ordumuzun zəfərlərini sinirməyən qüvvələr də var. Bu günlərdə Azərbaycanın dostları da, özünü “dost”, “müttəfiq” göstərib, əslində işğalçının yanında qərar tutan sifətsizlər də məlum oldu. Siz düşmən mövqedə olan və Azərbaycana qarşı fitnə-fəsad siyasəti yürüdənlərlə bağlı nə deyərdiniz?

- Hamı bilməlidir ki, bu gün Azərbaycan xalqı, Azərbaycan ordusu haqq yolundadır. Biz kiminsə torpağında müharibə aparmırıq, bu, Vətən müharibəsidir. Ermənistanın 30 ilə yaxındır davam edən işğalçılıq siyasətinə bəzi beynəlxalq təşkilatlar, siyasi qurumlar, ayrı-ayrı paytaxtlar bu günə qədər göz yumdular. Amma baxın, bu gün artıq həmin siyasi qurumlar aktivləşib. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri, Fransa başda olmaqla, ədalətsiz bəyanatlar verməkdə davam edirlər.

- Faktiki olaraq işğalçı Ermənistanı xilas üçün hərəkətə keçiblər...

- Bəli, açıq-aşkar Ermənistanın mövqeyindən çıxış edirlər. Bu gün bizə bəlli olur ki, niyə bu illər ərzində ATƏT-in Minsk Qrupunun həmsədrləri fəaliyyətsiz olublar. Artıq onlar konkret şəkildə öz mövqelərini göstərirlər. Bütün bu bəyanatların, çıxışların bir cavabı var. Hər kəs bilməlidir ki, ədalətli olmayan bir sistemdə Azərbaycan əsgəri ədalətli qanunu yazmalıdır. Azərbaycan prezidenti bunu dəfələrlə vurğulayıb ki, əgər Ermənistan tərəf beynəlxalq qanunları pozursa, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməni icra etmirsə, ona qarşı heç bir cəza tədbiri icra olunmursa, Azərbaycan niyə öz hüquqlarını qorumamalıdır?

- Aqil bəy, bu gün ölkə ictimaiyyətindən gələn bir sosial sifariş, israrlı xahiş və tələb var: hərbi əməliyyatlar sonadək davam etdirilməlidir, son qarış ərazilərimiz azad edilənə qədər. Siz necə düşünürsünüz?

- Edilən çoxsaylı zənglər, keçirdiyimiz görüşlər, cəbhə bölgəsindəki təmaslar zamanı xalqımız yekdilliklə nümayiş etdirir ki, biz bu gün Ali Baş Komandanın, ordumuzun ətrafındayıq, eyni zamanda 27 sentyabr tarixdə Ali Baş Komandanımızın verdiyi əks hücum əmrini yekdilliklə bəyənirik. Arzu-istəyimiz, xahişimiz ondan ibarətdir ki, ərazilərimiz işğaldan tam azad olunana qədər “dur” əmri verilməsin!

Xalqımız bu gün ordumuzun arxasındadır, əsgərimizə dayaqdır. Mən deyərdim ki, bu günə qədər belə həmrəylik, birlik nümayiş etdirilməmişdi. Bu zəfərin qarşısını heç kim ala bilməz. Biz haqq mübarizəsindəyik. Azərbaycan xalqı öz ordusunun gücünə, qüdrətinə inanır. Ordumuz bu gün müasir silahlarla təmin olunub, həm də nizami ordudur, fiziki cəhətdən sağlamdır. Mən inanıram ki, Azərbaycan ordusu çox yaxın gələcəkdə öz sözünü deyəcək və xalqımıza qələbə müjdəsini bəxş edəcək. O gün uzaqda deyil, biz bunu gözləyirik və inanırıq.

- Bilirik ki, siz Kəlbəcərin Ağdaban kəndində doğulmusunuz və 7 il Kəlbəcər rayonuna rəhbərlik etmisiniz. İnşallah, Kəlbəcər işğaldan azad olunandan sonra öncə haranı ziyarət etmək istərdiniz?

- Mənə Azərbaycanın hər qarışı, o cümlədən işğal altında olan bütün ərazilərimiz əzizdir, seçmək, bir-birindən ayırmaq istəməzdim. O cümlədən Kəlbəcərin hər qarışı mənə əzizdir. Kəlbəcərdə doğulmuşamsa, orda boya-başa çatmışamsa, təbii olaraq ora məni daha çox çəkir. Amma Azərbaycanın hər qarışı doğmadır. Səbirsizliklə Kəlbəcər torpağına ayaq basmaq istəyirəm. Təbii ki, doğulduğum yer, uşaqlıq, gənclik dövrünü keçirdiyim ərazi var. İlkin olaraq yadımda qalan xatirələri bir daha canlı olaraq görmək istəyərdim. Mən icra başçısı işlədiyim dövrdə Kəlbəcər haqqında 3 kitab nəşr etdirmişəm, bir film çəkdirmişdim, orda da dəfələrlə vurğulamışıq ki, Kəlbəcər Azərbaycanın zümrüd qaşıdır. Bu baxımdan çox böyük önəmi var. Həm də qərbdən Azərbaycanın qala qapısıdır. Kəlbəcəri elə-belə almaq mümkün deyildi. Yadınızdadırsa, ulu öndər kəlbəcərliləri qəbul edərkən demişdi ki, Kəlbəcərin işğal tarixinədək duruş gətirə bilməsi bir tərəfdən kəlbəcərlilərin öz qəhrəmanlıqları hesabına olub, digər tərəfdən də Tanrıdan yaradılmış qala kimi olması idi. Odur ki, Kəlbəcəri asanlıqla işğal etmək mümkün deyildi. Baxın, Laçın rayonu da işğal olunmuşdu, Kəlbəcər hələ yerindəydi. O vaxt çox çətin dövr idi, müstəqilliyimizin ilk illəri idi, ordumuz yenicə yaradılırdı, daxildə çəkişmələr var idi, xoşagəlməz vəziyyət yaranmışdı. Düşmən də bu vəziyyətdən istifadə etdi. Eyni zamanda, düşmənə kömək edən qüvvələr mövcud idi. Kəlbəcərin və digər rayonların işğalından sonra BMT Təhlükəsizlik Şurası ardıcıl olaraq 4 qətnamə qəbul etdi. Amma 30 ilə yaxın vaxt keçib, qətnamələrin icra olunmaması ilə bağlı işğalçı Ermənistana bir kəlmə söz deyən yoxdur. Bu gün həmsədr Fransa görün hansı mövqedədir? Bəyan edir ki, biz erməni xalqının yanındayıq. Görün bu, həmsədrliyə yaraşan sözdürmü? Qarabağ məsələsi indiyədək niyə həll olunmayıb, artıq bunun səbəbləri açıq-aşkar ortaya çıxır.

- Bu gün xalq Ali Baş Komandanın arxasındadır, ordumuza dayaqdır və bir nəfər kimi döyüşə atılmağa hazırdır. Belə bir durumda əlavə demək istədikləriniz varmı?

- Azərbaycan ordusu, Azərbaycan xalqı yeni bir tarix yazır. Xalqımız öz həmrəyliyini nümayiş etdirməklə, Ali Baş Komandanın yanında olmaqla düşmənə dərs verir. Azərbaycan bu gün heç bir kənar qüvvənin dəstəyindən istifadə etmədən torpaqlarını erməni işğalından azad edir. Bu gün xalqın yekdilliklə səfərbər olunmasına, əlavə canlı qüvvəyə də ehtiyac yoxdur. Amma Azərbaycana dəstək verən ölkələr də var. Türkiyə dövləti başda olmaqla Azərbaycana dəstək verən bütün ölkələrə öz minnətdarlığımı bildirirəm. Bu gün artıq hər kəs öz iç üzünü göstərdi. Belə bir deyim var: dostunu göstər, deyim kimsən? Bu gün Ermənistan kimi bir faşist ölkəni dəstəkləyən - mən onu fransız xalqına aid etmək istəmirəm - bir lider öz münasibətini ortaya qoydu. Erməni xalqının faşist mövqeyi elə bu adamda da var. 1992-93-cü illərdə də dinc əhalini soyqırıma məruz qoymuşdular. Ağdaban işğal olunanda körpə uşağı atasının qucağında öldürüblər, atası da yaralı. Ata yaralı ola-ola ona yeri qazdırıblar, uşağını basdırıblar ki, görsənməsin, sonra da atanı öldürüblər. Xocalı soyqırımında əliyalın uşaqları, qadınları, ağsaqqal- ağbirçəkləri işgəncə ilə qətlə yetirən ordudan nə cür danışmaq olar? Bu gün də dinc əhali hədəfdədir. Mülki əhalinin nə günahı var? Belə faşist bir dövlətin tərəfində durmaq elə onun tayı olmaqdır, bunun başqa adı yoxdur.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Klinika direktoru arvadını sevgilisinə görə güllələyib - TƏFƏRRÜAT
Bu gün, 14:01
Simonyan arvadından boşandı
Bu gün, 13:58
ABŞ-da USAID və KİV-lər üçün ayrılan 9 milyard dollarlıq büdcə ləğv olundu - KİV
Bu gün, 13:56
Mənzil bazarını “qara qutular” idarə edir - “Ruhlar məhəllə”sinin sahibləri kimlərdir?
Bu gün, 13:00
Rektorla nazir üçün YENİ SUAL: Avtoş müəllimə məsələsi... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:59
Tanınmış sənətkarın qızı atasının doğum günündə ağladı - “Ən çox anam üçün ağırdır”
Bu gün, 12:54
UNEC-nin Dərbənd filialı məzunları hələ də DİPLOMSUZ QALIB - Nazirlə rektor arasında NƏ BAŞ VERİR?
Bu gün, 12:50
CIDIR DÜZÜ AYDINLIĞINDA AZMAN ALİM - AYDINLARA GÖZAYDINLIĞI...
Bu gün, 12:39
Bodrum tətilini yarımçıq qoyaraq Moskvaya döndü - FOOD CİTY-DƏ NƏLƏR GÖZLƏNİLİR?
Bu gün, 12:37
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:33
Kurs diplomu ilə işləyən bəzi mütəxəsislər özlərini peşəkar adlandırır - Ekspert danışır...
Bu gün, 12:30
Tacir aparıcıya ƏSƏBİLƏŞDİ: - “O, 20 manata toya gedən adamdır”
Bu gün, 12:23
Ermənistan yol ayrıcında: sağa getsə, ŞƏT, sola getsə... - “Nezavisimaya qazeta”
Bu gün, 12:19
Rusiya üçlü formatı bərpa edə biləcəkmi? - İNCƏLƏMƏ
Bu gün, 12:14
Kremldən Paşinyanın KTMT-dən çıxmaq istəyinə REAKSİYA
Bu gün, 12:11
Mironovdan Azərbaycan bayrağı ilə bağlı AÇIQLAMA
Bu gün, 12:06
“AzRose” şirkətinin rəhbəri “Azbadam”a təyin edildi - BUNDAN SONRA...
Bu gün, 12:03
Təchizatçı azlığı 2,5 milyon manatlıq tenderi yolda qoydu - DETALLAR
Bu gün, 12:01
“Bank Avrasiya”nın müştəriləri azalıb
Bu gün, 11:58
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –“İnşaatçı 3” MMC nazirin özəl tərəfdaşı kimi…
Bu gün, 11:56
ABŞ-nin Zəngəzur dəhlizinə marağı heç də yeni deyil - GÜNDƏM
Bu gün, 11:51
İrəvandan verilən mesajlar: Paşinyan demək istəyir ki... - GƏLİŞMƏ
Bu gün, 11:43
Rusiyadan gələn dollar axını dayanır – Ailələr çətinliklə üzləşə bilər
Bu gün, 11:40
Bu xanıma YAP-da yüksək vəzifə verildi - FOTO
Bu gün, 11:22
Laçında meşə yanğınına görə 3 nəfər məsuliyyətə cəlb olunub - BİRGƏ MƏLUMAT
Bu gün, 11:17
Avropada Kamançanın Səsi - Dilarədən mədəniyyət mesajı
Bu gün, 11:11
Azərbaycanda 73 yaşlı kişi helikopter düzəltdi - FOTO
Bu gün, 11:08
“Caspian Finance” BOKT-nin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:05
Deputatlarımız kazino oynayacaqmı? - SORĞU
Bu gün, 11:00
Rusiyada Şıxlinskilərin işi: hüquqi proses, yoxsa siyasi oyun? - AKTUAL
Bu gün, 10:56
"Qorxmaz Əlilicanzadə efirdə əsəbi danışır"
Bu gün, 10:53
Arvadların döydüyü ərlər: - Bir-bir üzə çıxırlar
Bu gün, 10:50
“Sürücülük vəsiqəsinin alınması qaydalarına yenidən baxmaq lazım gəlir” - ÇAĞIRIŞ
Bu gün, 10:45
Qazaxıstan XTQ mənsubları Azərbaycan dronları barədə məlumatlandırılıb
Bu gün, 10:42
Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 380 minlik tenderi baş tutmadı
Bu gün, 10:40
Dünya Çempionatında tamaşaçı fiaskosu – FİFA-nın ABŞ sınağı uğursuz oldu
Bu gün, 10:38
Paşinyan erməniləri Zəngəzur dəhlizinin açılmasına HAZIRLAYIR
Bu gün, 10:35
İran Zəngəzurda ABŞ-a necə cavab verəcək? - TƏFƏRRÜAT
Bu gün, 10:32
Ərdoğan Nazirlər Kabinetinin iclasını keçirəcək - Gündəmdə Suriya məsələsi var
Bu gün, 10:30
Ceyhun Cəlilov Naxçıvanda NƏ İŞLƏR ÇEVİRİR? - İkinci TALIBOV PEYDA OLUB...
Bu gün, 10:18
“Naftalan –Avtonəqliyyat” şirkətinə yeni sədr seçiləcək
Bu gün, 10:03
“Sea Breeze”ə bu qədər pul xərclənib - MƏBLƏĞ
Bu gün, 09:58
Bu layihə qəbul olunsa, Ermənistan məhv olacaq... - İrəvanda nədən qorxurlar?
Bu gün, 09:52
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti uzadıldı
Bu gün, 09:50
Pezeşkianın avtomobili benzinə görə yolda qaldı: Taksi ilə Təbrizə GƏLDİ - FOTO
Bu gün, 09:45
Trampı Bakıya qarşı qoymaq cəhdi - hiyləgər gedişə reaksiya
Bu gün, 09:44
434 min manat borcu olan şirkət kimindir?
Bu gün, 09:39
6 saylı doğum evində nə işlər çevrilir? - BU NƏDİ BELƏ?
Bu gün, 09:32
Mariana Vasileva vəzifəsinə geri dönüb? - İLGİNC
Bu gün, 09:22
Putin rus qadınlarının az uşaq doğmasından narazıdır
Bu gün, 09:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru